Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə37/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   33   34   35   36   37   38   39   40   ...   72


 

272


 

– Dayanın, – deyə Aida yataq otağının qapısına üsulluca işarə elədi, – bilmirəm, nə 

fikirləşəcəksiniz. Bu mənim lap yaxın qohumumdu, əmim oğludu... 

 

– Bu nə sözdü? – dedi Adil. – Biz onu görən kimi başa düşdük, siz qardaşınıza yaman 



oxşayırsınız. 

 

– Yox... o haranın qardaşıdı... 



 

Mən başımı buladım. 

 

– Heyif!.. – dedi, yarımtəəssüf, yarımincik. 



 

– Əşi, sizi tanımaq olmur ki? – arxamızca deyilən bu sözdə azca şübhə yeri də var idi. – Yaxşı 

uşaqlarsınız, amma bircə artistliyiniz olmaya... 

 

İkinci adam idi ki, bu gün bizə artist deyirdi, hardasa ürəyimizdən idi bu söz... Tağıyev yoldaş, 



bir də Aida. Görək sabah nə olacaq... 

 

* * * Məktubla pulu əmim göndərmişdi. Pul, həmişə olduğu kimi, lap vaxtında gəlmişdi. Ayın 



axırına, daha doğrusu, doqquz günə cəmi iki manat neçə qəpiyim qalmışdı; bütün ehtiyaclarımı 

ödəmək, hətta yemək, telefon pulu, çox vacib olan bir cüt corab almaq – mənim yaşımda olan 

adamın cürbəcür əyləncələri üçün bu qəpik-quruşdan heç danışmağa dəyməzdi... İllər keçsə də, 

onun xətti heç dəyişilmirdi. 

 

İri rəqəmlərlə, aydın, səliqəli hərflərlə – sözlə yazılmışdı: 



 

“otuz manat”... Bu, o qədər də varlı olmayan yaşlı bir qohumun, əlindən heç nə gəlməyən, cavan, 

enerjili qardaşı oğluna köməyi idi. 

 

Vicdan əzabı deyilən daxili narahatlığı əlüstü, çətinlik çəkmədən aradan qaldıra bildim – Adilin 



süzdüyü məxməri çaya baxa-baxa xəyala dalmaq, mənim parlaq gələcəyimi göz önündə 

canlandırmaq kifayət idi; – orda iki adam görünürdü – mənim taleyimdə əvəzsiz rol oynamış, 

indi, ömrün qürub çağında hər cür hörmətəizzətə layiq olan, amma məndən əllərini çoxdan 

üzmüş iki adam – əmim və onun həyat yoldaşı... 

 

Biz, onların dəmlədiyi çayı sakitcə oturub içdiyimiz yerdə telefon zəng çaldı. Bəs niyə mənə? 



Axı orkestrdə məndən savayı altı adam var, bəs nə üçün Adilin çox xoşladığı o səfeh qız məhz 

məni dəng eləməli idi? Özümü tamam itirdim; təsəvvür edin ki, dəstəyi mənim yerimə Adil 

götürmüş olsaydı... Mən dəstəyi bütün gücümlə qulağıma sıxmışdım, amma elə bilirdim ki, onun 

səsi otağın hər küncündə eşidilir; özümü ələ alıb Adilin üzünə baxdım, o, fikirli-fikirli rəngli 

jurnalın üz qabığını gözdən keçirirdi. 

 

Dəstəkdən boş, mənasız sözlər eşidilirdi. Sayıqlama idi, sayıqlama! 



 

“Mən sizə pərəstiş eləyirəm...”, “...günləri sayıram... ”, “...görəcəyimə ümidliyəm...” Ay axmaq 

qız, bircə təsəvvür edəydin ki, sənin ucbatından bir yaxşı insan necə pərt ola bilərdi. 

 

Özü də elə əsəbi adam!.. 



 

– Necə ola bilər, – sərt, qəzəbli səslə soruşuram. – Bəyəm sizin tərbiyəçiniz başa salmır ki, gecə 

saat 3-də tanımadığınız adamın evinə zəng vurmaq yaxşı deyil? 


 

273


 

– Nə? Tərbiyəçi kimdir? 

 

– Uşaq evində – sizin böyüdüyünüz evdəki tərbiyəçini deyirəm, – susdu, deyəsən çaşbaş 



qalmışdı, söhbətin belə dəyişməsindən özünü itirdi. 

 

– Bu nə sözdür? Mən heç vaxt uşaq evində olmamışam! 



 

– Olmamısınız daha yaxşı! – Nifrətlə qışqırdım. 

 

– Necə yəni “daha yaxşı?” – Hırıldayır. 



 

Amma, qıza söz ola bilməz. Zərif, biçimli... heyif ki, hədsiz məğrur, həm də əlçatmazdı... Belə 

qız Adilə necə xoş gələ bilərdi? 

 

– ...Əvvəla, konsert qurtaran kimi sizə zəng vurmuşam, siz dəstəyi götürmürsünüzsə, günahkar 



mənəm? İkincisi, biz tanışıq, özü də bilirsiniz kim... 

 

Axı mən bilirəm, kim bizi tanış eləyib. Adil başını qaldırıb mənə baxdı. İlahi, bəlkə Adil 



doğrudan da hiss elədi ki, söhbət “sarı geyimli kadr”dan gedir? 

 

– Bir də zəng vurmayın, bildiniz? Nə gündüz, nə gecə! 



 

Dəstəyi yerə qoyandan sonra nə qədər çalışdımsa, Adilin üzünə baxa bilmədim. Belə zəngdən 

sonra... Zəngə bir bax... 

 

– Kim idi? – Adil sakit, həyəcansız, bir az yuxulu səslə soruşur. 



 

Şükür, heç nə başa düşmədi... 

 

– Arxeoloqdu, – deyirəm, – elmlər doktorudur. Zəng vurub öyrənmək istəyir ki, mən ikinci, 



dördüncü günlər universitetdə mühazirə oxumağa razıyam, ya yox. Əl çəkmək istəmirdi. 

Sonrasını özün eşitdin. 

 

Yenə Adilin ağzı qulağının dibinə getdi; mən nə eləsəm, nə desəm, onun ürəyindən olur... 



 

Adil yarım saat da oturub söhbət elədi, sonra çıxıb getdi. 

 

Mən açıq pəncərənin qabağında dayanıb onun arxasınca baxırdım; həyəti keçdi, pillələrlə qalxdı 



ikinci mərtəbəyə. Biz əsgərlikdə olandan bəri, həyətdə elə bir dəyişiklik gözə dəymir. Bir az 

ağacların boyu uzanıb, bir az da adamların. Təptəzə qonşular peyda olub, mən öz doğmaca 

həyətimdə heç də hamını tanımıram. Adil qapılarının astanasından mənə əl elədi. O da həmin 

mənzildə çoxdan yaşayır. Biz həmişə dost olmuşuq, lap uşaqlıqdan, özü də, indiyədək bir dəfə də 

olsun küsməmişik. Bu, heç şübhəsiz, Adilin hünəridir. Pəncərə önündə dayanıb fikirləşirəm, onu 

ilk dəfə gördüyümü yadıma salmaq istəyirəm; birdən mənə elə gəlir ki, aha, yadıma düşdü, sonra 

görürəm, yox, hər şey duman kimi çəkilib getdi... Gör üstündən neçə illər keçib. Adilin yaddaşı 

möhkəmdi, sabah ondan xəbər alaram. Yerimə uzandım, amma yuxum gəlmirdi. 

 

Tağıyev yoldaş yenə gəlib durdu gözümün qabağında; fikirləşirdim, nə yaxşı olardı bütün bunlar 



bizdən yan keçsəydi... Düzünə qalsa, hər şeydən bezmişəm, belə yaşamaq yordu məni. Yenə 

Adillə ilk tanışlığımızı yada salmaq istədim, yenə bir şey çıxmadı. 

 


 

274


Gözümə yuxu gedə-gedə düşünürdüm ki, insanın öz ömrünün müəyyən mərhələlərini unutması 

heç də insafdan deyil, həm də ona görə insafdan deyil ki, ömür o qədər də uzun olmur... 

 

İkinci fəsil O, demək olar ki, hər axşam bizə gələrdi. Evimizdə qonaq olanda, nə qədər təkid 



eləsələr də, qonaq otağına girməzdi, mətbəxdəcə yeniliklərdən tələm-tələsik danışar, çıxıb 

gedərdi. 

 

– Təbrik eləyirəm, – içəri girib üşümüş əllərini ovuşdura-ovuşdura dedi Validə, onun arıq sifəti 



elə bil işıqlanmışdı. – Alıbsan, yoxsa özün tikibsən? Gör necə yaraşır sənə! Dünya gözəlinə 

dönürsən! 

 

– Sən nə danışırsan, Validə? – əmidostu gülümsündü. – Mən bunu dörd ildi geyinirəm. 



 

– Demək, sənin bədəninin quruluşu gözəldi. Əsl qadın bədəni istənilən paltarda özünü göstərir. 

Yoxsa... mənə bax – eh... Nə arxadan, nə qabaqdan... Bədbəxtliyim burasındadı. – Əmidostum 

gözləri ilə məni göstərəndə Validə bunun da cavabını tapdı: 

 

– Heç narahat olma! İndiki uşaqların hər şeydən başı çıxır, özü də, səndən, məndən yaxşı! 



Görürəm, həyətdə nə oyunlar çıxarırlar. 

 

Lazım gəlsə – bizi öyrədə bilərlər. 



 

– Sən öz otağına keçsən yaxşıdır, – əmidostum mənə deyirdi. 

 

– Otaq soyuqdu, – əslində getmək istəmirdim, özümü elə göstərdim ki, guya musiqi dərsimlə 



məşğulam. 

 

– Elə bura da isti deyil, – o, köksünü ötürdü. – Yaz gəlib, amma havalar qızmır ki, qızmır. Bəlkə 



çay içəsən? 

 

– Sən narahat olma, – dedi Validə, – özüm dəmləyərəm. – O, bufetə yaxınlaşdı. – Mən hamıya 



deyirəm ki, əsl çay içməli yeganə bir ev varsa sənin evindi. Sən bilmirsən, camaat necə çay içir. 

Təzə xəbəri eşidibsən? 

 

– Yox, nədir ki?.. 



 

– Təzə qonşular gəlib, Quliyevlərin evinə. 

 

– Kimdilər? 



 

– Ər-arvad, bir də oğlan uşağı. Uşaq, – məni göstərdi. – Mikayılla yaşıddı. Düzü, onlar mənim 

xoşuma gəlmir. 

 

– Söhbətin olub onlarla? 



 

– Elə belə, qarasına söz deyənəm mən? Gəldim, qapılarını döydüm, qadın açdı. Deyirəm: 

“Salam, mən sizin qonşunuzam” – “Salam, çox gözəl!” – amma özü qapının ağzını kəsdirib. “Elə 

qapının astanasından danışacağıq?” – deyirəm. Belə deyən kimi məni içəri buraxdı. Qadın kimi 

gözəgəlimlidi, amma sən hara, o hara?! Sonra kişisi göründü, qaraqabaq adama oxşayır. 

Neftçidir. Soruşdum, “qabaqca neçə otaqları olub?” – Bu yerdə arvadın dərdi açıldı. 

 


 

275


“Dörd otağımız olub” – dedi. Əlüstü ər-arvad gizli-gizli baxışdılar, arvadın artıq-əskik danışmağı 

onları pərt elədi. 

 

– Nəyə görə? Nə dedi ki?.. 



 

– Sənin də dünyadan xəbərin yoxdu. Heç dörd otağı üç otağa dəyişərlər? 

 

– Yəqin onlara üstündə pul veriblər. 



 

– Quliyevlər? – Validə güldü. – Anaları ölmüşdü, onlar soymağa adam axtarırlar. 

 

– Bəlkə bu rayon onların xoşuna gəlir? 



 

– Onu da öyrənmişəm, – dedi Validə. – Onların rayonu bizimkindən də yaxşıdır – evləri düz 

Azneftlə üz-üzə olub. Ürəyimə damıb, burda nə isə var... Yenə deyirəm, onlar mənim xoşuma 

gəlmədilər. 

 

Evi nəyə görə dəyişmələrinin səbəbini öyrənərəm, gözlə bir az. 



 

– A Validə, de görüm, niyə başını ağrıdırsan?.. 

 

– Mən sizdən ötrü çalışıram. Yaxşı adamlardısa – qoy yaşasınlar, Allah onlara kömək olsun, 



birdən yaxşı adamlar olmadı, bəs onda?.. Eh, mən ölüb gedəndən sonra mənim yerimi 

çəkəcəksiniz. 

 

Birinci dəfə Sənubəri görəndə nə dedim? Heç kəs də mənə inanmadı. 



 

Bəs sonra? Tərbiyəsiz çıxdı? – Çıxdı! 

 

– Mikayıl, – əmidostumun səsi gəldi, – keç öz otağına, yatmaq vaxtıdı. 



 

– Hələ çayımı içməmişəm. 

 

– Öz otağında içərsən. 



 

Mən onlara “gecəniz xeyrə qalsın” dedim, əmidostunu öpdüm – hərdən bunsuz da keçinirdim, 

amma bu dəfə olmadı. 

 

Validə də mənə “gecən xeyrə qalsın” – dedi, özü də köks ötürdü. 



 

O məni görəndə həmişə içini çəkir. Bilirdim ki, otağıma keçəndən sonra mənim anamdan 

danışacaqdılar. 

 

Qapını örtən kimi onlardan aralanmağıma sevindim. Onsuz da təkliyi çox xoşlayıram. Əvvəllər 



bu, atamın otağı idi. Atam öz qardaşına – əmimə yaman oxşayır. Onun da portreti mənim 

otağımdadı; kostyumlarının və fraklarının saxlandığı böyük sandıq tərəfdə divara vurulub. 

Mənim babam tanınmış bəstəkar olub. Oxuduğum məktəb də onun adını daşıyır. İndi iş elə 

gətirib ki, mən öz adımı daşıyan musiqi məktəbində təhsil alıram – hamısı uyğun gəlir, Famil də, 

ad da. Əvvəllər müəllimlər mənim adımı çəkəndə səksənirdilər, sonra yavaş-yavaş alışdılar. 

Bilmirəm, niyə məni bu məktəbə qoydular. 

 


 

276


Nə olsun ki, babam bəstəkar olub. Musiqiçi olmaq istəmirəmsə, bu, mənim günahımdı? Ən çox 

xoşuma gələn bir fənn varsa – o da rəsmxətdir. Hələ üçüncüdə oxuyanda sinif divar qəzetini 

yazıb hazırlamağı mənə tapşırdılar, sonra da dördüncü sinifdə məktəb divar qəzetini... 

Rəsmxətdən həmişə “beş” alıram. Amma fortepianodan, yaxud solfeciodan bir “üç” qoparmaq 

üçün əldən düşürəm. 

 

Xüsusən Baxdan xoşum gəlmir. Min dəfə demişəm ki, məni normal – hamının oxuduğu məktəbə 



keçirin, sözümü eşitmirlər. Əmim dedi ki, bu, atanın arzusu idi, o istəyib ki, babamın xatirinə 

mən də bəstəkar olum. Atam sağ olsaydı, hər şeyi ona başa salardım, əmimlə danışmağa dəyməz. 

Öz uşağı olsaydı, belə zülm çəkməyə razılıq verməzdi, kim bilir, bəlkə mənə də yazığı gəlir, o 

biri yandan da qardaşının arzusu... 

 

Özgənin hesabına söz verməyə nə var ki... Özləri – nə atam, nə əmim musiqiçi olmaq 



istəməyiblər, amma məni məcbur eləyirlər. 

 

Babamın şərəfinə! Babamın bura nə dəxli var?! Axı mən canlı adamam, niyə soruşmurlar ki, nə 



olmaq istəyirəm? 

 

Əgər babam bəstəkar yox, dalğıc, ya da heyvan təlimçisi olsaydı, belə çıxır ki, məcbur 



eləyərdilər – günüm sularda keçərdi, məcbur eləyərdilər – itlərlə məşğul olardım. Düzünə qalsa, 

bunlar ürəyimdən olardı, nəinki o məktəbə ayaq döymək... Bir də, o yerdə bəxtim gətirmədi ki, 

imtahan verəndə dedilər: musiqi yaddaşıma söz ola bilməz!.. Bu il, üçüncü sinfə keçəndən sonra 

mənə “repetitor” da ayırdılar – konservatoriyanın üçüncü kursunda oxuyan Elmira xanımı. 

 

Həftədə üç dəfə bizə gəlir. Belə deyib-güləndi! Şəkillərimi ona göstərirəm – çox bəyənir. Hərdən 



ikilikdə çalırıq, məncə, yaxşı alınır. O deyir ki, mənim az-çox qabiliyyətim var, amma dəhşətli 

tənbələm, yalançıyam; ilk günlər notları gizlədirdim, deyirdim yoxdu, itib, ona görə mən 

“tənbələm”, “yalançıyam”. 

 

Əvvəllər də belə eləyərdim, bibim həmişə axtarardı, amma heyif ki, Elmiradan bu “nömrəm” 



keçmədi; elə ilk gündən dedi ki, əgər notları gətirməsən, həmişə aldatmaq yolunu tutsan, onda... 

 

dilinə yara çıxacaq... 



 

Mən yazı stolunun siyirtməsini çəkib piston qutusunu götürdüm. 

 

Qutu ağzınacan xırda-xırda, yumru toxumlarla dolu idi, əmim onu pay vermişdi. Payız gətirib 



dedi ki, bunlar barama qurdunun toxumlarıdır, yazda bu toxumlardan balaca-balaca qurdlar 

törəyəcək, o qurdları ölməyə qoymasaq, axırda gözəl-göyçək kəpənəyə dönəcəklər. Payızda 

toxumlar sarımtıl rəngə çalırdı, indi isə bir az qaralmışdı. Hərdən fikirləşəndə ki, bu toxumlardan 

bir şey çıxmaz, yadıma bir əhvalat düşür. Ötən il əmim on beş yumru, baş soğana oxşar şeylər 

gətirdi, dedi ki, əgər bunları dayaz boşqaba qoyub üstünə də su töksən, zəfəran kimi 

çiçəkləyəcək. Əvvəllər belələrini suya qoymuşdum, amma gül-çiçək əvəzinə yaşıl-yaşıl zoğlar 

göyərmişdi. Bir həftədən sonra yaşıl zoğlar baş qaldırdı, həmişə olduğu kimi, yavaş-yavaş 

böyüdü, sonra, günlərin bir günü... 

 

Mən yuxulu-yuxulu hiss elədim ki, otaqda nə isə, zərif bir ətir var, düşündüm ki, bu ətir günəş 



şəfəqləri qarışıq, pəncərədən süzüb gəlir. 

 

Stola sarı qaçdım, dumduru suda qıpqırmızı və narıncı örpəkcikləri işıq saçan solğun-qızılı 



çiçəklər gördüm. Hətta mənə elə gəldi ki, zəfəran çiçəkləri boşqabda asta-asta fırlanır... Yəqin 

 

277


gözüm alacalanmışdı. Amma hər halda, bu qəribə mənzərəni uzun müddət unuda bilmədim. Tez-

tez yaxınlaşıb o çiçəkləri iyləyirdim, ancaq əvvəlki kimi heyrətlənmirdim. 

 

Mən yuxumu əmidostuma danışanda inanmadı. Hələ indiyədək heç kəsin rəngli yuxu 



görmədiyini söylədi. Əmim də gülümsündü, dedi ki, mübahisənin yeri deyil, rəngli yuxuları 

ağıldan kəm adamlar görürlər... 

 

Hər bazar səhər radionu açıram, doqquza on beş dəqiqə işləmiş yaxşı konsert verilir. Bir gün bir 



az gecikmişdim, konsert təzəcə başlamışdı. Kimsə Hersoqun ariyasını oxuyurdu. Bu yerdə 

Elmiranın içəri girməsindən heç xəbərim olmadı. Salamlaşdıq. Mən dedim: 

 

 

– Gözəl oxuyur! 



 

– Bilirsən kimdi oxuyan? 

 

– Yox... Amma hər kimdisə, yaxşı müğənnidi. 



 

“Yaxşı müğənnidi... Savadsız! Bu ki, Lemeşevdi! Hanı sənin musiqi yaddaşın?” Eh, “qulaq!” O, 

mənimlə məşğul olduğu ilk günlərdə dedim ki, mənim musiqi yaddaşım çox yaxşıdı, düz də 

demişdim, bunu çoxdan, qəbul imtahanlarından bilirdim; o isə hırıldayıb istehzalı-istehzalı 

baxdı: 

 

“yaxşı qulaqların var”. Əmidostum Mənzərxanım lap məəttəl qaldı bu sözə, Elmiranın isə vecinə 



deyildi, elə gülümsünə-gülümsünə baxırdı. Mənim qulaqlarım doğrudan iridi... O vaxtdan bəri 

bir şey olan kimi ya danlayanda, ya da tərifləyəndə, fərqi yoxdur, elə hey “qulaq, qulaq” deyir. 

 

Mən Leşqornun iki etüdünü çaldım, dördüncü gün mənə tapşırıq vermişdi, bircə dəfə çaşdım. 



Vay, vay, necə darıxdırıcıdı bu etüdlər, adamın ürəyi sıxılır. Deyəsən o da darıxdı, yoxsa 

gözlənilmədən deməzdi: 

 

– Bəri bax, sən heç öz-özünə çalmısanmı? Yadında qalan melodiyanı... 



 

Məktəbdə bunu bizə qadağan eləyiblər. 

 

– Yox, – dedim, – heç çalmamışam. Nəyə görə!.. 



 

– Necə “nəyə görə?” Axı sən məşhur bəstəkar olmaq fikrindəsən... 

 

Bu yerdə hirsləndim, dedim ki, istəmirəm, heç musiqiçi olmaq da istəmirəm. 



 

– Birdən nənənin ad günündə qonaqlar bir şey çalmağı xahiş elədilər, onda necə?.. 

 

– Mənim nənəm yoxdur, ikisi də ölüb. 



 

– Sənlə danışmaq mümkün deyil. Axı az-maz musiqi sənin xoşuna gəlir – mahnı, nə bilim nə... 

 

– Əlbəttə... 



 

Baxdan başqa, eləmi? – bunu sözgəlişi dedi. – Axır vaxtlar təzə nəyə qulaq asıbsan? 

 


 

278


– Bir vals çox xoşuma gəldi, – dedim, – “Siciliyanın göyləri altında” filmindən. Evdə də çaldım, 

çox sadə melodiyası var. 

 

– Yox əşi?! Mənsiz? Gələn dəfə çalarsan. İndi də keçək Qedikeyə, onun əsərlərini çoxdandı 



çalmırıq. 

 

Bu, Leşqorndan da maraqsızdı. 



 

– Üz-gözünü elə turşudursan ki, elə bil zəhər içəcəksən... 

 

Dərsdən sonra o mənə mandarin verdi, ikisini mənə verdi, birini özünə götürdü. 



 

– Üçünü də sənə gətirmişdim, – dedi, – sonra... tamah güc gəldi. 

 

Mandarini yeyib qurtarandan sonra içində barama qurdunun qara toxumları olan qutunu gətirib 



ona göstərmək istədim. Qutunu açdım, toxumların yerində qara, tüklü qurdlar gördüm, özü də, 

qutu açılan kimi hamısı başını yuxarı qaldırdı. 

 

– Aha! Peyda olublar!.. 



 

– Nə deyirsən? 

 

– Bir bax! – Mən qutunu ona uzatdım. Elmira cəld geri çəkildi. 



 

– Rədd elə bunları! 

 

– Bunlar barama qurdlarıdı! 



 

– Nə olsun?! Mənə yaxın gətirmə. İndi sən onları yemləməlisən? 

 

– Hə, tut yarpağı lazımdı. 



 

– Hardan alacaqsan yarpağı, axı, hələ ağaclar yarpaqlamayıb. 

 

Bunu eşidəndə özümü itirdim. Üstəlik, bu yerdə Mənzər xanım bizə yaxınlaşdı, yanında – 



tanımadığım qadın, onun da yanında – arıq bir oğlan uşağı... 

 

– Tanış olun, – dedi, – təzə qonşumuzdu. 



 

Mən Adili birinci dəfə belə görmüşəm. 

 

Biz raysovetə tərəf qaçdıq, mən bilirdim ki, orda ağ, qara tut ağacları var. Bəlkə də poliklinikaya 



sarı qaçmaq daha əlverişli olardı – evimizə lap yaxın idi, amma ora, girəcəkdəki iri tut ağacına 

yaxınlaşmağa heç kəs cürət eləməzdi, çünki saqqallı, qorxunc bir kişi hər gün o ağaca söykənib 

dayanır. Bilmirəm bu kişi tut ağacını nəyə görə belə xoşlayır. Özü də səssizcə dayanıb durur. Bir 

sanitar onu hər gün ora gətirir, axşam da aparır. Düzdür, kişi dinib-danışmır, susur, amma 

sifətində vahiməli bir qəzəb var. Bəziləri kişini dilənçi sayır, güclə ovcuna pul qoyurdular, amma 

onlar uzaqlaşan kimi qəpiklər ovcundan asfaltın üstünə diyirlənirdi. Onun burda necə peyda 

olmasını heç kəs bilmirdi; kimi dəli sayırdı, kimi – “kontuj”, hər nə isə, hamı ondan ehtiyat 

eləyirdi – böyüklər də, uşaqlar da... 

 

Ağacda heç bir yarpaq da yox idi. Batdı qurdlar... 



 

279


 

Bir də gördüm Adil ağaca dırmaşdı, mən də onun dalınca. O çıxırsa mənə nə olub, hər halda, 

qurdlara mən cavabdehəm. 

 

Gördüm, o, yupyumru tumurcuqları qoparır. 



 

– Bunları bıçaqla xırda-xırda doğrasaq, – deyir, – bəlkə də bir şey alınar. 

 

Ağacdan təzəcə düşmüşdük ki, milisioner bizi yaxaladı. 



 

– Utanmırsınız? Məktəbliyə bax, ağacı korlayır!.. 

 

– İpək qurdları üçün!.. – Adil onu başa salmaq istədi. – Çox lazımdı. 



 

Deyəsən, bu milisioner “ipək qurdu” sözünü birinci dəfə eşidirdi, çünki bizi əlüstü buraxdı, 

üzündə də anlaşılmaz bir heyrət vardı... 

 

– Axırıncı dəfə olsun! Bir də sizi burda görsəm, tutub aparacağam. 



 

Mən elə bilirdim ki, qurdlar tumurcuğu yeməyəcək. Bıçaqla xırda-xırda doğradıq. Görən kimi bir 

cummaq cumdular!.. 

 

Əmim işdən qayıdandan sonra qurdlara baxmaq üçün mənim otağıma baş çəkdi. 



 

– Görürsən, bilməməzlik hara gətirib çıxarır? İndi yadıma düşür; mənim dostum dedi ki, 

vaxtından qabaq qurdlar peyda olmasın deyə qutunu soyuq yerdə saxlamaq lazımdır. 

 

– Eyibi yoxdu, – dedi Adil, – çətini bir neçə gün saxlamaqdı, sonra tut ağacları yarpaqlayacaq. – 



Adil bizi sakitləşdirmək istəyirdi, əmimlə elə danışırdı ki, elə bil çoxdan tanışdılar. Deyəsən o, 

əmimin xoşuna gəldi; cavab verməzdən əvvəl ona diqqətlə baxdı. 

 

Elə bayaq, milisionerlərlə danışanda da hiss eləyirdim ki, Adil böyüklərlə tez dil tapır. 



 

Adilgil bizim həyətimizə köçənə kimi mənim, demək olar ki, dostum yox idi. Deyəsən, günah 

not qovluğunda idi... 

 

Axı bu adi qovluqlardandı; kartondan hazırlanmışdı, ipdən dəstəyi vardı, hər böyründə bir lira 



şəkli, toxunma bant, vəssalam... Hələ bir adam görməmişdim ki, bu qovluq əlimdə olanda 

yanımda ayaq saxlamasın. Nəyə görə? Bizim küçədə, əslində bütün rayonda yeganə adamam ki, 

əlimdə belə bir qovluq gəzdirirəm. Bir vaxt evdən çıxmamış notu qəzetə bükməyə başladım, 

gördüm yox, yaxşı nəticə vermir: məktəbə çatmamış kağızlar tamam əzilir, sonra da hamarlamaq 

üçün gərək onları püpitrə yapışdırasan. Bu qovluğun ucbatından, heç kəsə rast gəlməyim deyə 

evdən yarım saat tez çıxırdım. 

 

Evdə bu haqda kəlmə də kəsmirdim. Adilə də lap tezdən, kəpənək qurdu üçün tumurcuq 



yığmağa gedəndə dedim. O mənim üzümə baxdı, baxdı, fikrə getdi, sonra da dedi ki, bütün 

bunlar boş şeydi... 

 

Kəpənək qurdunu yemləyib məktəbə getdik. Onun anası bizi evimizin tininə kimi ötürdü – ordan 



o yana Adil anasına icazə vermirdi. Mən Adilin anasına söz verdim ki, küçəni ehtiyatla 

keçəcəyik. 

 


 

280


Düzü, heyrətləndim; Adil uşaq deyil, dördüncü sinfə keçir, amma anası hələ də Adilin üstündə 

körpə kimi əsir. Mənə görə heç kəs, heç vaxt narahat olmur. Ata-anası evdə də onun qayğısına 

qalır, mehriban-mehriban danışdırırlar; bizim məhəllədə heç kəs uşağı bu dillə dindirməyib... 

Bütün bunlara baxmayaraq, Adil özünü asılı kimi aparmır, bir sözlə, ana uşağı deyil... 

 

Adillə yanaşı gedirik, çox vaxt o danışır, mən də ora-bura boylana-boylana qulaq asıram, bilirəm 



ki, yenə kimsə gözünü qovluğa zilləyəcək. 18 nömrəli məktəbin qızlarından ikisi bizimlə üz-üzə 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin