Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri


Folklorun arxaik janrları



Yüklə 110,53 Kb.
səhifə36/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
1   ...   33   34   35   36   37   38   39   40   41
Şifahi xalq ədəbiyyatı

56.Folklorun arxaik janrları
Arxaik janrlar – buraya alqışlar, qarğışlar, inanclar, ovsunlar, andlar, fallar, yuxuyozmalar, türkəçarələr və s. daxildir.
Ovsunlar – arxaik janrlardan biridir. Ümumiyyətlə, qədim insanlar ayrı-ayrı güclərə – təbiətdə baş verən hadisələrə, xəstəliklərə qalib gəlmək üçün müxtəlif vasitələrlə təsir etmək istəmişlər. Ayrı-ayrı əşyaların magik gücünə inanmış, onlardan bəd ruhları uzaqlaşdırmaq məqsədilə istifadə etmişlər. Beləliklə, bu gün də geniş yayılmış olan gözmuncuqları, amuletlər, bəzi ağacların (məsələn, dağdağan) meyvələri, müxtəlif heyvanların sümükləri (məsələn, canavarın və ya itin dişləri) və sairənin onları qoruyacaqlarına inanmışlar.
Xaosa aid olan qeyri-adi varlıqların (cin, şeytan, iblis və s.), eyni zamanda bir sıra heyvanların ram edilməsi üçün ən sehrli vasitə isə söz olmuşdur, deyə bilərik. Qədim insanlar magik sözlərdən istifadə etməklə bu güclərdən qoruna biləcəklərinə inanmışlar və bu günkü yaşantılarımızda hələ də belə mətnlər söylənməkdədir. Fövqəltəbii qüvvələrin ram edilməsi üçün istifadə olunan belə mətnlər ovsunlar adlanır. Məsələn, ilanın adını çəkməzdən əvvəl, Ordubadda deyirlər: “Adı burda, özü Qarabağda”.
Xalq arasında ən çox yayılan ovsunlardan biri də üzərliklə bağlıdır. Onun Azərbaycanın bütün regionlarında bir çox variantları var və hələ də geniş icra edilir, hətta yazılı ədəbiyyata da bu ovsun öz təsirini göstərmişdir.
Arxaik janrlar içərisində fallar, yuxuyozmalar və sa. də vardır ki, onlar sovet dövrü araşdırmalardan kənar qalmışlar. Lakin hər hansı təzyiqə baxmayaraq, Novruz bayramları ərəfəsində ilaxır çərşənbə gecəsi qızgəlinlər qulaq falına çıxmış, əl izi, noxud, su və digər əşyalarla gələcəyi öyrənməyə çalışmışlar. Falların primantiya (odla), ornitomantiya (quşların uçuşu ilə), xiromantiya (əllərin xəttinə əsasən), hidromantiya (su ilə) və s. kimi növləri vardır.
Andlar – arxaik janr olsa da, demək olar ki, onlar haqqında yalnız son illərdə daha geniş tədqiqatlar aparılmağa başlanmışdır. Andlar şəraitdən asılı olaraq müxtəlif formalarda meydana çıxır. İlk növbədə hər kəsin daha çox ünsiyyətdə olduğu ən müqəddəs varlığa – Tanrıya and geniş yayılmışdır.
Folklor mətnlərində andın müxtəlif formaları öz əksini tapmışdır. Qılınc (altından keçirməklə kimisə bağışlamaq, gözəl bir xanımla qəhrəman arasına qoyulanda daha fərqli), barmağı çərtib qan qardaşlığı yaratmaq, bəzən sirri saxlamaq üçün müxtəlif əşyalardan istifadə ilə (nara iynələri sancmaq, soğanı soymaq və s.) and içməyə nağıl və dastanlarda rast gəlmək mümkündür.
Dualar da son illərdə diqqət mərkəzində olan arxaik janrlardan biridir. Məzmununa görə iki cür ola bilər: xoş arzuları ifadə edərsə, dua və ya alqış, əks məqsədlə işlədiləndə bəddua, yaxud qarğış kimi meydana çıxır. Dualar (alqışlar) da Tanrıya, müqəddəslərə (Allah qorusun! Əli köməyin olsun! və s.) xitabən olduğu kimi şəxsi də məzmun daşıya bilər (Xöşbəxt ol! Su kimi ömrün uzun olsun!).

Yüklə 110,53 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin