QONAQSINIZ
Dəvətnaməni
alıb,
təşəkkürünüzü bildirməlisiniz.
Dəvət qəbul olunubsa,
görüşün xüsusiyyətlərini nəzərə
alıb,
hazırlaşmalısınız. Kiçik
qonaqlığa, ailə şənliyinə,
ad
gününə, toya dəvət alıbsınızsa, geyim, gül dəstəsi,
vaxt
və s. müəyyənləşdirilməlidir.
Qonaqlığa
hansı paltarda gedəcəyinizi əvvəldən
planlaşdırmalısınız. Yadda
saxlayın ki, geyiminiz səli
qəli, təmiz, gözəl olmalı, lakin göz
qamaşdırmamalıdır.
Geyim hərəkətləri məhdudlaşdırmamalı və əl-qolu bağ
lamamalıdır.
Şənlikdə
fikriniz
çəkmənin ayağınızı
sıx
mağında, paltarınızın qırışmasında qalmamalıdır.
Bu
məsələ kişilər üçün çox
asandır. Onları klas
sik qara rəngli
kostyum xilas edir.
Mərasim əhval-ruhiyyəsi yaratmaq üçün geyimə
köynək,
qalstuk sancağı və s. əlavə etmək
olar. Hətta
yaxşı
ətir və ya yeni saç düzümü əhval-ruhiyyənin
yüksəlməsinə
kömək
edə bilər.
Yadda
saxlayın ki, qonaqlığa paltarlarınızı
nümayiş
etdirmək
üçün getmirsiniz. Dostlarınız geyi
minizə tamaşa
etmək
üçün Sizi dəvət etməyiblər. Onlar
Sizi yalnız
öz evlərində görmək arzusunda olublar.
Əsd§
məsələ qonaq çağırıldığınız
evə
xoş əhval-
ruhiyyə gətirmənizdir. Hədiyyədən əlavə gül dəstəsi
gətiribsinizsə,
onu
açıq şəkildə
evin xanımına təqdim
edib,
təbrik
etməlisiniz.
Evin
sahibi
ilə görüşəndən sonra, Sizdən əvvəl
gələn qonaqlar
azdırlarsa, hər biri ilə ayrı-ayrılıqda,
əgər
çoxdurlarsa, hamı ilə baş əyməklə salamlaşmalı
sınız.
Qonaqları təqdim etmək ev sahiblərinin vəzifə
sidir.
Evə daxil
olarkən, ev sahibəsi digər qonaqlarla
məşğuldursa,
onu salamlamalı,
Sizi dəvət etdiyinə gö
rə
təşəkkürünüzü bildirməlisiniz.
Söhbətə
başlayarkən,
digər
dəvət olunanların əh
val-ruhiyyəsinə
də
məsuliyyət
daşıyırsınız. Odur ki,
diskusiya aparmaq və ötüb-keçən hadisələr barədə söh
bət açmaq yersizdir.
Evdə
papiros çəkməyə icazə
verilibsə, bundan sui-
istifadə
etməyin.
Papiros damağınızda masa ətrafında
əyləşməyin.
Yaxşı səsiniz varsa, elə şərait yaratmayın ki,
oxumaq üçün kimsə Sizə xahiş etsin və yalvarsın.
Dəvət olunmamış şəxsi özünüzlə
qonaq aparma
yın.
Hətta
qohumunuzun və ya dostunuzun dəvət
olunan
yerdə heç bir narahatlıq yaratmayacağına əmin
olsanız
belə, bu düzgün deyil.
Bu halda
mütləq zəng
çalıb, icazə almalısınız. Məclis yalnız məhdud dairə
üçün nəzərdə tutulubsa, onda nəinki icazə almaq, heç
bu
barədə düşünmək belə düzgün deyil. Qonaqlığa get
məyə hazırlaşırsınızsa
və gözlənilmədən qonağınız gə
libsə,
“bu
axşam məşğuluq, xahiş edirəm başqa vaxt
görüşək
”
, - deyə, ondan üzr istəməlisiniz. Qonağınız
uzaq
yerdən gəlibsə, onu
evdə qoyub qonaqlığa getmək
yaxşı
olmaz.
Bu vaxt dostlarla görüşü
təxirə
salmalısı
nız.
Dostunuzla tanış olmayan və az tanış
olan şəxslə
ri özünüzlə
qonaq aparmaq da düzgün deyil.
Süfrə
ətrafında ev sahibəsinin təklifindən son
ra
göstərilən yerdə əyləşmək olar. Kimin harada əy
ləşəcəyini ev sahibləri
əvvəlcədən müəyyənləşdirir
lər.
Məclisdə
televizora ev sahibləri
özləri maraqlı
verilişə baxmağı təklif edəndən sonra baxmaq olar.
Televizoru
qoşmağı inadla tələb etmək düzgün deyil.
Ev
sahibəsi
tərəfindən
qəhvə təklif edilərsə, de
məli,
qonaqlıq başa çatıb. Odur ki, getməyiniz daha
məqsədəuyğundur
Qonaqlıqdan
saat 23-dən
gec olmayaraq,
çıxmalı
sınız. Qonaqlığa
uşaqla gedibsinizsə,
onda saat 21-dən
sonraya
qalmayın.
Hiss etsəniz ki, ev sahibləri yorğun
durlar,
bir az
tez
çıxsanız yaxşı
olar. Təşəkkür edib,
onları da cavab viziti ilə evinizə dəvət edin və
63
62
xudahafizləşin. Ev sahibinin
qapını
açması yaxşı
alınmaz.
Odur ki,
qapını
özünüz
açıb, bayıra çıxmalısı
nız.
Ev
sahibi qonaqları qapıya qədər
ötürməli,
palto
və
plaşlarını geyinməkdə onlara kömək etməlidir. Ev
sahibləri
qadınların
kim tərəfindən
ötürülməsinə də
nəzarət
etməlidirlər.
QONAQLARIN VƏ EV SAHİBLƏRİNİN
ÖZLƏRİNİ APARMA QAYDALARI
Maraqlı keçən
gecələrdə məharətlə qonaq qəbul
etməniz
uzun müddət
dostların, qohumların yadında
qalacaq.
Bu da qohumlarınız və tanışlarınız arasında
hörmətinizi birə
on qat artıracaq. Qonaq qəbuletmə
bacarığı xüsusilə işgüzar dairələrdə yüksək
qiymətlən
dirilir.
Beynəlxalq biznes məktəblərində müdavimlərin
həyat yoldaşlarına qonaqları qəbuletmə
bacarığı kur
sları
təşkil edilir.
Qadından çox şey asılıdır. O, kişinin imicini, şöh
rətini, işgüzarlığını
yüksəldə
də bilər, yaxud əksinə.
Qonaq
qəbul
etmək
ustalıq tələb edir və ictimaiy
yət arasında yüksək qiymətləndirilir. Fransada qonağı
qarşılamaq,
dadlı
yemək hazırlamaq,
onları məşğul et
mək
üçün qadınlara mükafat olaraq “mavi lent” veri
lir.
Belə ev sahibəsi
ilə bütün ailə üzvləri fəxr edirlər.
Qonaq qəbuletmənin yüksək
cəhəti bir də ondadır
ki,
o, qohumluq əlaqəsini
möhkəmləndirir.
Qonaqlar
gələnə qədər ev sahibəsi mətbəxdəki və
qonaq
otağındakı
bütün
işini qurtarmalı və bayram li
basında
olmalıdır.
Evin
kişisi
böyük uşaqlarla birlikdə qapıya yaxın
yerdə
olmalı, qonaqları qarşılamalı, palto və plaşlarını
çıxarmaqda
onlara kömək
etməlidirlər. Qonaqların gə
lişinə qədər hər şey hazırlanmalı, süfrə açılmalı, ev sa
hibləri
qonaqları gülərüz qarşılamağa hazır olmalıdır
lar.
Qonaqlığa vaxtından əvvəl
getmək yaxşı deyil.
Gecikmək
isə ev sahibinə, eləcə
də, qonaqlara hörmət
sizlik əlamətidir.
On-on
beş
dəqiqə gecikəni üzürlü
hesab
etmək olar.
Qonaqların
qəbul edilməsi zəhmət
tələb edir.
Odur
ki, qonaqların gəlməsinə
təxminən on beş dəqiqə
qalmış
geyinmək, bir az istirahət
etmək üçün vaxt la
zımdır.
Vaxtından əvvəl
gələn qonaqların yanında ev
64
65
sahibləri paltarlarını
dəyişməyə, əllərini yumağa və s.
məcbur olurlar. Bu isə yaxşı deyil.
Dəqiqlik
nəzakətli olmağın ifadəsidir. Dəqiqlik
insanda
gözəl keyfiyyətlərdəndir.
Geyimə
xüsusi diqqət yetirilməlidir. Kişilər yal
nız
öz ailəsinin arasında sürtukda və ya jaketdə, qadın
lar isə
kapotda (xalata oxşar paltar) gəzə bilərlər. Ev
də kənar şəxslərin yanında belə paltarlar
geyinmək ya
ramaz.
İlk
gələn
qonaqları ev sahibləri -
ər və arvad bir
likdə qarşılayır. Palto və plaşların çıxarılmasında kişi
onlara kömək edir və qonaq otağına ötürürlər. Evin qa
dını qonaqlarla qalır, evin kişisi isə yeni gələn qonaq
ları qarşılayır.
Evin qadını qonaqları maraqlı söhbət
lərlə,
qabaqcadan hazırlanmış təzə jurnallarla, həşrlər
lə
və
fotoşəkillərlə məşğul edir.
Evin
qadını
sonrakı qapı zənglərinə çıxmamalı
dır. O, daha
çox evdəki qonaqların qayğısına qalmalı
dır.
Qonaqları əvvəl
səliqəyə salınmış otağa dəvət et
mək lazımdır.
Qonaqları
otağa dəvət edərkən, heç vaxt
öz
başmaqlarınızı
onlara
təklif
etməyin. Bu sanitariya-
gigiyena qaydalarına görə düzgün deyil və qonağın
geyiminin
kompazisiyasını
pozur.
Parketin
və xalçanın
çirklənməsindən
narahat ol
mağa
dəyməz.
Bəzi kiçik məsələləri
də yaddan çıxarmayın. Qo
naq
üçün təmiz əl-üz dəsmalı və daraq ayırın. Nəzərə
alın ki, qadınların saçlarının düzümü səliqəli olsa, öz
lərini
daha yaxşı hiss
edərlər.
Evə
birinci
daxil
olan qonaq ev sahibəsinin zəh
mətini qiymətləndirmək
üçün ilk növbədə
onu salamla
malı
və
təşəkkür etməlidir. Evin qadınına kiçik gül
dəstəsi
təqdim edilsə, yaxşı olar. Bu da
onlar arasında
səmimi və mehriban
münasibət yaratmış olar. Ev sahi
bəsi
gül
üçün təşəkkür etməli və onları qonaqlar olan
otaqda
görünən yerə qoymalıdır.
Evə
daxil
olan
kimi
süfrə arxasında
oturmaq
yax
şı
deyil. Yalnız hamı yığışandan və ev sahibəsi
onları
bir-biri ilə
tanış edəndən sonra süfrəyə
dəvət
olunur
lar.
Bir
neçə
kəlmə isə tanış
olarkən və xudahafizlə
şərkən,
ümumi
diqqət barədə. Hazırda
tanışlıq vaxtı
əyilərək
salamvermə,
ayaqları bir-birinə vurma dəbdən
düşüb.
İndi
əl verib, görüşmə,
azacıq baş əyib, salam
laşma dəbdədir.
Gülümsəyib,
yüngül baş əyib, görüşmək, insanlar
arasında mehriban
münasibətlərin yaranmasına
səbəb
olur.
Baş
əyib, görüşənə
cavab verməmək ədəbsizlikdir.
Əllə
görüşməyin müxiəlif növləri var. Məsələn,
tanış
olarkən
və xudahafizləşərkən, birinci qadın ki
şiyə əl uzatmalıdır. Lakin kişinin
əlini sıxmamalıdır.
Kişi
ilə
qadının
əllə
görüşməsi eyhamsız olmalıdır.
Əl
lə görüşərkən, qadının
əlini saxlamaq ədəbsizlikdir.
Əl
lə
görüşmək insanların bir-birinə rəğbət bəsləməsinin
ilk
əlamətidir.
Birinci kişi qadına baş
əyməlidir. Qadın yalnız
özündən
yaşlı
və yüksək
mənsəbli qadınlara təqdim
olunarkən, yerindən qalxmalıdır.
Təqdim olunan za
man “Sizinlə tanış
olduğumdan çox şadam”, “çox xoş
dur
”
və s. bu kimi sözlərdən istifadə edilməlidir.
Digər qonaqlara toxunmasın deyə,
yeni gəlmiş qo
naqların evin
xanımı
tərəfindən
ucadan salamlanması
düzgün deyil.
Qonaqlar
hələ
gəlirlər, lakin süfrəyə
dəvət olun
mayıblar.
Bu
fasiləni necə
qısaltmaq və maraqlı etmək
olar?
Belə
bir söz var: “aperitiv”
. Aperitiv qonaqları
yeməkdən əvvəl məşğul
edir, iştahı
açır
və qonaqlar
arasında
ünsiyyətin
yaranmasına
kömək
edir.
Evin qadını bütün qonaqlarla eyni münasibətdə
olmalı, vəzifəsinə
və rütbəsinə görə onları bir-birindən
ayırmamalı, məlum
normalara əməl etməlidir. Burada
iki bölgü olur: qonaqlar və ev sahibləri.
Qonaqlarla
söhbət edərkən, telefon
danışığı
uzun
67
66
çəkməməlidir,
Üzr istəyib, qonağınız olduğunu və baş
qa vaxt
zəng edəcəyinizi bildirməlisiniz.
Qonaqlar süfrə
ətrafında yalnız evin
xanımının
dəvətindən
və ev sahibi oturandan sonra əyləşməlidir
lər.
Bu
çoxdan
dəbdə olan bir adətdir.
Evinizə
dəvət
etdiyiniz qonaq
çox
hörmətlidirsə,
onda süfrəyə dəvət
bir qədər mərasim xarakterində ol
malıdır. Evin
kişisi süfrəyə birinci
hörmətli qonağın
qadınını dəvət etməli və əyləşməlidirlər. Ev sahibəsi
isə
hörmətli
qonaq ilə
axırda oturmalıdır. Əgər hör
mətli
qonaq evin sahibəsini hörmətlə
süfrəyə
dəvət
edərsə (belə
halar
tez-tez olur), onda hörmətli qonağın
qadını
ilə ev sahibi axırıncı əyləşməlidirlər.
Möhtərəm
qonağın
qadını ev sahibinin sağ tərə
fində,
kişi isə ev sahibəsinin sağ
tərəfində əyləşməli
dir.
Bu yerlər süfrənin
mötəbər yerləri hesab olunur.
Üzü
giriş qapısına tərəf olan yer mötəbər hesab
edilir.
Mötəbər yerin
üzü
küçəyə açılan
pəncərəyə tərəf
də ola bilər. Bu süfrənin düzülüşündən asılıdır.
Məclis
də
ər
və
arvad bir-birindən ayrı əyləşməlidirlər, üzbəüz
əyləşməməlidirlər.
Yalnız bir
halda,
özləri xahiş etsə
lər, onda yanaşı əyləşə bilərlər. Bəy və gəlin yanaşı
əy
ləşməlidirlər.
Dördkünc
masada orta
və baş tərəf mötəbər yer
hesab
olunur. Belə masada ev sahibi ilə xanımı qarşı-
qarşıya əyləşirlər.
Əgər
masa
П şəklindədirsə, ev sahibi
qadını ilə
ortada
yanaşı əyləşirlər. Möhtərəm qonaqların
yeri isə
yuxarıda göstərilən kimi qalır.
Dəyirmi
masada evin kişisi qadın ilə qarşı-qarşıya
əyləşir.
Böyük
və kiçik
məsələsinə gəldikdə
isə, ümumi
qaydalara əməl edilməlidir. Qonaqların arasında vəzifə
li şəxslərə
və rütbəlilərə yer ayrılır.
Onlardan heç
biri
nin
inciməyə haqqı yoxdur.
Rəsmiyyəti,
ənənəni,
ailədəki böyük-kiçikliyi»
konkret vəziyyəti, yaşı, qonağın ev sahibinə münasibə
tini
nəzərə alaraq,
lazım gələrsə, müəyyən
dəyişiklik
lər etmək
olar.
Qonaqlar
arasında
əcnəbilər varsa, ilk növbədə
onlara
növbədənkənar xidmət edilməli və diqqət mər
kəzində
olmalıdırlar. Bunlar
elə incəliklə edilməlidir
ki,
digər
qonaqlar
diqqətdən kənarda qalmasınlar və bu
hərəkət yaltaqlıq
təsiri bağışlamasın.
Məclisə gecikmək
və kimisə gözlətmək pis adət
dir.
Gecikən qonaq ev
sahibinə, dostlara və məclisə na
rahatlıq
gətirir. Gecikibsinizsə (o üzürlü səbəbdən
də
ola
bilər),
etiketə görə evin xanımından
üzr istəməlisi
niz və
yalnız yanınızdakılarla
salamlaşıb, ev sahibəsi
nin
göstərdiyi
yerdə əyləşməlisiniz. Ev sahibəsi gecik
mənin səbəbini soruşmamalıdır. Süfrə
ətrafında
əylə
şənlərlə əllə
görüşmək ədəbsizlikdir.
İlk
dəfə dəvət olunduğunuz evə, digər qonaqların
yanında
diqqətlə baxmaq, otaqları
gəzmək,
mebellərin,
şəkillərin
və
əşyaların qiymətini
soruşmaq düzgün de
yil. Ev
sahibi
lazım bilsə,
onları özü Sizə göstərər.
Pianoda
çalırsınızsa, yaxşı səsiniz
varsa, elə şə
rait
yaratmayın ki, ifa
etmək üçün Sizə dönə-dönə xa
hiş etsinlər.
Təxirəsalınmaz işiniz
varsa və məclisi yarımçıq
tərk
etməlisinizsə, bunu
heç kəsə
hiss etdirməməlisi
niz.
Yalnız çıxarkən, ev
sahibinə bunun səbəbini bildir
məli
və
təşəkkür edib xudahafizləşməlisiniz.
Şənliyin
ahəngini
pozmamaq üçün
bu barədə qonaqlara heç bir
söz deyilməməlidir.
Süfrə
ətrafında düz
oturun. Əyləşərkən, stulun
arxasına
bir qədər toxuna bilərsiniz. Stulun kənarında
əyləşməyin. Stulda
yırğalanmayın. Belə hərəkətlərlə
əyləşənlərə
mane ola
bilərsiniz. Yemək olan boşqabın
üzərinə
əyilməyin.
Süfrədə
əllərinizin
hərəkətlərinə
fikir
verin.
Çö
rəyə
əl vurmaqla, qab-qacağa lazım
oldu-olmadı toxun
maqla, ev
sahibini əsəbiləşdirə bilərsiniz.
Süfədə
dirsəklənmək düzgün deyil. Onsuz da
68
69
süfrədə
az
yer olur. Süfrədə dirsəklənib oturmaq çən
gəl-bıçaqdan
istifadəyə
mane olur.
Süfrə ətrafında saç daramaq,
qulağa və
buruna əl
vurmaq
düzgün deyil.
Süfrə ətrafında kişinin sağında həyat yoldaşı,
so
lunda
isə başqa qadın əyləşibsə və ona
heç kim qulluq
etmirsə,
onda kişi hər
iki qadına diqqətli olmalıdır.
Süfrə
ətrafında məktub,
jurnal
və qəzet oxumaq,
məktublaşmaq
düzgün
deyil.
Yemək haqqında tənqidi fikir söyləmək
və yemək
ləri
həddən artıq tərifləmək də düzgün deyil.
Növbəti
badəni
içmək
istəməyən
şəxsə üz
vur
mayın.
Kimsə
içki içməyi inadla tələb edirsə, bu o de
məkdir ki, o ədəb
qaydaları və adət-ənənələri yaxşı bil
mir.
Qonaqlığa
gecikənlərə “
cərimə
badəsi” tələb etmə
yin. Bunu evin sahibi də
tələb etməməlidir.
Süfrədə qab-qacaq və çəngəl-bıçaq
dəstindən təyi
natına
görə
istifadə edilməlidir. Məsələn, qənd
və buz
maşasından,
kürü
götürən
kürəkdən, hisə verilmiş ba
lıq
üçün ayrılmış çəngəldən və s. düzgün istifadə et
məklə özünüzü
görüb-götürmüş kimi
göstərə bilərsi
niz.
Evin sahibəsi “nuş olsun”, - deyərək, hamını ye
məyə dəvət
etməlidir.
Yemək
yeyərkən tələsməyin. Yeməyi yaxşı çeynə
mədən udan şəxs ətrafdakılar ilə yarışa girmiş təsiri
bağışlayır.
Qaşıq
sağ
əldə orta barmağın
üstündə, şəhadət
barmağı
sağ
yanda,
baş barmaq isə üstdə olmalıdır.
Şorba
qaşıqla
elə götürülməlidir ki, boşqaba
damcılamasın.
Qaşıq yan
tərəfdən ağıza yaxınlaşdırıl
malıdır.
Qaşıqla qurtum-qurtum
içmək yaxşı
deyil.
Şorba
qaynardırsa,
soyuyana qədər gözləmək lazımdır.
Boşqabda bir-iki qaşıq
şorba saxlanmalıdır ki, axırda
boşqabı
əyməyəsən. Boşqabı əyərkən, şorbanı üstünə
tökə bilərsən.
Boşqab
özünə
əks istiqamətə
əyilməlidir.
Şorba yeyildikdən
sonra
qaşıq boşqaba qoyulur.
Şorbä-
dakı xəmir və
tərəvəz qaşıqla doğranılır.
Bıçaq
sağ əllə tutulur
və ovuc bıçağın qulpunda
olur.
Çəngəli
iki cür tutmaq olar. Bıçaq kimi, yəni iti
tərəfi (dişləri) boşqaba tərəf və ya qaşıq kimi. Bu hal
da
yemək
onun əyri hissəsi
ilə götürülür. Bu o qədər
yaxşı alınmasa
da,
ancaq
rahatdır.
Toyuq ətini,
mal və mal dilini, ciyəri bıçağın ucu
ilə
özünə tərəf
kəsirsən. Onları elə tikələrə bölmək la
zımdır ki,
bir dəfəyə yemək mümkün olsun.
Uşaqlar
çəngəl və bıçaqdan
düzgün istifadə edə
bilmirlər.
Uşaqların
heç kimin köməyi olmadan
yeməsi
üçün əti doğrayırıq.
Bıçağa
ehtiyac olmayan
xörəklər, məsələn,
əriştə
qaşıqla,
qayğanaq və
fəsəli isə çəngəllə yeyilir. Çəngəl
sağ əldə tutulur.
Balıq
iki çəngəlin köməyi ilə yeyilir. Bir
çəngəl
sümükləri
ayırmaq, digəri isə yemək üçündür. Burada
bıçaqdan
istifadə edilmir. Çünki
bıçaqla sümükləri xır
dalayanda,
təhlükə yarana bilər. Ağıza sümük düş
müşsə,
o çəngəllə boşqaba qoyulur.
Xeyli
vaxtdır İngiltərədə azacıq
enli, iti tərəfi gö
dək
balıq bıçaqlarından
istifadə edilir. Ancaq bu bıçaq
la
da
balıq kəsmir,
yalnız sümükləri ayırırlar.
Çəngəl ilə balığı tikələrə ayırırlar. Əgər balıq
yumşaqdırsa, çəngəldən qaşıq kimi istifadə edərək, ba
lığı
bıçaq
ilə çəngələ qoyurlar.
Toyuq
və çöl quşu yeyərkən, çəngəl-bıçaqdan isti
fadə
etməklə
əti sümükdən
ayırırlar. Sümüyün üzərin
də ət qalıbsa, onu əllə tutmaq düzgün deyil. Əgər əli
yumaq
üçün camda
su verilərsə, yalnız bu halda ətli
sümüyü
əllə götürüb
yemək olar.
Şirin
yeməklərə - çərəzə, xamaya, qaymağa,
şirə ilə
qarışdırılmış
meyvə və
giləmeyvələrə desert qaşığı verilir.
Meyvə
və
bostan
bitkiləri isə bıçaq və çəngəllə yeyilir.
Kremli
və
meyvəli qənnadı məmulatlarını yeyər
kən,
kiçik
çəngəldən istifadə edilir.
70
71
Elə
yeməklər də
var ki, onları
əllə götürmək
olar.
Çörəyi dişləməzlər, onu əllə bölərlər. Çörək piroj
ki
boşqabında
və ya salfetkanın üstündə sol tərəfdən
verilir.
Bəzi pirojnaları, pryäniki, bulkanı, meyvələri əl
lə
götürüb
yemək olar. Ancaq onlar buluddan qənnadı
maşası
və kürək ilə, iri meyvələr isə əllə götürülməli
dir. Naringi
əllə
təmizlənib
dilimlərə ayrılır. Portağal
isə
bıçaqla
dilimlərə bölünür. Qarpız
dilimlənib, boşqa
ba qoyulur, tumları bıçaqla
təmizlənir və çəngəl ilə
yeyilir.
Banan əl
ilə
təmizlənib, sonra boşqabda kiçik
dilimlərə
bölünür.
Ümumi
buluddan yeməyin yaxşı tikəsini
seçmək,
almanın
əlasını götürmək və
s. etiket qaydalarına görə
yolverilməzdir. Ya
üstdəki, ya
da
yaxındakı götürül
məlidir.
Buluddan meyvə
götürmək istəyirsinizsə, əli
nizi
qabağa uzatmaq lazım deyil. Yaxında əyləşəndən,
xahiş edib
Sizə
lazım
olanı ala bilərsiniz.
Süfrə
ətrafında
çeynəyərək danışmaq,
badələrə
toxunmaq, əyləşənlərə mane olmaq
ədəbsizlikdir.
Əksər
ölkələrdə
bayram süfrəsində
içkilər olur.
Ancaq içməyin də
öz
qaydaları var
və bunlar olduqca
ciddidir.
Həddən çox
spirtli içki içmiş (kefli) şəxs məc
lisi
pota bilər. Əlbəttə, belə şəxsləri ikinci dəfə qonaq
çağırmırlar.
Spirtli içkidən
istifadə edərkən,
həddi bilmək la
zımdır.
Həddi bilməmək insana əskiklik gətirər.
Müdrik adamların
dedikləri kimi, birinci badə atəşi,
susuzluğu, yanğını söndürmək, ikinci badə şənlik ya
ratmaq,
üçüncü badə
ləzzət almaq, dördüncü badə isə
ağılsızlıqdır.
Qədim
yunanların dediyi kimi, yeməyin və içki
nin
həddini aşmaq
alçaqlıqdır. Bunu isə yalnız
vəhşi və
mədəniyyətsiz adamlar edə
bilərlər.
Etiket
qaydalarına
görə başqasını içməyə
məcbur
etmək
lazım deyil. Yeməkdən imtina etmək olmaz,
spirtli
içkidən
isə
olar.
Kim nə qədər istəyirsə,
o qədər
də
süzüb
içə
bilər. Bu barədə mübahisə etmək
yersizdir.
Etiket
qaydalarına
görə süfrə ətrafında
əyləşər
kən,
əvvəl
içkiləri gözdən keçirib, hansından içməyi,
hansından
imtina
etməyi
müəyyənəşdirmək lazımdır.
Bir sözlə, özünüzü ədəb qaydaları çərçivəsində apar
malısınız.
Məclisdə özünüzü idarə etməyi bacarırsı
nızsa,
bu yüksək mədəniyyətinizi göstərir və müsbət
insani
keyfiyyət
hesab olunur. Etiket qaydalarına
görə
hər sağlıqdan sonra badəni qaldırmalı və azacıq
içdikdən
sonra (daddıqdan) süfrəyə qoymalısınız. Bu
həmrəy olduğunuzu bildirir. Hər
sağlıqdan sonra
badədəki içkini sona qədər başa çəkmək məcburi
deyil.
Ailə
məclislərində
adətən,
ev sahibi
içkini əvvəl
özünə, sonra qonaqlara
süzür. Ev sahibi yemək və iç
kiyə
hamıdan əvvəl başlamalı, sonra qonaqlara
təklif
etməlidir. Birinci sağlığı da ev sahibi deməlidir.
Qədəh bir
qədər
aşağı
hissəsindən tutulur. Belə,
də qədəhi qədəhə vuranda səs yaxşı
çıxır.
Kişi
qədəhini qadının qədəhindən
bir qədər aşağı
tutmalıdır.
Tamada
- ev
sahibinin köməkçisi, məclisin
ruh
landırıcısıdır.
O, kəskin
sözlü,
bacarıqlı təşkilatçıdır.
Tamada
söhbət
üçün mövzular
tapır və məclisə şən əh
val-ruhiyyə gətirir. Məclisdə qadınlar iştirak edirsə,
tamada
özünü daha mədəni və yüngül yumorla apar
mağa borcludur. İstedadlı tamada “vəzifəsindən” sui-
istifadə
etməməli,
qonaqların ardıcıllıqla sağlıq demə
sinə
imkan yaratmalıdır.
Etiket qaydalarına görə tama
danın
axşam şənliyində
yalnız üç
sağlıq deməyə ixtiya
rı
var.
Rəsmi
qəbullarda şampan süzüləndən sonra sağlıq
deyilir. Rəsmi qəbullarda qədəh-qədəhə vurulmur. Rəs
mi
sağlıqları kişilər ayaq üstə, qadınlar isə oturaq
vəziyyətdə dinləyirlər.
Yubilyar üçün deyilən
sağlıq
əsas
hesab edilir.
72
73
Fikrini
bütövlükdə yumorla
ifadə edən və sağlıq
deyən
qonaq
məclis
tərəfindən sevilir.
Başımızı aşağı
salıb
kobud, yersiz, ədəbsiz lətifə
lərə
qulaq asmaq məcburiyyətində qalanda məclis da
rıxdırıcı
keçir.
Maraqlı
lətifə
eşitməklə yanaşı, qısa sağlıqlar da
insanda
xoş əhval-ruhiyyə
yaradır.
Belə sağlıq deyilər
kən,
yemək dayandırılır, çəngəl-bıçaq yerə qoyulur.
Bir
qayda olaraq,
sağlıqlar yeməklərarası deyilir.
Kiminsə
beş-on
söz deməsi üçün yeməyi dayandırmaq
lazım deyil. Bu sağlıq deyənin ədəbsizliyidir. Məclisdə-
kilərin diqqətini uzun
müddət cəlb etmək də olmaz.
Sağlıq
ciddi,
qısa
və ağıllı olmalıdır.
Qədəh-qədəhə
vurmaq
getdikcə dəbdən
düşür.
Sağlıq
yubilyara və
ya
səbəbkara
aiddirsə, onda əvvəl
onların
özləri
ilə, sonra valideynlərlə, daha sonra qo
naqlarla qədəh-qədəhə vururlar.
Buluddan yemək çəkmək,
çörək və içki götürmək
istəyirsinizsə, əvvəlcə
əlinizdəki
çəngəl-bıçağı boşqaba
qoymalısınız.
Yalnız çəngəldən istifadə edirsinizsə, tu
tacaq sağ tərəfə
olmaqla
boşqaba qoyulur. Əlinizdə çən
gəl
və bıçaq
varsa, çəngəlin tutacağı sol, bıçağın tuta-
cağı
isə sağ tərəfə qoyulur.
Yeməkdən sonra çəngəl və
bıçağın
tutacağı para
lel şəkildə sağ tərəfə qoyulur. Bununla xidmət edənlə
rə
bildirilir ki,
boşqabı götürə bilərlər.
Bir
qədər
dişlərin təmizlənməsi
haqqında. Ümu
miyyətlə,
diş
təmizləyən çöplərdən
az istifadə edilməli
dir. Dişinizdə ət qırığı qalıbsa,
səbr edib, imkan düşən
kimi kənar bir
yerə
çəkilib, təmizləyə bilərsiniz. Bu nə
qədər
ehtiyatla
edilsə də, Sizin haqqınızda xoşagəlməz
təəssürat yarana
bilər. Ümumiyyətlə,
ağızı açıb dişləri
təmizləmək
həm ədəbsizlik,
həm də iyrənc hərəkətdir.
Yüksək
qəbullarda
süfrəyə
diş təmizləyən qoyulmur.
Zövqlə açılmış süfrəyə kağız və parça salfetkalar
düzülür. Parça
salfetka dizin üstünə sərilir, kağız isə
boşqabın
sol tərəfindən qoyulur. Yeməkdən sonra kağız
salfetka
boşqabın içərisinə, parça salfetka isə boşqabın
sol
tərəfinə qoyulur.
Süfrədə ucadan danışmaq, ağızı əllə yelləmək,
xö
rəyi üfürə-üfürə və marçıltı ilə yemək ədəbsizlikdir.
Bıçaq
və ya çəngəl yerə
düşmüşsə, masanın altına
əyilməyin. Hətta onu yerdən götürüb, salfetka ilə tə
mizləmək
də olmaz. Təmiz çəngəl və bıçaq gətirməyi
xahiş edin.
Möhkəm
açsınız və yemək
də olduqca dadlıdır. Bu
vaxt
ağzınızı
yeməklə doldurmayın.
Xörək
xoşunuza gəlməyibsə, onu ağzınızdan boş
qaba
qaytarmayın.
Onu birtəhər udmağa çalışın.
Yeməkləri n nədən hazırlandığını soruşmaq yaxşı
deyil. Süfrəyə Sizə tanış
olmayan yeməklər verilibsə,
yalnız
onda
nə isə soruşmaq
və sual vermək olar. Qo
naqlar
hiss etdirməlidirlər ki, təkcə yemək yemirlər,
həmçinin
ev
sahibəsinin
mətbəxi və xörək
bişirmə ba
carığı ilə
də
maraqlanırlar.
Evin əşyalarına ehtiyatla
və səliqə ilə yanaşmaq
lazımdır.
Məclis
dağılandan
sonra süfrənin siqaret ilə
yandırılması,
qabların
sındırlması
və çəngəllərin əyil
məsi
aşkarlanmamalıdır.
Boşqabda
yeməyin
artığını
saxlamaq yaxşı deyil.
Əgər hesab
edirsinizsə ki,
boşqabda yemək saxlamaq
zəriflikdir,
böyük səhvə
yol verirsiniz.
Süfrədəki
çörək qırıntılarını və xörəyin
qalığını
döşəməyə
tökmək
olmaz.
Onları
səliqə ilə kağız salfet-
kanın
arasına yığın.
Ayaqlarınızı
masanın altına
necə gəldi uzatma
yın.
Çəngəl-bıçaq
növbəti xörəklə
işlədiləcəksə, onları
süfrəyə qoyun.
Bıçaq sağ, çəngəl
isə sol əldə tutulmalıdır.
Onla
rı
bir əldən
digərinə ötürmək olmaz.
Yeməyi
nə ilə içəcəksinizsə, əvvəl
ağzınızdakını
udun,
sonra isə için. Stəkanda ləkə
qalmasın deyə, do
dağınızı
kağız
salfetka
ilə silin.
74
75
Əlavə
içkini əvvəl yanınızda əyləşənə təklif edin,
sonra isə
özünüzə
süzün.
Uşaqlar
məclisdə böyüklərlə eyni süfrə ətrafında
əyləşməməlidirlər.
Onlar üçün
ayrıca süfrə açılmalıdır.
Yaxşı olar ki,
süfrə başqa otaqda açılsın.
Məclisə evin sahibəsi yekun vurur. O,
salfetkanı
süfrəyə
qoyub, ayağa durur,
onun arxasınca isə
qonaq
lar ayağa
qalxırlar. Bu vaxt ev sahibi
də, qonaqlar da
mehribanlıq
və səmimilik göstərirlər. Ev sahibi iki də
fə
-
qonaqları qarşılayanda və yola salanda sevinir.
Dostları ilə paylaş: |