Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri



Yüklə 110,53 Kb.
səhifə33/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
1   ...   29   30   31   32   33   34   35   36   ...   41
Şifahi xalq ədəbiyyatı

Laylalar: Azərbaycan xalqının məişət nəğmələri bitib tükənməzdir. Onlardan biri də beşik nəğmələridir ki, keçmişdə ərə gedən qızların beşik nəğmələrini, laylaları bilməsi daha vacib sayılırmış. Bayatılarda olduğu kimi, laylalarda da gənc ana öz nisgilini, məhəbbətini, səmimi hisslərini həzin musiqi ahəngi ilə balasına verirdi. İndi psixoloqlar təyin edib ki, ana laylası ilə böyüyən körpələrin hamısında yüksək əxlaqi keyfiyyətlər, nəcib hisslər, vətənpərvərlik və s. üstünlük təşkil edir. Çünki gənc ana öz laylasında balasına bu keyfiyyətləri aşılayan duyğularını verir.
Layla mətnlərinin strukturuna fikir versək, görərik ki, burada da hecaların sayı, qafiyələnmə sistemi bayatılarda olduğu kimidir.
Bunlardan fərqli olmayaraq, laylalar da uşaq folklorunun lirik üslubda yaranan, emosional təsirə malik olan, yeni doğulan və müəyyən yaşa qədər körpələri yatıranda ananın lirik hisslərini tərənnüm edən bədii misralarla zəngindir. Uşaq folklorunda ən vacib janrlardan biri, bəlkə də birincisi, laylalardır. Laylalar türk xalqlarının folklorunda geniş yayılmış janrdır. Laylalar beşik başında oxunan həzin nəğmələrdir. Laylalar o qədər həzin olur ki, ana bu təsirdən ayrıla bilmir, hətta əmək prosesində xalça toxuyarkən, inək sağarkən, yun əyirərkən layla deməyi unutmur.
Sanamalar: Uşaq folklorunda diqqət çəkən janrlardan biri də sanamalardır. Uşaq sanamaları ilkin təfəkkürün yaratdığı poetik formadır. Sanama vasitəsilə mal-qaranı, heyvanları xüsusi simvollarla sayan əcdadlarımız rəqəmlərin poetik xüsusiyyətlərini, ifadə etdiyi mənaları, uşaq yaddaşının möhkəmləndirilməsindəki rolunu topladığı mətnlər əsasında vermişdir.
Sanamaların xarakterik xüsusiyyəti ondan ibarətdir ki, ondan müəyyən oyunlarda istifadə edilir. Oyunda uşaqlardan kimi isə çıxdaş etmək istədikdə poetik rəmzi sanamalardan istifadə olunur. Axırıncı rəmz dövrədə kimin üzərinə düşsə o çıxır. Sanamaların yaddaşın inkişaf etdirilməsində böyük rolu vardır. Oyundaxili sanamada uşaqların yaddaşını təbiətdəki əşyaların xüsusiyyətləri ilə tanış etmək məqsədi də güdülür.

Yüklə 110,53 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin