8. Əhli Sünnəti aldatmağa hesablanmış təqiyyə namazı.
Bəziləri şiələrin sünni imamlar arxasında namaz qılmalarına aldanırlar.Bu davranışı onların Əhli Sünnətə qarşı duyduqları yaxınlıq və pərəstişin dəlili hesab edirlər.Yuxarıdakı fəsillərdə izah edildi ki,onlara görə iman ancaq Əli (r.a) və övladlarının vilayətini qəbul etməklə tamamlana bilər və buna etiqad etməyənlərin əməlləri qəbul edilməyəkdir.İndi isə gəlin,onların daha açıq ifadələri ilə tanış olaq.
Mühəddis Hurr Amili məşhur “Vəsailuş şia”kitabında “İmamların vilayəti qəbul edilmədiyi və imamlıqlarına inanılmadığı təqdirdə ibadətlərin batil olması” adlı fəsil tərtib etmiş və bu fəsildə 19 hədis nəql etmişdir.
Bu hədislərdən biri də imam Baqirdəndir.Bu hədisdə imam şiələrinə deyir: “Vallahi,Allah üçün sizdən başqa hacı yoxdur və sizdən başqasından da bu qəbul edilməyəcəkdir.” (“Vəsailuş şia” 1/90)
Hurr Amili daha sonra bu fəsildə 19 rəvayyəti nəql etdikdən sonra (səh 96) yazır: “Bu baradə həqiqətən çox sayda hədis mövcuddur.”
Alim,fəqih,imamları olan Ayətullah Hacı Ağa Hüseyn Təbatəbai Burucərdi “Camiu əhadis şia” (1/426) kitabında “Əməllərin qəbulunun imamların vilayəti və onların imamlığına inanma şərti ilə qəbul ediləcəyi” başlığı altında fəsil tərtib etmiş və orada 78 rəvayyət nəql etmişdir.
Bu hədislərdən biri də Rəsulullah (s.a.s)-dan nəql edilir.Peyğəmbər (s.a.s) buyurub: “Məni haqq ilə göndərənə and olsun ki,sizdən biriniz rükun ilə məqam arasında min il ibadət edərsə,sonra Əli və övladlarının vilayətini qəbul etməzsə,Allah onu başı aşağı Cəhənnəmə atacaqdır.” (“Camiu əhadisuş şia” 1/429)
Səhifə 431-də isə Əbu Həmzədən Əbu Abdullahın belə dediyini nəql edir: “Sizə müxalif olan özünü ibadətə həsr etsə,ictihad etsə belə, “o gün bir çox üzlər qaralar” ayəsinin hökmündədir.”
Etiqadlarında sabit olan davranış bu şəkildədir.Hurr Amili “Vəsailuş şia”(5/388)-da “Camaat imamının müxaliflərdən olması halında təqiyyə xaricində ona namazda uymanın caiz olmadığı” adında bir fəsil tərtib etmişdir.
383-cü səhifədə isə “Müxalifdən öncə fərzi əda etmənin,daha sonra onunla birlikdə namazı qılmanın müstəhəb olması” adında fəsil ayırmışdır.
5/381-də “Namazda müxalif kimsənin arxasında təqiyyə ilə namaz qılma və birinci səfdə durmağın müstəhəb olması” adında fəsil ayırmışdır.
Həmçinin, Burucərdi “Camiu əhadis şia”(6/410) adlı əsərində “Səhih etiqadlar mövzusunda müxalif olan kimsənin arxasında namaz qılmanın təqiyyə xaricində caiz olmamağı və təqiyyə səbəbi ilə camaatlarına qoşulmağın və onlarla bərabər ilk səfdə durmanın müstəhəb olması”adlı fəsil tərtib etmişdir.
“Camiu əhadis şia” (6/418)-da Burucərdi “Adamın fərz namazını vaxtında qılıb,daha sonra təqiyyə niyyəti ilə müxaliflə birgə namazı imam vəya camaat olaraq qılması vəya qılmadığı halda qılırmış kimi görsənməsinin müstəhəb olması” adında fəsil tərtib etmişdir.
Ona görə də məşhur alimlərindən olan Əbul Qasim əl Xoyi “Müsəlmanların camaatı ilə birgə namaz qılmaq” haqqında suala belə cavab vermişdir: “Təqiyyə ilə qılınarsa,səhihdir.” (“Məsail”,”Rudud” 1/26,Qum)
Ayətullah Muhəmməd Rza əl Musəvi Kəlbəyqani “müsəlmanların məscidində qılınan namaz” haqqında ona verilən suala belə cavab vermişdir: “Onlarla birlikdə namaz qılmağı tərk etmək fitnə və ixtilafa səbəb olacaqsa təqiyyə ilə bunu etmək caizdir.” (“İrşadus sail” səh 38,Kuveyt)
“Camaatın sünni olan imamına namazda uymaq caizdir,yoxsa deyil?” sualına belə cavab verilir: “Təqiyyə halında bu əməl caizdir və savabı böyükdür.” (“Məcməul məsail” 1/194,Kuveyt)
Xameneyi “Əcvibətul istiftat” adlı kitabında (səh 178,Beyrut) “Əhli Sünnətin arxasında camaat namazı qılmaq caizdir?” sualına belə cavab verir: “Onların arxasında camaat olaraq namaz qılmaq ehtiyyati məsləhət baxımından caizdir.”
Ayətullah Kazım əl Hairi “əl Fətava muntəhabə” adlı kitabında (1/75,Kuveyt) “Sünni qardaşlarımızın arxasında təqiyyə olmadan namaz qılmaq caizmi? İmam Xomeyninin həcc mərasimi zamanı sünnilər arxasında camaat namazı qılmanın mübahlığı haqqında fətvasının hökmü nədir?” sualına belə cavab vermişdir: “Caiz deyildir.Bu məsələnin imamın həcc mərasimi zamanına aid verdiyi fətva ilə qiyas etmək yersizdir.”
Həmin kitabda (səh 81)-də “İslam birliyi şüarı sünni bir adamın arxasında namaz qılmağa səbəb ola bilərmi?” sualına belə cavab vermişdir: “Birlik və bərabərlik sünni adamın arxasında namaz qılmağa səbəb ola bilər.Lakin,ehtiyyata görə namazın yenidən qılınması məsləhətdir.”
Mirzə Həsən Hairi əl Əhkaqi “Əhkəmuş şia” kitabında yazır: “Şiə olan biri onların (sünnilərin) camaatına qoşulub,onlara iqtida etmədən öncə evində namazı əda edə bilərsə və sonra onlarla birlikdə camaat namazına qoşula bilərsə vəya onlarla birlikdə qıldıqdan sonra yenidən qəza edə bilərsə bunları etsin.
Dostları ilə paylaş: |