Ayrılıq belə düşdü
153
XXI
GÖZDƏN UZAQ DÜŞƏNLƏR
(Əli Xəlilovun vəfatı)
Aman Allah, o ürəyə dərd vermə,
Əzəlindən o ürəyin dərdi var.
Mərd ürəyə mərd dərd verki, çəkilsin,
Dərdlərin də namərdi var, mərdi var.
Elə dərd ver, barı sonra sovuşsun,
Ümid-güman bir-birinə qovuşsun.
Heç olmasa təsəlliyə uyuşsun,
O ürəyin dərd, qəm dolu yurdu var.
Bu fanidi qananlara yad gələn,
Min adı aparıb, minbir ad gələn.
Hamı peşman baxan, zəri bəd gələn,
Ortalıqda bir sehrli nərdi var.
Əzəlindən dedim Əli xeyirxah,
Qohum-əqrabaya darda bir pənah.
Səksəni haqlayan, bir kişi idi,
Hamını yoxlamaq vərdişi idi.
Hara getsə dost tapardı özünə,
Yanardı dərdlinin alov-közünə,
Atalıq etmişdi qardaşlarına,
Qardaşlar ata tək baxırdı ona.