24 - Şiəliyin Mehdisi Məscidil-haramı dağıdacaqdır!?
Seyyid Muhəmməd Kazım əl Qəzvini “əl İmamul Mehdi minəl Mehdi ilə-z Zuhur” kitabında “Məscidin əvvəlki halına gətirilməsi” başlığı altında (səh 534),həmçinin Məclisi və Tusi öz kitablarında bunları yazır: “İmam Sadiqdən rəvayyət olunur: “İmam Mehdi zühur etdiyi zaman köhnə əsaslarına salana qədər Məscidi-haramı sökər,məqamını isə köhnə olduğu yerə gətirər.” (“Biharul-ənvar” 52/388; Tusi “Qeybə” səh 282)
25 - Mehdi zühur etmədən şiələrə cihad əmri yoxdur!?
Şiələrə qarşı xoş hisslər və kafirlərə qarşı cihad məqsədi ilə yaxınlaşma təbliğatı aparanların bilmədiyi bir həqiqəti qeyd etmək istərdik.Şiə məzhəbində cihad on ikinci imamın zühuruna qədər haramdır.Buna görə də tarix şiəliyin kafirlərə qarşı cihad etdiyinə şahid olmamışdır və olmayacaqdır.
Muhəmməd Yəqub Kuleyni “əl Kafi”-də Əbu Abdullahın belə dediyini nəql etmişdir: “Qaimin zühurundan öncə yüksəldilən hər bayraq sahibi Allah Təaladan başqa ibadət olunan bir tağutdur.” (“əl Kafi” c.8,səh 295)
Bu rəvayyəti Hurr Amili “Vəsailuş şia” (11/37)-da və buna bənzər rəvayyəti isə “Mustədrəkul Vəsail” (2/248)-də Nuri Təbərsi də nəql etmişdir.
Hurr Amili Əbu Abdullahdan rəvayyət edir: “Ey Sudeyr! Evindən ayrılma.Gecə-gündüz sakit olduğu müddətcə sən də sakitliyə riayyət et.Süfyanın çıxdığı xəbəri sənə gəldikdə,ayaq yalın olsan da bizə tərəf gəl.” (“Vəsailuş şia” 11/36)
Xomeyni “Təhrirul vəsilə”kitabın (c.1,səh 482)-da yazır: “Gözlənilən imamın qeybəti dövründə fətva və qazilik şərtlərini özlərində cəm edən fəqihlər olan naibləri,siyasət qərarları və cihada başlamaq xaricində imam Mehdinin haqqı olan digər vəzifələrə sahibdirlər.”
Muhəmməd Fazil Lənkərani “İmam Əlinin Malik Əştərə məktubunun şərhi” (səh 19) kitabında yazır: “Əhli beytdən gələn hədislərə,həmçinin şiə alimlərinin icmasına görə hücum cihadı yalnız imamın hazır olduğu zaman icazəlidir.Qeybət zamanı isə belə cihad icazəli deyil.”
Bu kimsələrin kafirlərə qarşı Əhli Sünnətlə yan-yana cihad etməsi gözlənilə bilərmi? Bu bir həqiqətdir ki,şiəlik Əhli Sünnətin güclü olduğu dövrlərdə hadisələrə müşahidəçi qalmışdır.Əhli Sünnət zəiflədikdə isə üzərinə həmlə edib,onu parçalamağa çalışmışlar.Bu insanların söz oyunu oynamalarına etibar edilməz.Çünki,onlar hər məsələdə təqiyyə ilə hərəkət etməyə çalışırlar.
Alimləri Nəcəfi özlərinə müxalifət edənlərin icmayla kafir olduğunu qeyd eməmişdimi? Onların Əhli Sünnətə münasibətinə dair növbəti bir nümunə: Abdullah ibn Sinan Əbu Abdullahdan rəvayyət edir: “Sənə qurban olum! Sərhəd bölgələrində öldürülən bu insanlar haqqında nə deyirsiz? İmam: “Veylə qovuşmaq üçün tələsirlər.Dünyada da axirətdə də ölüdürlər.Vallahi,şəhid olanlar yataqlarında ölsələr belə sadəcə və sadəcə bizim şiələrimizdir.Şəhid ancaq bizim şiələrimizdir.” (Kəşani “əl Vafi” 9/15; Hurr Amili “Vəsailuş şia”11/21; Həsən ən Nəcəfi “Cəvahirul Kəlam” 21/40)
Tarix boyu şiələr Əhli Sünnəti kafirlərlə qarşı etdiyi cihadlarda yalnız buraxmışlar.
Şiəlik haqqında digər həqiqətlər
Əli (r.a)-nin xilafətinə dair dəlil olması iddiaları.
Səhabələr Əbu Bəkr əs Siddiq (r.a),Ömər ibn Xəttab (r.a),Osman ibn Əffan (r.a) və Əli ibn Əbu Talib (r.a)-in imaməti və xilafəti üzərində ittifaq etmişdilər.Beləki,Əli (r.a) şiələrin onun lehinə dair istifadə etdikləri heç bir dəlili özündən əvvəlkilərə qarşı istifadə etməmişdir.19-cu əsrin böyük şiə alimlərindən olan Şərəfuddin Musəvi Əli (r.a)-nin xəlifələrə qarşı heç bir hüccət gətirmədiyini etiraf etmişdir.O, “Məktubat” kitabın (məktub 102)-da yazır: “Bütün bunlardan əlavə,imam Əli o günlərdə dəlil-sübut gətirməyin fitnədən və haqqının aradan getməsindən savayı heç bir təsiri olmayacağını yaxşı bilirdi. Çünki o həzrət İslamın əsasının, “tövhid” kəlməsinin aradan getməsindən qorxurdu.”
Qeyd etmək lazımdır ki,imam Əli xilafətin şura ilə seçilməsinə inanırdı.Ən mötəbər mənbələrindən olan “Nəhcul bəlağa”da Əlinin bu xütbəsi mövcuddur:
“Əbu Bəkr, Ömər və Osmanla beyət edənlər həmin yolla mənimlə beyət edərək əhd-peyman bağladılar. Odur ki, orada (beyətdə) olanların ondan başqasını seçmək haqqları yoxdur. Orda olmayanın da onu qəbul etməmək haqqı yoxdur. məşvərət aparmaq Mühacirlərin və Ənsarın haqqıdır. Onlar toplaşaraq bir nəfəri xəlifə və imam adlandırsalar, Allahın razılığı da həmin işdə olar. Əgər kimsə eyb və nöqsan tapması səbəbindən və ya bidət nəticəsində onların əmrlərindən boyun qaçırsa, onu itaət etməyə vadar edərlər. Əgər onların göstərişlərini qəbul etməsə, onunla möminlərin yolundan başqa bir yol ilə getdiyi üçün vuruşarlar. Allah onu üz tutduğu şeyin öhdəsinə buraxar.” (Məktub 6)
Həmçinin, Əli (r.a) digər xütbəsində belə buyurmuşdu: “Vallahi xilafətə rəğbətim və hökm etməyə həvəsim yox idi. Bu iş üçün siz məni çağırdınız, bu yükü üzərimə siz yüklədiniz.” (“Nəhcul bəlağə”, xütbə 196)
Göründüyü kimi o birinci rəvayyətdə xəlifəliyin və müsəlmanların işlərinin idarəsinin şura ilə olduğunu,ikinci rəvayyətdə isə xəlifəliyə Peyğəmbər (s.a.s) əmri ilə deyil,müsəlmanların istəyi və seçimi ilə gəldiyini açıq-aşkar demişdir.Deməli,Əli (r.a) şiəliyin iddia etdiyi kimi onun təyini baradə qəti nass olduğu baradə bir şey bilmirdi.
Dostları ilə paylaş: |