54. “Arzu və Qənbər” dastanı Bayatılı dastanlar içərisində ən geniş yayılmışı «Arzu-Qəmbər»dir. Bu dastanın Kərkük, Bakı, Gəncə, Qarabağ, Qaradağ, kumık, türkmən, özbək, qaraqalpaq və s. kimi çoxsaylı variantı vardır. Variantlarda şəxs, yer-yurd adlarının fərqliliyi, bir sıra hallarda isə sonluğun müxtəlifliyi müşahidə edilməkdədir. «Arzu-Qəmbər» dastanının ümumi süjet mənzərəsi onun nağıl mənşəli olduğunu göstərir. Həm mənşə səciyyəsinə, həm bayatılı olmasına və üstəlik ümumtürk etnocoğrafiyasındakı çeşidli folklor areallarında bənzər biçimlərdəki məskunluq faktına görə bu dastanın orta çağ aşıq dastanlarından xeyli dərəcədə qədim olduğunu söyləmək mümkündür.
54. Xalq şeirinin janrları:bayatı,layla,oxşama,düzgü,sanama Oxşamalar: Uşaq psixologiyasına təsiretmə mexanizminə görə ən çox yaxın olan oxşamalardır. Uşaq folklorunun janrları arasında ən çox yayılmışı da oxşamalardır. Oxşama uşağı oxşatmaq, əyləndirmək məqsədini daşıyır. Buna görə də janrın adı ilə məzmunu arasında çox böyük yaxınlıq vardır. Deməli, bu kiçik janrın əsas funksiyası uşağı oxşatmaq, onu əyləndirməkdir. Janrın adı ilə məzmunu arasında da bir yaxınlıq vardır. Bu da maraqlıdır ki, oxşamalar uşağın lap çağalığından başlamış müəyyən yaş dövrünə qədər müxtəlif çeşiddə oxunur.
Oxşamaların sinonim cərgəsində arzulamaları, əzizləmələri qeyd etmək olar.
Arzulamaların ən çox yayılan tipində də obyekt ilə subyekt arasındakı əlaqədə ananın arzusu təsvir olunur, yəni arzulamanın semantik yükü ananın arzusunun təqdim olunmasında öz əksini tapır. Əzizləmələrdə də eyni prosesi müşahidə edirik.
Əzizləmə mətnlərində də körpə oxşanılır, əzizlənilir. Əzizləmələrin semantikasında oxşamaların məna yükü görünür, ancaq əzizləmələrdəki məna – əzizlənmək xüsusiyyəti ondan daha çoxdur. Bununla belə bu parçaları bir-birindən ayırmaq çətindir. Ona görə də onları sinonim cərgədə vermək daha məqsədəuyğundur.