Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri


“Valeh və Zərnigar” dastanının süjeti - ?



Yüklə 110,53 Kb.
səhifə32/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
1   ...   28   29   30   31   32   33   34   35   ...   41
Şifahi xalq ədəbiyyatı

53. “Valeh və Zərnigar” dastanının süjeti - ?


54. “Arzu və Qənbər” dastanı
Bayatılı dastanlar içərisində ən geniş yayılmışı «Arzu-Qəm­bər»dir. Bu dastanın Kərkük, Bakı, Gəncə, Qarabağ, Qaradağ, kumık, türkmən, özbək, qaraqalpaq və s. kimi çoxsaylı variantı vardır. Va­riantlarda şəxs, yer-yurd adlarının fərqliliyi, bir sıra hallarda isə son­luğun müxtəlifliyi müşahidə edilməkdədir. «Arzu-Qəmbər» dastanının ümumi süjet mənzərəsi onun nağıl mənşəli olduğunu göstərir. Həm mənşə səciyyəsinə, həm bayatılı olmasına və üstəlik ümumtürk etno­coğrafiyasındakı çeşidli folklor areallarında bənzər biçimlərdəki məs­kunluq faktına görə bu dastanın orta çağ aşıq dastanlarından xeyli də­rəcədə qədim olduğunu söyləmək mümkündür.
54. Xalq şeirinin janrları:bayatı,layla,oxşama,düzgü,sanama
Oxşamalar: Uşaq psixologiyasına təsiretmə mexanizminə görə ən çox yaxın olan oxşamalardır. Uşaq folklorunun janrları arasında ən çox yayılmışı da oxşamalardır. Oxşama uşağı oxşatmaq, əyləndirmək məqsədini daşıyır. Buna görə də janrın adı ilə məzmunu arasında çox böyük yaxınlıq vardır. Deməli, bu kiçik janrın əsas funksiyası uşağı oxşatmaq, onu əyləndirməkdir. Janrın adı ilə məzmunu arasında da bir yaxınlıq vardır. Bu da maraqlıdır ki, oxşamalar uşağın lap çağalığından başlamış müəyyən yaş dövrünə qədər müxtəlif çeşiddə oxunur.
Oxşamaların sinonim cərgəsində arzulamaları, əzizləmələri qeyd etmək olar.
Arzulamaların ən çox yayılan tipində də obyekt ilə subyekt arasındakı əlaqədə ananın arzusu təsvir olunur, yəni arzulamanın semantik yükü ananın arzusunun təqdim olunmasında öz əksini tapır. Əzizləmələrdə də eyni prosesi müşahidə edirik.
Əzizləmə mətnlərində də körpə oxşanılır, əzizlənilir. Əzizləmələrin semantikasında oxşamaların məna yükü görünür, ancaq əzizləmələrdəki məna – əzizlənmək xüsusiyyəti ondan daha çoxdur. Bununla belə bu parçaları bir-birindən ayırmaq çətindir. Ona görə də onları sinonim cərgədə vermək daha məqsədəuyğundur.

Yüklə 110,53 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin