Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə53/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   49   50   51   52   53   54   55   56   ...   72

gedəndən sonra, orduda qulluğunun ikinci ili doğulmuşdu. Uşaqlarını Cəlil müəllim ərköyün 

böyütmürdü; onların özlərinin xeyri üçün sərt rəftar eləyirdi, çünki başa düşürdü ki, ərköyün 

böyüyən uşaqların axırı bir şey olmur. Söz ola bilməz. Cəlil müəllim uşaqlarını istəyirdi. 

 

Qızı, yaxud balacası xəstələnəndə ürəyi qana dönürdü, ancaq bu istək Cəlil müəllimin Simurqa 



olan istəyinin müqabilində heç bir şey idi, heç müqayisəyə gəlməzdi. Nə anası, nə də arvadı buna 

görə onu qınamırdılar, çünki bilirdilər ki, hələ özünün ata kölgəsinə ehtiyacı olduğu vaxtlarda 

Simurqu o böyüdüb boya-başa çatdırıb, qayğısını o çəkib, buna görə də Simurqu bir növ özünün 

ilki, böyük oğlu hesab eləyir, böyük övladını isə ata uşaqlarının hamısından çox istəyir. 

 

Bu qaydada da, Simurqu gözləyə-gözləyə yaşayırdılar. Pis dolanmırdılar. 



 

Cah-cəlalları yox idi. Cəlil müəllim zəhmətlə qazandığı pulu havaya sovuran adamlardan deyildi, 

ancaq hər şeydən də özünə korluq verməzdi, nə abırlı-başlı geyinmək, nə də yeməkiçmək 

sarıdan. Tez-tez qonaqları olurdu, özləri də qonaq gedirdilər. 

 

Əgər Cəlil müəllimi arvadı ilə bir yerdə ad gününə, yaxud toya çağırsaydılar, heç vaxt xəsislik 



eləməzdilər, ad-sanlarına, mövqelərinə layiq hədiyyə aparırdılar. Simurq əsgərlikdən qayıdan ilin 

yayında isə, Cəlil müəllim özü də gözləmədən çoxdan arzuladığı bir şeyi həyata keçirmək 

qərarına gəldi – ailəsini də götürüb Kislovodska getmək fikrinə düşdü. 

 

Bəlkə də bu çoxdan mürgüləyən fikrin oyanıb fəallaşmasına və təlatümə gəlməsinə səbəb 



Simurqun göndərdiyi məktublar və Cəlil müəllimin görmədiyi şəhərlərin təsvirləri, mənzərə 

şəkilləri olmuşdu, ancaq ola da bilərdi ki, səbəb heç bu deyildi! Kim bilir? 

 

Yəni indiyə kimi elə bir mütəfəkkir, yaxud alim olubmu ki, insanın ağlına gələn, misal üçün, indi 



qəflətən Cəlil müəllimin beyninə düşən fikir kimi qəribə, o qədər də xas olmayan fikirlərin nədən 

törəndiyini dəqiq deyə bilsin? O, qoca yaşında anasının da xatirini xoş eləmək istəyirdi. 

Evlərində atasının – əməkdar neftçi-briqadir Bayram bəyin bir neçə şəkli vardı, bu şəkilləri 

möhkəm qoruyub saxlayırdılar. Şəkillərdən biri atasının və anasının lap cavanlıq vaxtlarında 



 

385


çəkilmişdi, əyinlərində indi adama qəribə gələn, müharibədən əvvəl geyilən kostyum qayanın 

üstündə dayanmışdılar, qayanın altından enli, dayaz şırnaq axırdı, duruluğundan belə görünürdü 

ki, bulaq suyudur. Şəklin lap aşağı tərəfində, qara qayanın üstündə yazılmışdı: “Büllur şırnaq. 

Kislovodsk”. Anası çox söhbət eləmişdi, Cəlil müəllim əzbər bilirdi ki, toydan sonra atası və 

anası Kislovodska getmişdilər, bilirdi ki, dünyada Kislovodskdan gözəl yer yoxdur. O zaman 

düşdükləri evi anası ömürlük yadında saxlamışdı, qabağında meyvə bağı olan bu evi o dönə-

dönə, bütün təfsilatı ilə təsvir eləmişdi, hətta küçənin adını da unutmamışdı, əcaib adı vardı – 

Rebrovaya balka. Hər dəfə də bütün bunları danışanda dirçəlir, elə bil ki, cavanlaşırdı. Hər 

danışanda da heyifsilənirdi ki, Cəlil müəllimə Kislovodsk kimi gözəl yeri görmək qismət olmadı, 

görünür, sadəlövhlüyündən, yaxud fikri dağınıqlığından ana nəzərdən qaçırırdı ki, Cəlil 

müəllimin bütün dünyada, hətta Sovet İttifaqında gəzmədiyi, görmədiyi yeganə şəhər yalnız 

Kislovodsk deyil. İndiyə kimi o, heç yerdə olmamışdı, doğulduğu gündən bu vaxta kimi Bakıdan 

kənara çıxmamışdı. 

 

Onu çoxdan həsrətində olduğu Kislovodski görmək arzusuna çatdıran, arvadının və uşaqlarının 



dünyagörüşünün artmasına səbəb olan bu səfər, həm də mehriban və qayğıkeş övlad olan Cəlil 

müəllimə anasının könlünü açmaq, onu sevindirmək imkanı verirdi. 

 

Götür-qoy eləyib, Cəlil müəllim bu qənaətə gəldi ki, kurorta getmək – bu məhəllədə əlamətdar 



və nadir hadisə idi – qonşuların yanında onun nüfuzunu qaldırardı. Cəlil müəllim ailəsini kurorta 

aparmaq qərarını qardaşına yazdı, Simurqsuz getməli olduqlarına heyifsiləndi. Məktubun 

axırında Cəlil müəllim yola, gedib-qayıtmağı sərf olunacaq vaxtı da hesablayıb, Simurqun 

məktubların Kislovodsk poçtamtına göndərməli olacağı tarixi dəqiq göstərdi. 

 

Cəlil müəllim əmindi ki, Kislovodska getmək xəbərinin Simurqa və uşaqlarına yaxşı, tərbiyəvi 



təsiri olacaqdır, əvvələn, vicdanla çalışan, özünü faydalı əməyə həsr eləyən adamın həyatda nə 

cür imkanlara malik olduğunu əyani surətdə görəcəklər, ikincisi də bu hadisə xatirələrində Cəlil 

müəllim kimi xudbinlikdən çox-çox uzaq bir ailə başçısının onlara göstərdiyi əlavə bir 

qayğıkeşlik və xeyirxahlıq nümunəsi kimi qalacaqdı. 

 

Həmişəki kimi, özü və yaxın adamları barədə fikirləşəndə, Cəlil müəllim kövrəldi və onların 



hamısına – qardaşına, arvadına və uşaqlarına daha artıq mehribançılıq etməyi, alicənab olmağı 

qət elədi, yəni fikirləşdi ki, düşüncəsizlik üzündən törəyən səhvlərin üstünü vurmasın, onlarla 

münasibətində inandırma və nümunələr üsulundan istifadə etsin, əmrsiz və göstərişsiz ötüşsün, 

halbuki, heç şübhəsiz, bir ailə başçısı kimi, böyük kimi, Cəlil müəllimin əmrlər, qəti tapşırıqlar 

verməyə haqqı vardı, nəhayət, onlar öz varlıqları, indi olan və hələ gələcəkdə də olacaq bütün 

yaxşı şeylər üçün bu adama borclu idilər. 

 

Dünyagörmüş, təqaüdə çıxana qədər uzun müddət ekspeditor və əmtəəşünas kimi bütün ölkəni 



gəzib dolaşmış Ağasəmədlə çayxanada əməlli-başlı məsləhətləşəndən sonra, Cəlil müəllim on 

gün qabaqdan qatara, kupeli vaqona bilet aldı. Ağasəməd dedi ki, yayda yumşaq vaqonda 

getməkdən də axmaq iş yoxdur, çox isti olur, hələ isti olsa yenə dərdyarıdı, müharibədən bir az 

əvvəl, yayda, axırıncı 38 dəfə Tbilisidən Bakıya qayıdanda yumşaq vaqonda taxtabitilərin 

əlindən gecə səhərə kimi gözünü yuma bilməmişdi. 

 

Belə qərara gəldilər ki, ümumi plaskartlı vaqonda getmək Cəlil müəllimə yaraşmaz. Ona görə də 



kupeli vaqonun üstündə dayandılar, doğrudur, Ağasəməd özü bu vaqonda getməmişdi, 

müharibədən əvvəl bu cür vaqonlar yox idi, ancaq Ağasəməd dedi ki, o, bəzi adamlar tanıyır, 

onların sözünə arxayın olmaq, inanmaq olar, ailəsi ilə birlikdə kurorta rahat, basabassız-filansız 

getmək istəyən adam üçün kupeli vaqondan yaxşısı yoxdur. 

 


 

386


Evin açarını yola düşəndə Cəlil müəllim ən yaxın qonşuları neftçi Kərimə verdi. Onu çox 

əziyyətə salmamaq üçün Cəlil müəllim həyətdəki su kranının rezin borularını çəkib bağa və 

bostan ləklərinə qoydu, indi bağı və bostanı əməlli-başlı suvarmaqdan ötrü hər axşam kranı 

yalnız axıra kimi açmaq və düz qırx beş dəqiqədən sonra bağlamaq kifayət idi. Cəlil müəllim 

xronometraj aparmış, bağ-bostanın suvarılma müddətini dəqiq müəyyən etmişdi. 

 

Cəlil müəllimin ailəsi yerbəyer olan kupe doğrudan da çox rahat idi. O, pardaqlanmış taxta 



yatacaqları, parıldayan plastik çəkilmiş divarları razılıqla süzdü, kefin istəyən kimi yandırmaq, 

gurlaşdırmaq, yaxud yatanda zəiflətmək mümkün olan işığı yoxladı, gözü balaca nərdivana 

sataşan kimi onun nədən ötrü olduğunu başa düşdü, saz olub-olmadığını yoxladı. Kupeni gözdən 

keçirəndən sonra o, birinci növbədə yerləri bölüşdürdü, aşağı yerləri anasına və dörd yaşlı oğlu 

ilə arvadına verdi, yuxarı yerləri isə özünə və qızına götürdü. Sonra saatına baxdı, qatarın yola 

düşməsinə hələ xeyli, yarım saata qədər vaxt qaldığını görüb, perrona, vaqonla üzbəüz bufetə 

qaçdı və on şüşə mədən suyu aldı ki yolda çiy su içməsinlər; yay vaxtı idi, hər cür yoluxucu 

xəstəlik ola bilərdi. Qatar tərpənənə kimi, Cəlil müəllim tualetə girdi, paltarını dəyişdirdi, təzə 

mil-mil pijamasını geydi, yola çıxmamışdan qabaq məxsusi kurortda geymək üçün aldığı 

yumşaq idman ayaqqabılarını ayağına keçirtdi. Bir müddət, hava tamam qaralana kimi, dəhlizdə 

dayandı, sonra kupelərinə girdi. Bu vaxt Məryəm xanım Kislovodskdan danışırdı, Cəlil müəllim 

sevindiyindən cuşa gəlmiş anasının üzünə baxıb, bir də məmnuniyyətlə fikirləşdi ki, səfərə 

çıxmaqları anasına çox yaxşı təsir eləyib və Allah qoysa, səhhətinə də xeyri dəyəcək. Məryəm 

xanım nə isə bir “Xram vozdux”dan, onun dörd dövrəsindəki yamyaşıl, kölgəli talalardan, 39 

həmin bu “Xram vozdux”da, baş vermiş, Cəlil müəllimin bütün təfsilatı ilə bildiyi bir əhvalatdan 

söz salmışdı, ancaq Cəlil müəllim heç cür baş aça bilmirdi ki, bu “Xram vozdux” özü 

restorandır, yaxud “Xram vozdux”da restoran var. Musiqili, rəqsli axşamlardan birində onun 

mərhum atası burda çox uzaq qohumu polkovnik Mehmandarova, çar ordusunda qulluq eləyən, 

ancaq inqilab dövründə Qızıl Ordu tərəfə keçən, sonralar isə ilk sovet generallarından biri olan 

həmin polkovnik Mehmandarova rast gəlir. 

 

Məryəm xanım əhvalatı demək olar ki, tamam (ömründə bircə dəfə həmin axşam gördüyü 



generalın onu iki dəfə tanqo oynamağa dəvət etməsini, Bayram bəyin də generalın indi rəhmətə 

getmiş arvadı ilə oynamasını) danışıb qurtarana kimi Cəlil müəllim qulaq asdı, sonra ədəblə 

anasının sözünü kəsib, xatırlatdı ki, şam yeməyinin vaxtıdır. Cəlil müəllim ona görə belə elədi 

ki, bu əhvalatın gerisini, sonra onların şampan şərabı və musiqiçiləri də götürüb, hamılıqla iki 

faytona doluşduqlarını, səhərə kimi gəzməyə getdiklərini, mərhum atasının həmin gün möhkəm 

sərxoş olmasını və özünü çox qəribə aparmasını, evdə də Məryəm xanımın onu çox çətinliklə 

dilə tutub yatağa salmasını yaxşı bilirdi. Cəlil müəllim əhvalatın bu hissəsinin uşaqların yanında, 

xüsusilə on yaşlı qızının yanında danışılmasını lazım bilmirdi. 

 

Gecə o, sakit və möhkəm yatdı, səhərə yaxın tək bircə dəfə kupedə hər şeyin qaydasında olub-



olmadığını yoxlamaq üçün ayıldı və demək olar ki, dərhal da təzədən yuxuya getdi, yuxuya 

gedənə kimi bircə onu fikirləşə bildi ki, bütün olub-keçənlərin hamısı həqiqətdir və bir gündən 

sonra o, Kislovodskda olacaqdır. Cəlil müəllim özünü çox yaxşı hiss eləyirdi, ürəyi sakit idi. 

 

Kislovodskda vağzalda uzun müddət taksi gözləməli oldular. 



 

Anası dedi ki, o vaxtlar onlar gələndə qatardan ayaqlarını yerə qoyan kimi, faytonçular onları 

araya aldılar, az qaldılar ki, şey-şüyün üstündə dava-dalaş salsınlar, hərə onları öz faytonuna 

çəkməyə çalışırdı. Nəhayət, taksi gəldi, Cəlil müəllim kurorta gələnlərə otaq verilən kontora 

sürməyi buyurdu, məlum oldu ki, kontor lap yaxında, vağzalın böyründə imiş. Burada Cəlil 

müəllim dedi ki, ona Rebrovaya balka küçəsindəki evlərdən birində otaq lazımdır. Cəlil müəllim 

anasının xətrini xoş eləmək istəyirdi. Söz ağzından çıxan kimi, bir qadın ona yaxınlaşdı, dedi ki, 


 

387


o elə Rebrovaya balka küçəsində 40 olur, bir təmiz və işıqlı, hər cür rahatlığı olan, iki pəncərəsi 

bağa baxan otaq kirayə verir. 

 

Cəlil müəllim evin sahibini maşına dəvət etdi, onlar yola düşdülər. Məryəm xanım şoferin 



yanında əyləşmişdi, qatardakı kimi həyəcanlı, şən idi. O, aramsız deyirdi ki, mütləq aparıb bütün 

görməli, gəzməli yerləri uşaqlara göstərəcəkdir, iqtidarı olmasa da, birtəhər aparıb göstərəcək. 

Sonra yavaş-yavaş həyəcanı keçdi, süstləşdi, birdən tamam susdu, diqqətlə qələbəlik, maşınların 

sel kimi axışdığı tərtəmiz, yaraşıqlı küçələrə, mərtəbələri başdan-başa şüşəli, balkonlu, işıqlı 

evlərə tamaşa eləməyə başladı. Sonra o, oğluna tərəf qanrıldı, Cəlil müəllim onun üzündə 

çaşqınlıq və hətta qorxu gördü. 

 

– Cəlil! – Məryəm xanım soruşdu. – Biz hara gəlmişik? 



 

Cəlil müəllim: 

 

– Kislovodska! – dedi. 



 

– Yox, – Məryəm xanım etiraz elədi. – Bura Kislovodsk deyil. 

 

Cəlil müəllim fikirləşib dedi: 



 

– Çox dəyişib, ona görə sənə elə gəlir. Sən Bakıda da heç yerə çıxmırsan, əgər çıxsan, onda 

görərsən ki, elə ora da çox dəyişib. 

 

Başdan-başa yeni küçələr salınır. Hər yerdə bu cür sürətlə tikirlər. 



 

İndi Rebrovaya balkaya çatırıq, hər şey dərhal yadına düşər. – O, anasının kefini açmaq üçün 

zarafat eləmək istədi. – Onda inanarsan ki, biz Kislovodskdayıq. Soçidə deyilik. 

 

Tamam çaşbaş qalan anasının tanış küçəni görüb sakitləşməsi üçün Cəlil müəllim maşını iki dəfə 



Rebrovaya balkanın başından ayağına, ayağından başına sürdürdü. 

 

O, hətta şoferə buyurdu ki, maşını bir dəqiqəliyə anasının o səfər gələndə düşdüyü evin 



qabağında saxlasın, Məryəm xanım bu evi elə müfəssəl təsvir eləmişdi ki, nömrəsi də Cəlil 

müəllimin yadında qalmışdı. 

 

– Bu da sənin Rebrovaya balkan, – Cəlil müəllim dedi. – Sən, bax, bu evə düşmüsən. 



 

Məryəm xanım: 

 

Bura Kislovodsk deyil, – dedi. Anasının birdən-birə dəyişmiş, qocalıq, üzgünlük duyulan səsi 



Cəlil müəllimi sarsıtdı. – Şəhər bu cür dəyişə bilməz, heç bir şey bu dərəcədə dəyişə bilməz, 

həmişə bir şey qalır. Buranın havası da indi başqadır, axı mən o havanı 41 xatırlayıram. Mən 

sənə deyirəm ki, bu başqa şəhərdir, adını nə qoyurlar qoysunlar. Burada hər şey başqa cürdür. 

Mənim hər şey yaxşı yadımdadır, sənki, mənim yaddaşıma bələdsən. Bu küçənin Rebrovaya 

balkaya, rəhmətlik atanla düşdüyümüz küçəyə heç oxşarı da yoxdur. Hər nə deyirlər desinlər, sən 

mənim sözümə inan. 

 

Dilxor olmuş Cəlil müəllim şoferlə köməkləşib şeyləri evə yığdı. Otaq doğrudan da, böyük və 



işıqlı idi, bura bir paltar şkafı, bir stol və üç çarpayı qoyulmuşdu. Çarpayılardan biri ikiadamlıq 

idi. Qıza ev sahibəsi açılıb-yığılan çarpayı verdi. Cəlil müəllim ensiz çarpayıların birini kənara 



 

388


sürüdü və yenə də ev sahibəsinin gətirdiyi şirmanı qabağına qoyub, öz çarpayısını qalan otaqdan 

ayırdı. 


 

Ev Cəlil müəllimin xoşuna gəldi. Bəlkə də ona görə xoşuna gəlmişdi ki, onun Bakıdakı evinə 

çox oxşayırdı: demək olar ki, quruluşları da eyni cürə idi; kürsülü dörd otaq, dörd dövrəsi enli 

eyvan; hamam otağına da onun evindəki kimi, Leninqrad su qızdırıcısı qoyulmuşdu. Bircə fərqi 

vardı, bu evin üstünə qırmızı kirəmit döşənmişdi, taxta çardağı da vardı. Cəlil müəllim fikirləşdi 

ki, o da evinin damını bu cür düzəltdirsəydi, pis olmazdı, bu cür dam, qara qır basılmış yastı 

damdan daha yaxşıdır, yayda evin içini istidən saxlayar. Belə qərara gəldi ki, Simurq qayıdandan 

sonra eləyərlər. 

 

Çardaq da kara gələr – pətəkləri ora qoyar, arıların xoşuna gələr, həm hündür, həm də külək 



tutmayan yer. 

 

Cəlil müəllim anasının kefini açmaq üçün çox səy göstərirdi. İlk günlər işi-gücü anasını da 



götürüb, haqqında çox eşitdiyi yerləri gəzmək oldu. Gəldikləri günün ertəsi, səhər-səhər “Xram 

vozdux” a getdilər. Cəlil müəllim anasının söhbətlərindən belə başa düşmüşdü ki, bu, şəhərdən 

kənar, meşəlik bir yerdir. Özü də düşünürdü ki, nə isə qeyri-adi, qəribə bir şey görəcəkdir, nə 

görəcəyini heç vaxt aydın təsəvvür eləməmişdi, ancaq hər halda bunun səliqə ilə adicə akasiya, 

ya yasəmən ağacları əkilmiş, xiyabanlarına asfalt döşənmiş adi şəhər bağında açıq eyvanlı təzə 

restoran olduğunu heç ağlına da gətirməzdi. 

 

“Xram vozdux”a çatıb taksidən düşəndə Məryəm xanım dedi: 



 

– Yaxşı yerdir. – O, hamının xətrini xoş eləməyə çalışan, elə bu səfərə də əslində, anasına görə 

çıxmış oğlunun ümidlərini doğrultmadığından özünü müqəssir kimi hiss eləyirdi. – Uşaqlara 

oynamağa yer də var. 

 

Cəlil müəllim köksünü ötürdü və arvadının üzünə baxdı, arvadı da ona baxdı. O, maşından 



düşəndə az qalmışdı anasına təntənəli surətdə desin ki, neçə il keçəndən sonra, nəhayət, yenə də 

həmin “Xram vozdux”un yaxınlığındadır, indi bu sözü deməməsinə sevindi, yüngüllük duydu. 

 

Onların oturduqları yerdən, eyvanda qoyulmuş stolun arxasından, günəşin şüalarında əriyən 



seyrək duman içində, bütün şəhər görünürdü. Pis mənzərə deyildi, ancaq Dağüstü parkdakı 

“Dostluq” restoranından baxanda adamı heyran qoyan Bakı panoraması hara, bura hara! Heç 

müqayisəyə gəlməzdi. Elə xörəklər də burada, “Xram vozdux”da “Dostluq”dakından qat-qat pis 

idi, ofisiant gələndən sonra isə məlum oldu ki, heç siyahıda sadalanan xörəklərin də əslində, 

yarısından çoxu yoxdur. 

 

Nəzakətli ofisiant onları inandırırdı ki, səhər verilməyən xörəklərin hamısı axşam mütləq olur. 



Ancaq narşərablı, üstünə narın doğranmış reyhan səpilmiş osetrin kababını Bakıda kefin istəyən 

vaxt, axşam da, istəsən lap səhər-səhər də yemək mümkün olduğunu yaxşı bilən Cəlil müəllim 

yavaş-yavaş öz-özünə fikirləşdi ki, başqa şəhərlərdən gələnlər özləri bilərlər, amma bakılı üçün 

Kislovodsk bir elə yer deyil. 

 

Başqa görkəmli yerləri də gəzdilər, heç biri də onları o qədər açmadı. Bu səyahətlərdə Məryəm 



xanım arabir elə bil ki, bəzi şeyləri xatırlayırdı, ancaq daha vəcdə gəlmirdi, sevinmirdi. Cəlil 

müəllim ona inanmırdı, möhkəm şübhələnmişdi ki, anası rəhmdilliyinə görə onu tamam dilxor, 

pərt eləmək istəmir. Sonra bu səyahətlərdən yorulmuş, üzülmüş anası və dərhal onun sözünə 

qüvvət verən arvadı, Cəlil müəllimdən xahiş elədilər ki, onlara dinclik versin, qoysun otursunlar 

evdə, ona görə ki, şəhəri kifayət qədər gəzmişdilər, elə bir qəribə şey yox idi, adicə şəhərdi. 

 


 

389


İndi Cəlil müəllim naharını eləyəndən sonra, külfətini evdə qoyub, demək olar ki, bütün günü 

şəhəri dolanırdı. Uşaqları bağda ev sahibinin uşaqları, öz yaşıdları ilə oynayırdılar, ev sahibi ilə 

dostlaşmış arvadlar isə səhərlər bazara gedir, sonra da ev işləri ilə məşğul olurdular. 

 

Cəlil müəllim əvvəlcə poçta girib, Simurqdan məktub olubolmadığını soruşur, sonra parka 



gedirdi, ya da elə-belə küçələri gəzirdi. Soraqlaşıb, ayrıca nömrələri olan hamamın yerini 

öyrəndi, 43 oradan çox hiddətlənmiş qayıtdı, bir də Kislovodskda hamama getməyə tövbə elədi. 

Duş qoyulmuş nömrələr çox kiçik idi, soyunmaq yeri darısqaldı, özü də buradan çox pis, karbol 

turşusu iyi gəlirdi. 

 

Günlər ötürdü, evi, bağı üçün qəribsəmiş Cəlil müəllim gündəlik gəzintilərini davam etdirirdi. 



Gözünün qabağına gətirirdi ki, o, əzilmiş kərpic tökülmüş qırmızı cığırlı, üstüörtülü, ağ sütunlu 

tağlı köşkdə simfonik orkestrin axşamdan ta gecə yarısına qədər qatmaqarışıq, başa düşmək 

mümkün olmayan musiqi çaldığı zəhləsi gedən bu parkda yox, öz küçələrindədir, özünü gah 

qonşuları ilə söhbət eləyən, gah bağda işləyən, yaxud da hamamdan sonra çayxanada oturmuş 

təsəvvür eləyirdi. Cəlil müəllim dəstə-dəstə bütün günü boş-bekar veyllənən adamlara göz qoyur, 

onların Kislovodska nəyə gəldiklərini başa düşməyə çalışırdı. Cəlil müəllim mədən suyunun bir 

dərdə dərman ola biləcəyinə, şəfa verəcəyinə inanmasa da buraya müalicəyə gəlmiş adamı yenə 

birtəhər başa düşərdi. 

 

Amma qalanları... Sağlam adamlar yad şəhərin küçə və parklarında veyl-veyl gəzişirdilər, guya 



bunu orada, gəldikləri yerdə eləmək mümkün deyildi. Bir soruşan lazımdı ki, heç bir şeyə 

ehtiyacı olmayan adamların (aşkar görünürdü ki, bunların əksəriyyəti elə bu cür adamlardır) 

vurub dünyanın o başına getmək, dörd otaq sahibi Cəlil müəllimin elədiyi kimi, üç-üç, dörd-dörd 

bir otağa təpilmək nəyinə lazımdır? Daim bu barədə düşünən Cəlil müəllim yavaşyavaş belə 

qənaətə gəldi ki, buraya Allah bilir, nə görmək arzusu ilə gələn, amma istədiklərini tapa 

bilməyən bu adamların hamısı, sadəcə müxtəlif mülahizələrə görə vaxtından qabaq qayıdıb 

getməyi namünasib bilirlər, kimisi qabaqcadan verdiyi ev kirayəsinə heyifsilənir, kimisi 

qonşularından utandığı üçün qayıdıb gedə bilmir, kimisi də, ola bilsin ki, qatara bilet tapmır... 

Qısası, Cəlil müəllim əmindi ki, Kislovodska gələnlərin əksəriyyəti cəmisi bir neçə gün qalandan 

sonra çıxıb gedirlər, saysız-hesabsız dəstələr isə ona görə azalmır ki, hər gün yeni-yeni sadəlövh 

adamlar gəlirlər. 

 

Əgər küçə qonşuları olmasaydı (vaxtından əvvəl qayıtmaq səfəri dərhal və ömürlük onların 



gözündə inflyasiyaya uğradar, qiymətdən salardı) o, fikirləşmədən yola düşərdi. Simurqa 

teleqram vurardı ki, daha nahaq yerə bura məktub yazmasın, poçtamtda da xahiş eləyərdi ki, işdir 

əgər o, yola düşəndən sonra məktub gəlsə, Bakıya göndərsinlər. 

 

Çirkin əkizlər kimi bir-birinə oxşayan günlər ona bir ilə qədər uzun gəlirdi. Elə axşamlar da onun 



kimi. Cəlil müəllim adəti üzrə axşamlar parka gəzməyə çıxırdı, bu gəzintilər Bakıdakından fərqli 

olaraq ona ləzzət vermirdi, orada Cəlil müəllim addımbaşı tanışa rast gəlirdi, özünü lazımlı və 

mötəbər adam kimi hiss eləyirdi. 

 

O nəyə görə isə, heç bir əsassız-filansız “Qızıl güllər xiyabanı” deyilən xiyabanla getdi və 



ortasında tər çiçəklərdən düzəldilmiş təqvim olan talaya çıxdı. Təqvimin ağ çiçəklərdən 

düzəldilən hissəsinin, ayın günləri göstərilən hissəsinin hər gün dəyişməsi bu talanı babat 

göstərirdi, demək olar ki, cansıxıcı və mənasız gəzinti vaxtı bir az adamın ürəyi açılırdı. Cəlil 

müəllim bu əyani və çox etibarlı dəlili, yola düşmək vaxtının bir gün də yaxınlaşdığını görəndə 

xoşhal oldu və parkın yuxarı hissəsinə gedən cığırla addımladı. Məqsədsiz-filansız addımladı. 

Hara gəldi getmək xatirinə addımladı. Evə qayıtmaq istəmirdi, arvad-uşaq çoxdan yatmışdı. 

Toranlıqda basırıq kol-kosluqdan yaxşı seçilməyən səslər, boğuq gülüşmə gəlirdi. Cəlil müəllim 

bilirdi ki, əgər cığırdan çıxsa, bir neçə dəqiqədən sonra mütləq skamyaya, cüt-cüt oturub öpüşən 



 

390


adamlara rast gələcəkdir, skamyanın ensiz hamar səthi biribirindən cəmisi bir neçə santimetr 

aralı beş, yaxud altı sahəyə bölünmüşdü, bu bir neçə santimetrlik bitərəf zona hər qonşu sahənin 

sahibinə çox güclü müstəqillik və sərbəstlik hissi aşılayırdı. 

 

Cəlil müəllim rişxəndlə gülümsündü, fikirləşdi ki, bu adamların skamyanın üstündə bir-birinə 



qısılıb, öpüşmək xatirinə vaxt itirib, pul xərcləyib, yır-yığış eləyib, qatar, yaxud təyyarə ilə bu 

qədər yolu gəlməyinə dəyərmi, bunu elə öz şəhərlərində də eləyə bilərdilər, təki adamın həvəsi 

olsun! 

 

Havadan zərif ətir iyi gəlirdi, aydınlıq yay gecəsində ilıq meh nə isə tanış olmayan çiçəklərin 



ətrini gətirəndə, adamlar qəflətən qəribə həyəcan keçirməyə başlayırdılar. 

 

Cəlil müəllim çiçəklərin ətrini duyur, amma heç cür onların adını xatırlaya bilmirdi. O, fikirləşdi 



ki, yəqin tütün çiçəyinin ətridir, ancaq tez qərarından daşındı, tütün hələ yarım aydan sonra 

çiçəkləyəcəkdi. 

 

Cəlil müəllim yorulub yay kinoteatrının qabağındakı talada, skamyanın üstündə oturdu. Onun 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin