Sərraf şİruyə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə208/260
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#17931
1   ...   204   205   206   207   208   209   210   211   ...   260
             
                           
                          Susma, ürək…
 
 
221 
Qanun kimi həkk etmişəm ürəyimə hər vədi
Göz önünə gətirmərəm hər alçağı, hər bədi. 
El hörməti mənim üçün bir alınmaz zirvədi, 
O zirvədə yurd salmışam, mən enəsi deyiləm. 
 
Vətəndaşam, Vətənimin səhərindən doymaram
Qarşısına yad ayağı keçə, dəyə qoymaram. 
Hər təsadüf işıltını şöləli şam saymaram
Hər ocağın, hər çırağın pərvanəsi deyiləm. 
 
Həsrətlərin kədəridi sinəmdəki qəm, kədər. 
Zülmkara, qan tökənə nifrətim var en qədər. 
Şiruyəyəm, saf əməlim əbədiyyət bəxş edər
Göydə günəş sönsə belə, mən sönəsi deyiləm. 
 
 
OLDU 
 
Bu dünyanın bəd sifəti, 
Ay insanlar, bizdən oldu, 
Gözlər töküb kor eyləyən, 
Axır özü gözdən oldu. 
 
Özünü şah bildirənlər, 
Başa qappaz endirənlər, 
Od-ocaqlar söndürənlər, 
Oddan oldu, közdən oldu. 
 
Ürəklərə qəm əkdirən, 
Zülm eyləyib, ev sökdürən. 
Şiruyəyə diz çökdürən, 
Diz qatladı, dizdən oldu. 



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin