Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri



Yüklə 110,53 Kb.
səhifə34/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
1   ...   30   31   32   33   34   35   36   37   ...   41
Şifahi xalq ədəbiyyatı

Düzgülər: Uşaq təbiətinə yaxınlığına görə seçilən janrlardan biri də düzgülərdir. Tədqiqatçılar düzgülərin ilkin xalq poeziyası kimi formalaşdığını qeyd edirlər. Düzgülərdə də əsas əlamət ritm, alliterasiya, ahəngdir. Belə mətnlərdə təşbehlərdən, istiarələrdən, yalanlardan istifadə edərək həqiqətlə ziddiyyət qarşılaşdırılır.
Şifahi xalq poeziyasında düzgülər ilk bədii mətnlər kimi qiymətlidir. Düzgülərdə konkret məna, obraz, süjet olmasa da, informasiya baxımından qədim insanların təbiətə münasibətini, ilkin əmək prosesinin xüsusiyyətlərini görürük. Həm də düzgülər əmək prosesinin başlanğıcında əməyin ağırlığını yaddan çıxartmağa xidmət edən şeir növü kimi qiymətləndirilir. Düzgülərin söylənməsində bir rabitəsizlik, heca vəzninin pozulması da hiss olunur.
Bayatılar: Azərbaycan folklorunun ən qədim janrlarından biri də bayatılardır. İlk bayatıların nə vaxt yaranması da hələ ki, elmə qaranlıqdır. Bayatıların toplanması, nəşri, tədqiqi sahəsində Azərbaycan folklorşünaslığında mühüm işlər görülmüşdür. Hələ XX əsrin 20-30-cu illərində Azərbaycan elmində bayatıların toplanması, nəşri və öyrənilməsi ilə Vəli Xuluflu, Əmin Abid, İsmayıl Hikmət, Mirzə Abbas Abbaszadə, Abdulla Şaiq, Mirzə Məhəmməd Axundzadə, Şəfiqə Əfəndizadə, Hümmət Əlizadə, Hənəfi Zeynallı və b. məşğul olmuşlar.
Bayatının müxtəlif xalqlarda fərqli adları vardır. Onun mani, xoryat kimi növlərinə də rast gəlinir.
Bayatıların yaranması onu düzüb-qoşan adamın adı ilə bağlıdır. Folklorşünaslıqda belə bir fikir formalaşmışdır ki, bayatı çağıranlar ustad sənətkarlardır. Hətta bayatıların birinci misrasında rast gəlinən “əzizim”, “mən aşiq”, “eləmi” sözləri konkret şəxs adları ilə bağlıdır. Eyni zamanda bayatı qoşan el sənətkarları və onların yaradıcılığında bayatı növü tədqiqatçılar tərəfindən geniş öyrənilmişdir.
Bayatılar qədim olduğu üçün özündən sonra yaranan nəğmələrin də formalaşmasına ciddi təsir etmişdir. Həm bayatılarda, həm də ağılarda ifadə olunan fikir böyük əsərlərin məzmununun yığcamlaşdırılmış, qəlibə sığışdırılmış məğzidir.

Yüklə 110,53 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin