Seyidov miRİŞ MÜASİr etiket ensiklopediyasi



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix03.12.2019
ölçüsü8,07 Mb.
#29785
1   2   3   4   5   6   7   8   9   10   ...   21
Muasir etiket ensiklopediyasi 100 meslehet


SÜFRƏNİN
 DÜZÜLMƏSİ
Dadlı
 
və ləziz xörəklər süfrənin zövqlə düzülmə- 
sini
 
tələb
 edir.
 O təkcə ev sahibinin qonaqpərvərliyini 
göstərmir, həm də evin daxilinə 
gözəllik verir, xoş əh­
val-ruhiyyə yaradır, iştahı açır və yeməklərdən ləzzət 
almış 
olursan.
Süfrənin 
düzülməsi - səhər, nahar, şam yeməklə­
rinə
 
hazırlıq
 
və onları süfrəyə düzmək deməkdir. 
Süfrəni düzməyin əsas 
tələbləri bunlardır: sadəlik, sər­
fəlilik, otağın interyeri və verilən yeməklərlə uyğun­
laşdırılması.
 
Bunlarla
 bərabər süfrəni 
düzməyin este­
tik
 
istiqamətinə, formasına, 
rənginə, bəzənməsinə, 
qab-qacağa,
 süfrənin,
 salfetkanın rənginə fikir vermə­
li, milli 
adət-ənənələrə əməl olunmalıdır.
Süfrənin 
düzülməsi müasir dövrdə elə klassik 
formadadır ki, bunun üçün optimal qaydalardan istifa­
də 
etsək kifayətdir. Əlbəttə, burada öz fantaziyanızdan 
istifadə 
etməyə heç kəs mane ola 
bilməz. Burada qəbul 
olunmuş
 ümumi
 qaydalardan söhbət açılır. Yəni hansı 
dəstdən
 
istifadə
 
edilməli, onlar necə düzülməli 
və sal- 
fetka harada olmalıdır? 
Bıçaq və qədəhin yeri də 
müəyyənləşməlidir.
Kreslo 
və kürsülər masanın 
ətrafına elə düzülmə­
lidir
 ki, 
qonaq özünü olduqca sərbəst və rahat 
hiss et­
sin, 
masanın 
ayaqları və yanında əyləşənin dirsəyi 
ona 
mane
 
olmasın. 
Ona görə də 
hər 
bir qonağa 60-70 sm-lik 
yer
 ayrılmalıdır.
 Bu da süfrənin düzülməsinin əsas pa­
rametridir.
Masaya salınmış süfrə təmiz, ləkəsiz, nişastalan­
mış 
və ütülənmiş olmalıdır. Kətan
 parçadan tikilmiş 
süfrə daha
 gözəl
 görünür.
Süfrənin 
rəngi,
 
gülləri qabların rənginə və güllə­
rinə
 uyğunlaşdırılmalıdır. 
Əgər qabların rəngləri 
müxtəlifdirsə,
 onda 
süfrə 
bir rəngdə olmalıdır. Qablar 
bir
 rəngdədirsə, süfrə alabəzək,
 yaxud 
bir rəngli olma­
lıdır.
 Süfrə masanın dörd 
bir yanından 25 sm-dən az,
77
76

həmçinin kreslonun
 
oturacağından aşağı olmayaraq, 
sallanmalıdır. 
Belə süfrə ilə örtülmüş masa çox gözəl 
görünür.
 Mərasim naharı və şam yeməklərində masaya 

 süfrə 
sərilir.
Süfrə sürüşməsin 
və şax dursun deyə, onun altın­
dan
 
qalın 
parça salınır. Bu 
həm 
də masaya dəyən qab- 
qacağın səsini azaldır.
Masa
 gözəldirsə,
 
üstünü
 
kiçik salfetkalarla ört­
mək olar. Onların üstünə boşqablar və ümumi bulud 
sığışmalıdır.
 Masanın üstünün 
qalan 
yerləri isə boş 
qalmalıdır.
Hər qonaq
 üçün
 salfetka süfrənin rənginə uyğun 
seçilməlidir.
 O üçbucaq, konvert, 
trubka,
 konus, 
ra­
ket

 formasında 
bükülür və boşqaba elə qoyulur ki, 
tez 
açmaq
 mümkün olsun. 
Süfrəni səhər yeməyi üçün 
düzərkən,
 
salfetkanı dörd və ya üçbucaq şəklində 
qat­
lamaq 
kifayətdir. Banket süfrəsinə qoyulan salfetka isə 

raket” və 
kolpak şəklində 
qatlanır. 
Yaxşı ütülənmiş 

 səliqə ilə 
bükülmüş salfetka 
mərasim süfrəsini yara­
şıqlı 
göstərir.
Qeyd etmək 
lazımdır ki, salfetka hələ iki min il 
bundan əvvəl mərasim 
süfrələrini bəzəyib. 
Salfetkadan 
istifadəni
 çoxları bilmədiyindən, bundan təyinatına
 gö­
rə istifadə edilmir. 
Salfetka ilk növbədə kostyumu və 
paltarı
 yemək damcılarından qorumaq
 
üçündür. Etiket 
qaydalarına görə salfetka açıq şəkildə dizlərin üstünə 
örtülür. Salfetkanı yaxaya 
keçirənlər 
və ya sinə üstünə 
qoyanlar 
köhnə dəbdə gedənlərdir. 
Salfetkadan üz 
və ya 
cib
 dəsmalı
 kimi istifadə 
edənlər 
ancaq təəccüb doğurar 
və hərəkətləri ilə ev sahiblərini təhqir etmiş olarlar.
Qab-qacağı 
salfetka ilə silmək olmaz. Belə hərə­
kətlərlə
 səviyyənizi nümayiş etdirmiş olarsınız. Kağız 
salfetkalar
 masaya
 xüsusi dayaqlarda və ya vazada 
qoyulur.
 
.
Süfrə çox doldurulmamalıdır. 
Yeməklər süfrəyə 
ardıcıllıqla
 verilməlidir.
 Həm də əlavə masadan
 istifa­
də edilməlidir.
Süfrənin düzəldilməsinin estetik 
tələblərindən bi­
ri
 
də 
xörəyin
 verilməsində qablardan düzgün istifadə 
olunmasıdır.
 Süfrəyə düzülən 
qab-qacaq 
xörəklərə və 
qəlyanaltıya
 uyğun gəlməlidir. Yemək 
boşqablara 
elə 
çəkilməlidir
 ki,
 onların kənarları boş qalsın. Bu naxış­
lı 
boşqabların
 yaxşı 
görünməsinə və xörəklə uyğunlaş­
masına
 imkan verər.
 Xırda naxışlı 
qablar
 xörəklərin 
düzülüşünə 
və qarnirə (xırda doğranmış tərəvəzə), kəs­
kin geometrik 
formalı qablar isə xörəklərə və qarnirə 
uyğun gəlir.
Zövq
 
ilə seçilmiş
 qablar 
xörəkləri daha yaxşı gös­
tərər. Qabların rənginin də böyük 
əhəmiyyəti vardır. 
Parlaq 
məmulat
 ağ qabda yaxşı
 görünür. Ağ məmulat 
isə
 göy 
qablara 
(kobolt) uyğun gəlir. Qabların və ye- 
məklərin rənginin fərq
 incəliyi 
ilə uyğunlaşdırılması 
effektli olar.
Milli
 xörəklər süfrəyə 
uyğun qablarda veriləndə 
kolorit yaranır.
Meyvə və gül süfrəni çox yaraşıqlı göstərir. 
Güllər 
insanda yaxşı əhval-ruhiyyə yaradır və dekora­
tiv rolu oynayır. Güldan süfrədə digər qablarla uyğun­
laşdırılaraq,
 yerləşdirilir. Odur
 ki, onları süfrədə 
alçaq 
vazalarda
 
qoysanız yaxşıdır. 
İçərisində 1-2 
ədəd gül 
olan
 kiçik vaza hər əyləşənin yanına qoyulsa, daha gö­
zəl
 görünər.
“Üzən”
 
güllər də çox qəribədir. Kiçik qab 
su ilə 
doldurulur
 
və içərisinə saplaqsız güllər qoyulur.
Süfrə daha gözəl görünsün deyə, eni
 
2-3 sm-lik 
ipək
 lent
 ağ süfrənin 
üstünə iri 
xana şəklində çəkilir. 
Lentin kəsişdiyi yerə sancaqla 
balaca gül dəstəsi bərki­
dilir. 
Lentin rəngi güllərin rənginə uyğun gəlməlidir. 
Məsələn,
 bənövşə, yasəmən, peyğəmbərçiçəyi (açıq göy 
rəngli 
çöl 
çiçəyi) açıq göy, çobanyastığına isə sarı 
rəngli
 
lentə 
bərkidilir. Belə süfrə çox yaraşıqlı 
görünür, 
süfrədəki
 qədəhlər, stəkanlar sanki işıq saçır 
və əhval-ruhiyyəni qaldırır.
Təbii
 ki, ilin fəsillərindən 
də çox şey asılıdır. Ye-
78
79

ni il
 süfrəsinə vazalarda küknar və onun budaqları 
qoyulur. Onları vazasız 
da 
qoymaq olar. Yaxud bəzədil­
miş kiçik 
küknar da qoymaq olar. Yeni 
il və yubiley 
şənliklərində yandırılan 
şamlar 
süfrəyə xüsusi gözəllik 
verir.
 Bunlar həm
 də
 insanda
 şad, lirik və
 xoş əhval- 
ruhiyyə yaranmasına səbəb olur. Odur ki, şənliyin han­

 
məqsədlə təşkil olunduğu nəzərə alınaraq, süfrədə 
fantaziyaya
 və 
zövqə üstünlük verilməlidir.
Süfrəni
 açarkən, bəzi qaydalara 
əməl olunmalı­
dır. 
Bu süfrənin hansı məqsədlə
 açılmasından, vaxtdan 

 qonaqların sayından 
asılıdır.
Ziyafət
 süfrəsini 
açarkən, 
müəyyən ardıcıllıq göz­
lənilməlidir.
 
Mərasimlərdə masa nişastalanmış və 
ütülənmiş ağ süfrə ilə örtülür.
Süfrənin
 ortasına
 alçaq güldanda 
hündürlüyü 20- 
22
 sm-lik təbii gül dəstəsi qoyulur. Güldan masa ətra­
fında
 
əyləşənlərin bir-birini görməsinə, söhbət etməsi­
nə mane olmamalıdır. Masa böyük olarsa, güldan iki- 
üç yerdə
 
qoyulmalıdır.
Orta 
yaşlı qadının şərəfinə təşkil 
edilən ziyafətdə 
süfrəni
 
onun sevimli çiçəkləri ilə bəzəyirlər. Süfrəyə 
həmçinin, sarı,
 çəhrayı rəngdə qərənfil və qızılgül dəs­
təsi qoymaq
 olar.
Yaşlı
 qadının 
şərəfinə təşkil 
edilmiş ziyafətdə isə 
süfrəni
 
qırmızı
 gül, iri qərənfil, payız 
gülü ilə bəzəmək 
olar.
 Bu 
vaxt büllur və çinidən olan bəzəkli güldandan 
istifadə
 edilir.
 
Süfrəyə şamdan 
da qoymaq olar.
Nahar
 
və ya şam yeməyi kiçik yaşlı oğlan üçün 
təşkil 
olunubsa, 
süfrəni göy,
 qız üçün isə  çiçəklərlə 
bəzəmək
 
lazımdır.
Süfrəni
 heç vaxt 
həddən artıq ətirli çiçəklərlə bə­
zəmək olmaz.
 Çünki
 çiçəklərin 
ətri süfrə ətrafında əy­
ləşənlərin
 
səmimiliyinə, yeməklərin qoxusunu
 hiss et­
məyə maneçilik törədər.
Gülün
 
sağ və
 sol tərəfindən süfrəyə 
vazalarda 
meyvə qoyulur. 
Vazada
 
bir tərəfə portağal, naringi, o 
biri
 tərəfə
 isə alma, armud düzülür. Hər iki vazadakı 
meyvələrin 
üstündən üzüm 
salxımları qoyulmalıdır.
Qonaqların
 hər biri üçün yemək boşqabı və onun 
içərisinə qəlyanaltı nimçəsi, ondan sol tərəfdə isə çörək 
üçün
 
boşqab qoyulur.
Bıçağın
 iti tərəfi boşqaba 
sarı olur. Sol tərəfə 
süfrəni deşməmək üçün iti ucu yuxarı olan çəngəl qo­
yulur. 
Əgər balıq veriləcəksə, onda balıq bıçağı əsas 
bı­
çağın
 sağ
 tərəfində,
 balıq üçün çəngəl isə əsas çəngəl­
dən
 
sol
 tərəfdə 
qoyulur. Əgər 
balığa 
və qovurmaya qə­
dər 
qəlyanaltı
 veriləcəksə, onda
 onlara da 
bir 
az kiçik 
çəngəl
 və
 bıçaq 
qoyulmalıdır
Desert
 
qaşığı masanın kənarına paralel, boşqabın 
qabağına
 qulpu sağ tərəfə, qabarıq hissəsi isə 
aşağı 
qoyulmalıdır.
 Şorba üçün qaşıq bıçağın sağ tərəfindən, 
porsiya 
ilə verilməyən 
xörəklərə çəngəl, qaşıq, maşa 
və 
s.
 qoyulur.
 Yağ xüsusi bıçaqla, duz və xardal isə 
kiçik 
qaşıqlarla süfrəyə 
düzülür.
Qab-qacaq
 
bir xətt üzrə 
düzülməlidir. Əsas boş­
qab
 və bıçaq,
 çəngəllərin ucları masanın kənarında 
və 
ondan 1-2 sm aralı düzülməlidir.
Badələr
 
boşqablardan öndə düz
 xətt və ya dairəvi 
şəkildə
 
düzülür. Adətən 
su üçün stəkan, qırmızı və ağ 
çaxır
 üçün
 qədəh
 qoyulur.
 
Onlardan sağa isə tünd içki­
lər
 
üçün 
qədəhlər düzülür. Şampan badəsi isə yağ 
nim­
çəsi
 
ilə su stəkanının arasında olur.
Salfetka konus və ya “raket” şəklində qəlyanaltı 
boşqabına
 
qoyulur.
Hər
 
qonağın
 
yaxınlığına 
ayrı-ayrı
 duz qabı 
qoy­
maq mümkün deyilsə, 
onları ədviyyat ilə 
birlikdə 
süfrənin 
ortasına düzmək läzımdır.
Bir
 nəfərlik süfrəyə nə qoyulmalıdır? Bu menyu­
dan
 və içkidən asılıdır. Əgər süfrəyə şorba verilməyə­
cəksə,
 xörək 
qaşığına ehtiyac yoxdur. Qırmızı çaxır ol­
mayacaqsa, 
qədəh lazım deyil. Balıq verilməyəcəksə, 
süfrəyə
 balıq 
çəngəl-bıçağı 
və s. qoyulmur.
Çörək 
nazik dilimlərə doğranmalıdır.
 
Yaxşı olar 
ki, qonaqlara rahat 
olsun deyə, çörək süfrəyə boşqab­
80
81

larda
 gətirilsin və
 onlara yaxın 
yerdə qoyulsun. Əgər 
müxtəlif növ çörək veriləcəksə, hərəsindən bir neçə di­
lim boşqablara qoyulur. 
Pirojki nimçəsi 
boşdursa və 
süfrəyə
 
bir növ çörək verilibsə, çörəyi həmin nimçəyə 
qoymaq olar.
Səliqə ilə
 dilimlərə doğranılırmış yağ xüsusi qab­
larda və
 ya kiçik nimçələrdə süfrəyə qoyulur.
 Nimçədə 
yağ
 
bıçağı 
da olmalıdır.
Kolbasa 
bir az çəpinə doğranılır. 
Hisə verilmiş 
kolbasa
 nazik, bişirilmiş
 kolbasa isə azacıq qalın doğ­
ranılır.
 
Nazik
 kəsilmiş ət, pendir, kolbasa nimçələrdə 
süfrənin ortasına
 qoyulur.
Konservanı
 bankalardan
 
çıxarıb, desert 
boşqabına 

 
ya kahı
 
(salat) qabına qoyub, göyərti ilə bəzəsəniz 
yaxşı
 olar. Sardina və şprot
 
limon dilimləri ilə bəzənir, 
süfrəyə kahı 
və ya desert boşqabında qoyulur. Onu 
açılmış bankalarda 
da süfrəyə düzmək olar.
Buludda, kahı
 (salat) və siyənək (seledka) 
qabla­
rında
 verilən qəlyanaltıların yanında mütləq paylaşdır­
ma aləti qoyulmalıdır. Məsələn, xama aşqarı ilə qatıl­
mış
 tərəvəz kahısının dəstəkli boşqabına qulpu sağ tə­
rəfə olmaqla, qaşıq
 qoyulmalıdır.
Birinci yemək - ət 
suyu fincana, yaxud dərin boş­
qaba çəkilir.
 Fincan
 və dərin boşqab isə dəstəkli boş­
qabda verilir.
Çaxır 
və içkilər açıq şəkildə (şampandan başqa) bu­
tulkalarda (şüşə qab) süfrənin
 
müxtəlif yerlərində dəstə 
şəklində
 qoyulur.
 
Şampan süfrədə açılır. Şampan vedrə­
də verilibsə, paltara damcılamasın deyə, açılmamışdan 
əvvəl salfetkaya bükülür. Araq qrafinlərdə verilir.
Qonaqların iştahla
 yeməsi 
üçün ev sahibəsi 
xörək­
ləri
 zövqlə bəzəməli, səliqə ilə gətirməli və məharətlə 
süfrəyə
 təqdim
 etməlidir.
Nahar
 və şam 
xörəyinin süfrəyə düzülməsi, gös­
tərilən xidmət 
ziyafət süfrəsindən az
 fərqlənir.
 Bunlar 
ev
 
sahibinin 
imkanından və menyudan çox 
asılıdır.
YEMƏKLƏRİN
 VERİLMƏ 
QAYDASI
Yeməklərin və içkilərin verilməsi səbəbdən 
və 
günün vaxtından 
asılıdır. 
Çaya dəvət olunubsunussa, 
ümid 
etməyin ki, Sizə ət qızartması verəcəklər.
Qəlyanaltının 
isti və
 
soyuq
 
verilməsini onu təşkil 
edənlər
 müəyyənləşdirirlər.
Nahar bir
 
qayda olaraq qəlyanaltıdan, şorbadan, 
qovurmadan 
və desertdən 
ibarət olur.
Nahardan qabaq 
aperitiv (iştah qaldırmaq üçün 
zəif spirtli içki) təklif etmək olar. Adətən, bu məclisə 
gecikənləri 
gözləmək 
və ya ev sahibəsinin süfrəni 
düzməsini
 
sona çatdırmasına 
imkan yaratmaq məqsədi 
ilə 
verilir.
Soyuq
 qəlyanaltılar
 
əvvəlcədən süfrəyə qoyulur. 
İsti qəlyanaltılar 
hansı qabda bişirilibsə, elə onda da 
verilir.
 
İsti xörək (qəlyanaltı) olan qab kağız salfetka 
ilə 
örtülmüş pirojki 
boşqabına qoyulur. Kokotnitsada 
(qulplu
 qab) 
verilən qəlyanaltı çay 
qaşığı ilə, porsiya 
ilə
 tavada 
(adambaşına verilən yemək) hazırlanmış ye­
mək
 isə
 çəngəllə yeyilir. Xörək şirəsi 
ilə 
(sous) düzəl­
dilmiş
 
qəlyanaltıya
 əlavə çərəz (desert) qaşığı verilir. 
Bu
 vaxt qabın qulpu qonağın sol tərəfində, çay qaşığı 
isə
 sağ
 tərəfində olmalıdır. Sosiska-malyutkanı (kör- 
pə)> 
teftelini (xırda küftəyə oxşar yemək) porsiya 
(adambaşına verilən 
yemək) tavasında vermək olar.
Birinci
 yemək
 verilməmişdən əvvəl qəlyanaltı 
boşqabını 
və işlədilmiş çəngəl-bıçağı süfrədən yığışdır­
maq 
lazımdır.
Birinci yemək. Ət suyu (bulyon) fincanlara və də­
rin
 
yemək 
boşqablarına
 çəkilir.
 Fincanı 
və boşqabı dəs- 
təklik
 boşqabında 
verirlər. Ət 
suyu üçün xüsusi qaşıq 
verilir.
Birinci xörəyi
 yemək 
üçün süfrəyə düzülmüş qa­
şıqdan,
 çəngəldən
 
və bıçaqdan istifadə edilir. İşlənmiş 
çəngəl-bıçaq qablarla birlikdə yığışdırılır.
İkinci yeməyi verməmişdən əvvəl süfrədən tərə­
82
83

vəzdən
 
başqa bütün
 
işlənmiş qab-qacaq 
və qəlyanaltı 
yığışdırılır.
Ev
 şəraitində
 
ikinci isti yemək belə ardıcıllıqla 
verilir: balıq,
 ət, 
çöl quşu və tərəvəz.
Yemək mətbəxdə formalaşdırılır. Hər 
bir qonaq 
üçün
 
ayrı boşqablarda verilir, yaxud yemək ümumi 
qablarda süfrəyə 
qoyulur və hər qonaq öz boşqabına 
yemək çəkir.
Bişmiş
 balıq 
qarnir ilə birlikdə kiçik boşqabda ve­
rilir. 
Xörək şirəsi (sous) isə 
ayrıca verilir. Sümüklər 
üçün
 kiçik
 pirojki boşqabları 
qoyulur.
 Qızardılmış ba­
lıq
 oval
 şəkilli melxor buludda verilir. 
Hər 
adam üçün 
isə
 kiçik 
boşqablar qoyulur. Ət yeməyini, kotleti qarnir 
ilə 
birlikdə dəyirmi metal 
və ya çini buludlarda vermək 
yaxşıdır.
 Kabab
 oval metal buludlarda şişlə birlikdə, 
qarnir
 isə ayrıca verilir. Bütöv qızardılmış quş 
doğran­
mış şəkildə buludda süfrəyə gətirilir.
Bəzi
 xörəklər - 
ət və 
tərəvəz kotleti, tefteli, kə­
ləm
 
dolması, balıq filesi, omletlər, zapekankalar bıçaq 
tələb
 
etmir.
 Onları çəngəllə 
kəsmək daha rahatdır. Be­
lə halda, çəngəl boşqabın sağ tərəfindən qoyulur.
Bir
 
qayda olaraq, şənliyin, məclisin sonunda 
süfrəyə
 şirniyyat 
gətirilir. 
Şirniyyat verilməmişdən əv­
vəl 
süfrədən bütün qab-qacaq, qəlyanaltı 
yığışdırılır. 
Süfrəyə
 şirniyyat
 (desert) 
qab-qacağı düzülür (bəzən 
süfrə də dəyişilir).
 Qab-qacaq 
düzüləndən sonra şir­
niyyata
 (desert) keçilir.
 O həm isti, həm də soyuq ola 
bilər.
Meyvə, dondurma, 
piroq, tort soyuq, duxovkadan 
çıxarılmış 
piroq isə isti şirniyyat hesab olunur.
İsti
 və
 soyuq 
şirniyyatları
 
(desert) birləşdirmək 
olar.
 Yəni qonaqlara “şarlotka” və dondurma təklif et­
mək olar.
Şirniyyat - 
kisel,
 kompot,
 dondurma, jele 
xüsusi 
qablarda
 
hər qonağa nimçədə desert 
və ya çay qaşığı 
ilə 
birlikdə verilir.
Meyvə
 ilə doldurulmuş vazalar 
süfrənin ortasına 
qoyulur.
 Bəzi meyvələri isə şirniyyat 
(desert) boşqabla­
rında 
ayrı-ayrı vermək olar. Bunlar iki yerə bölünmüş 
qreypfrut,
 saplağı
 ayrılmış banan, 
ərik, şaftalı
 və 
ga­
valıdır. Giləmeyvələr (çiyələk, bağ çiyələyi, quşüzümü, 
mərcan) vazalarda 
verilir,
 yanına isə şirniyyat 
(desert) 
qaşıqları qoyulur.
Pirojki,
 
tort dayaz vazalarda və xırda kəsilmiş 
salfetkalarda
 
verilir. Boşqablara
 
qənnadı beli və ya ma­
şa
 
qoyulur.
Mürəbbələr
 süfrəyə 
xüsusi vazalarda düzülür. 
Fərdi
 mürəbbə
 
nəlbəkisi isə bir-birinin üstünə 
yığılmış 
vəziyyətdə
 
vazanın 
kənarına qoyulur. Çay qaşıqları isə 
həmin
 nəlbəkilərin üstünə qoyulur.
İçkilər
 yeməklərə
 uyğun olmalıdır. Bu şam ye­
məyində
 o qədər 
də vacib deyil. 
Balığa, mal ətinə, qu­
şa ağ turş çaxır, qaz, ördək, 
çöl quşu, qoyun və 
donuz 
ətinə
 isə 
qırmızı turş çaxır verilir. Desertə rəngindən 
asılı olmayaraq, şirin və ya 
kəmşirin çaxır məsləhətdir. 
Yalnız qəhvəyə konyak, likör verilir. Şampanı isə hər 
vaxt bütün
 yenıəklərlə 
vermək olar.
Şampan,
 soyuducuda buzlaşdırılmış burqansk, la- 
fit
 qızdırılmış, 
qırmızı çaxır, 
konyak və turş çaxır ev 
hərarətində
 
verilir. 
Digər içkiləri (araq, 
pivə, şirin ça­
xır)
 isə 
soyuq 
şəkildə süfrəyə vermək lazımdır.
Son zamanlar 
şam yeməyinə deyil, müəyyən ye­
məklərə - kababa, plova, 
qutaba və s. qonaq 
dəvət edir­
lər. Çox əlverişli olan bu dəvət evin sahibəsini əlavə 
zəhmətdən
 azad edir. Bu vaxt ev 
sahibəsi yeməklərdən 
birini 
yaxşı hazırladığı üçün özünü daha inamlı hiss 
edir.
Yeməyi paylamaq qaydaları
Adətən, ev sahibəsinin yaxınlığında üstündə 
tə­
miz boşqablar və başqa lazımi qab-qacaq olan əlavə kö­
məkçi
 mas.i o,’
ı:r. -. sa ətrafında 5-6 nəfər qonaq əylə­
şərsə, ev 
sahibəs. 
onlara asanlıqla qulJnq edə bilər. 
Əgər 
qonaq çoxdursa, onda onlara ayrı-ayrılıqda 
xörək 
verilməlidir. Be halda ev sahibəsi aşağıdakı qaydaları 
85
84

yaxşı
 bilməlidir:
 Əgər qonaq yeməyi özü götürüb boş­
qabına
 qoyacaqsa, onda buludu qonağın sol tərəfindən 
yaxınlaşdırmaq, çaxırı
 isə sağ tərəfdən süzmək 
lazım­
dır.
 Ayrı-ayrı boşqablara çəkilmiş yeməklər isə 
sağ tə­
rəfdən verilməlidir.
Yemək süfrəyə vaxtında verilməlidir.
Şənliklərdə yeməyi ev 
sahibinin sağ 
tərəfində əy­
ləşən qadınlardan başlayıb, ev sahibi ilə qarşı-qarşıya 
əyləşən
 ev
 
sahibəsində, qurtarmaq 
lazımdır. Sonra isə 
xidmətə
 ev sahibəsinin 
sağ
 tərəfində əyləşən kişidən 
başlayıb,
 
ev
 sahibində qurtarırlar. Xörəyi süfrəyə
 isti 
halda
 vermək lazımdır.
Bəzən
 şved 
masasından və ya soyuq bufetdən 
də 
istifadə edilir. 
Bu vaxt yemək buluddan
 götürülüb, 
boşqablara 
qoyulur və ayaq üstə yeyilir.
Bütün
 
lazımi şeylər - boşqab,
 
çəngəl, salfeka 
süfrədə
 olur. Şved masası ev sahibəsini qulluq etmək­
dən,
 qonaqları
 isə 
sıxıntıdan azad edir. Bu yemək- 
lərdən istənilən
 
qədər götürüb yemək 
olar.
Süfrədə
 isti xörək yoxdursa, bu soyuq bufet adla­
nır. Belə süfrədə salatlar, buterbrodlar, soyuq qəlyan­
altılar,
 xörək şirəsi (sous) və içkilər olur. 
Belə süfrəyə 
həm
 də 
bir cür isti 
xörək gətirilə bilər.
Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin