Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə45/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   41   42   43   44   45   46   47   48   ...   72


yox idi, kürəyimiz bir divarına, burnumuz da o biri divarına dirənmiş halda yan-yana ayaq üstə 

güclə dayanmışdıq, ancaq bayırdakı kimi soyuq deyildi, hətta mən deyərdim ki, istiydi, başlıcası, 

o andıra qalmış külək buranı tutmurdu. 

 

Və bu yarıqda havadan torpaq ətri gəlirdi, özü də adi torpaq yox, nəm torpaq ətri. Torpağın 



ancaq onu ağac əkmək üçün qazanda belə ətri olur və mən bu ətri çox sevirəm. Hər yaz uşaqlar 

məktəbin həyətində ağac əkəndə o yadıma düşür. Qəribədir, bəs burda bu iy hardan gəlir. 

 

– Yatırsan, Kəmalə? – Sabir soruşdu. 



 

– Yox. 


 

– Bəs onda niyə dinmirsən? 

 

– Fikirləşirəm, – Kəmalə dedi. – Fənərimiz ola-ola niyə belə qaranlıqda qalmışıq? 



 

Qaranlıqda qalmaq min dəfə yaxşıdı. Tutaq ki, fənərin işığını da yuxarı, ya irəliyə tuşladın, diş-

diş qaya divarlarından savayı nə tapacaqsan burda. Bayıra tərəf yönəltdik – külək qarı dördnala 

çapırdı, sağ tərəfdə qatı qaranlıq, deyəsən, bu çatdağın lap dərinliklərinə qədər işləyir. 

 

– Görən, irəli getsək, nə olar? – Əli dedi. 



 

Nahaq yerə dedi bunu, dərhal dalağım sancdı. 

 

– Bilmək istəyirsən, get bax, – Sabir dedi. – Ancaq tələsmə, ayağının altına baxa-baxa yeri, 



gözlə, çalaya-zada düşərsən. Belə dur, yol ver görüm. – Sonuncu söz mənə aid idi. 

 

Mən ona necə yol verə bilərəm? Yenə dovşan boyda, toyuq boyda olsaydı, təhri vardı, axı o, nə 



ondandı, nə də bundan. Tutaq ki, birtəhər mənim böyrümdən sivişib keçə bildi. Bəs sonra? 

Kəmalənin yanından necə keçəcəydi? O da ki, maşallah, iki mən boyda. 

 

– Gəlin, üçümüz də bir dəqiqəliyə bayıra çıxaq, – Sabir dedi, – sonra birinci mən girim. Əlinin 



dalınca gedim. Bəlkə bu yarıq irəlidə genişlənir, yoxsa, sabaha kimi ayaq üstə dayanmalı 

olacağıq. 

 


 

334


– Əli getdi də, – mən dedim, – bir şey olsa gəlib deyəcək. 

 

– Yaxşısı budur, sən mumla. – Sabir üstümə çəmkirdi. – Qızındın deyəsən? Bayaqdan dilin 



batmışdı, indi başlamısan cükküldəməyə. 

 

Bilir ki, Kəmalə eşidir, amma vecinə deyil, bəlkə də qəsdən məni onun yanında təhqir eləyir. 



 

– Mən heç yana çıxan deyiləm, – Kəmalə dedi, – yəqin təmiz sətəlcəm olmuşam. 

 

Dedim ki, bircə dəqiqəliyə, – Sabir burnunun altında mızıldandı. 



 

O, Kəmalə ilə həmişə belə nəzakətlə davranır. Ondan başqa heç kəsnən. Həmişə də Kəmalənin 

yanında özünü oda-közə vurur. 

 

Ən axmaq adam da başa düşər ki, Sabir ona vurulub. – Bundan bir az geniş yer tapsaydıq. Ayaq 



üstə çox dayana bilməyəcəyik. 

 

– Olsa, Əli tapar, – Kəmalə ötkəmliklə dedi. 



 

– Hə, hə, elədi, Əli tapar, – Sabir yenə mızıldandı. 

 

Əlimin içi kimi bilirdim ki, Sabir innən belə on gün də burada beləcə ayaq üstə dayanmağa razı 



olar, təki Əli onsuz heç nə tapmasın. 

 

Birdən hiss elədim ki, Sabir ayağımdan yapışdı. 



 

Deməli, o qərara gəlib ki, ayaqlarımın arasından sivişib keçə bilər. Yəqin gümüş əsgər 

heykəlciyi kimi, yanı üstə yerə tirlənib. 

 

Yavaş-yavaş irəli dürtülür, mən də dinib eləmirəm, nə olar, mənə nə ziyanı. Ancaq görüm 



Kəmalə də susacaqmı? Axı məndən sonra o gəlir, deyib-eləməmiş bu qaranlıqda onun ayaqları 

arasından necə sivişib keçə bilər? Bir hadisədən sonra mən qızlarnan çox ehtiyatlı dolanıram. Bir 

dəfə Vasif dayının qızı Məryəmlə bir yerdə dərsdən evə qayıdırdıq. Evləri bizimkinə yaxındı. 

Yol boyu ordan-burdan söhbət eləyirdik. Birdən ona bir fokus göstərmək istədim, o fokus 

hamının xoşuna gəlir və düzdü, siftə bir balaca qorxurlar, amma sonra özlərinə də ləzzət eləyir. 

Hə, deməli, Məryəmnən söhbət eləyə-eləyə evə qayıdırdıq. O məndən üç yaş böyükdür, özü də 

çox şumal, canlı-cəsədli qızdır. İl boyu işi-gücü Azneft meydanındakı tennis kortunda tennis 

oynamaqdır. Mən də getmək istəyirdim ora, ancaq uzağı pis gördüyümə görə götürmədilər. 

Üzgüçülük istəyirsən, buyur, deyirlər. Kərimov Vaqifgilin qapılarına çatdıq, bu həyətdə çox 

yaman bir it var. Hamı da ondan qorxur, hətta o həyətdə doğulub böyüyən Vaqif Kərimovun özü 

də. Ora yaxınlaşanda Məryəm səkidən düşüb, yolun kənarı ilə getməyə başladı. Onu yarımca 

addım qabağa buraxdım və fokusu işlətdim. Çox sadə şeydi: it kimi zingildəyə-zingildəyə 

yanındakı adamın ayağından yapışırsan. O da gerçəkdən elə bilir ki, it düşüb üstünə. Məryəmdən 

əvvəl bu fokusu on adama göstərmişdim, onu da doyunca gülmüşdü. 

 

Ancaq bilsəydim ki, on birinci bu cür pis qurtaracaq, elə onuncuda da qalardım, on birinciyə 



keçməzdim. Var gücümlə zingildəyəzingildəyə barmaqlarımın ucuynan Məryəmin baldırından 

yapışdım. 

 

Qızdan bir qışqırıq çıxdı ki, gəl görəsən. Sonra da başladı küçənin ortasında hönkür-hönkür 



ağlamağa. Bu da sənə fokus! Yaxşı ki, onda Vaqifin anası qapıya çıxmışdı, bizi gördü, gəlib 

Məryəmi evə apardı. Yoxsa, təmiz pərt olmuşdum. O gündən Məryəmnən danışmırıq. Əvvəllər 



 

335


mən salam verirdim, gördüm almır, ona görə indi mən də vermirəm. İstəmir, heç istəməsin, mənə 

nə. 


 

Sabir ayaqlarımın arasından təzəcə sivişib keçmişdi ki, Əlinin səsini eşitdik. Əvvəlcə soruşdu ki, 

onu eşidirikmi, biz də hamımız bir ağızdan qışqırdıq: “Yaxşı eşidirik”. Onda o bizi yanına 

səslədi, dedi ki, çox rahat bir mağara tapıb. Dalınca da əlavə elədi ki, arxayın ola bilərik, yolda 

heç bir çala-zad yoxdur, hər yeri yaxşıyaxşı yoxlayıb. Kəmalə qabağa düşdü, onun dalınca Sabir, 

ən axırda isə mən yola düzəldik. Yazığım gəlirdi Sabirə, bu mağaranı gərək o tapaydı. Yaman 

ədalətsiz iş oldu. Zarafat deyil, o bizim hamımızı, demək olar ki, ölümdən qurtardı. İndi budur, 

mağaranı özgəsi tapıb. 

 

Niyə? Ona görə ki, Sabir bəlkə də alicənab, qayğıkeş adam olduğu üçün yarığa girəndə 



Kəmaləynən məni irəli buraxdı. 

 

Bayaq Əli bizi səsləyəndə elə bildik, hardasa lap yaxındadı, heç demə çox uzaq imiş, xeyli yol 



getməli olduq. Əli bizi mağaranın girəcəyində gözləyirdi. Mağaraya girdik, sonra mən geri 

dönüb gəldiyimiz yola işıq saldım. Elə bayırdan göründüyü kimiydi: divarları diş-diş olan ensiz 

bir yarıq. Ömrümdə birinci dəfəydi mağaraya düşmüşdüm, ancaq qəti deyə bilərəm ki, bu 

mağara çox böyük mağaraydı. Pıçıltıynan danışanda belə dərhal əks-səda verirdi. 

 

Çoxdan mağara görməyin arzusundaydım, həmişə də belə fikirləşirdim ki, ondan maraqlı şey ola 



bilməz. Tom Soyerin Bekki Teçerlə mağarada azdıqları yeri dönə-dönə oxumuşam. Sayrus 

Smitin, onun dostlarının başına gələnləri hələ demirəm. İndi özüm mağaraya düşmüşəm, 

ümidlərim alt-üst olub, heç demə o qədər də maraqlı deyilmiş. Dörd tərəf çılpaq divar və bir də 

qatı qaranlıq. 

 

Dördümüz də fənərlərin işığını daş döşəməyə salıb divardan tutatuta qabağa gedirdik. Birdən 



işığı yuxarı tuşladım, tavandan uzunsov ağ buz sırsırası sallanırdı. Nədənsə, buna yaman 

sevindim. 

 

– Stalaktit, – deyə qışqırıb, tavanı göstərdim. – Bəlkə də stalaqmitdir. 



 

Nə qədər eləyirəm, yadımda saxlaya bilmirəm ki, bunların hansı stalaktitdir, hansı stalaqmit. 

Yadımdadır ki, ikisi də təqribən eyni şeydir: özü də əgər biri yuxarıdan üzüaşağı sallanırsa, 

eynilə o cür başqa birisi də hökmən aşağıdan üzüyuxarı, ona sarı qalxmalıdır. 

 

İntəhası hansının stalaktit, hansının stalaqmit olduğunu unutmuşam. 



 

– Hökmən deyirsən? – Sabir tərs-tərs mənə baxdı. – Elədirsə bəs onda o biri, o aşağıdan yuxarı 

qalxan hanı? 

 

– Nə bilim, – dedim, – yəqin kimsə tapdayıb əzib onu. 



 

– Bəs onda əziyi hanı? 

 

– Hardan bilim, yəqin özləriynən aparıblar. 



 

– Bu dar deşikdən deyirsən? 

 

– Onda görünür, burdan başqa çıxış yolu da var. 



 

 

336


– Gözlə, boğazında qalar. – Sabir yenə üstümə çəmkirdi. – Görmürsən bura necə istidi? Başqa 

yol olsaydı, indi biz burda soyuqdan donmuşduq. Yoxsa bayırdakılar yadından çıxıb?! Sən 

bunları hardan bilirsən, nədi onun adı... 

 

– Stalaktit və stalaqmit. 



 

– Hə, onları deyirəm. 

 

İşə düşmədik, deyən gərək, nəyinə lazım idi bu sırsıra sənin? 



 

Bilmirsən, Kəmalənin yanında Sabir bir şeyi bilməyəndə tamam özündən çıxır. 

 

– Sən özün də bilirsən də, – dedim, – yəqin yadından çıxıb. 



 

Coğrafiyadan keçmişik. 

 

– Coğrafiyadan? – Əli irişdi. – Baa, coğrafiyanı o, əzbər bilir. Nəyi soruşsan, gözüyumulu 



danışar. 

 

Sabir də irişdi, çünki yaxşı bilirdi ki, bu söhbətdən Kəmalə heç nə başa düşmür, axı o bizim 



məktəbdə oxumur. 

 

– Mən bilən biz onları kimyadan keçmişik, – Sabir dedi. 



 

– Əhsən sənə, boş-boş şeylər yaxşı yadında qalır. Kəmalə, sən nə deyə bilərsən bu barədə? 

 

– Mən heç nə bilmirəm. – Kəmalə yaman dilxor idi. – Mənim yuxum gəlir. 



 

– Bir az da döz, – Sabir dedi. – Biz... 

 

O, sözünün dalını gətirməyə macal tapmadı, çünki həmin anda Kəmalə elə qışqırdı ki, elə bil 



ətini kəsdilər. 

 

Hövlnak Əliynən mənə sarı atıldı, biz onda yanaşı durmuşduq və bərk-bərk bizə qısıldı. Tir-tir 



əsirdi. Hətta cığırda donanda titrədiyindən də möhkəm. Siftə elə bildim, qaranlıqda ayağını iti 

daşzad parçalayıb. Məncə, uşaqlar da elə bu fikirdəydilər. Soruşuruq, nə olub, dinmir ki, dinmir. 

İndi titrəmək nədir, bütün bədəni uçumuçum uçunurdu. Qaranlıqda sifətini görməsək də, 

dişlərinin necə şaqqıltıynan bir-birinə dəydiyini eşidirdik. Sonra bu şaqqıltı bir anlığa kəsildi və 

kimsə onu boğurmuş kimi, gücənə-gücənə dedi: 

 

– Orda skelet gizlənib! – Barmağını uzatsa da, üzünü o tərəfə çevirməyə qorxurdu. – Mənə 



baxırdı. 

 

Yaman qorxdum. Düzdü e, ağlım kəsirdi ki, heç bir skelet adama baxa bilməz, mağarada 



gizlənməyi ondan betər. Bilirdim ki, Kəmaləni qara basıb, ancaq dəxli yoxdur, məni elə vahimə 

basdı ki, söznən deyiləsi deyil. Yerimdə qurumuşdum. Hiss eləyirdim ki, əlayağım soyuyur. 

Məncə Əli də qorxdu, danışığından hiss elədim. 

 

– Sənə elə görünüb. Düz sözümdü, yəqin səni qara basıb, – desə də, özünün dili topuq vururdu. 



 

Bircə Sabir qorxmadı. Heç gözünü də qırpmadı. 

 


 

337


– İndi baxarıq. Görək bu nə skeletdi səni qorxudub. – Sabir fənərin işığını Kəmalənin göstərdiyi 

səmtə tuşladı. 

 

O saat üçümüz də – Kəmalə, mən və bir də Əli var gücümüzlə bağırdıq. Doğrudur, sonralar Əli 



deyirdi guya o bağırıb eləmədi, ancaq onun qorxudan necə zarıdığını hamımız eşitdik. Öz 

qulağımnan eşitdim: 

 

siftə möhkəm qışqırdı, sonra dili dolaşa-dolaşa “ay ana” dedi. 



 

Adam gərək sözün düzünü deyə hamıdan bərk bağıran mən özüm oldum. Və o andaca harasa, 

burdan lap uzağa qaçmaq istədim, qaçacaqdım da, ancaq hara baxdımsa zil qaranlıq idi, mən də 

ki qaranlıqdan yaman qorxuram, ona görə dayandım, heç yana qaça bilmədim. 

 

Ona görə qışqırdıq ki, skeleti biz də gördük, o da bizə baxıb gülümsünürdü. 



 

– Ay sizə nə deyim, – Sabir dedi, – adam da skeletdən qorxar? 

 

Gəlin, gəlin bura. Qorxmayın. Baxın, bunun əynində nə isə hərbi forma var. 



 

İstər-istəməz yaxına gəldik, üçümüz də işığı skeletin üstünə saldıq. Yerdə oturub, kürəyini divara 

söykəmişdi, sən demə bayaq biz onun ancaq kəlləsini görmüşük, çünki yaxınlaşandan sonra 

baxıb gördük ki, bu skeletin əynində nə isə çiyni paqonlu kombinezonaoxşar bir paltar var. 

Qollarından ağ əl sümükləri sallanırdı. 

 

Yan-yörəyə işıq saldıq, bura məncə emalatxanaya oxşar bir yer idi. 



 

Divarlarda stellajlar düzəldilmişdi, döşəmədə isə cürbəcür yeşiklər düzülmüşdü. Bütün yeşiklərin 

üstündə başa düşmədiyimiz bir dildə müxtəlif yazılar vardı. Məktəbdə biz ingiliscə keçirik. 

Kəmalə fransızca. Ancaq heç birimiz bu yazılardan heç nə başa düşmədik. 

 

Tək-tük tanış sözlər vardı: “maschine” və “motor” kimi. Bu cür sözlərsə bütün dillərdə eynidir. 



Sonra Əli bir tanış söz də tapdı, onu skeletdən bir neçə addım aralı, divardan asılmış iri bir şkafın 

qapısına yazmışdılar: “Haverieschrank”. Əli dedi ki, bu qəza avadanlığı şkafıdır. Belə şeyləri o 

yaxşı bilir, çünki atası taksomotor parkında baş mühəndis işləyir. Şkafı açdıq, içində heç bir qəza 

avadanlığızadı yox idi. Bir neçə gözdən ibarət idi, demək olar ki, hamısı da bomboş. Yalnız lap 

aşağıdakı gözdən karton şam qutuları tapdıq. 

 

Həmin göz bu cür karton qutularla doluydu. Hamısının da üstünə “100 Kerze” yazılmışdı: 



“Kerz”in şam demək olduğunu dərhal başa düşdük. Qutular beş-beş, on-on bir-birinə yapışmışdı, 

amma içindəki şamlara bundan elə bir xətər dəyməmişdi, çox yaxşı yanırdılar. 

 

Şkafın başqa bir gözündən on-on beş konserv qutusu tapdım. 



 

Onların üstünə başa düşmədiyimiz dildə yazılmış yarlıqlar yapışdırılmışdı, ancaq balıq 

konservləri olduğuna şübhə yox idi. Çünki hərəsinin üstünə bir balığın şəkli çəkilmişdi. Hamısı 

xarab olmuşdu, həm üst, həm də alt qapaqların kənarları dombalmışdı. Karton qutuların birini 

açdıq, içindəki şamların hamısını birdən yandırdıq və demək olar ki, mağaranın hər yeri əməlli-

başlı işıqlandı. 

 

Şkafdan sonra gözümüzə sataşan ilk şey yenə skelet oldu. Özü də bu dəfə üçü birdən. Onları 



görən kimi yazıların hansı dildə olduğunu başa düşdüm. Elə əvvəldən də bu, ürəyimə dammışdı, 

ancaq skeletləri görəndən sonra tamam əmin oldum. Üçünün də geyimi əvvəlki skeletdən fərqli 



 

338


idi: qolları yazılı, qara rəngli köynək geyinmişdilər. Hər birinin önündə yerə bir avtomat düşüb 

qalmışdı. 

 

Sən demə, elə kombinezonlu skeletin də önündə bir avtomat var imiş, biz görməmişik. İndi bizə 



hər şey aydın oldu, deməli, bu üçü, yəni esesçilər o biri kombinezonlu ilə atışırlarmış və hamısı 

da yerindəcə ölüb. 

 

Əli dedi ki, yəqin kombinezonlu bizim kəşfiyyatçıymış, yoxsa nəyə görə esesçilərlə 



atışmalıymış. Mən özüm Əlidən də qabaq bu fikirdəydim, sonra fikirləşdim ki, bunu sübut 

eləmək çətin olacaq, axı o vaxtdan nə az, nə çox, düz otuz il vaxt keçib. Çox ürəyimdən keçirdi 

ki, onların ciblərini yoxlayım, görüm sənədləri qalmayıb üstlərində, amma skeletə toxunmağa 

cəsarətim çatmırdı. 

 

– Hayıf ki, sənədləri-zadı qalmayıb, yoxsa kim olduqlarını öyrənə bilərdik, – mən bunu qəsdən 



Kəmaləyə bərkdən dedim ki, Sabir də eşitsin. 

 

– Nədi, yoxsa sən almanca da bilirsən? – O, istehza ilə soruşsa da, skeletə yaxınlaşdı, əyilib əlini 



kombinezonun döş cibinə soxdu və ordan üzünə səliqə ilə sellofan çəkilmiş bir vəsiqə çıxartdı. 

Adı dərhal oxuya bildim. “Kurt Ştimmer” və onun leytenant olduğunu da başa düşdüm, ancaq 

“Panzergruppen” sözünün nə demək olduğunu heç cür anlamadım. Vəsiqədəki fotoşəkildə 

gülərüz bir sifət düz adamın üzünə baxırdı, gülməsə də, hiss eləyirdin ki, gülmək istəyir. Şəkil 

başıaçıq çəkdirilmişdi, əynində çiyni paqonlu və sinəsi ordenli kitel vardı. Ordenlərdən biri – xaç 

ordeni isə düz ortada, çənəsindən bir az aşağıda lentdən asılmışdı. Bütün bunlardan – fotodan da, 

yazılardan da yuxarıda şahindimi, çalağandımı, bilmirəm, caynağında svastika tutmuşdu. Mən 

hələ də vəsiqəyə baxırdım. 

 

Sabir avtomatı yerdən götürdü. Lüləsini mağaranın uzaq qaranlıq küncünə tuşlayıb tətiyi çəkdi. 



Avtomatın içindən nə isə yavaşca xırıldadı. Amma açılmağına açılmadı. Kəmaləynən Əli yanıma 

gəldi və mən vəsiqəni onlara göstərdim. Bir yerdə dayanıb, nədənsə söhbət eləyirdik, – indiyə 

kimi də yadıma sala bilmirəm, çünki o vaxt qəfil açılan avtomat qatarının səsindən qulaqlarımız 

batdı. 


 

Ağlıma gətirməzdim ki, avtomat atəşinin səsi bu qədər gur çıxarmış, lap qulaqlarımız cingildədi. 

Elə bildim məni qara basır, sonra məlum oldu ki, gerçəkmiş, güllələr doğrudan da lap 

yanımızdan ötüşüb, çünki Sabir yazıq esesçilərin birinin önündən götürdüyü avtomatın hara 

tuşlandığına heç fikir də verməyib. Elə bilib ki, bu da açılmayacaq. Dərhal yanımıza qaçdı, əlini 

sürtə-sürtə bir-bir hamımızı yoxladı və heç cür inana bilmirdi ki, hər şey öz qaydasındadır, heç 

kimi yaralayıb eləməyib. Sabiri ömrümdə bu qədər dilxor görməmişdim. Biz heç qorxmadıq da. 

Axı bilmirdik ki, avtomatın lüləsi bizə tərəfdir, hər şey yaxşı qurtarandan sonra isə niyə 

qorxasan. 

 

– İndi bir yer düzəldib yatarıq, – Sabir Kəmaləyə dedi. – İntəhası, altımıza salmağa bir şey 



lazımdı. Heç olmasa taxtadan-zaddan. 

 

Amma onu da deyim ki, Kəmalə skeleti görəndən bəri yuxu sözünü bir dəfə də dilinə 



gətirməmişdi. 

 

Rənginə görə, onu dərhal görə bilməmişdik. Zirehli avtomobili deyirəm. Bu maşına elə rəng 



çəkmişdilər ki, mağara divarlarından heç cür seçilmirdi. Yalnız yan tərəfindəki svastika zil qara 

rəngdəydi, elə ona görə, onu görə bildik. Mağaranın o başına, gəldiyimiz yarığın yanına 

qayıtmaq, bütün bu skeletlərdən, lazımsız yerə qəfil açılan avtomatlardan uzaq olmaq istəyirdik, 

onda gördük Kəmalə dedi, bu tankdır. Bəlkə heç zirehli avtomobil də deyildi, zirehli amfibiya-



 

339


zad idi, ancaq tank olmadığına şübhəm yox idi. Dörd tərəfinə fırlanıb, hər yerini ətraflı gözdən 

keçirdik. Yaman yekəydi, birmərtəbəli ev boyda, bir pəncərələri çatışmırdı, tırtılların üstə 

dayanmışdı, hər tərəfdən kip bağlıydı, bircə ön tərəfdəki deşikdən və yanlarından pulemyot 

lülələrinin ucları görsənirdi. Birdən-birə bu cür zirehli avtomobil tapmağımıza məəttəl 

qalmışdıq. Dərhal başa düşdüm ki, bəxtimiz yaman gətirib. Hələ də yerimdə dayanıb, gözlərimi 

ondan çəkə bilmirdim, ancaq Sabir o vaxtacan qabaq qapını axtarıb tapdı və açdı. Əlini onun 

dəstəyinə güclə çatdırdı, sonra onu özünə sarı dartdı və qapı dərhal açıldı. Kəmaləynən Əli 

tələsik onun yanına qaçdılar. Mən isə heç cür anlaya bilmirəm ki, niyə gözümü bu avtomobilə 

zilləmişəm, niyə ondan ayrıla bilmirəm. Məndə bəzən belə şeylər olur, qəribə bir şey görəndə 

onun qəribəliyinin nədə olduğunu heç cür dərk edə bilmirəm. Hiss eləməyinə, hiss eləyirəm, 

amma başa düşə bilmirəm. 

 

Sonra bu fikirlərdən vaz keçdim və uşaqların yanına getdim. 



 

Girişin aşağı qırağından tutub, pilləkənlərlə yuxarı dırmaşdım. Ora həm çox qaranlıq idi, həm də 

dar. Sabir Əliyə dedi ki, gedib şam gətirsin. Əli durmuşdu ki, getsin, birdən dayandı. Dedi ki, 

Sabirə şam lazımdırsa, gedib özü gətirsin. Dedim, indi dava düşəcək, amma yaxşı qurtardı. 

Əvvəlcə Sabir dinmədi, sonra acıqlı-acıqlı dedi ki, o, Əlidən yox, məndən xahiş eləyir. O dəqiqə 

aşağı düşüb qəza şkafına sarı yollandım. Hərçənd o skeletlərin yanından keçmək heç ürəyimdən 

deyildi. 

 

Şamları yandırıb dörd yanımıza sancdıq. İçəridəki pulemyotları, bir də ön tərəfdə pəncərə 



əvəzinə çox ensiz deşiyi nəzərə almasaq, burda hər şey “MAZ” kimi iri yük avtomobillərinin 

kabinəsini xatırladırdı. 

 

Eyni yumşaq oturacaqlar, sürəti dəyişmək üçün döşəmədə qoyulan eyni pedallar və linclər. Əli 



sürücünün yerində oturub, açarı axtarmağa başladı. O, maşın sürməyi bilir, atası öyrədib, hətta 

şəhərdən kənara çıxanda – çimərliyə-zada gedəndə, özü yanında oturub sükanı verir ona. Biz də 

axtarmağa başladıq, birdən gözüm qabaq panelin üstündəki bir fotoşəkilə sataşdı. Bir evin, çox 

güman ki, bağ evinin eyvanında qısaqol köynəkli bir kişiynən əyninə sarafan geymiş bir qadın 

durmuşdu, ortalarında da balaca bir qız uşağı. 

 

İkisi də bu uşağın əlindən tutmuşdu. Üçü də gülümsəyirdi. Kişini dərhal tanıdım, vəsiqədə şəkli 



olan adamdı. Açarı tapdıq, sağ tərəfdə, sükanın lap altındaydı. Əli açardan yapışdı, ancaq onu 

burmamışdan qabaq dedi ki, motor çətin xoda düşər, çünki akkumulyator çoxdan yatıb. Belə 

şeylərdən onun yaxşı başı çıxır. Kəmalə o dəqiqə çiynimdən yapışdı, mən də elə bildim motor işə 

düşəcək. 

 

Kabinədə hər şey öz yerindəydi və o qədər səliqə-sahmandaydı ki, deyirdin, sürücü indicə bir 



dəqiqəliyə bayıra çıxıb, heç açarı da üstündən götürməyib. Əli açarı bir neçə dəfə burdu, ancaq 

özü dediyi kimi, bundan bir şey çıxmadı. Birdən bu zirehli avtomobilin niyə mənə bu qədər 

qəribə gəldiyinin səbəbini başa düşdüm. Onun hər yeri həm bayırdan, həm də içəridən tərtəmiz 

idi, bircə toz da tapmazdın, elə bil bir saat bundan əvvəl əsgi ilə silibtəmizləmişdilər. 

 

Yadıma düşdü ki, biz bu mağaranın heç yerində toz basmış yerə rast gəlmədik. Və fikirləşdim: 



yəqin ona görə bura toz düşmür ki, mağara dörd tərəfdən qapalıdır, biz gəldiyimiz yarıqdan isə 

bura çətin toz düşə. Çünki o həm hədsiz dərəcədə ensiz və uzundur, həm də əyri-üyrü. 

 

İstər-istəməz kabinədə oturmaqdan bezdik, keçdik arxa hissəyə. Burda oturmaq üçün bir neçə 



skamya qurulmuşdu və hər yan divarda iki pulemyot var idi. Həm skamyaların üstünə, həm də 

ortalarına səliqəylə taxta yeşiklər yığılmışdı, pomidor, qarpız yeşikləri kimi. Hamımızı maraq 

bürüdü: görən bunların içində nə var. 


 

340


 

Əli dedi, yəqin ki döyüş sursatı. Sabir isə o vaxtacan yeşiklərin birinə yaxınlaşıb üst tərəfdən bir 

barmaqlığı qopardı. Onun altından kağız çıxdı, şey bükmək üçün işlədilən sarı kağız. Taxta 

barmaqlıqların bir neçəsini də qopardı, onlar çox asan qopurdu. 

 

 

Hərəsinin hər başına iki xırdaca mıx vurulmuşdu. Sonra o kağızı cırdı. Yeşik pul bağlıları ilə 



doluydu. Hamısı sovet pulu olsa da, ömrümdə belə pul görməmişdim. Bir-iki bağlı götürüb şam 

işığında baxdıq; qırmızı rəngli kağızların bir qisminin üstünə həm rəqəmlə, həm də sözlə “otuz 

manat”, bir qisminə isə “yüz” yazılmışdı. Sabir dedi, bunlar köhnə puldur və indi heç nəyə gərək 

deyil, amma bunları tapmağımız çox yaxşı oldu, yatanda altımıza döşəyərik, çantaları isə başaltı 

eliyərik, daş kimi çılpaq qayanın üstə uzanmaqdan bu yaxşıdır. O biri yeşikləri də açmağa 

başladıq, gördük ki, çoxundakı xarici puldu. Bəzilərinə ingiliscə “funtsterlinq” və ya “dollar”, 

bəzilərinə isə, güman ki, almanca “Reyxsmarka” yazılmışdı. Və hamısının da üstündə cürbəcür 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin