yanında bir adam əyləşdi, işıq zəif olsa da, Cəlil müəllim Bakıdakı qonşusunu, prokuror Həsəno-
45 vu tanıdı. Onlar səmimi görüşdülər. Doğrudan da yad şəhərdə adam həmyerlisinə, üstəlik də
ziyalı, hörmətli adama rast gələndə çox şad olur. Prokurorun kefi çox yaxşı idi, ondan şərab və
kabab iyi gəlirdi. Həsənov dedi ki, kinoteatrda olan arvadının və oğlunun qabağına gəlib.
– Arvad üçüncü dəfədir ki, bu filmə baxır – “Yaqut bilərzik” filminə. Hər dəfə də baxanda
ağlayır. Mən də vaxtımı boş keçirməmişəm, bir yoldaşımla bura, kababxanaya getmişdim. İndi
də uşaqları evə ötürmək istəyirəm. Görəsən kino tez qurtaracaq? Kimdən öyrənmək olar?
– Cəlil müəllim dedi ki, yəqin tez qurtarar, sonra da Həsənovdan soruşdu ki, çoxdanmı
Kislovodskdadır? Buralar necədir, xoşuna gəlirmi?
Prokuror dedi:
– Cənnətdir, əsl cənnət. Bir həftədən sonra Bakıya, cəhənnəm kimi istiyə qayıtmalı olacağım
yadıma düşəndə məni tər basır. Axı mən hər il bura gəlirəm, istirahət üçün ən münasib yerdir,
həm havası gözəldir, həm vaxt keçirməyə yer var, mən hələ ərzağını demirəm, hamısı təzə...
Cəlil müəllimə elə gəldi ki, Həsənovun nə dediyini yaxşı başa düşmədi.
– Bura sizin xoşunuza gəlir?
– Bəs necə! – prokurorun gözü kəlləsinə çıxdı. – Yoxsa məzuniyyətimi götürüb bura
gələrdimmi? Mən bütün ili işim də elə işdir ki, başım, beynim tamam şişir, bütün ili gözləyirəm
ki, məzuniyyət vaxtım tez gəlsin, qaçım Kislovodska. Necə bəyəm, bura sizin xoşunuza gəlmir?
– prokuror soruşdu, Cəlil müəllimin sualı onu əndişəyə salmışdı.
– Niyə ki, – Cəlil müəllim ikibaşlı cavab verdi, o, ürəyini tamam açmamağı qət elədi. –
Kislovodskın öz üstünlükləri var, Bakının da öz üstünlükləri.
– Bağışlayın məni, əşi, nə üstünlükbazlıqdır, – prokuror hövsələsiz- hövsələsiz onun sözünü
yarımçıq kəsdi. – Bakı, bu barədə heç danışıq ola bilməz, gözəl şəhərdir. Orada yaşamaq da,
işləmək də yaxşıdır, ancaq ildə bir dəfə kənara çıxmaq mütləq lazımdır, getmək üçün də
Kislovodsk ən münasib yerdir. Hə, odur, deyəsən, bizimkilər gəlirlər, – prokuror kinoteatrdan
391
çıxan adamların arasın- 46 da arvadını və oğlunu gördü. – Salamat qalın! Kislovodsk barədə isə
bir ayrı vaxt söhbət eləyərik, ümidvaram ki, fikrinizi dəyişdirə biləcəyəm.
– Onlar xudahafizləşdilər, prokuror arvadının qoluna girib, yan xiyabanlardan birində gözdən
itdi, Cəlil müəllim onun arxasınca baxıb, acı-acı gülümsündü.
Bu axşam Cəlil müəllim parkda həmişəkindən çox ləngidi. O, prokurorla aralarında olan söhbəti
ən xırda təfərrüatına qədər yadına salır, amma heç cür özünü ələ ala bilmirdi. “Gör necə
riyakarlıq eləyir, – Cəlil müəllim dilxor-dilxor fikirləşdi, – nədən ötrü, kimin qabağında
riyakarlıq eləyir? Kislovodsk onun xoşuna gəlir! Sözə bir bax, kurortsuz keçinə bilmir. Bakını
bəyənmir. Eh!” Cəlil müəllim dilxor-dilxor tüpürdü və evə yollandı. Yolda qəti qənaətə gəldi ki,
prokuror riyakarlıq eləyir, çünki hamı onu ağıllı adam kimi tanıyırdı, ağlı başında, işini bilən...
Cəlil müəllim söhbətdə yalançılıq, riyakarlıq dərəcəsinə alçalmadığına, fikrini heç bir şeylə
büruzə vermədiyinə görə bir də sevindi, ürəyində özü-özünü təriflədi. Üstəlik də o, belə qərara
gəldi ki, Kislovodskda olacağı günlərdə və gələcəkdə də Bakıda, prokurordan gen gəzməlidir,
çünki ikiüzlü adamdı, tanış-bilişin gözündə qalxmaq üçün abırlı adamlara yaraşmayan
əməllərdən istifadə eləyir.
Cəlil müəllimin öz evinə qayıdanda keçirdiyi həyəcanı və ürək çırpıntılarını heç bir sözlə təsvir
etmək mümkün deyil. Qocalandan sonra adət-ənənələrə ciddi riayət eləyən Məryəm xanım, onlar
kənardan içəri keçən kimi: “Həmişə evimizdə-eşiyimizdə, ailəmizlə bir yerdə”, – deyəndə Cəlil
müəllim ata-babalarımızın bu qədim kəlamının müdrikliyini, ondakı sevinci ömründə birinci
dəfə hiss elədi.
O, bağda hər ağacı yoxladı, heç nə onun nəzərindən yayınmadı.
Cəlil müəllim evinin kənarından içəri keçəndə, ona hansı hisslərin hakim kəsildiyini deyə
bilməzdi. Bəlkə də bu hisslər, uzun qışdan sonra uzaq qürbət ölkədən doğma yuvasına qayıtmış
köçəri quşun keçirdiyi hisslərə bənzəyirdi, orada günəş istisi də bol idi, aydınlıq gecələr də
şaxtasız keçirdi, dən məsələsi də pis deyildi – hər daşın altında soxulcan, qurd, hər yarpağın
dalında böcək vardı, amma heç bir şey ürəyinə yatmırdı, doğma deyildi, nə yuva tikmək
istəyirdi, nə də ailə qurmaq. Ona görə də qan qaynayanda, doğma torpaq köçə haylayanda
qürbəti qətiyyən heyifsilənmədən tərk eləyirdi. Yalnız vətəndə onun qırışığı açılır və həmişə
məlahətli olmasa da, həmişə hədsiz bəxtiyarlıqdan şövqlə, ürəkdən oxuyurdu.
Cəlil müəllim götür-qoy eləməyi xoşlamırdı, lakin əgər bu an yanında bir söz qanan adam
olsaydı, çox ola bilsin, ona deyərdi ki, yenidən evinə qayıtdığı üçün o xoşbəxtdir; o, başa düşmüş
və bu gün qəti hiss eləmişdi ki, bu evdən, bu küçədən başqa heç bir yerdə xoşbəxt ola bilməz və
başqa sayaq yaşaya bilməz. Ancaq söz qanan, belə bir ilhamlı, ülvi dəqiqədə açıq söhbətə layiq,
özünə tay o adamı haradan tapasan?!
O, tək-tənha həyatda addımlayırdı, elə-belə, heç bir məqsədsizfilansız, yuxuda durub gəzən adam
kimi gəzir və heç cür başa düşə bilmirdi ki, bütün bu gördüklərindən və hətta əlini
vurduqlarından əlavə daha hansı şey onun bütün varlığına sakitlik və inam aşılayırdı.
Uzun müddət başa düşə bilmədi, yalnız onu evə, qonaqların yanına səsləyəndə birdən başının
üstündəki hamam qazanlarının uğultusunu, ahəngdar, sakit uğultunu eşitdi. Cəlil müəllim öz-
özünə güldü və gülümsünə-gülümsünə evə gələn qonaqlarla görüşməyə getdi.
Qonaqlar səfərdən qayıtması münasibətilə ona “xoş gəlmisən” deməyə gəlmişdilər. Söhbət
gecədən xeyli keçənə qədər uzandı.
392
Kislovodsk haqqında Cəlil müəllim ehtiyatla danışırdı, nə tərifləyir, nə də pisləyirdi, öz fikrini
söyləməkdən çəkinirdi, bu qərəzsiz söhbətdə o, bol-bol faktlardan istifadə eləyirdi. Bircə yerdə
özünü saxlaya bilmədən, qərəzli səslə dedi ki, “Narzan” orada yerində, adamın ürəyini
bulandıran isti bir sudur, o, Kislovodskda qəsdən bir neçə dəfə, günün müxtəlif vaxtlarında,
pavilyonlarda bu suyun dadına baxmağa getmişdi, bir qurtum içən kimi adamın ağzında pis tam
verir, əhvalı pozulur.
Kislovodskdan sonra, söhbət Cəlil müəllim burada olmayan müddətdə olub-keçmiş
əhvalatlardan düşdü. Çox əhvalatlar olmuşdu, odur ki, söhbət uzun çəkdi, ancaq Cəlil müəllim
danışanlara həvəslə qulaq asırdı, darıxmırdı. Əsas yeniliyi də danışdılar – üzbəüz evdə yaşayan
qonşuları Rəşid Nəcəfzadə mənzilini dəyişib, Sumqayıta köçmüşdü, orada bir müəssisəyə işə
girmişdi. Dedilər ki, Cəlil müəllimin burada olmamasına Rəşid yaman heyifsilənirdi,
məsləhətləşmək istəyirdi, ancaq sonra özü qərara gəldi, ona görə ki, oturub onu gözləyə
bilməzdilər, özü də orada Bakıdakından qatqat yaxşı qulluq təklif eləyiblər, texnik ola-ola
görünür, stajını nə- 48 zərə alıblar, mühəndis vəzifəsinə götürüblər, yaxşı maaşı var. Dəyişməyə
də yaxşı mənzil düşüb, təzə evdə. Ancaq bu xeyir xəbərlərə qulaq asandan sonra qonşular susub
pərt halda bir-birlərinin üzünə baxanda Cəlil müəllim hiss elədi ki, nə isə bəzi şeyləri ondan
gizlədirlər, ya özlərinə ağır gəlir, ya da onun qanını qaraltmaq istəmirlər. Cəlil müəllim xahiş
elədi ki, sözlərinə davam eləsinlər, qonşular da ona dedilər ki, Rəşidin mənzilinə köçən taksi
şoferi Manaf, qonşulardan heç kimin xoşuna gəlmir, açığı, o bura köçən gündən, məhəllədə gün-
güzəran yoxdur. Bu adamın nə abırı var, nə də həyası. Az qala hər gün içib keflənir, sonra da ya
tində dayanıb gəlib-gedənə sataşır, adamın zəhləsini tökən şeylər danışır, ya da evə gedir, arvadı
ilə dava-dalaş salır, özü də elə iyrənc, abırsız söyüşlər söyür ki, onu heç yaramaz xuliqan da
bilməz. Özü də axşamlar, hətta gecələr, yayda, qapı-pəncərənin açıq vaxtı, həm arvadlar eşidir,
həm də uşaqlar. Hələ bu harasıdır, ən dəhşətlisi budur ki, arvadı ləçər də söyüş söyməkdə,
həyasızlıqda ərindən geri qalmır – zəhlətökən cır səsi dörd məhəllə o tərəfə gedir. Görünür, o da
əri tərbiyə alan tövlədə tərbiyə alıb. Nə öz böyük qızlarından abır-həya eləyirlər, nə də qonum-
qonşudan.
Bir gün dava-dalaşın şirin vaxtı çəkməçi Davud onun qapısını döydü, bayıra çağırıb xahiş elədi
ki, bu biabırçılığa son qoysun. Amma o, ağacı götürüb Davudun üstünə hücum çəkdi. Davud
dartıb ağacı onun əlindən aldı, elə dəyənəyi başında sındırmaq istəyirdi ki, özlərini yetirən
qonşular tutdular, axı bu cür də yaxşı düşməzdi, Davud hələ cavan idi, amma o biri əclaf uşaq
deyildi, ailəsi, uşaqları vardı, deyirlər ki, böyük uşaqları Sumqayıtda işləyir. Hamı Cəlil
müəllimin gəlməsini gözləyirdi, o, nə desə elə də olacaqdı.
Cəlil müəllim bu cür ciddi işə ciddi də yanaşdı, söz verdi ki, fikirləşib bir çıxış yolu tapar, sonra
o, qonşuları ilə xudahafizləşdi.
Təzə qonşular Cəlil müəllimin də xoşuna gəlmədi. Birinci dəfə küçə söyüşlərini eşidəndən sonra
Cəlil müəllim qəti qərara gəldi: ya təzə qonşu ən geci günü sabahdan bu görünməmiş
rüsvayçılığa, xuliqanlığa son qoymalıdır, ya da bu küçədən köçməlidir, üçüncü yol ola bilməz!
Bəli, təzə qonşuları onun heç xoşuna gəlmədi. Axı necə xoşa gələ bilərdilər ki, həm arvadı, həm
də qızı bütün günü avaraavara küçədə, evin qabağında veyllənirdilər, skamyanın üstündə oturub,
günəbaxan tumu çırtlayırdılar, ya da ucadan söhbət eləyirdilər.
Bir soruşan lazımdı, bunlar necə arvaddırlar ki, abır-həya eləmir, yuyulmuş alt paltarlarını, həm
qadın, həm də kişi paltarlarını, elə yerə sərirdilər ki, gəlib-keçənlərin hamısı görürdü? Bunlar
haradan gəlib çıxdılar bu küçəyə?
393
Ertəsi gün Cəlil müəllim, yanında da məhlənin iki mötəbər adamı, təzə qonşularıgilə getdi. Xahiş
elədi ki, qadınlar, həm arvadı, həm də qızı otaqdan çıxsınlar, sonra Manafla möhkəmcə danışdı.
Xoşbəxtlikdən Manaf Cəlil müəllimin necə adam olduğunu dərhal başa düşdü, o saat özünü
yığışdırdı, sonra da hətta üzr istəməyə başladı. Cəlil müəllimin yanınca gedən adamlar sonralar
deyirdilər ki, onlar hələ indiyə qədər heç vaxt Cəlil müəllimin bir kimsə ilə o cür sərt danışdığını
görməmişdilər.
Manaf dəyişdi. Doğrudur, içməyi, dava-dalaşı tərgitmədi, ancaq içəndə elə içirdi ki, ağlı tamam
başından çıxmırdı, küçədə səndələyə-səndələyə getmirdi, qabağına çıxana, hamıya, hətta
tanımadığı, küçədən keçən kənar adamlara da salam verirdi. Arvadı ilə dalaşanda isə mütləq
pəncərələri möhkəm-möhkəm çəkir, cəftələri, pəncərə qapılarını bağlayırdı. İndi küçədə yalnız
qarmaqarışıq səs-küy eşidilirdi. Bu cür bürküdə, istidə savaşırdı.
Çox vaxt isə ertəsi gün hörmətli qonşulardan üzr istəyirdi. Cəlil müəllimə rast gələndə isə mütləq
üzrxahlıq eləyirdi. Bir müddətdən sonra qonşular daha qadınlara da fikir vermədilər, alışdılar,
belə qərara gəldilər ki, əgər evdə özlərinə iş tapmırlarsa, qoy veyllənsinlər.
Kimin nə işinə qalıb, özgə arvadının, qızının qayğısını çəksin, məgər öz dərd-sərləri azdır!
Yavaş-yavaş dindirib-danışdırmağa da başlamışdılar. Yaxınlıq, dostluq eləməyə qalanda,
qonşulardan heç biri onlarla yaxınlıq, dostluq eləmirdi, amma anası, yaxud qızı bir diləyə
gələndə, qapıdan da qovmurdular.
Cəlil müəllimə də salam verməyə başladılar. Əvvəl-əvvəl Cəlil müəllim salamlarını soyuq alırdı,
başını tərpədirdi, amma sonralar, davranışlarında yaxşılığa doğru bəzi dəyişikliklər hiss eləyib
çox ehtiyatla, təmkinlə, qaydasında, ucadan, özü də birinci özü salam verməyə başladı.
Dilbər, Manafın qızı, Cəlil müəllim işə gedib-gələndə onu görən kimi gülümsünürdü. Cəlil
müəllim hər dəfə onun əynindəki paltarı görəndə təəccüb qalırdı: ərə getməli qız idi, amma
əynində- 50 ki paltar (müqəvvaya da bundan yaxşı paltar geyindirərlər) yamaqyamaq, gündən
yanıb solmuş, özü də o qədər gödək idi ki, əyiləndə, yaxud ətəyini yığıb darvazanın qabağındakı
alçaq skamyanın üstündə oturanda, əsəb sistemi qaydasında olan kişi o tərəfə baxmasa yaxşı idi.
Cəlil müəllimi görəndə o, həmişə gülümsünürdü. Təbəssümü xoş, dodaqları təravətli, dişləri
ağappaq, xırda-xırda, mirvari kimi bir biçimdə, özü də gülümsünəndə düz adamın gözünün içinə
baxırdı, baxışında da nə isə bir çağırış, həyasızlıq vardı; ancaq heç təəccüblənməyinə dəyməzdi,
elə valideynlərin belə də qızı olardı.
Dilbər bu paltarda üzü küləyə gedəndə – Cəlil müəllim onu möhkəm xəzri əsəndə də görmüşdü –
paltarı əndamına elə yapışırdı ki, bütün cizgiləri, cavan qız bədənində gizlədilməli hər nə vardısa
hamısı qabarıq, aşkar bilinirdi. Bir dəfə də qəflətən o, külək saçlarını dağıtmış halda, başını dala
atıb, əlini gözünün üstünə tutub kölgədən günə çıxanda Cəlil müəllimə bir anlığa elə gəldi ki,
qız, paltarının nazik parçasını yarıb keçən göz qamaşdırıcı günəş işığında lüt, həmişəki kimi
gülümsünə-gülümsünə onun qabağına gəlir.
Cəlil müəllim utanıb üzünü kənara çevirdi, qıza salam verməyi də unutdu. Qərara gəldi atasına
desin ki, qızına göz qoysun, əyinbaşına yaxşı fikir versin, amma sonra fikrini dəyişdi: onun atası
Manaf çox pis adamdı, elə anası da onun kimi. Yaxşı deyiblər ki, ot kökü üstə bitər.
Manaf bir neçə dəfə küçədə ona rast gələndə, söhbətə girişməyə çalışmışdı, qiyamət nərd
oynadığına işarə vurmuş, onlara qonaq gəlmək istəmişdi, ancaq Cəlil müəllim dərhal bu
təşəbbüslərin qabağını almışdı.
394
Bir dəfə də, Cəlil müəllim işdən qayıdıb xörək hazır olana kimi həyətdə gəzəndə, Dilbəri tut
ağacında gördü. Qız isə onu daha qabaq görmüşdü, tez ağacdan yerə düşdü, paltarı aşağıdan ta
göbəyinə qədər cırıldı. O, Cəlil müəllimin qabağında dayanıb, qırmızı tut şirəsinə batmış
dodaqları ilə onun üzünə gülümsünə-gülümsünə cırıq paltarını dartışdırır, əndamını örtməyə
çalışırdı. Cəlil müəllim onun əndişəli, utancaq təbəssümündə həm yalvarış, həm də mütilik
gördü.
Bunların hamısını Cəlil müəllim bir anlığa dönüb evə gedənə kimi görmüşdü, bir göz qırpımında
qız əlləri əsə-əsə paltarını dizlərinin və qarnının üstünə çəkməyə macal tapana kimi görmüşdü.
Cəlil müəllim onun zərif çəhrayı rəngli bədənini, demək olar ki, 51 tamam görmüşdü. Cəlil
müəllimin onun bədənini gördüyünü qız özü də başa düşmüşdü, onun əynində bu cırıq-cırıq
paltardan başqa heç bir şey yox idi.
Nahar vaxtı Cəlil müəllim ağzını açıb bircə kəlmə də kəsmədi.
O, arvadına təzə qonşuları bir də bu evə buraxmamağı necə deyəcəyini götür-qoy eləyirdi. Cəlil
müəllim yol verə bilməzdi ki, Manaf kimi adamın arvadı və qızı onun evinə ayaq açsın, ona görə
ki, bu evdə qız uşağı vardı. Ancaq həmin gün Cəlil müəllim arvadına heç bir şey demədi.
Cəlil müəllim üç gün qətiyyətsizliyinə təəccüblənə-təəccüblənə, özünə acığı tuta-tuta dolandı,
məsələ tamam aydın idi, özü də Cəlil müəllim düz iş görürdü, o ki qaldı təzə qonşuların
inciməsinə, qoy incisinlər, təqsir özlərindədir. O, arvadına hər şeyi elə bu cür dedi. Cəlil müəllim
bilirdi ki, arvadı onun sözündən çıxa bilməz – təzə qonşular bir də onun qapısını açmayacaqlar.
Ancaq onlar hər halda, bir dəfə Cəlil müəllimin qapısını açdılar.
Məryəm xanım vəfat eləyən gün.
Məryəm xanım axşam tərəfi, Cəlil müəllim işdən gələndən sonra keçindi. O, iki ay xəstə
yatmışdı. Kurortdan qayıdandan bir müddət sonra sinəsində ağrılar başlamışdı, ancaq hələ ayaq
üstə hərlənir, gəlininə əl tutur, nəvələrinə göz qoyurdu, dilə tutub uzandırmaq, dinclik vermək
istəyəndə, hirslənirdi. Axırıncı iki həftə çox halsız oldu, yatağından qalxmağa taqəti olmadı,
qolunu qaldırmağa da heyi yox idi. Bu günlər ərzində yaman arıqlamışdı, ərimişdi.
Sinəsindəki dözülməz ağrıdan qıvrılırdı, zarıyırdı. Cəlil müəllim anasının üstünə ən yaxşı
həkimləri çağırdı, ən məşhur professoru dəvət elədi, ancaq hamısı dedi: elə bir dava-dərman
yoxdur ki, onun köməyi ilə Məryəm xanımı bu dünyada saxlamaq mümkün olsun.
Cəlil müəllim təəccüb qalır, ümidini itirirdi. Heç cür başa düşə bilmirdi ki, bu necə olan işdir:
onun anası qəzaya düşüb, ağır yaralanmamışdı, yanmamışdı, başına dam uçmamışdı, yaşının da
elə çağı idi ki, hələ neçə illər yaşaya bilərdi, oğlu onu gözünün üstündə saxlayardı, nə cür
dərman desələr tapardı; özü də o, müharibə vaxtı yox, sülh dövründə xəstələnmişdi, amma heç
kim dadına çata bilmirdi.
Gözünün qabağında insan tələf olur, sənin də əlindən heç bir şey gəlmir. Elə bil dəhşətli yuxu
görürsən.
Həkimlər müxtəlif keyidici dərmanlar yazır və çıxıb gedirdilər.
395
Məryəm xanımın dünyadan xəbəri yox idi, ancaq axırıncı gün ayıldı, hətta ağrılar da kəsdi. Oğlu
və evin külfəti ilə vidalaşdı, huşu başında keçindi. Anasına qulaq asan Cəlil müəllim dərddən
başını itirmişdi. Mehriban-mehriban gülümsünən Məryəm xanım deyirdi ki, bu dünyadan
arxayın, razı gedir, deyirdi ki, xoşbəxtdir, oğlu Cəlil müəllimlə fəxr eləyir və qorxusuz-ürküsüz
getdiyi o dünyada da oğlunun canına dua eləyəcəkdir.
Məryəm xanım mərhum ərini xatırladı, bir yerdə az yaşamışdılar, amma çox mehriban ər-arvad
olmuşdular, sonra o, yenə də həmin dəhşətli müharibə günlərində vaxtsız vəfat etmiş oğlunu,
Tahiri xatırladı. Cəlil müəllimə vəsiyyət elədi ki, bundan sonra da bircə qardaşı Simurqu sevsin,
onun qayğısına qalsın, hər işdə əlindən tutsun, bir də ki, həmişə bir yerdə olsunlar, heç vaxt
ayrılmasınlar, bir ailə kimi; müdrik, dünyagörmüş ata-babalarımız nahaq deməyiblər ki, içəridən
sökülən evdən ev olmaz.
Cəlil müəllim anasını, özünün vəsiyyət elədiyi kimi, ağır qara sal mərmərin altında yatan
valideynlərinin yanında dəfn elədi. O dəhşətli yerdə, indicə bu dəqiqə anasının endirildiyi yerdə
ucalmış təpəciyin üstünə son dəfə bir ovuc torpaq atdı və özünə söz verdi ki, bir ildən sonra,
torpaq çökən kimi, anasının qəbrini götürdəcək və yanında da ağac əkəcək ki, Məryəm xanım
onların sərin kölgəsində əbədi rahat yatsın.
Cəlil müəllim dayanıb küt-küt qəbirə baxırdı, arvadı və uşaqları ona qısılıb ağlaşırdılar, bu vaxt
qohumları, qonşuları və iş yoldaşları sayı-hesabı olmayan əklilləri qəbrin üstünə düzdülər, qəbir
tər çiçək təpəsinin altında itdi. Əklillərin üstündəki ipək matəm lentlərini isə açıb, səliqə ilə kələf
kimi sarıdılar ki, sonra mərhumun ailəsi bunlara baxıb, Məryəm xanımın xatirəsini əziz
tutanların kimlər olduğunu bilsin.
Bu niyyətlə şəhər qəzetlərində də elanlar, bu vaxtsız itki münasibətilə başsağlıqları verilmişdi.
Cəlil müəllim yas günlərində hiss elədi ki, o, tək deyil, hər axşam adamlar onun dərdinə şərik
olmağa gəlirdilər, onu ağır fikirlər içində tək qoymurdular.
Cəlil müəllim anasını dəfn eləyəndən sonra ehsan verdi.
Otaqlarda və həyətdə düzülmüş stolların arxasına yüzdən artıq adam toplaşmışdı. Ehsan
süfrəsinə iri dövrələrdə əla düyüdən bişirilmiş, zəfəranlı, yağlı plov, üç cür xuruş şabalıd
qovurma, abqoralı toyuq çığırtması, kişmişli, xurmalı, zəncəfilli, müxtəlif ədviyyat vurulmuş
qiymə qoyulmuşdu.
Süfrədə dolma da vardı, dolmanın yarpağını sağlığında Məryəm xanım özü bir-bir seçib yığmış
və duza qoymuşdu, dolmanın yanına qatıq da qoyulmuşdu, həm sarımsaqlı, həm də sarımsaqsız.
Stolun üstündə hər cür təzə göy-göyərti də vardı: xırda, körpə qırmızı turp, tərxun, cod özəyi
çıxarılmış vəzəri, göy soğan, reyhan, kefin istəyən hər cür seçmə göyərti. Dolçalarda və
qrafinlərdə sərin, adamın susuzluğunu söndürən gül şərbəti qoyulmuşdu.
Süfrə yığışılandan sonra isə tünd, əməlli-başlı dəmlənmiş çay, dilim-dilim doğranmış limon və
dayaz nimçələrdə üstünə darçın səpilmiş kəhrəba kimi halva gətirdilər.
Cəlil müəllim üçüncü, yeddinci və ən nəhayət, axırıncı dəfə qırxıncı gün də ehsan verdi. Cəlil
müəllim bunların hamısını danışıqsız, açıq ürəklə, necə lazımdı eləyirdi ki, unudulmaz anasının,
Məryəm xanımın xatirəsini layiqincə yad eləsin, halal xoşu olsun.
Saysız-hesabsız nəsillərin, əcdadların qoyduğu və qoruyub saxladığı adətlərin dərin mənasını
Cəlil müəllim gündəlik zəhmət və qayğıda dərk etmişdi. Bu adətləri bütün qayda-qanunları ilə
396
yerinə yetirəndə, insan arabir qanı qanından olan varlığı həmişəlik itirdiyini – bəşər övladının
mövcud olduğu müddət ərzində ən dəhşətli və ağır dərdi unudur.
Qonşu arvadların hamısı Cəlil müəllimin arvadına kömək eləməyə gəlirdilər. Manafın da arvadı,
qızı gəlirdi. Cəlil müəllim Dilbəri bir neçə dəfə görmüşdü, gah mətbəxdə, gah da həyətdə üzüzə
gəlirdilər; onun baxışlarında kədər, həm də elə bir təəccüb vardı, ancaq Cəlil müəllim bu təzədən
başlamış gediş-gəliş barədə, aydın məsələdir ki, arvadına heç bir söz demədi, çünki yas evinin
qapısı gəlmək istəyən hər kəsin üzünə açıq olmalıdır. Birinci həftəni hər gün, sonra da anasının
qırxı çıxana kimi hər cümə axşamı onlara gələn Manafla da Cəlil müəllim üzdən xoş danışırdı.
Yığdığının hamısını Cəlil müəllim bu qırx günün ərzində qəpiyinəcən xərclədi. Qətiyyən
heyifsilənmədən xərclədi, o qəti əmindi ki, bu cür müqəddəs vacib işdə qənaət eləmək onun kimi
adama yaraşmaz. Cəlil müəllim belə güman eləyirdi ki, bu adətin nə səviyyədə və səliqə ilə
yerinə yetirilməsi, abırlı, camaatın hörmət 54 və təqdirinə layiq adamları başqalarından – əsil-
nəcabətsiz, əksəriyyəti də pozulmuş adamlardan çox fərqləndirir.
Qardaşının adına qoyduğu pula Cəlil müəllim əl vurmamışdı, fikirləşirdi ki, ayağı möhkəm yer
tutana kimi Simurqa mütləq pul lazım olacaqdır. Özünün isə pula qətiyyən ehtiyacı yox idi,
gələcəkdə elə o qədər, hələ bəlkə ondan da artıq yığacaqdı, Allaha şükür, canı sağ-salamat,
qulluq işləri də qaydasında.
Cəlil müəllim anasının ölümünü Simurqa xəbər vermədi, əsgərlik vaxtının qurtarmasına hələ üç
Dostları ilə paylaş: |