Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri


Xəstə Qasım XVIII əsr aşıq yaradıcılığının nümayəndəsi kimi



Yüklə 110,53 Kb.
səhifə40/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
1   ...   33   34   35   36   37   38   39   40   41
Şifahi xalq ədəbiyyatı

62. Xəstə Qasım XVIII əsr aşıq yaradıcılığının nümayəndəsi kimi
Rəvayətlərə görə, Xəstə Qasım XVIII əsrdə Tehran-Təbriz yolunun kənarında Qarqalan dağının ətəyində yerləşən Tikmədaş kəndində dünyaya gəlib. Doğma kəndində molla məktəbini başa vurandan sonra dövrünün elm mərkəzlərindən olan Ərdəbildə təhsil alıb, Şeyx Səfi mədrəsəsində yaradıcılığa da elə o illərdə başlayıb.
"Xəstə Qasımın Ərdəbil səfəri" dastanına görə, müəllimi ona nə qədər dərs öyrətsə də, Qasım başa düşmür, axırda müəllimi onun məktəbdən çıxaracağı ilə hədələyir. Qasımın əli hər yerdən üzülür. O gecə yuxuda Həzrəti Əlini görüb ondan badə alır, bir gecənin içində təriqətin ən yüksək qatlarına çatır.
Xəstə Qasım sonralar 14 il müddətində Qum və Nəcəf şəhərlərində dini təhsil alır. Ömrünün 20 ildən çoxunu elmləri öyrənməyə sərf edir.
Şeirlərindən bəlli olduğu kimi, Xəstə Qasım Qurani-Kərimi əzbərdən bilməklə yanaşı, müqəddəs kitabı avazla oxuyar, eyni zamanda mahir xəttat olduğuna görə öz xətti ilə Quranın və başqa qiymətli kitabların üzünü köçürərmiş.
"Xəstə Qasım", "Biçarə Qasım", "Molla Qasım" təxəllüsləri ilə şeirlər yazan aşığın "Xəstə" təxəllüsünü götürməsi ilə bağlı da müxtəlif fikirlər söylənməkdədir. Bu fikirlər arasında haqq aşığının özünü eşq xəstəsi adlandırması gümanı da var. Çünki Xəstə Qasım gənc yaşlarından təsəvvüf dairəsinə daxil olmuş, ali həqiqət axtarışına çıxmışdır.
Xəstə Qasımın yaradıcılığı çoxşaxəliliyi ilə seçilir. O, klassik şeir janrlarında - qəzəl, qəsidə, məsnəvi yazmaqla yanaşı, ilk dəfə aşıq ədəbiyyatında "döşləmə" şeir növünün əsasını qoymuş, qoşma-müstəzad, aşıq yaradıcılığında bugünədək məlum olan ilk dodaqdəyməz nümunəsini də elə o yaratmışdır.

63. XIX əsr və XX əsrin əvvəllərində yaşamış ustad aşıqlar
AŞIQ ƏLƏSGƏR: Aşıq Ələsgər Alməmməd oğlu 1821-ci ildə qədim Göyçə mahalında doğulmuşdur. Göyçənin coğrafi və təbii şəraiti onu inkişaf etmiş şəhərlərin incəsənətindən təcrid etmiş, buna görə də burada intişar tapan aşıq sənəti bakir olaraq el-obanın təbii tələbindən doğmuş, XVIII-XIX əsrlərdə yüksək bir mərhələyə qalxmışdır. Aşıq Ələsgəri yetirən aşıq mühiti Ələsgərə qədər Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı, Aşıq Durxan, Aşıq Musa, şair Məmmədhüseyn, Ələsgərin atası Alməmməd kimi sənətkarlar el arasında geniş yayılmış və nüfuz qazanmışlar.
Ələsgərin kiçik yaşlarından saza-sözə marağını duyan atası onu Göyçənin ustad aşıqlarından olan Aşıq Alıya şəyird verir. Ələsgər beş il Aşıq Alının yanında saz-söz sənətinin bütün incəliklərini öyrənir. Həmçinin klassik Şərq və Azərbaycan şairləri– Firdovsi, Nizami, Sədi, Hafiz, Nəsimi, Füzuli, Nəbati kimi söz bahadırlarının poetik irsinə yaxından bələd olur.
Ələsgər bununla yanaşı, Şərqin şifahi bədii söz sərvətini mükəmməl öyrənir, hafizəsinə toplayır. Çox dərin müşahidəsi və iti yaddaşı olan Ələsgər ustadlardan və müdrik ağsaqqallardan eşitdiyi kəlamları həm yaddaşına, həm də dəftərə köçürür.
Yüz beş il ömür sürən böyük aşığın həyatı rəvan keçməmiş, bir-birindən kədərli, üzüntülü hadisələr silinməz izlər buraxmış, onun yaradıcılığına da hopmuşdur. Aşıq Ələsgər XX əsrin əvvəllərində həm maddi, həm də mənəvi cəhətdən daha ağır günlər keçirmişdir. Çox xətrini istədiyi xalası oğlu Molla Rəhimin 28 il sürgündə qalması, qayıtdıqdan sonra (1908) isə Ələsgərin oğlu Bəşirin onu bilmədən güllə ilə vurub öldürməsi aşığı uzun müddət kədərləndirir.
Aşıq sənətini həmişəlik peşə seçən Ələsgər telli sazla Qafqazın bir çox diyarını- Qarabağı, Gəncəni, Naxçıvanı, İrəvanı, Tiflisi, nəhayət, Türkiyəni gəzib məclislər keçirmiş, sazı-sözü ilə el arasında böyük hörmət qazanmış, sözləri dillər əzbəri olmuşdur. Sonralar onun şəyirdləri aşığın bu səfərləri ilə bağlı dastanlar düzəltmişlər;-«Aşıq Ələsgərin Naxçıvan səfəri», «Aşıq Ələsgərin Gəncə səfəri», «Aşıq Ələsgərin Türkiyə səfəri», «Aşıq Ələsgərin Qarabağ səfəri» və s. Aşıq Ələsgər dövrünün bir sıra görkəmli aşıqları ilə qarşılaşmış və deyişmişdir. Dövrünün məşhur aşığı sayılan Şəmkirli Aşıq Hüseynlə, Aşıq Şenliklə, Zodlu Aşıq Məhəmmədlə, şair Vəli və Bozalqanlı Aşıq Hüseynlə ya üzbəüz, ya da yazışma yolu ilə deyişmişdir.

Yüklə 110,53 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin