Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə41/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   37   38   39   40   41   42   43   44   ...   72

verəcəkdim, özü də ixtisasdan, həm də ürəyimə dammışdı ki, yaxşı qiymət alacağam. 

 

Əvvəlcədən bilirdim ki, harmoniya fənnindən batacağam, odur ki, imtahana gedəndə parusin 



şalvarda idim. Onsuz da “çesuçanı” azaz geyməyə çalışırdım, iki il idi daha “münasib” şalvarda 

gəzirdim. 

 

Əynimdəki köynəyə, şalvara baxa-baxa, əmidostum dedi: 



 

– Görkəmin pis deyil, – o, ancaq görkəmimə – geyimimə işarə vururdu, vəssalam. – İmtahanı 

verə biləcəksən? 

 

Mən başımı tərpətdim. O, şifonerə yaxınlaşdı, pul götürüb mənə uzatdı: – Götür, əmin sənə 



cibxərcliyi qoyub. Həftənin axırınacan... 

 

Qismətə bax! Gör necə yerinə düşdü! Həftənin axırını deyə bilmərəm, amma bu gün iki manat 



vacib lazım idi, – Adillə danışmışıq, mən imtahan verəndən sonra bulvara çıxacağıq, deyirlər 

axşam orda nə isə keçiriləcək, konsert veriləcək. Adil öz dostu ilə gələcək, dostunun da adı 

bilmirəm Seymurdur, yoxsa Teymur. İkisi də hansı klubunsa orkestrinin üzvüdür. Adil dedi ki, 

yaxşı, məzəli oğlandı, deyib-güləndi, amma danışığının da yerini biləndi, Deyir çəkisi doxsan 

kiloqramdı, özü də büsbütün əzələdi... Mərclə mis məftili sağ yumruğu ilə iki bölür. Yəqin 

bulvara İçərişəhərdən də çox uşaq axışıb gələcək, onun dostunun üzünə bircə dəfə baxan – öz 

payını götürəcək... 

 

“Dörd” aldım, buna da şükür! Düzü, “beş” almaq ümidində idim – Listin li-bemol konsertini lap 



gözüyumulu da çalaram. Kadensiyadabir az ilişdim, neyləyim, gətirmədi mənimki; axı, mən onu 

on dəfə çalmışdım, təkrar eləmişdim, Rozaliya da çox razı qalmışdı, amma on birincidə... Özü də 

imtahanda, nə isə... Elə bil sol əlim Kadensiya – musiqi frazasına tamamlayıcı və ya fasilə 

xarakteri verən harmonik ifadə sözümə baxmırdı. Babamın xatirinə “beş” də verə bilərdilər

əslində “beş” mənə heç lazım deyildi, çünki harmoniyanın ucbatından onsuz da təqaüd almaq 

batdı... Mən aşağı, zala düşdüm, Rozaliya Naumovnanın yanında oturdum, pıçıltı ilə dedi: 

 

– Necə gətirmədi sənin bəxtin! Gör ey! Deyəsən, yaman ürəyinə salırsan? 



 

Mən köks ötürdüm, yalandan da olsa özümü məyus göstərməyə çalışdım. 

 


 

304


– Eyibi yox, Rozaliya Naumovna, – dedim. Gələn il “beş” alaram. 

 

– Nəzakət xatirinə bir az da yanında əyləşdim, sonra, heç onun xəbəri olmadan aradan çıxdım. 



 

Evimizə yaxınlaşanda gördüm ki, Adil gözləyir. Şalvarının ayağını çırmalayıb sancaqlamışdı, 

velosiped sürmək istəyirdi. 

 

– Seymur hələ gəlməyib. Bir dəqiqə məni gözlə. 



 

– Yaxşı, eqoistlik eləmə, imtahandan təzə çıxmışam, qoy mən sürüm, fikrim dağılsın. Bağın 

başında bircə dəfə fırlanıb qayıdaram. 

 

Cəmi səkkizcə dəqiqəyə... 



 

– Yalan demirsən ki?.. Bircə dövrə, ha! 

 

– Bu nə sözdü, inciyərəm... 



 

Velosiped elə bir-iki dəfə pedalı hərləməyə bənd imiş – prospektlə götürüldü, nə götürüldü, təkcə 

asfaltla yağ kimi sürüşən təkərlərin səsini eşidirəm. Necə gözəldi! Sürətlə gedəndə – lap elə 

velosiped olmasın, sarsaq bir tramvay olsun, fərqi yoxdu – elə bil qanadlanıb uçursan, sevincdən 

ürəyin atlanır, mahnı oxumaq istəyirsən. 

 

Tramvayda oxu görüm necə oxuyursan, amma burda... Nə qədər istəyirsən oxu, kimdi səni 



eşidən? Sürəti daha da artırıram, özözümə zümzümə eləyirəm... 

 

Bax, elə bu yerdə o axmaq mənim yolumun üstünə çıxdı! Beşcə metr qalmış, necə bağırdımsa, 



məni gördü, yaman qorxdu, dovşan kimi büzüşdü, elə dovşandan sən deyən böyük deyil, on yaşı 

ancaq olar. Yoldan çıxmaq əvəzinə başladı yerindəcə irəli-geri hərəkət eləməyə. Velosipedin 

sükanını axıra kimi sağa burdum, qalanından heç xəbərim olmadı – qabaq təkər yolun 

kənarındakı qranit haşiyələrə necə toxundusa, velosiped mənimlə birlikdə iki-üç dəfə aşdı. 

 

Yoldan keçənlə də toqquşub, bilmirəm mən, yoxsa velosiped... 



 

Bir də onda ayıldım ki, asfalta yıxılmışam, onu birinci dəfə idi belə yaxından görürdüm. Başımı 

qaldırdım, xeyli adam yığışmışdı, elə bil, nədənsə, möhkəm qorxmuşdular. Ayağa durdum, 

ağzımda xoşagəlməz bir tam vardı; ürəyimi elə bulandırdı ki, bax, bu dəqiqə, hamının gözü 

qabağında qusacağımdan qorxurdum. Fikirləşdim ki, özümü yolun qırağındakı ağaca çatdıra 

bilsəydim, nə yaxşı olardı... 

 

Elə də elədim; ağacı qucaqlayıb gözümü yumdum, deyəsən bir az özümə gəldim, sonra, gözümü 



açanda hiss elədim ki, alnımdan nə isə, isti bir şey axır... 

 

Sanki yuxu görürdüm; qarşımda acıqlı bir kişi dayanıb, pencəyinin döş cibindən karton qutu 



çıxarır... O qutudan da yod ampulası, bir də pambıq çıxaranda yerimdə donub qaldım. 

 

Bu kişi hardan peyda oldu görəsən? – Bunu soruşmaq əvəzinə deyirəm: 



 

– Mənim bədənim yod götürmür, dərim səpir əlüstü! 

 


 

305


Fikrindən daşındırmaq üçün tez-tələsik mızıldandım, amma kişi məni eşitmirdi, öz işində idi, 

ampulanı sındırıb pambığın üstünə yod tökürdü. Mənim dərmandan çoxdan zəhləm gedirdi, o da 

ola yod, nə bilim “qorçiçnik”... 

 

– Qanını zəhərləməkdənsə, qoy dərin yansın! – Kişi də teztələsik dilləndi, yodlu pambığı alnıma 



sıxıb heç yayınmağa aman vermədi. Ağrıdan dişlərimi bir-birinə sıxdım, ağrı elə güclü idi ki, 

başımın hərlənməsi də öz-özünə keçdi. 

 

Elə bu yerdə bir qadın da mənə yaxınlaşdı, onun da üzündən zəhrimar yağırdı. Əvvəlcə bu 



yaraşıqlı qadın mənə tanış gəldi, sonra... 

 

gördüm ki, donu sağ çiynindən kəmər yerinə kimi cırılıb, əlilə tutatuta qalıb. Donun materialına 



fikir verəndə isə heyrətləndim, bədənimdən bir gizilti keçdi. Bu parça haqda çox şey bilirdim, 

onu da bilirdim ki, dünyanın nadir, həm də qiymətli parçasıdır. O qədər qiymətlidir ki, dərzinin 

yanında qoymaq olmaz, gözündən yayınan kimi ucundan-qulağından çırpışdırar... Cırılmış donu 

görəndə anladım ki, yaman ilişmişəm. Üç il bundan qabaq belə bir həşyəli parçadan Mənzər 

xanım özünə don tikmişdi. 

 

– Bağışlayın, – dedim ona. 



 

Ona görə üzr istəmirdim ki, bu cür donu korlamışdım – bu yerdə üzrxahlıqla yaxa qurtarmaq da 

olmazdı – ona görə üzr istəyirdim ki, velosipedlə onu yıxmışdım. 

 

– Məni üzrlü sayın... 



 

Qadın heç nə demədi, gülümsündü, sonra da çıxıb getdi. 

 

Hardansa milisioner peyda oldu. Bir əli ilə velosipeddən yapışdı, bir əli ilə də mənim çiynimdən. 



 

– Kimindi bu velosiped? 

 

– Yoldaşımındı, – deyirəm, – mənim dostumun... 



 

– Aydındı... – Gedək! Eşitmirsən? Yeri görüm! 

 

Yaramı sarıyan kişi mənə kömək eləmək istədi, amma milisioner heç onun üzünə də baxmadı. 



 

– Mane olmayın, vətəndaş, sizə dəxli yoxdu, – dedi, çiynimdən yapışıb məni sürüklədi. 

Velosiped olmasaydı, onun əlindən çıxıb qaçmağa nə vardı ki, bu cür çəkmələrlə, böyründə də 

tapançası, heç mənim tozuma da çata bilməzdi. 

 

– Onunla işiniz olmasın! – bu, donu cırılmış qadının səsi idi. Sən demə, qayıdıb gəlib. Yavaşdan, 



çox arxayınlıqla dedi. Milisioner gözünü ona zilləyib qaldı, yəqin nə edəcəyini bilmirdi. Elə bu 

yerdə, milis geyimində bir nəfər də bizə yaxınlaşdı – baş leytenant... 

 

– Nə olub? – deyə soruşdu. 



 

Amma soruşmazdan qabaq o, əlini gicgahına qoyub təzim elədi. 

 

Mənə yox, milisionerə yox, donu cırılmış qadına. 



 

 

306


– Bu oğlan, – dedi milisioner, – kiminsə... – elə belə də dedi, – kiminsə velosipedində bu qadını 

vurub yıxıb. 

 

– Bu oğlanın heç bir günahı yoxdu, – qadın üzünü baş leytenanta tutdu. – Mən öz gözümlə 



gördüm, bir uşaq qəfildən onun yoluna çıxdı, o da... – Baş leytenant qadına cavab verincə o, bu 

dəfə mənə sarı döndü: – Sən də üst-başını qaydaya sal! – dedi. 

 

Üst-başıma baxdım, bir kökdə idi ki, əlimi hər şeydən üzdüm. 



 

Gör nə kökə düşmüşəm! Köynəkdəki qan ləkəsini yumaq olar, soyuq su ilə isladarsan, çıxıb 

gedər... Təzə köynəyimin sağ qolu cırıqcırıq olubsa, çesuça şalvarımın cırıq yerindən sağ dizim 

görünürsə... 

 

– Deyəsən halın yaxşı deyil, eləmi? Xahiş eləyirəm, kömək eləyin, – o, velosipedə işarə elədi. 



Qolumdan tutdu, – gedək... 

 

– Mən apararam, – baş leytenant velosipedi milisionerdən aldı. 



 

Onların evinin alaqapısı lap yaxında idi. Liftə yerləşmədiyindən baş leytenant velosipedi 

pilləkənlə qaldırası oldu, biz onu yuxarıda, qapının ağzında gözləyirdik. 

 

– Bağışlayın, – dedi qadın. – Sizə yaman əziyyət verdik. 



 

Nə danışırsınız? – Baş leytenant sevincək dilləndi. – Boş şeydi. 

 

Bəlkə bir kömək lazımdı? Mən sizin qulluğunuzda hazıram. 



 

– Yox... Çox sağ olun, çox razıyam. 

 

– İnciməyin. Bizim bu milisioner, necə deyim... özünü göstərmək istəyənlərdəndi... 



 

– Narahat olmayın, hər şey öz qaydasındadı – qadın razılıqla gülümsünüb açarla qapını açdı. – 

Velosipedi bura qoyun. Çox sağ olun. Çox razıyam. Sən niyə qapının ağzında dayanıbsan? – 

Heyrətlə üzümə baxdı. – Keç içəri! 

 

Mən içəri keçdim. 



 

Girəcəkdə divarlara afişalar vurulmuşdu, döşəmədən tavana kimi: “Otello”, “Çio-Çio-San”, 

“Perikola”... Bu ki... Məryəm Qədridi!.. Mən onun səsini radioda eşitmişdim, vallarına qulaq 

asmışdım... Mesto-soprano, respublikanın xalq artisti... 

 

– Bir dəqiqə burda əyləş, mən paltarımı dəyişim Bu royal mənə necə tanış gəlir! Qapağını 



qaldırdım, özüdür ki, var – “Mülbax!” Konsert royalı! Bilirəm. necə gözəl səsləndiyini çoxdan 

bilirəm... Lap çoxdan... 

 

Mən yaxşıca bələd olduğum o royalın sağ küncündə moderator üçün deşik açılmışdı... 



Məktəbdən gələndə nə görsəm yaxşıdı?! 

 

Gördüm, onun yerinə pianino qoyulub. Eh, bunun adı pianinodu, – özü donuza oxşayır... elə bil 



yeşiyin içinə neçə-neçə zəngli saat doldurublar. Birinci akkordu vuran kimi ətim ürpəşdi. 

 


 

307


– Bir buna bax! – dedi Validə xala. – Xoşuna gəlmir! – Gözümüz aydın! O, təkcə konsert 

royalında çala bilər, vay-vay, müztrestin xəbəri yox imiş! Gör burnunu necə sallayıb?! 

 

– O mənim babamın royalı idi!.. 



 

– Bəli, bəli! Babanın royalı. Baban özü pul qazanıb o royalı almışdı, özü də çalırdı. Amma, 

bilmək olmur, səndən bir şey çıxacaq, ya yox?! Adam kimi oxusaydın, bəlkə də satmazdılar 

royalı. O “üç”ləri ki, sən alırsan, elə bu pianino da bəsindi! Sənin müəlliminə verilən pulların nə 

müsibətlə qazanıldığını bilsəydin... 

 

Not kağızları royalın üstünə səpələnmişdi. Debüssinin “Elegiya” sı... Adı xoşuma gəlməsə də, 



fikirləşdim ki, bu, nə isə, yaxşı bir melodiyadı... 

 

Moderator – musiqi alətlərində səsin qüvvəsini nizama salan qurğu * * * – Al bu xalatı geyin, 



vanna otağında üst-başını nizama sal, – o, əynini dəyişmişdi, el bil boyu bir az balacalaşmışdı. 

 

Vanna otağından eşidirdim, qadın harasa zəng vurub deyirdi ki, onu gözləməsinlər. 



 

Qadının cırılmış donu bürmələnib küncə atılmışdı. 

 

Qaldırıb baxdım, ondan zərif ətir iyi gəlirdi. Götürüb yenə də öz yerinə – kafelli vanna otağının 



küncünə tulladım, sonra köynəyimi, şalvarımı soyunub xalatı geydim. Bir az da dayanıb ətir 

şüşələrini, bankaları, kremli tübikləri gözdən keçirdim. Heç istəməzdim ki, kimsə məni bu 

xalatda görsün, iki mən boyda idi bu xalat. 

 

Qadın məni bu yöndəmsiz xalatda görüb gülümsündü. 



 

– Xahiş eləyirəm, varsa, mənə iynə, sap verin. – Nə qədər ki, qadın cırılmış donundan söz 

salmamışdı, şalvarımı tikib tezcə əkilmək istəyirdim. 

 

– Əlbəttə, var, – dedi. – İynə də, sap da... Başın hərlənmir ki?.. 



 

Yaxşı ki, hərlənmir, demək, beynin zədələnməyib. Otur, bu dəqiqə gətirərəm. 

 

Məcməyi ilə qayıdıb gəldi – çaynik, yanında stəkan-nəlbəki, bir az da piroq... Çaydan bir qurtum 



alanda gördüm ki, şalvarı götürdü, tez ayağa qalxıb əlindən aldım. 

 

– Bağışlayın, özüm tikəcəm... 



 

O, diksinən kimi oldu. 

 

– Şalvarın üstündə belə əsməyi birinci dəfə görürəm, – dedi. 



 

– Yox... elə deyil... Öz paltarımı gərək özüm tikəm. Belə yaxşıdı. 

 

İynəni saplayıb işə başladım. “Vah-vay, batdım! Şalvar zay oldu. Burdan evə qədər geyinə 



bilərəm, vəssalam. Bütün yayı parusin şalvarda keçirməliyəm”. Şalvarı necə sırımağıma sakitcə 

tamaşa eləyirdi. – Ustalığa bax! Mən belə yamaya bilməzdim. Dərzisən? – Soruşdu. 

 

İşimi qurtarıb, sapı dişimlə qopardım. 



 

– Yox, dərzi deyiləm. Mənim familim – Məmmədbəylidi. 



 

308


 

– Məmmədbəyli? Bu nə deməkdir? – Belə peşə də var? 

 

Onun nə demək istədiyini, söhbətin nədən getdiyini başa düşdüm. 



 

– Yox... elə peşə yoxdu. Bu mənim, həm də babamın – böyük bəstəkarın familidi. 

 

– Böyük bəstəkarın? 



 

Heyrətləndim. Bu, mənim babamı böyük bəstəkar saymayan yeganə adam idi... Özümü itirən 

kimi oldum: 

 

– Əlbəttə... Böyük bəstəkarın... Onun adına Bakıda küçə də var, musiqi məktəbi də. Bilirsiniz, o 



nə yazıb? 

 

– Niyə bilmirəm?! – O, babamın bütün yazdıqlarını laqeydliklə saymağa başladı: – operasının, 



iki simfoniyasının, hətta romanslarının da adını çəkdi. – Nə olsun ki, bunları yazıb? Böyük 

bəstəkar!.. 

 

Yaxşı pedaqoq idi, bəstəkarlığı da pis deyildi... 



 

Heyrətlə ona baxdım – bu nə danışır belə? 

 

– Yaxşı, – gülümsündü, – sənin babandan çox danışdıq deyəsən... 



 

Bu arada köynəyimin də üzülmüş yerlərini yamayıb qurtardım. 

 

– Bəlkə sən piroqu yeyəsən! 



 

Piroqu yeməkdənsə getmək istəyirdim, amma bu da hörmətsizlik olardı. Axı hər nə isə, mən onu 

velosipedlə vurmuşdum... Ancaq özünü elə aparırdı ki, guya aramızda heç nə olmamışdı; bir az 

babamın dalınca deyindi, onu da, mən bilən, qəsdən demədi, bəlkə həqiqətən elə fikirləşir? 

Piroqu tələm-tələsik yeyib qurtardım, çayımı içə-içə düşünürdüm, tezcə sağollaşım, çıxıb gedim. 

Mənimlə üzbəüz əyləşib o da sakitcə çay içir, yaman fikirlidir. Birdən mənə elə sual verdi ki, 

udquna-udquna qaldım, çeçədim: 

 

– Sən oxuyansan? 



 

– Necə? Başa düşmədim. 

 

– İşə düşdük... soruşuram səsin varmı? Heç oxuyursanmı? 



 

– Hə... hərdən-birdən... 

 

– Bura gəl görüm! – royalın arxasında əyləşib qapağını qaldırdı. 



 

– Gəl, gəl, nə oxumaq istəyirsən? – “Məhəbbət tanqosu”? – O, heyrətlə başını buladı. – Gör nə 

tonallıq ürəyincədi?.. 

 

Mən oxuyub qurtardım, o susub, royalın qapağına dirsəklənib, yerindəcə quruyub qalıb. 



 

Birdən mənə sarı çevrilib elə qəhqəhə çəkdi ki... 



 

309


 

Mən dönüb qapıya sarı addımladım. 

 

– Dayan, – dedi, – səsin var, tembri də gözəldi, obertonu da, amma bir de görüm, sözləri bu kökə 



salmağı hardan öyrənibsən? 

 

Hmm... sözlərin bura nə dəxli var. 



 

– Necə bəyəm? – Soruşuram. 

 

– Necə? Hələ bir soruşursan da... Çox köntöy, bayağı... Dözmək olmur. Xətrinə dəyməsin. Bura 



bax, bəyəm sən bilmirsən ki, dünyada “ye” deyilən bir səs də var? 

 

– Əlbəttə... 



 

– Bəs niyə onu “g” kimi tələffüz eləyirsən? Məsələn, “sgrdüe” yaxşıdı, yoxsa “serdüe?” Bizim 

həyətdə, hətta küçəmizdə belə, mənim oxuduğum “Məhəbbət tanqosu” hamının xoşuna gəlir. 

Mən özümdən heç nə əlavə eləməmişəm, Bakı dəniz limanında birinci dəfə necə eşitmişəmsə – o 

axşam mahnını Yevgeniya Devis ifa edirdi – elə də oxuyuram. 

 

Arif Kerefov da elə oxuyur. 



 

O, elə hey qəhqəhə çəkib gülür, heç cür dayana bilmir. Axır məni də gülmək tutdu. O ki var 

güldüm, nədənsə, elə bil bir az yüngülləşdim. 

 

– Siz hardan bildiniz ki, mən oxuyuram? 



 

– Heç hardan... Elə belə hiss elədim; axı, sənin səsin elə bil boğazını deşib çıxır, hətta babanı 

tərifləyəndə də... Yaxşı, yaxşı, burnunu sallama, babandan daha bir kəlmə də demərəm. Sənin 

baban böyük bəstəkar olub. Razılaşdıq? 

 

Bax, elə o anda, mən qapının astanasında dayanıb eşiyə çıxmaq istəyəndə, birdən-birə onun necə 



gözəl olduğunu gördüm. İstədim ona cavab verəm, təşəkkür eləyəm, sağollaşam onunla, amma 

elə bil dilim-ağzım bağlanmışdı. Axı bura qədər üz-üzə əyləşib arxayınca söhbət eləyirdik. 

Ürəyimdən qəribə bir hiss keçdi; (sonralar mənə aydın oldu ki, bu hiss iliyimə, qanıma 

hopubmuş) sən demə, mənə heç nə lazım deyilmiş – kaş o, həmişə beləcə yanımda dayanaydı, 

onun saçlarının ətrini duyaydım, dodaqlarını, mənə mehribanlıqla baxıb gülümsəyən gözlərini 

görəydim, cəsarət eləyib əlimi uzatsam, ona toxuna biləydim... 

 

...Bizi səhnədən buraxmaq istəmirdilər. Uzun sürən alqışlar altında iki dəfə səhnəyə qayıtdıq, 



çalıb, oxuduq, axır ki, pərdə salındı. 

 

Məncə, konsertlərdə Davud Balayeviç bizdən çox yorulurdu, hansı nömrə elan olunur-olunsun, 



o, pərdə arxasından bir anlığa da aralanmaz, gözünü orkestrdən çəkməzdi. Bu gün, pərdə salınan 

kimi irəli cumub hamımızın əlini sıxdı: “Təbrik, bax, bu əsl qələbədi!” Bircə şeydən məyus 

olmuşdu: birinci cərgədə iki yer boş qalmışdı, onun “nüfuzlu dostu” gəlib çıxmamışdı. 

 

Qapının çıxacağında yenə xeyli adam dayanıb, bizi gözləyirlər, – indi, Yaltada o qədər 



tanışlarımız var ki... Elələri var, bütün konsertlərə gəlir. Davud Balayeviç onları “əsl incəsənət 

həvəskarı” adlandırır. Düzdür, Seymur yenə özünü saxlaya bilmədi, atmacasını atdı; dedi ki, 

onları başa düşməyə nə var, yazıqlar, kurortda işsizgücsüz darıxırlar, bilmirlər nə etsinlər: ya 

restorana gedirlər, ya çıxıb sahildə gəzişirlər, ya da bizim kapellanın konsertlərinə bilet alırlar... 



 

310


Amma Seymurun sözünə əhəmiyyət verən olmadı, hamı bilir ki, o hər şeyə inanandı, qorxur ki, 

bizə göz dəyər. Uşaqlarımız yerdən göyəcən razıdırlar – onların işi heç vaxt belə yaxşı getməyib. 

 

Seymurla yanaşı getdiyimiz yerdə birdən ayaq saxladı, pıçıltı ilə soruşdu: 



 

– Bəri bax, bəlkə mənə elə gəldi, bilmirəm, deyəsən, bu gün səsin yaxşı çıxmırdı... 

 

Adillə bir-birimizə baxdıq, Seymur havadan söz danışan deyil, amma o biri tərəfdən, axı, gərək 



özüm də hiss eləyəydim. Yaman pərt oldum, qaşqabağımı salladım. Adil Seymura üzünü tutdu: 

 

– Məncə, səhv eləyirsən, hər şey yerli-yerində idi. 



 

– Allaha şükür, – Seymur əl çəkmir, – amma, hər halda, səhər oxuyanda bir özünü yaxşı-yaxşı 

yoxla! Necə hiss eləyirsən özünü, konsertlər səni yormur ki?.. 

 

– Yox, – sözün düzünü deyirəm, – heç bir gilə də yorulmuram. 



 

– Bu nə hoqqadır çıxarırsan, Seymur? – Adil acıqlandı. – Yenə uğuruna kim çıxıb belə? 

 

Seymur başını aşağı salıb hırıldadı, yaman mərdimazar tipdi... 



 

– Qəribə adamlarsınız, – deyir. – Sizdən ötrü narahat olanda da inciyirsiniz. – Nə biləsən, bəlkə 

o, doğrudan da narahat olur. – Gecəniz xeyrə qalsın. 

 

Yox bir, “Yuxunuz şirin olsun!” Nömrəyə girən kimi özümü royalın üstünə saldım, başladım 



çalıb-oxumağa. 

 

Davud Balayeviç tez-tələsik qapını açıb başını içəri uzatdı, heyrətlə mənə baxdı: gecənin bu 



vaxtı... Heç nə demədi, içəri girib qapını arxadan bağladı, bir az qulaq asıb dedi: 

 

– Səsinə söz yoxdu! Əla formadasan! 



 

Bu sözdən sonra bir az özümə gəldim. Amma narahatlığım keçməmişdi. 

 

Səsin korlanmağının nə demək olduğunu gözəl bilirdim, başıma gəlmişdi. Allah heç düşmənimə 



də göstərməsin – hərçənd, mənim bu yaşda düşmənim də yox idi... 

 

Davud Balayeviç harasa zəng vurdu. 



 

– Nə oldu, niyə gəlmədin? – Başa düşdüm ki, dostu Nikolay Fyodorovla danışır. – Üzr istəməyə 

dəyməz, başa düşdüm. Mən çox istərdim ki, gedənə kimi bizim uşaqlara, bir dəfə də olsa, qulaq 

asasan... Birisi gün yaradıcılıq evində çıxış edəcəyik. – Davud Balayeviç gülümsündü. – Bəli, 

bəli, düz tutubsan, pulsuz konsert verəcəyik, hamı kimi... Amma bunun bizim cavanlara dəxli 

yoxdu, necə lazımdı – elə çıxış eləyəcəklər. Özün görəcəksən! 

 

Dördüncü fəsil ...Mən stola dirsəklənib oturmuşdum, əmidostumla Validənin bahar bayramına 



şirniyyat hazırlamasına tamaşa eləyirdim. Darçının, cevizin ətrindən məst olmuşdum. Mənzər 

xanım iri şüşə vazı azca aşağı əyib, badam, şirni qarışığını xörək qaşığı ilə çıxarır, şəkərbura 

üçün hazırlanmış xəmirin arasına qoyub bükür, bir-bir Validəyə ötürürdü, o da alan kimi cəld 

üzünü naxışlayırdı. Darçın, ceviz, vanil ətri bütün otağı bürümüşdü. 

 

Mən arxayınca əyləşib onların nə vaxt otaqdan çıxacaqlarını gözləyirdim. 



 

311


 

– Validə xanım, – dedi Mənzər xanım, – zəhmət olmasa, mənə kömək elə, tavanı duxovkadan 

çıxarım. 

 

Onlar mətbəxdən qayıdana kimi badam-şirni qarışığından dördcə qaşıq ötürdüm! Mənzər xanım 



dinməzcə qaşığı mənim əlimdən aldı, iyrəndiyindən barmağı arasında sallaya-sallaya mətbəxə 

apardı, bir andaca yanağını qırmızı ləkələr bürüdü. 

 

– Səndən heç vaxt adam olmayacaq, – dedi. – Yaxşı adam.... 



 

Keç öz otağına! 

 

Mən öz otağıma keçdim. 



 

– Təsəvvür eləyirəm, təsəvvür eləyirəm sən nələr çəkirsən. – Bu, Validə xanımın səsi idi. 

 

Elmira gələndə özümü elə göstərdim ki, guya bayaqdan oturub tapşırılmış etüdü çalıb-



öyrənməklə məşğulam Yüngül geyinmişdi, donunun üstündən təkcə jaket, vəssalam... 

 

Gözümün qabağına gətirirəm, o, qonaq otağından keçəndə arvadlar necə him-cimlə baxışıblar... 



 

– Yaxşı, yaxşı, – dedi Elmira, – indi mən inandım ki, sən doğrudan da, gecə-gündüz məşğul 

olursan. 

 

O gələn kimi elə bil otaq işıqlandı, bayaqkı pərtlik də keçib getdi. Yamanca qızdı bu Elmira! Bir 



qovluq da gətirmişdi özüylə... 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin