Sərraf Şiruyə
174
QALIR
İlk eşqin həsrəti, ilk eşqin dağı,
Sevən ürəklərdə xal kimi qalır.
Dönür xatirəyə ilk görüş günü.
İlk öpüş dodaqda bal kimi qalır.
Bəlkə də bu eşqi duymur hər könül,
Tez incisə, tez barışar kür könül,
Eşqin gücünə bax, dəli bir könül,
İstək qarşısında lal kimi qalır.
Ay keçir, il keçir, ovunmur ürək,
Könlündə yaşayır sevdiyin mələk.
Şiruyə, həqiqi məhəbbət, istək,
Dönür dastanlara, ləl kimi qalır.
Dostları ilə paylaş: |