Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə38/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   34   35   36   37   38   39   40   41   ...   72

gəldi, biri o birini dürtmələyib məni göstərdi... 

 

İki kvartal da keçdik, tindən qarşımıza üç uşaq çıxdı, gərək ki, Adillə bir məktəbdə oxuyurlar, 



dördüncü sinifdə. Bir ay bundan əvvəl, onlar bax, buradaca mənim qabağımı kəsib qovluğumu 

əlimdən aldılar. Qovluqdan əl çəkmək istəmirdim, mən onların üstünə cumduqca, bir-birinə 

ötürürdülər, sonra dayandım, lap özümdən də, qovluqdan da zəhləm getdi. Dayanmağım onların 

xoşuna gəlmədi, yaxınlaşıb növbə ilə hərəsi bir dəfə boynumun ardına ilişdirdilər, sonra da 

qovluğu açıb not kağızlarını asfaltın üstünə səpələdilər, mən kağızları qovluğun arasına yığdıqca 

uğunub getdilər... 

 

...Onlar da bizi gördülər, gülümsündülər. Adilə deyəndə ki, gəl, onlar bizə çatmamış əkilək 



burdan, o, əməlli-başlı heyrətləndi... 

 

Mən də heç bilmədim ona nə cavab verim, heç cavab verməyə də vaxt yox idi. Bizə 



yaxınlaşdılar, elə yeriyirdilər ki, guya yanımızdan ötüb keçəcəkdilər. Birdən... onlardan ən 

uzununun yerindən götürülməyi ilə qovluğu mənim əlimdən almağı bir oldu, yaxşı ki, tez 

buraxdım, yoxsa dəstəyi üzüləcəkdi. 

 

Adil arxayın-arxayın dilləndi: 



 

– Kötək yemək istəyirsən? 

 

Uzun – adı Aslandı, özü də başçılarıdı deyəsən – qovluğu açırdı, əl saxlayıb başını qaldırdı. 



 

– Kimdən? Səndən? 

 

Adil ona yaxınlaşdı, qovluğu əlindən alıb mənə verdi. 



 

– Gedək, – dedi. 

 

Elə bu yerdə üçü birdən onun üstünə cumdu. Düzünü deyim ki, mən əlüstü aradan çıxmaq 



istədim, amma Adili tək qoymaq olmazdı. 

 

Mən yüyürdüm Aslanın üstünə, gücüm çatdıqca kurtkasından geri dartdım. Qorxum-hürküm 



tamam keçdi – elə bil buna bənd imiş. 

 

Mən indiyədək heç vaxt dalaşmamışdım, yoxsa, əlbəttə, belə hərəkətə yol verməzdim... Birdən-



birə dəli kimi qışqırıb Aslanın qulağını elə dişlədim ki, əlüstü dayandılar, aralanıb heyrətlə mənə 

baxdılar... Qulağını sığallaya-sığallaya o da susurdu, yamanca qorxmuşdu deyəsən. Barmağında 

qan görəndə rəngi ağappaq ağardı. 

 

Adil əyilib qovluğu yerdən götürdü, mənə uzatdı, biz dinməzsöyləməz yolumuza düzəldik. 



Sakitcə durub arxamızca baxırdılar. 

 


 

281


O gün məktəbə getmədim. Mənim iki, Adilin üç manatı var idi, kinoya iki bilet almağa bəs 

eləyirdi. Azı bir saat şəhəri gəzib dolaşdıq, çünki “Bakı kommunası”nda birinci seans saat onda 

başlayırdı. 

 

Qorxurdum ki, it kimi adam dişləməyimi Adil üzümə çəksin, amma bu haqda kəlmə də kəsmədi. 



Dedi ki, atası bizi bazar günü fransız güləşinə aparacaq. Bu güləş, boks qədər olmasa da, hər 

halda, maraqlıdı. Pavel Perekrestlə Frenk Qud güləşəcək. Elə o anda biz qırmızıyanaq, maykalı 

nəhəng bir kişinin şəkli vurulmuş dəmir qurğunun yanından keçirdik. Çiynindən üstü medallarla 

bəzədilmiş lent aşırılmışdı. Dəmir qurğunun altında yazılmışdı: “Pavel Perekrest şəhərimizə 

gəlib”. Belə şəkillər şəhərin hər yerinə vurulmuşdu. Adil dedi ki, Pavel Perekrest Quddan 

hayıfını çıxmaq istəyir. Onun rəqibi zəncidi, özü də güləşçi-boksçudu. Sevindim ki, birinci dəfə 

öz gözümlə zənci görəcəyəm... Evimizə çathaçatda Adil gözlənilməz bir sual verdi; Aslanı 

dişləmək hardan ağlıma gəlib? Ona baxdım, gördüm gülümsünür, mən də qəhqəhə çəkdim. 

Qəribədir, qovluğun qoltuğumda olmağı bayaqdan heç ağlıma gəlməmişdi, halbuki həmişə yola 

çıxanda fikrim-zikrim onun yanında qalırdı... 

 

Adilgilə getdik, anası elə sevindi ki, elə bildim Adil məktəbdən yox, hardansa, çox qorxulu bir 



səfərdən qayıdıb gəlir. Yalan olmasın, beş dəfə öpdü üzündən, sonra özündən aralayıb bir də 

baxdı, bir də öpdü. Məni də mehribanlıqla qarşıladı, çay-çörək təklif elədi. Mən razılığımı 

bildirib çıxdım, çünki Elmira indicə gəlməli idi, gecikəndə acıqlanırdı. Ürəyimə dammışdı, içəri 

girən kimi vals çalmağı öyrənib-öyrənmədiyimi soruşacaqdı. Elə də oldu. Valsı çalanda dedi ki, 

sinkoplu musiqinin sənin xoşuna gəldiyinə şübhəm yox idi... Mən də əlavə elədim ki, bu valsı 

sinkopla Pevznerin kvarteti ifa eləyir, hətta onların çalğısı kinodakından daha çox xoşuma gəlir... 

Sonra Leşqornın əsərini, bir də Bramsın iki pyesini çaldım. 

 

Elmira razı qaldı. Xahiş elədi ki, gələn dəfəyə özüm bir şey fikirləşim, bir şey yazım. Soruşdum, 



nə yazmaq olar? 

 

– Etüddən simfoniyaya kimi – nə istəyirsən yaz! – Bilmirəm nə demək istəyir: Leşqorna qulaq 



asmaq onu da yorub... 

 

O biri otaqda məndən əmidostuma razılıq elədiyini də eşitdim. 



 

Sinkop – musiqidə vəzinin müntəzəm gedişini pozan ritmik fiqur Adil gəlib çıxdı, biz yarpaq 

dərməyə getməli idik. “Siciliya göyləri altında” filmindən valsı çalanda, onun gözləri heyrətdən 

böyümüşdü. Qurtaran kimi bir də çalmağı xahiş elədi. Çaldım. Çox xoşuna gəldi mənim çalğım; 

sən demə, Adil musiqini çox sevirmiş. 

 

Fikirləşdim: axı bu sən deyən elə bir musiqi deyil, amma heç nə demədim, xoşuna gəlirsə 



gəlsin... Düzü, Adil indiyədək mənim çalğımı bəyənən yeganə adamdı. Mən çalanda 

əmidostumla əmim həmişə üz-gözünü turşudur, Elmira – göstəriş, düzəliş verir, amma Adil... 

Onu sevindirməkdən ötrü yenə də nə isə çalmaq istəyirdim, yadıma düşdü ki, acdı yazıq 

qurdlar... 

 

Raysovetin yanından bizi yenə qovladı milisioner, 2-ci Paralel küçəsinədək gedib çıxdıq, 



ağacların əl-ətəyini yoluşdurduq. 

 

Qurdlar elə bil yuxulu idilər, yeşiyin dibində hərəkətsiz qalmışdılar, bizi görən kimi 



tərpənişdilər, sanki yarpaq iyini almışdılar. 

 

Hərdən başlarını yuxarı qaldırırdılar – bilmək istəyirdilər ki, hardan axıb gəlir bu yarpaqlar... 



 

 

282


* * * Bazar günü Adilin atası bizi sirkə apardı. Mən sirkə arabir gedirəm, amma burda klassik 

güləşi ilk dəfə görürdüm. Birinci cərgədə oturmuşduq. Adilin atası bizə dondurma aldı, sonra da 

klassik güləşin qaydalarını başa saldı. Soruşdum, bəs niyə fransız güləşi adlandırırlar, elə 

afişalarda da belə yazılıb, o dedi ki, dəqiq bilmir, bəlkə də bu güləş ilk dəfə Fransada meydana 

gəlib... Bəlkə də təsadüfdən doğub bu ad? Necə ki, deyirlər: alman “ovçarkası” – qoyun iti, ya da 

Holland pendiri... Yerimizin rahat olub-olmadığını, üşüyüb-üşümədiyimizi soruşdu, yeldöyəndə 

oturmağımızdan narahat oldu. Başa düşürdüm – o, Adilə görə sorğu-suala tuturdu bizi... Ay 

Allah, ata-ana övladdan ötrü necə əldən-ayaqdan gedərmiş! 

 

Adil bu sorğu-suallara çoxdan alışıb, heç cavab da vermir, amma mən... Görəsən, mənə belə 



qayğı göstərilsə, neyləyərdim, ömrümdə bircə dəfəsə olsa?.. Yəqin utanardım. O biri tərəfdən, 

doğma adamların narahatlığından axı, niyə utanmalısan? Gərək Adildən soruşam. 

 

Güləşçilər iki-iki səhnəyə çıxır, itələşir, bir-birinin çiynindən yapışır, boynunun ardını 



şapalaqlayır, hakim də onların dövrəsində hərlənə-hərlənə fransızca nə isə deyirdi. Güləşçilərdən 

necə səslər çıxırdı, – fırnıxırdılar, böyürürdülər, nıqqıldayırdılar... Adillə atası, eləcə də 

dövrəmizdəkilər səhnədən bir anlığa belə gözlərini çəkmirdilər, mənsə... dözə bilmirdim, sonra 

tamam üzülüb əldən düşdüm. O qədər zəhləm getdi ki, altıncı görüşdən sonra Adilə dedim, 

bəsdir, çıxaq gedək kinoya, ya da bulvara. O, əvvəlcə başa düşmədi nə deyirəm, sonra bir 

heyrətlənmək heyrətləndi! Sən nə danışırsan, deyir, üç görüşdən sonra ən əsası başlayır! Adilin 

atası da eşidib axıracan baxmaq üçün məni dilə tutmağa çalışdı. Onların baxışdıqlarını da hiss 

elədim, bu da xoşuma gəlmədi. Fikirləşdim, nahaq Adilə dedim, gör səhnəyə necə maraqla 

baxırlar, mənsə... mane oluram. 

 

Nahaq gəldim onlarla. Mənsiz daha yaxşı olarmış... Birdən gördüm, Adilin atası qalxdı, Adilə 



dedi ki, onun yerinə çəkilsin, özü ikimizin aramızda oturdu. Başladı səhnədəki gedişatı mənə 

başa salmağa. 

 

Görürsən, deyir, narıncı trikolu pəhləvan gözəl bir fənd işlətdi, buna deyirlər – ikiqat nelson! Bu 



fəndi tərifləməsə də olardı, özüm başa düşdüm; mavi geyimli pəhləvan əlüstü nıqqıldadı. Bax, 

indi də, deyir, mavi geyimli parterdədi, bu “körpü” isə xalçadan qıraqda olduğuna görə 

sayılmır... 

 

Adil də bir yandan bildiklərindən bala-bala deyirdi... 



 

Yaxşı ki, hərdənbir kloun çıxırdı ortaya – məni ancaq o maraqlandırırdı, hiss eləyirdim ki, 

klounun da güləşdən zəhləsi gedir – güləşçilərə əyri-əyri baxanda üz-gözündən oxunurdu. 

 

Yeddinci görüşdən sonra orkestr daha təntənəli səsləndi, sirkin qübbəsi altında rəngbərəng işıqlar 



yandı, aparıcı çıxıb uzaqdan dedi ki, bütün dünyanın səbirsizliklə gözlədiyi hayıflama yarışı 

başlanır. 

 

Pavel Perekrest keçən il Kiyevdə Frenk Quda uduzmağının əvəzini çıxmaq istəyir. Yerlərdən bir 



hay-küy qalxdı ki, gəl görəsən. Aparıcı əlavə dedi ki, əgər bu gün Pavel Perekrest hayıf ala bilsə, 

gələn bazar Frenk Qud onu yarışa çağıracaq. O yerdə mən özümü saxlaya bilməyib Adilə dedim 

ki, Pavel Perekrest qalib gələcək. 

 

Güləşçilər manejin ortasına çıxdılar, azı iyirmi dəfə baş əydilər ki, camaat əl çalmağını saxlasın. 



Başladılar. 

 

Adil pıçıltı ilə soruşur: 



 

 

283


– Sən hardan bilirsən? 

 

– Görərsən... 



 

Frenk Qud Perekrestdən hündür, həm də qədd-qamətliydi, Pavel Perekrest isə hədsiz enlikürək, 

alçaqboylu, pota kimidi. Çox əlləşdilər, axır ki, mən deyən oldu: Perekrest qalib gəldi. Hamı bir 

ağızdan dedi ki, bu uduşa söz ola bilməz – kürəyini yerə vurdu... 

 

Adil yolboyu elə hey soruşurdu ki, Perekrestin udacağını hardan bilirdim, mən də hər dəfə sualın 



üstündən keçirdim. 

 

Adilin atasının fikrincə, alışdığımız əsl güləşə baxanda bu maraqsızdır. 



 

Sən demə, kimin udacağı əvvəldən danışılırmış, axı, sirk – tamaşadı, həmişə eyni adam udsa, 

sirkə gələn olmaz. Mən soruşdum, bəs elədirsə, niyə camaat belə həyəcan keçirir? O 

gülümsündü: 

 

– Adamlar bəzən bilə-bilə aldanmağa sevinirlər, – dedi. 



 

Adil bilir – boks əsl idman olduğuna görə mənim daha çox xoşuma gəlir. Atasına dedi ki, bizi bir 

həftədən sonra boks üzrə respublika çempionatına aparsın. Xahiş eləmədi – dedi! O da başını 

tərpətdi, sözsüz razılaşdı, vəssalam! 

 

Onlarla yanaşı yerisəm də, fikrim-zikrim uzaqlarda idi, həm də özümü, Adili düşünürdüm. 



 

Başqa yoldaşlarıma nisbətən Adili təzə-təzə tanısam da, ona tez alışdım. Yaşıdıq, boyca azca 

balacadı, amma məndən yaşlı görünür. 

 

Bəlkə də bu, təmkinli olmasından irəli gəlir. Srağagün, görün, nə oldu: biz küçədə futbol 



oynayırdıq – bizim həyətlə 151 №-li evin komandası. Komandaya düşməyənlər səkidə dayanıb 

“azarkeşlik” eləyirdilər – Yaşka Brauman yanğınsöndürən Ağasəfin pəncərəsini sındırana kimi! 

Ağasəfin qorxusundan hamı qaçıb dağıldı; kimin sındırmasının dəxli yoxdu ona, kim ələ keçdi 

qanı getdi! Təkcə Adil yerində mıxlanıb qaldı. Ağasəf onun üstünə yüyürdü, Adil yerindən 

tərpənmədi. 

 

– Salam, sizin pəncərənizi qırıblar? – dedi. 



 

Ağasəf də quruyub qaldı, heç nə anlamadı, bilmədi nə desin. 

 

– Salam. Sən kimsən? 



 

– Mən sizin təzə qonşunuzam. 

 

– Bəs özgənin pəncərəsini sındırmağı sənə kim öyrədib? 



 

– Mən futbol oynamıram, – dedi Adil. – Heç futboldan xoşum da gəlmir. 

 

Ağasəf başını bulayıb geri döndü... 



 

O, ağır çəkili boksçu olmaq arzusundadı, olacaq da, xasiyyətinə bələdəm. Mənimsə heç bir 

arzum yoxdu, bu da yaxşı deyil... Fikirxəyal məni apardı, bir də gördüm ki, neçə addım dalda 

qalmışam. 



 

284


 

Atası balaca uşaq kimi onun əlindən tutub aparırdı. Ata-anası yanında olanda heç kəs inanmaz 

ki, o, öz işini bilən, toxtaq adamdı. 

 

Həyətə girəndə gördüm ki, Şura dayının – Aleksandr kişinin qapısı açıqdı, mən onlarla sağollaşıb 



Şura dayının evinə getdim. 

 

Ondan yaman xoşum gəlir. Neçə illərdi val toplayır. Məncə, Bakıda ən böyük kolleksiyaçıdı. 



Bütün divarlar val düzülmüş dolablarla doludur. Valları da patefonda yox, elektrik gücləndiricisi 

olan radio aparatı ilə çaldırır. Bu radio aparatı əlüzyuyana oxşayır: altındakı çanaq əvəzinə disk 

fırlanır, kranı da adapter əvəz edir. Vallarının çoxusu çalğısız-filansız da, təkcə adlarına görə 

xoşuma gəlir: 

 

“Quşsatan”, “Qaraçı baron”, ya da “Tarantella”... hərdən, musiqi adını doğrultmayanda qulaq 



asmağıma peşman oluram, sanki kimsə məni aldadır... Birinci dəfə “İnciaxtaranlara” qulaq 

asanda belə hiss keçirdim. Daha alışmışam, o qədər də fikir vermirəm adlara. Şura dayı arvadı 

Firəngiz xala ilə bir yerdə valları tez-tez çaldırırlar. Deyəsən, mənim gəlişimə də sevinirlər. Şura 

dayı hərdən mənim babamdan, atamdan söz salır. Bir şəkil var atamda, bir yerdə o zaman 

bulvardakı çimərlikdə çəkdiriblər, on beş yaşında. Şura dayı montyordur, arvadı Firəngiz xala 

Semaşko xəstəxanasında şəfqət bacısıdır. 

 

Biz söhbət eləyə-eləyə təzə vala da qulaq asdıq – kimsə royalda qiyamət çalırdı. Baxıb gördüm 



ki, pianoçunun famili də bu musiqiyə uyardı: Sfasman. “Kinofilm mahnılarına fantaziya”. 

 

Mən bir də qulaq asmaq istəyəndə Firəngiz xala dedi: 



 

– Sabah qulaq asarsan. “İlan” evdədi. 

 

Validə xalanı deyir. Onların dəhlizləri birdir. Yuxa faner arakəsmə ilə ayrılır. Odur ki, bütün söz-



söhbətlər eşidilir. Üstəlik, Validə xalanın musiqidən zəhləsi gedir. Eşidən kimi döyəcləyir 

arakəsməni. Bir vaxt onların acığına xoruz aldı, dəhlizə, arakəsmənin yanına bağladı; səhər saat 

beşdə xoruz bir banlamaq banlayırdı ki, ikinci mərtəbədə, pəncərəsi həyətə yox, küçəyə açılan 

otağımda belə qulaq tutulurdu. Bütün həyət yalvarırdı ki, xoruzu kəssin; Firəngiz xala musiqiyə 

ancaq axşam saat onacan, bazar günləri ancaq gündüz – günortayacan qulaq asacağına söz 

verəndən sonra Validə xala razılaşdı. 

 

Adapter -patefon valının səsini elektrik vasitəsilə reproduktora verən elektromaqnitli mexanizm 



Validə xalanın qapısı şaqqıltı ilə örtüldü, deyəsən harasa çıxıb getdi. Biz valı təzəcə qoymuşduq 

ki, məni nahar eləməyə çağırdılar. 

 

Əmidostum heç üzümə baxmadan işarə elədi ki, əlimi yuyum... 



 

Deməli, əmim evdə yoxdur. Əmim evdə olanda Mənzər xanım mənimlə heç olmasa danışır. 

Əslində, üzümə baxıb-baxmamağının elə bir isti-soyuğu yoxdu... Əlimi yumamışdan gedib 

barama qurdlarına baş çəkdim. Yeməkləri hələ var idi. Necə də tez boy atdılar az vaxtda! 

Rəngləri də dəyişib, əvvəl qapqara idilər, indi elə bil ağarıblar. 

 

Mətbəxə keçəndə gördüm ki, Validə xala orda ədəb-ərkanla əyləşib. Məni görən kimi söhbətinə 



ara verdi. Əmidostum mənim qarşıma bir boşqab şorba qoydu, Validəni içəri çağırdı. 

 


 

285


Mətbəxdə əyləşsəm də, otaqda danışıqlarının hamısını gözəlcə eşidirəm, mənim yerimdə bir 

başqası olsaydı, bəlkə də sözləri belə aydınca tuta bilməzdi – axı, mənim gözəl musiqi yaddaşım 

var! 

 

Validə xala Adilin ata-anasından danışırdı, mən də xörəyimi yeyəyeyə qulağımı şəkləmişdim. 



Birdən... qaşığı-boşqabı bir yana itələdim, qulaqlarıma inanmadım! Validə xala sözünü bitirib 

əmidostuma dönə-dönə tapşırdı ki, bu sirri heç kəsə açmasın. 

 

Doğrudan da, bu, dəhşətli sirr idi... 



 

Səhər bibim mənə dedi: 

 

– Odu ey, sənin dostun alatorandan pilləkəndə oturub. 



 

Qapını aralayıb baxdım, Adil həqiqətən pilləkəndə oturmuşdu. 

 

Onu evə çağırdım, saatı göstərdim – iyirmicə dəqiqə işləmişdi səkkizə! 



 

İşarə vurdum ki, mən gecikmişəm; biz səkkizin yarısında görüşüb məktəbə getməmiş yarpaq 

dərməli idik. 

 

Anası, həmişə olduğu kimi, eyvandan bizə əl elədi. 



 

Biz 2-ci Paralel küçəsinə çatanda heyrətləndik: evlər idarəsinin qabağında, tutun altında heç kəs 

yox idi. Demək, saqqallı dəlini gətirməyiblər hələ... Adil dedi: 

 

– Gəl elə bu ağacdan dərək! 



 

Ağaca dırmaşsaq da, gözüm yerdə qalmışdı: saqqallı gələn kimi əkilmək lazım idi... Adil mənə 

gülür – guya özü qorxmur, amma mən bilirəm ki, əməlli-başlı qorxur. 

 

– Sən belə qorxursansa, – deyir, – düş aşağı, düş, özüm dərərəm. 



 

Tez ol, düş! 

 

Niyə düşməliyəm, axı? İstədiyimiz qədər – indi buna tumurcuq yox, yarpaq demək olardı – yığıb 



evə yollandıq. 

 

Evdən çıxanda ondan heç nə soruşmaq fikrində deyildim, indi, necə oldusa dilim dinc durmadı: 



 

– Sən öz ata-ananı yaxşı xatırlayırsanmı? 

 

O, heyrətlə üzümə baxıb gülümsündü. 



 

– Niyə qımışırsan? – Soruşuram. – Bunlar sənin valideynlərin deyil... 

 

– Bəs kimindir? – o yenə gülümsünür. 



 

– Heç kimin... Onların uşaqları yoxdu. 

 

– Necə yoxdu? Bəs mən?.. 



 

 

286


– Onlar səni uşaq evindən götürüblər, müharibə başlayanda... 

 

Yadına düşür, yoxsa?.. 



 

– Bu nə sözdür danışırsan? – Acıqlanmadan, gülümsəmədən, ciddi soruşur. 

 

– Vallah, düz sözümdü... 



 

– Yalandı, yalan! Müharibə başlayanda mənim, demək olar, iki yaşım vardı. Bildin?! Hər şey 

yadımda qalardı! Sən cəfəngiyat danışırsan – anam da mənimdi, atam da! 

 

– Olsun, nə deyirəm. Mənə nə var?! 



 

Bu haqda başqa bir söz demədik, barama qurdlarını yemləyib məktəbə yollandıq. 

 

Məktəbdən qayıdanda gördüm ki, darvazanın yanında durub məni gözləyir. 



 

– Sən düz deyirsən... hamısı yadıma düşdü... 

 

– Nə düşdü yadına? 



 

– Yaxşı xatırlaya bilmirəm, bircə onu bilirəm ki, məni uşaq evindən götürdülər. Uşaq evi yadıma 

düşür... 

 

Mən dedim: 



 

– Bunu da özünə dərd eləyəcəksən? 

 

O, başını buladı... 



 

– Heç mənim də valideynlərim yoxdu, – dedim, – atam müharibədə həlak olub, anam da yoxdu. 

Görürsən, mən vecimə almıram. 

 

Ata-anan ögey olsa da, doğmalardan yaxşı baxırlar sənə. 



 

O, ehmalca başını tərpədib getdi... O gün daha görüşmədik. 

 

Gecə gözlərimi güclə açdım, kimsə məni yuxudan oyadırdı. 



 

Gözümü açsam da, heç nə başa düşmədim, əvvəl elə bildim ki, yuxu görürəm. Adilin atası-anası, 

əmidostum, bir də əmim başım üstə dayanmışdılar. 

 

Adilin anası göz yaşını saxlaya bilmirdi. 



 

Əmim məndən soruşdu: 

 

– Gündüz Adil sənə bir söz demədi ki? 



 

– Necə? Nə barədə? 

 

Əmim Adilin anasının üzünə baxıb yenə soruşdu: 



 

 

287


– Evdən qaçmaq istədiyini demədi sənə? 

 

Başımda bircə fikir dolanır: görəsən mənim dediyimdən xəbərləri varmı? 



 

– Yox, mənə heç nə demədi. 

 

– Axı doğrudan da, o mənə bir söz açıb deməmişdi. 



 

Bu dəfə Adilin atası soruşur: 

 

– Sən hiss eləmədin ki, bəlkə o, nəyə görəsə pərt olmuşdu, ya da kimsə onun xətrinə dəymişdi? 



 

Bu yerdə mənə aydın oldu ki, Adil onlara heç nə deməyib. 

 

– Yox... mənə heç nə deməmişdi...Onlar çıxıb getdilər. 



 

Əmidostumla əmim bir-birinə baxa-baxa başlarını buladılar: 

 

– Dünyada gör necə əclaf adamlar var! 



 

Əmidostum dedi: 

 

– Mən inanmıram ki, Validə ona bir söz deyə... İnanmıram... 



 

– Validə yox, bir başqası deyib! Ax... bu əllərimlə boğardım onu! 

 

Səhərdən bəri həyətdə hamı Adildən danışırdı. 



 

Məncə, həmin günü bütün qonşularımız işə gecikdilər. 

 

Mən özüm də gecikdim, ikinci dərsə getdim. Validə xala alatorandan bizə qaçıb gəlmişdi. Deyir, 



Adilin atası milisə zəng vurub, xahiş eləyib ki, Bakıdan çıxan bütün qatarları yoxlasınlar, yollara 

gözətçi qoysunlar. Sən demə, Adilin atası neft sənayesində “böyük adamlardandı”, 

“nəçənnikdi”... Bunu da Validə xaladan eşitdik. 

 

Bütün qonşular bir-birinə dəymişdi: Adilin ögey olmasını kim xəbər verə bilərdi ona?.. Atası 



uşağı axtarmaq üçün səhər çıxandı, qayıtmayıb indiyə kimi. 

 

Anası evdə təkcə qalmışdı. Qonşu qadınlar bir-bir, iki-bir ona baş çəkib, ürək-dirək versələr də, 



o, sakitcə oturub deyilənlərə qulaq assa da, deyəsən, heç nə eşitmirdi. Səhər mən çay içəndə bizə 

gəldi, mənimlə üz-üzə əyləşdi. 

 

– Yalvarıram sənə, bir fikirləş yaxşı-yaxşı, bəlkə o, sənə hara getmək istədiyini deyib, fikirləş, 



bəlkə o deyib, sənin yadından çıxıb, hə?.. 

 

O mənə heç nə deməmişdi. Anasına deməyə söz tapmadım... 



 

O da sakitcə çıxıb getdi. 

 

Bilsəydim ki, Adil evdən çıxıb gedə bilər, ona heç bir söz deməzdim. Ondan çıxmayan iş: sakit, 



təmkinli, birdən-birə belə hərəkət... heç səbəbi də aydın deyil. Onda gərək mən çoxdan qaçıb 

 

288


gedəydim. Yəqin bu sözü ömrü boyu gözləməzdi. Görəsən hara qaçıb gedib? Onsuz da 

tapacaqlar. 

 

Mən küçədə gəzə-gəzə bütün bunlar haqda fikirləşirdim. Bir də onu fikirləşirdim ki, Adil 



qayıdandan sonra hamı biləcək ki, günahkar mənəm... Bəs onda neyləyəcəm? 

 

Elmiranı görəndə sevindim. 



 

– Bəlkə yadından çıxıb, axı, sən mənə söz vermişdin musiqi bəstələməyə?.. 

 

– Yox, yadımdan çıxmamışdı, nə qədər əlləşdimsə, bir şey alınmadı; fikirləşib bir şey tapırsan, 



çalan kimi görürsən ki, tanış melodiyadı... 

 

Heç nə bəstələyə bilməmişəm. 



 

– Niyə? 


 

– Alınmır. Heç bundan sonra da bəstələmək fikrində deyiləm. 

 

Zəhləm gedir... 



 

O, gözümün içinə baxa-baxa soruşdu: 

 

– Sən musiqi ilə heç məşğul olmaq istəmirsən? 



 

– Yox, istəmirəm! Əmim nahaq fikirləşib ki, məndən bəstəkar çıxar. Mən istəmirəm! Musiqini 

sevirəm, amma musiqiçi olmaq fikrim yoxdu. Qoy məni adi məktəblərin birinə keçirsinlər. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin