İmam burda at sürmüş,
Daşlarında izi var.
Miskin Abdal ocağı,
Ocağının közü var.
Şeyx Heydərim bəyənmiş,
Bura müsafir gəlmiş.
Hüsnünə gözəl demiş,
Dilə gələn sözü var.
Ayrılıq belə düşdü
29
Hər gələn sevdi yurdu,
Dostluq xanəsi qurdu.
Ayrılıq çatdı, durdu,
İndi ağlar gözü var.
Nədən deyir, nələr deyir bu üzlər,
O üzləri görən səni əzizlər.
Qoynundakı dağlar, daşlar bu düzlər,
Xəbər verir bizə Həzrət Əlidən,
Peyğəmbərin canişini Vəlidən.
Mədinədən tutmuş ta Çinə qədər,
Şəhri-Zərin sirli içinə qədər.
Salsalın axirət köçünə qədər,
Həzrət Əli burda döyüş aparmış,
Tanrı hər izini daşa salarmış.
Daşlara düşərmiş ayaq, əl, izi,
O Allahın sevimlisi, əzizi.
Möcüzə önündə qoyubdu bizi,
“Düldül” atın ayaq izi daşdadı,
Bu məbədlər başımızdan başdadı.
Beşdi, ondu qoynundakı bu sirlər,
Keçib neçə qərinələr, əsrlər.
Sonra gəlib Dədə Qorqud deyirlər,
O da sənə “gözəl”, “göyçək” deyibdi,
Sabahına xoş gələcək deyibdi.
|