Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri


Türk dastan söyləyiciliyi sənəti və aşıqların özünəməxsusluğu



Yüklə 110,53 Kb.
səhifə38/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
1   ...   33   34   35   36   37   38   39   40   41
Şifahi xalq ədəbiyyatı

58. Türk dastan söyləyiciliyi sənəti və aşıqların özünəməxsusluğu
Özünə qədər müxtəlif adlar, titullar (şaman, varsaq, ozan, yanşaq və s.) daşımış ozan-aşıq xalqımızın ictimai-bədii təfəkkür tarixində silinməz izlər qoymuşdur. Qədim şərq dünyasında ozan sənəti geniş yayılmış, ozanlar saysız-hesabsız oğuznamələr qoşmuş, nəhayət, “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm abidə yaratmışlar.
Dədə Qorqud ənənələrini davam etdirən Kərəm, Qasım, Novruz, Əmrah, Qərib, Tahir Mirzə, Yediyar və Qurbani kimi ozan-aşıqlar (“Əsli və Kərəm”, “Novruz-Qəndab”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Əmrah”, “Qurbani”) kamil nümunələrini yaratmışlar.
XIV-XVII əsrlərdə Qurbani, Miskin Abdal, Aşıq Cünun, Sarı Aşıq, Abdulla və s. kimi ustad aşıqlar aşıq şeirinin şəkillərini zənginləşdirmiş, bu şəkillərdə nadir söz inciləri düzmüş, yüzlərlə yeni havalar bəstələmiş, onlarla cəngavərlik və məhəbbət dastanları yaratmışlar.
Aşıq ozana məxsus qopuz çalmaq, söz qoşub avazla oxumaq, dastan yaratmaq, oğuz igidlərinin hünərini vəsf etmək və s. keyfiyyətini mənimsəmiş, ozanın üçtelli, sadə görkəmli qopuzunu doqquz telli ağ sədəfli saza çevirmişdir.
Aşıqlar sazda çalıb oxumaqla bərabər, həm də zəngin mündəricəli, rəngarəng formalı şeirlər qoşur, geniş məzmunlu dastanlar yaradırdılar.
59. Aşıq şeirinin şəkilləri; 60. Qoşma şeir forması və onun şəkilləri
Aşıq poeziyasında gəraylı, qoşma, təcnis, müxəmməs, divani və s. kimi şəkillər vardır. Hər bir aşıq şeirinin, məsələn, gəraylı şəklinin təcnis gəraylı, cığalı gəraylı, sallama gəraylı, mürvəti gəraylı, dildönməz gəraylı, qoşma şəklinin qoşayarpaq qoşma, ayaqlı qoşma, dodaqdəyməz qoşma, qoşma-müstəzad kimi növləri vardır. Qoşma şəklinin ustadnamə, vücudnamə, cahannamə, müsibətnamə kimi növləri də vardır. Növlərə ayrılma təcnisdə xüsusilə nəzərə çarpır – dodaqdəyməz təcnis, ayaqlı təcnis, əvvəl-axır təcnis, cığalı təcnis və s.
Aşıq yaradıcılığında deyişmə də çox yayılmışdır. Aşıq şeirinin şəkillərinə deyişmə ən qədim şəkil kimi daxil olmuşdur. Müəllif onun bir neçə növünü göstərir: güllü qafiyə, qıfılbəndli deyişmə.
Aşıq şeirinin şəkilləri arasında müxəmməs forması aşıqlar tərəfindən çox istifadə olunur. Müxəmməs 16 hecadan, hər bəndi beş misradan ibarət şeir şəklidir. Klassik ədəbiyyatda rast gəlinən müxəmməs forması folklorda, aşıq ədəbiyyatında da istifadə olunmağa başlamışdır. Dastanların sonunda müxəmməslərdən duvaqqapma kimi də istifadə olunur. Müxəmməsin bir neçə tipi vardır: cığalı müxəmməs, zəncirvari müxəmməs, ayaqlı müxəmməs.
Aşıq şeirinin istifadə olunan şəkillərindən biri də divanidir. Divani 15 hecalı olur. Onun bəndləri 4 misra, misraların daxili bölgüsü 7 + 8 və ya 8 + 7 hecalarda olur. 7 və 8 hecalı kiçik misralar özləri də 3 + 4 və ya 4 + 3 şəklində bölünür. Divanilərin də çoxlu tipləri vardır. Məsələn, cığalı divani, dodaqdəyməz divani, bağlama divani, qıfılbənd divani, zəncirləmə divani, mərsiyə divani, nohə divani və s. növlərini göstərmək olar. Molla Cümə yaradıcılığındakı divanilər bu bölgüyə uyğun gəlir və onun divanilərindəki forma yeniliyi təkrarsızlığı ilə seçilir.
Aşıq şeirinin şəkillərindən biri də təsniflərdir. Təsnif şəklindən hələ vaxtilə Molla Qasım və Yunis Əmrə daha çox istifadə etmişlər. Təsnif, əsasən, uşaq folklorundan aşıq poeziyasına keçmişdir.
Təsnif lirik forma kimi Ağ Aşıq, Aşıq Alı, Aşıq Hüseyn Şəmkirli, Varxiyanlı Aşıq Məhəmməd, Göyçəli Aşıq Məhəmməd, Molla Cümə, Aşıq Bəsti, Şair Vəli kimi ustadların yaradıcılığında üstünlük təşkil edir. Təsnifin çox sadə quruluşu vardır. Qafiyələnən üç misra dördüncü misranın mənasına, misranın poetikliyinə xidmət edir. Təsnif öz poetikliyinə görə nazlamalara da oxşayır.

Yüklə 110,53 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin