2010-cu il.
1
Yəni ay oğlan, sevdiyi oğlana müraciətlə.
2
Boyana bitkisinə işarə.
3
Yağının, yadın qabağında şax durmaq mənasında.
Susma, ürək…
217
DÜNYADI BU
Mərd ayaqda, namərd başda,
Yaman karsız dünyadı bu!
Nadan dəmdə, aqil qəmdə,
Etibarsız dünyadı bu!
Tərlandan şikar saldırır,
Qarğaya laçın aldırır.
Vay dalınca toy çaldırır,
Necə arsız dünyadı bu!
Kimsə ondan bir bac almır,
Nə alçalmır, nə ucalmır.
Nə qarımır, nə qocalmır,
Saçı qarsız dünyadı bu!
Şəriki yox, böləni yox,
Hikmətini biləni yox,
Sevəni çox, qalanı yox,
Dostsuz, yarsız dünyadı bu!
Şiruyəyəm, dərd, qəmim dağ,
Gedən gəlməz, gələn qonaq.
Payı məzar, beş arşın ağ,
Nə ilqarsız dünyadı bu?!
|