Seyidov miRİŞ MÜASİr etiket ensiklopediyasi



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix03.12.2019
ölçüsü8,07 Mb.
#29785
1   ...   5   6   7   8   9   10   11   12   ...   21
Muasir etiket ensiklopediyasi 100 meslehet


Kokteyl
Hal-hazırda
 kokteyl 
dəbdə olan 
içki növüdür. 
Kokteylin
 hazırlanması bir o qədər də çətin deyil. Bu­
nun üçün şərab və şirə götürmək 
lazımdır. Kokteyl qo­
naqlığı evin
 
sahibəsindən çox zəhmət tələb etmir.
Kokteyl
 
hazırlamaq üçün içkidən
 başqa buz 
və sa­
man (küləş)
 lazımdır.
 
Bunu ev şaraitində 
hazırlamaq 
olarmı? Əlbəttə,
 
bu hər bir şəxsin fantaziyasından 
ası­
lıdır 
(əlavələr fəslindəki reseptə bax).
Nəhayət,
 
olduqca
 geniş yayılmış 
çay və qəhvə 
haqqında
Adətən,
 
çayın 
və ya qəhvənin süfrəyə verilməsi 
ilə 
nahar, yaxud 
şam yeməyi başa çatır (çay qonaqlığı 
deyilsə).
Çayla
 
qənd, limon 
və süd verilir.
Qəhvə 
desert süfrəsinin
 sonunda verilir.
Çaya
 
verilənlər buraya 
da aiddir. Həmçinin əlavə 
olaraq, qəhvə süfrəsinə rom, konyak və likör əlavə 
edi­
lir.
Ev
 
sahibinin 
qəhvə təklif etməsi, 
bir növ 
süfrənin 
başa
 çatmasına işarədir (qəhvə 
qonaqlığı 
deyilsə).
98
99

QONAQLARIN
 
YERLƏŞDİRİLMƏSİ
Dəvətnamə
 
göndərib, cavab 
alandan sonra, ziyafət­
də iştirak 
edəcək qonaqların sayı məlum olur. İndi qonaq­
ların
 
harada oturacağı haqda fikirləşmək lazımdır. Bu o 
qədər
 
də kiçik məsələ deyil. Kimsə bunun sadə məsələ ol­
duğunu
 fikirləşirsə,
 deməli, səhvə yol verir.
Qonaqların
 süfrə ətrafında yerləşdirilməsi 
etike­
tin ən vacib məsələlərindən biridir.
Ailə 
şənliyi diplomatik qəbul deyil. Diplomatik 
qəbullarda həm
 qonaqların ictimai vəziyyəti, həm də 
onların
 
təmsil olunduğu dövlət 
də nəzərə alınır.
Süfrədə
 
hansı yerlərin mötəbər yerlər olduğunu 
bilməliyik.
 Ev sahibi ilə ev sahibəsinin
 
sağında kimlər 
əyləşməlidir?
Aşağıda verilmiş
 
sxemlərdə
 
bu aydın 
şəkildə gös­
tərilib:
O
 qədər
 
də rəsmi olmayan məclislərdə ev sahibi 
ilə ev 
sahibəsi həmişə süfrənin yuxarı başında əyləşir­
lər.
 Mötəbər 
yerlər 1-ci və 2-ci sxemdə göstərilib.
Böyük
 
və kiçik'məsələsinə gəlincə isə 
ümumi qay­
danı gözləmək 
lazımdır. Məclisdə bir neçə nıohtərəm 
qonaq
 olarsa, 
onları
 digər əyləşənlərin arasında oturt­
maq olar. Heç kim buna etiraz etməməlidir.
Rəsmi 
vəziyyətdən
 başqa, ailə 
çənəsini də yad­
dan 
çıxarmaq- olmaz. Şəraitdən ^olara^’Xü və 
etmək
 
olar. Burada 
yaş, qonağın ictimai vəz yy 
ev
 sahibi ilə 
münasibətlər nəzərə alınmalıdır.
-  lənchr 
hörmət
 əlaməti olaraq, böyüklüyü yaş­
lılara 
verir və bu 
qayda nadir hallarda pozulur,
-  qonaqların rütbəsi nəzərə alınır,

yerli 
təcrübə əsas rol oynayır;
-
 
ilk
 
dəfə qonaq gələnlərə və əcnəbilərə xüsusi 
diqqət
 
yetirilir;
-
  evdəki
 ailə üzvləri böyüklüyü qonaqlara
 
verir­
lər.
Mötabar 
yerlar
Mötəbər
 yerlərin 
bölüşdürülməsində 
diqqətli ol­
maq
 
lazımdır.
 
Belə 
yerlərə çoxlarının iddiası 
olur. Qo­
naqların
 yerləşdirilməsinə xüsusi həssaslıqla yanaşılır.
Bayır
 qapısına baxan yer mötəbər yer hesab olu­
nur.
 Əgər qapı 
yan tərəfdədirsə, deməli, küçəyə açılan 
pəncərəyə
 
tərəf baxan yerdir.
Gündəlik
 təcrübədə
 
diplomatik etiket qanunlarına 
riayət etmək mümkün deyil. Ancaq prinsip etibarı ilə 
süfrə
 
ətrafında əyləşmə qaydaları
 onların əsasında qu­
rulmuşdur.
Ev sahibəsi
 deyə bilər: “Kim harada istəyir otur­
sun
”. Belə
 halda qonaqlar
 rahat olmasalar və 
darıxsa­
lar,
 
onda ev sahibəsi özündən inciməlidir.
Bütün
 
ölkələrdə möhtərəm
 kişi qonağının ev sahi­
bəsinin sağ tərəfində oturması qəbul olunub. Möhtərəm 
qadın 
qonağı isə ev sahibinin sağ tərəfində əyləşməli­
dir.
Ər-arvad 
yanaşı əyləşməməlidirlər. Lakin onlar 
özləri
 xahiş 
etsələr yanaşı otura bilərlər.
Əgər
 masa П şəklindədirsə, ev sahibi
 ilə ev sahi­
bəsi masanın orta hissəsində birlikdə əyləşirlər. Möhtə­
rəm
 qonaqların yerləri isə əvvəlki kimi qalır.
Dəyirmi 
masada ev sahibi ilə ev 
sahibəsi qarşı- 
qarşıya 
əyləşirlər.
Rahat
 olmaq üçün ev sahibi masa kartoçkaların- 
dan
 
istifadə edə bilər. Qohumluq
 dərəcəsinə görə ad, 
soyad,
 atanın adı, yaxud ad, soyad və ya ad yazıla bi­
lər 
(əgər 
bu
 adda 
bir nəfər varsa).
Kartoçkalar  qalın
 kağızdan 
düzəldilir. Kənar­
ları
 
bəzəkli də ola bilər.
101
100

Əgər yanaşı əyləşən kişi qadınla
 
tanış deyilsə,
 ev 
sahibi
 kişini qadına 
təqdim 
etməlidir.
İmkan
 olarsa, ev sahibi qonaqların peşələrim də 
nəzərə
 almalıdır.
 İş yoldaşları
 
bir yerdə 
əyləşməsələr 
daha
 yaxşı 
olar. Onsuz da onlar işdə bir 
kabinetdə 
əy- 
1ƏŞirlŞved masası ev 
sahiblərini qonaqların yerləşdiril­
məsindən azad edir. Ancaq süfrənin düzülməsində diq­
qətli
 olmalıdırlar.
VİZİT
Vizit
Qısa müddətli görüş.
 
Belə vizitin ziyafətlə müşa­
yiət
 olunması 
məcburi deyil. Vizitin məqsədi tanışlarla 
hörmət 
və nəzakətlə görüşməkdir. Vizitdə adətən, 
mübahisələr,
 
münaqişələr aradan götürülür, müəyyən 
problemləri 
həll etmək, yaxşı vaxt keçirmək və tanışlıq 
üçün 
imkan əldə edilir.
Vizit daha çox alicənab 
şəxslərə 
lazımdır.
Vizitin üstün cəhəti ondan ibarətdir ki, 
insanları 
bir-birinə
 yaxınlaşdırır, 
onlar arasında səmimi müna­
sibətin yaranmasına
 kömək edir.
Vizit
 qohumlar və dostlar arasında baş vermiş 
na­
razılığı 
aradan qaldırmağa və barışığa imkan yaradır.
Vizitə bunlar aiddir:
-  tanışlıq
 viziti
 (əvvəlcədən 
telefon vasitəsi ilə 
razılaşmaq
 
məsləhətdir);

xudahafizləşmə viziti 
(uzaq 
bir yerə gedəndə 
qohum
 və 
tanışlarla görüşmə);
-
 
cavab 
viziti;
-  xəstə
 yoldaşı ziyarət etmək 
viziti;
-  valideynlərə
 ehtiram viziti;

başsağlığı viziti;
-  gəlinə 
vizit;
-  dostluq
 viziti;
-  qohumlara baş 
çəkmək
 viziti;
-
  tanış 
və dostları
 təbrik viziti;
-
  təşəkkür 
viziti;
-
  ziyafət və axşam 
yeməyindən sonrakı vizit;
-
  toydan 
sonrakı vizit;
-  mərasim viziti 
və başqa vacib 
vizitlər.
Vizit 
adından göründüyü kimi qısa olduğundan 
onun məqsədini, vaxtını 
və şəraitini müəyyən etmək çox 
vacibdir. 
Çünki
 qısa
 bir müddətdə 
bu vizitdən insanda 
müəyyən təsəvvür yaranır. Bu da gələcəkdə yaranacaq 
münasibətlərə
 
və onun inkişafına təsir göstərir.
102
103

Toy 
vizitinə 
toydan sonrakı iki həftə ərzində 
getmək
 olar. Yeni ailə 
quranların görüşünə 
onlar 
görüşə
 
gələndən sonra gedilir.
Ziyafətdən sonrakı bir və ya iki həftə müddətində 
15
 gündən gec olmayaraq,
 
vizit edilməlidir.
Nahara
 
və şam yeməyinə 
dəvət alıbsınızsa, gedib- 
getməyəcəyinizdən
 asılı 
olmayaraq, dəvət 
edənə vizit 
etməlisiniz.
Təşrifat
 
viziti
 3 
və ya 5 gün ərzində edilir. Diq­
qətli
 
olduğunuzu göstərmək istəyirsinizsə, 
tez bir za­
manda
 cavab vizitinə getməlisiniz. Viziti uzun müddət 
cavabsız
 qoysanız cavab 
viziti gözləyən özünü 
təhqir 
olunmuş hesab
 edər və tanışlığınıza 
xələl gətirə bilər.
Şəraitdən
 asılı olaraq, təşrifat viziti 
insanın gər­
gin, narahat və həyəcanlı vaxtına düşə bilər. Əsəblər 
sakitləşənə qədər belə viziti təxirə salmaq lazımdır. 
Çünki
 bəzi 
adamlar öz hisslərini 
gizlədə bilmir və bu 
da özgə evində 
pis əhval-ruhiyyənin yaranmasına 
səbəb 
olur.
Xəstəni 
ziyarət edərkən, onun bu vizitdən narazı 
olmayacağını, səhhətinin buna
 imkan 
verəcəyini əv­
vəlcədən düşünmək lazımdır. 
Belə vizitə adətən, gül və 
meyvə
 
ilə 
gedilir.
Xəstələrlə
 onların səhhəti, müalicəsi haqqında 
söhbət etmək düzgün deyil. Bu 
ziyarət xəstəyə olan 
hörmətdir və ona həkimin yazdığı dərmanlardan da 
yaxşı təsir göstərir.
Xəstəni
 
söhbətə
 tutub yormayın. Söhbət 
zamanı 
onu
 
diqqətlə dinləyin, 
ailəsinə kömək 
lazım olub- 
olmadığını öyrənin.
Xəstəxanada müalicə olunan
 dostunuza baş çək- 
məlisinizsə, əvvəlcədən ona nə aparmaq lazım oldu­
ğunu 
öyrənin.
Yadda saxlamaq 
lazımdır ki, palatada ucadan 
danışmaq, çarpayıda oturmaq, qanqaraldan söhbətlər 
etmək
 və həkimdən 
xəstənin vəziyyətini öyrənmək 
yaxşı
 deyil.
Xəstənin 
yanında
 15 dəqiqədən az olmamalısınız. 
Çünki xəstə 
elə 
başa düşər ki, Siz onun yanına yolüstü 
və təsadüfən
 gəlmisiniz. 
Lakin bu 
viziti bir saat 
uzatmaq
 
da olmaz. Vizit 
həm də yemək vaxtına 
düşməməlidir. Vizit 
nahardan axşam saat 20-ə qədər 
olmalıdır.
Xəstə
 
sağalandan sonra ziyarətinə gələnlərə 
minnətdarlıq
 
edirsə,
 deməli, 
bu onun 
səviyyəsini 
göstərir.
Dostluq viziti, eləcə də, qohumlara baş çəkmə 
sərbəst və etibarlı olmaq deməkdir. 
Belə vizitlər çox 
uzun çəkməməlidir. 
Bunun üçün xüsusi şərait və for­
ma
 tələb edilmir.
 Əgər
 
dostunuzu narahat etməyəcə­
yinizə əminsinizsə, günün istənilən vaxtında ona vizit 
edə bilərsiniz.
 Dostluq vizitinə əvvəlcədən hazırlaşmaq 
lazım 
deyil.
Dostlarınızı
 

 ya tanışlarınızı bayram münasi­
bəti
 ilə təbrik 
etmək üçün onlara vizit etmək olar.
Xəbərdarlıqsız
 bir şəhərdən digər şəhərə 
gələn 
qonaqların
 
görüşü də vizit adlandırılır. Belə vizit 
ev 
sahibinin planını
 
poza 
bilər 
və xərclərini artırar. 
Vizitlərə
 
yalnız ciddi 
səbəb olanda bəraət qazandırmaq 
mümkündür.
 Vizit edərkən, 
bir neçə gün əvvəldən ev 
sahibinə 
xəbərdarlıq etməli və razılıq alınmalıdır.
Yeni 
il bayramını bütün yanvar ayı ərzində 
təbrik 
etmək
 
olar. Lakin belə vizit bayram günü daha mü­
nasibdir.
Təzə 
tanışınız 
vizitlə 
ilk dəfə gəlibsə,
 mütləq 
bir 
həftədən
 
gec olmayaraq,
 
cavab vizitinə getməlisiniz. 
Vizitin vaxtı
 heç bir səbəb olmadan uzadılarsa, bu 

deməkdir ki, tanışınızı görmək istəmirsiniz. Əgər 
ciddi səbəb olarsa,
 ona zəng çalıb xəbər verməli və 
üzr
 istəməlisiniz. Heç
 bir
 səbəb olmadan gec 
gəlmişsinizsə, 
onda üzr istəməməlisiniz. Çünki bu çox 
yersiz
 
çıxar.
Ümumiyyətlə,
 qadın kişi
 yanına vizitlə getmə­
məlidir. Əgər 
qadınla kişi arasında uzun müddət
104
105

VİZİTİN 
QƏBULU
dostluq
 olarsa 
və ya qadın 
ona öz təşəkkürünü 
bildirmək
 
istəyərsə,
 vizit edə bilər.
Sənə
 vizit
 
verilməyibsə, viziti dayandırmalısan. 
Çünki
 
elə başa düşülər ki, sırtıqlıq edirsən.
Səhər
 viziti saat
 15-17 arası təyin edilməlidir. 
Səhər
 vizitlə gedərkən, 
görüşəcəyiniz adamın həyat 
tərzinə
 uyğunlaşmalısınız.
Səhər
 yeməyi 
zamanı vizit 
etmək nəzakətsiz- 
likdir.
Yaxın qohumlarla 
və dostlarla görüşmək vizit 
sayılmır.
 Belə
 vizitə kimin vaxtı
 
olarsa, o da 
getməlidir.
 Ancaq bu 
uzun çəkməməlidir.
Vizit dostluq məqsədi daşımazsa, bundan çəkinin. 
Əgər özünüzü narahat hiss 
edirsinizsə, xarici 
görünüşünüzdə
 
xəstəliyin əlamətləri hiss olunursa və 
danışığınıza
 
nəzarət edə bilmirsinizsə, viziti 
dayandırın.
Söhbətiniz 
maraqlı deyilsə və onda heç bir məntiq 
yoxdursa,
 başqasının vaxtını almayın.
Dostunuz əziz 
adamını itiribsə və ya tanışınızın 
ailəsinə
 
bədbəxtlik üz veribsə, ona başsağlığı 
verib, kə­
dərinə
 
şərik olmalısınız. Çünki o bundan bir qədər 
sakitləşə bilər. Belə vizitə qara paltarda getməlisiniz.
Başsağlığına 
gedərkən, 
özünüzlə uşaq götürmə­
yin. Ev
 
sahiblərini mənzillərində tapmasanız özünüzün 
qara zolaqlı vizit
 
vərəqənizi qoymalısınız.
Yola çıxıbsınızsa 
və ya xəstəsinizsə, viziti məktubla 
əvəz
 edə bilərsiniz. Məktubun 
məzmunu faciə 
baş verən 
ailəyə münasibətinizdən 
asılı olaraq kədərli olmalıdır.
Başsağlığı viziti 15 dəqiqədən artıq çəkməməlidir. 
Vizit
 
zamanı rəhmətə gedən barədə ev sahibləri 
söz 
salmasalar, 
o haqda danışmaq yaxşı deyil. 
Belə vizit 
adə­
tən,
 
dəfn mərasimindən sonrakı iki həftə ərzində olur.
Vizitin
 
müddəti onun sərfəli 
olması ilə ölçülməli­
dir. 
Mərasim viziti yarım 
saatdan çox 
çəkməməlidir. 
Əgər
 hiss 
etsəniz ki, vizitiniz ev sahibləri üçün vədə­
sizdir, dərhal xudahafizləşib, geri qayıtmalısınız.
Vizit ədəbli, nəzakətli 
və səmimi olmalıdır. Bu 
əsasən 
ev
 sahiblərinin üzərinə düşür. Ev sahiblərinin 
bütün 
hərəkətlərindən qonaqlar razı qalmalı, onlarda 
xoş 
təəssürat yaranmalıdır ki, bir daha vizitə gəlmək 
arzusunda
 olsunlar.
Təmtəraqlıq
 
evin
 təmiz, səliqəli olması deməkdir.
Vizitə
 gələn
 
gəncdirsə,
 
ona kreslo 
və ya stul 
təklif etməlisiniz. 
Yox, əgər qonağınız 
yaşlıdırsa, ona 
kresloda 
yer göstərməlisiniz.
Qonaq qadındırsa, ona divanda 
oturmaq 
təklif 
olunmalıdır.
Qonağı ev sahibi qəbul edərsə, stul götürüb, 
onunla
 
üzbəüz
 əyləşməlidir.
Qəbulu
 ev sahibəsi öz üzərinə götürübsə və gələn 
tanış qadındırsa, bu
 halda 
ona 
öz yanında yer verməlidir.
Vizitə
 
bir neçə qadın gəlibsə, əvvəl yaşlı qadına 
yer
 
təklif edilməli, sonra isə başqalarına yer göstə­
rilməlidir.
Otaqda
 kamin 
varsa, yan yerlər hörmətli, 
ortadakı- 
alovun
 qarşısındakı yerlər isə aşağı yerlər 
hesab 
olunur.
Ərli
 qadına hörmət
 əlaməti olaraq, evin sahibəsi 
onu 
münasib 
yerdə əyləşdirməlidir. Həmin yer gənc 
qadın tərəfindən
 tutulubsa, bu halda qadın yerini yaşlı 
qadına
 
təklif 
etməlidir, özü isə stul götürüb, başqa 
yerdə əyləşməlidir.
Ev
 
şəraitində keçən vizitlərdə
 qadın 
heç vaxt iş 
barədə 
söhbət açmamalı, iş
 mövzusu unudulmalıdır.
Qonaq 
getdiyiniz
 evin 
gəncləri valideynlərinin 
qonaqlarına
 qarşı
 diqqətli
 
olmalıdırlar.
Valideynlər qonaqlarla əyləşəndə gənclər kitab 
oxumamalı
 və
 başqa 
işlə məşğul olmamalıdırlar. Qo­
naqlarla
 valideynlərin söhbəti
 gəncləri maraqlandır­
masa
 da, onlar bunu üzə vurmamalı və hiss etdirmə­
məlidirlər.
107
106

Yanımıza
 
gələnlərlə həmişə nəzakətli, ədəbli 
və 
mehriban
 
olmalıyıq.
Ev
 sahibləri vizitə gələnləri bayır 
qapısına qədər 
ötürməlidirlər.
Vizitə 
getdiyiniz şəxsin mənzilinə 
yaxınlaşanda 
paltarınızı səliqəyə
 salmalı, 
ayaqqabınızı döşəmədəki 
əskiyə
 
silməli, qapının zəngini basmalı və ya qapını 
döyməlisiniz. 
Qapını
 iki-üç
 dəfə döyəndən sonra cavab 
verən olmazsa,
 geri qayıtmaq lazımdır. Evdən uzaqlaş­
mamış 
vizit
 
vərəqənizin sol küncünü qatlayıb, 
qapıda 
qoymalısınız.
 Bu Sizin gəldiyinizə işarədir.
Ev
 
sahibəsi təkid edəndən sonra qonaq gəlmiş 
qadın
 şlyapasını 
çıxarmalıdır.
Evə
 yeni qonaq 
gəlibsə, yaxud gedirsə, ayağa 
qalxmalı, ev sahibəsi oturmayınca digərləri 
də əyləş­
məməlidirlər.
Qonaq
 
otağına daxil olarkən, otaqda qadınlar 
varsa,
 əvvəlcə ev sahibəsi 
ilə, sonra isə digərlərinə baş 
əyib,
 görüşməlisiniz.
Vizit
 
zamanı ev sahibinin cibindən kağız çıxar­
dığını, 
yazı masasının siyirməsindən nə isə axtardı­
ğını,
 narahat olduğunu və
 tez-tez saata baxdığını hiss 
edərsinizsə,
 
gəlişinizdən 5 dəqiqə ötsə belə, xuda­
hafizləşib,
 
getməlisiniz.
Evə daxil olarkən, vizitinizin 
məqsədini ev 
sahibinə bildirin və onun göstərdiyi 
yerdə əyləşin.
Özünü
 
sərbəst aparmaq o demək deyil ki, stulda 
oturarkən,
 ayaqlarını uzadasan, gələn 
olanda isə çəkə­
sən 
və stulun kənarında əyləşib, özünü şax saxlayasan. 
Bunlar ədəbsizlik 
hesab 
olunur. Bu hərəkət insanı 
gülünc 
vəziyyətə salır.
Şəxsiyyətli, hörmətli 
adamlara 
vizit edəndə əv­
vəlcədən
 nədən 
və necə danışacağını planlaşdırmalı və 
özünü
 
necə aparacağını 
düşünməlisən.
Vizitin
 
mənalı keçməsi və 
xoşagəlimli olması 
üçün
 görüşdüyün şəxsə elə təsir
 etməlisən ki, səninlə 
keçirdiyi vaxt
 üçün heyfslənməsin. Belə vizitdə uzun- 
uzadı danışmaq yersizdir. 
Danışdığınız hər hansı ha­
disə və ya lətifənin qısa 
və xoşagələn olmasına çalışın.
Vizitdə ailə üzvləri 
iştirak edərsə, 
onlara bir neçə 
xoş söz deyib, ovqatlarını qaldırmalısınız.
Vizit zamanı 
evə kənar şəxs gələrsə, ev sahibi ilə 
xudahafizləşib, təcili getmək lazımdır. Yalnız ev sa­
hibinin
 
təkidindən sonra
 yeni 
gələn qonaqla salamlaşıb, 
onlarla qala
 bilərsiniz. 
Əvvəl harada oturmuşsunuzsa, 
elə orada da əyləşib, ümumi söhbətdə iştirak 
etməlisiniz.
 Ev sahibini pis vəziyyətdə qoymamaq üçün 
keçmiş
 söhbətləri
 
davam etdirməməlisiniz. Ev sahibi 
söhbəti
 
özü davam 
etdirmək istəsə, onda aranızdakı 
söhbətin
 qısa məzmunu
 haqqında qonağa 
məlumat 
verməlisiniz.
Uzun çəkən
 vizitdə ev sahibləri Sizə hörmət və 
ehtiramla yanaşırlarsa, 
ayrılarkən onlara təşəkkür 
etməli
 
və bir neçə kəlmə xoş söz işlətməlisiniz.
Evinizdə
 it
 
saxlayırsınızsa, onu vizitə 
götürmə­
yin.
 Hətta 
yaxşı münasibətdə olduğunuz
 tanışın 
da 
evinə itlə getmək olmaz. Çoxlarının belə 
şeylərdən xo­
şu
 gəlmir.
 Çünki evdəkilər bundan narahat 
olar, 
uşaqlar
 isə 
qorxa bilərlər.
Ev sahibəsi qadın qonağı yola salarkən, Sizin 
onun
 
arxasınca 
çıxmağınız 
yaxşı deyil. 
Qonağın 
gedişindən
 
bir neçə dəqiqə sonra Siz evdən çıxa bilər­
siniz.
 Əgər 
qonaq 
gəlmiş qadın onu ötürməyi özü xahiş 
etsə,
 bu halda ev sahibləri
 ilə xudahafizləşib, onun 
arxasınca
 
çıxmaq olar.
Çubuq
 
və 
çətirlə qonaq otağına daxil olmaq 
yaramaz. 
Onları
 
dəhlizdə qoyub, evə keçmək 
lazımdır.
Qohumlara
 
və yaxın dostlara vizit edəndə qanun- 
qaydalara 
o qədər də ciddi əməl edilmir.
Ev
 
sahibəsi subay, yaxud gəncdirsə, qonaqların 
sərbəst
 danışığı 
və 
hərəkətləri etibarı itirə bilər.
Ev
 
sahiblərinin
 nədən
 narahat 
olduqlarını öyrənə 
bilsəniz,
 köməyinizi təklif 
edin. Kömək edə bilməyəcə­
yiniz
 məqamda təəssüflənmək olar.
108
109

VİZİT 
KARTOÇKASI
Sizdən 
şəxsi işləriniz barədə soruşulmazsa, da­
nışmağa
 ehtiyac yoxdur. Yalnız ev 
sahiblərini maraq­
landıran mövzular barədə söhbət açsanız yaxşı olar.
Vizit, 
xüsusilə
 
də, rəsmi vizit başlananda və sona 
çatanda
 
köhnəlmiş sözlərdən; çox işlənən 
ifadələrdən 
ehtiyatla
 istifadə 
edin. Belə sözlərdən istifadə sə- 
viyyəsizliyinizi
 sübut edər.
Getməyə hazırlaşanda əyləşdiyiniz kreslonu və ya 
stulu 
götürdüyünüz yerə qoyun.
Vizit
 sona 
çatanda 
bir neçə kəlmə ilə getmək 
istədiyinizi bildirin 
və ayağa qalxın. Gəldiyiniz kimi 
də,
 xudahafizləşib, 
otağı tərk edin.
Tədbirdən yarımçıq çıxmaq istəyirsinizsə, heç 
kimə
 hiss
 
etdirmədən və mane 
olmadan qalxıb 
getməlisiniz.
Ev
 sahibləri Sizi yola salarkən, 
onları qonaq ota­
ğından çıxmağa qoymayın.
Viziti qəbul 
edənlərin stuldan durmaları vizitin 
sona
 
çatmasına işarədir.
Qohum-qardaşa və çox 
yaxın dostlara 
vizit 
edərkən,
 
uzun ətəkli qara kişi pencəyi, rəsmi görüşlərə 
isə
 
kostyum 
geymək yaxşıdır.
Qadınlar 
səhər vizitinə sadə, axşam vizitinə isə 
yaraşıqlı 
kostyumda getməlidirlər. Əgər evdə qəbul 
təşkil 
edilərsə,
 daha yaxşı geyinməlisiniz.
Vizitlə
 getdiyiniz 
şəxs harasa getməyə 
hazır­
laşırsa,
 onu yolundan 
saxlamamalısınız.
Dostluq
 vizitinə
 çox da təmtəraqlı geyinmək la­
zım
 
deyil. 
Buradan çıxıb başqa yerə qonaq gedə­
cəksinizsə,
 onda daha yaxşı paltar geyinməli və bunun 
səbəbini dostunuza izah etməlisiniz.
Vizit
 kartoçkası əvvəllər yalnız müəyyən dairələrdə 
işlədilirdi. 
Vizit 
kartoçkasının üzərində məlumatları 
olan 
alimlər, 
ədəbiyyatçılar,
 diplomatlar, jurnalistlər bir-biri 
ilə
 mübadilə 
edirdilər. İndi vizit kartoçkası “qonaq kar- 
toçkası
” hesab olunmur (o vaxt mehriban münasibətlərə, 
dəvətlərə,
 hədiyyələrə cavab olaraq göndərilirdi).
Praktiki işgüzarlığına 
görə vizit kartoçkası əvəz­
edilməzdir.
 Bunun mənası ondadır ki, vizit kartoçkası- 

 göndərən şəxs
 haqqında müxtəlif məlumatlar - ad, 
atanın adı, soyad, vəzifə, rütbə, iş yeri 
və telefon nöm­
rəsi
 göstərilir. Bu
 isə düzgün informasiya almağa kö­
mək edir 
və bizi yaddaş gərginliyindən qurtarır.
Tanışlıq məqamında və təqdimolunma zamanı gə­
ləcəkdə əlaqə
 saxlamağı və mübadilə aparmağı 
lazım 
biləriksə,
 bir-birimizə vizit kartoçkası veririk.
İşgüzar
 adamlarla görüşə
 gedəndə 
vizit kartoçka- 
sı 
vacibdir. Lakin vizit kartoçkası təkcə işgüzar gö­
rüşlərdə istifadə olunmur.
Gülün və hədiyyənin kim tərəfindən verildiyini 
bildirmək üçün 
vizit 
kartoçkasını gül dəstəsinə qoyur­
lar.
 Arxasında
 isə 
bir 
qayda olaraq, arzular və tə­
şəkkür
 bildirilməlidir. Əksər
 ölkələrdə vizit kartoçka- 
sının aşağı 
sol küncündə 
qısaldılmış qeydlər edilir. Be­

 kartoçkanı alanda hansı 
hadisəylə bağlı göndərildiyi­
ni dərhal başa düşmək mümkündür.
Aşağıda
 fransız
 
dilində
 
verilmiş ixtisarlar:
Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin