Susma, ürək…
219
Ay Şiruyə, ömür para,
Bu yaş hara, arzu hara?
Bürünəydi alqışlara,
Günüm bir də, gecəm bir də.
AY DÖYƏ-DÖYƏ
Təcnis
Nə gözəl deyibdi bizim atalar:
“Pay payı çıxarar, ay döyə-döyə”.
1
Bir sərin, sevdalı nur, işıq saçar,
Qara buludları Ay döyə-döyə.
2
Nə tez yoxa çıxdız ağzımdan, a tam?
3
Qayıda şikarım təzdən ox atam.
Ustadlıq eləyə yenə də atam,
“Əlif”, “bey” öyrədə ay döyə-döyə.
Gələcək, gedəcək insan elədi,
4
Yaxşı, pis nə varsa insan elədi.
5
Şiruyəni yondu insan elədi,
6
Həyat, – zindanında ay döyə-döyə.
1
Atalar sözü “Pay payı döyə-döyə çıxarar” yəni kiməsə pay verərsən ondan
sənə pay gələr.
2
Ay buludları yara-yara işıq saçar.
3
Ay cavanlığın, gəncliyin dadı ağzımdan nə tez getdin, istəyirəm birdə səni
qaytaram.
4
İnsan dünyaya gəlib, gedən qonaqdı.
5
Dünyada yaxşı-pis nə varsa hamısını insan elədi.
6
Həyat sınaqları Şiruyəni kamil insan elədi.
|