Martınov. Bununla belə, o, aradan çıxa bilib, eləmi? Heç ağlıma da gəlməzdi ki, cənab
Şvedenkley bu dərəcədə zirəkmiş.
Qasımbəyov. Bildiyimə görə, Peterburqdan Bakıya o sizin vaqonla gəlib, sizin vaqon isə bir
qayda olaraq yoxlanılmır.
Martınov. Bəli-bəli, mən bu maraqlı adamı öz vaqonuma dəvət etmişdim. Təkbaşına səkkiz sutka
yol getmək insanı darıxdırır... Siz artıq Peterburqa bu barədə xəbər vermisiniz?
Qasımbəyov. Xeyr, zati-aliləri. Bu, təkcə mənə məlumdur.
Martınov. Bəs cənab Şvedenkleyi nə vaxt göndərmək niyyətindəsiniz?
Qasımbəyov. Bu gün. Onu artıq Peterburq qatarlarının dustaq vaqonuna çatdırıblar.
450
Martınov saata baxır, zəngi çalır. Yavər gəlir.
Martınov. Təcili surətdə vağzala gedin, Bakı-Peterburq qatarının yola düşməsini təxirə salın.
Sizin ixtiyarınızda cəmi on beş dəqiqə var.
Yavər gedir.
Martınov. Siz hər şeyi dəqiq ölçüb-biçmisiniz, rotmitsr... Lap yaxşı, mən sizin hərəkətlərinizi
təqdir edirəm.
Qasımbəyov. Zati-alilərinizin təqdiri böyük şərəfdir.
Martınov. Bəs Peterburqdan necə öyrənə biliblər ki, cənab Şvedenkley Bakıdadır?
Qasımbəyov. Öz şübhələrimi mən hələ bir ay əvvəl baş idarə-yə bildirmişdim. Cənab
Şvedenkleyin xüsusi əlamət-lərinin və həyat tərzinin də müfəssəl təsvirini əlavə etmişdim.
Martınov. Siz öz borcunuzu yerinə yetirmisiniz... Lakin açıq danışaq, mən cənab Şvedenkleyin
təqsirkar olduğuna inanmıram. Güman edirəm ki, mənim bu fikrim gələcəkdə təsdiqlənəcək.
Buna görə də xoşagəlməz səhvə yol veril-məsinin qarşısını almaqdan ötrü vağzala gedin və onu
həbsdən azad etdirin. Bundan əlavə, cənab rotmistr, rica edirəm, elmi məqsədlərlə xaricə səfərə
əngəl törətməyəsiniz. Məni başa düşürsünüz?
Qasımbəyov. Mən sizi çox gözəl başa düşdüm, zati-aliləri.
Martınov. Bu, əmrdir. Əgər istəyirsinizsə, əmri yazılı surətdə də ala bilərsiniz.
Qasımbəyov. Əlahəzrət imperatorun fərmanına əsasən, general-qubernatorun əmrləri, şifahi
yaxud yazılı şəkildə verilməsindən asılı olmayaraq, onun tabeliyində olan bütün ərazidə təcili və
müzakirəsiz olaraq məcburi qaydada icra edilməlidir. Əmr yerinə yetiriləcək, zati-aliləri!
Martınov. Peterburqa da yazın ki, cənab Şvedenkley sizin onu həbs etmək barədə əmri
almağınızdan bir az əvvəl xaricə yola düşüb.
Nina Vladimirovna gəlir.
Nina Vladimirovna. Sizi görmək xoşdur, cənab Qasım-bəyov. Bizə işlə bağlı təşrif
buyurmusunuz, yoxsa qonaq kimi?
Qasımbəyov. Xidməti vəzifəmlə bağlı, zati-aliləri.
451
Nina Vladimirovna. Pavel Aleksandroviç, cənab rot-mistrə birinci dərəcəli müqəddəs Vladimir
ordeninə təqdim edildiyini dedinmi?
Martınov. Hm, bəli... Doğrudan a... Necə də yadımdan çıxıb... Təbrik edirəm, rotmistr!
Nina Vladimirovna. Mən eşidəndə ki, Pavel Alek-sandroviç sizi ordenə təqdim edib, ona dedim
ki, Pavel, bu ədalətli və düzgün hərəkətdir. Bir fincan çayla aranız necədir?
Martınov. Qalsın gələn dəfəyə, əzizim. Cənab rot-mistrin təcili işi var.
Qasımbəyov gedir.
Nina Vladimirovna. Mən hər şeyi eşitdim. Hiyləgər şeytan! Hər şeyi də necə bicliklə edib –
birbaşa dustaq vaqonuna! Yəqin ki, axşam sənə məruzə edəcəkdi, ancaq nə fayda. Kim idi sürət
qatarını saxlayan?! Gör bir necə altdan-altdan iş tutub?
Martınov. Heç bilirsən Şvedenkleyi aparan qatar yola düşüb getsəydi, bunun axırı nə ola
bilərdi?!
Nina Vladimirovna. Başını yorma. Şükr allaha ki, bizim qatarımız bizsiz heç yana gedən deyil.
Martınov. Hər halda, afərin Seymur Mehmandarova.
Nina Vladimirovna. Hesab edək ki, biz ona borcluyuq.
Martınov. Nə olar, borclu borclunun sağlığını istər. Vaxt gələr, əvəzini çıxarıq.
Mehmanxana nömrəsi. Səhər tezdən. Marion qapının döyülməsinə oyanır.
Marion. Kimdir?
Qasımbəyov (qapı dalından). Polisdir. Zəhmət olmasa, açın.
Marion. Çaşmısınız nədir! Hələ saat yeddidir... Nə olub?
Qasımbəyov. Mən sizə hər şeyi söyləyərəm, made-muazel! Ancaq qapını açın. Əks təqdirdə
qapıçını çağırmalı olaram və onda mənim bu gəlişimdən bütün şəhər xəbər tutar.
Marion. Gözləyin, geyinim (özünü qaydaya salır). Buyurun.
Qasımbəyov. Siz Allah, əfv edin, mademuazel! Mən bu xoşagəlməz missiyanı yerinə yetirməyi
yalnız sizin maraqlarınız və mənim köhnə dostum Seymur Mehman-darovun xatirinə yerinə
yetirməyi öhdəmə götür-müşəm.
Marion. Sizi indi tanıdım. Biz ki, tanışıq sizinlə.
452
Qasımbəyov. Əlbəttə, tanışıq. Bəlkə də diqqət yetir-misiniz ki, sənətinizin pərəstişkarlarından
biri kimi sizin tamaşalarınıza tez-tez gəlirəm.
Marion. Təşəkkür edirəm. Fəqət belə erkən gəlişinizin səbəbi nədir?.. Seymurun başına bir iş
gəlməyib ki?
Qasımbəyov. Bax, bu sarıdan narahatlıq üçün heç bir əsas yoxdur. Seymur bəxtəvər insandır və
əgər onun başına nə isə gələ bilərsə, bu da yalnız növbəti ürəkaçan bir sürpriz olar. Bu dəfə
söhbət sizdən gedəcək. Bilirsinizmi, mademuazel, Seymur Mehmandarovla sizin romantika və
şeriyyətlə dolu sevgi macəranız çoxsaylı bədxahların və paxılların diqqətindən yaynmamışdır.
Marion. Deməli, indi siz də məni yuxudan oyatmısınız ki, kimlərinsə mənə paxıllıq etdiyini
deyəsiniz?
Qasımbəyov. Əlbəttə, yox! İmkan verin, bu paxıl və bədxahların kim olduğunu söyləyim. Bunlar
çox nüfuzlu adamlardır. Xüsusən də, onun gənc arvadının ailəsi. Əfsuslar oslun ki, mademuazel,
nə siz, nə də Seymur aranızdakı münasibətləri gizli saxlamaq qayğısına qalmamısınız.
Marion. Nə olsun? Məgər bu, qanunla qadağandır?
Qasımbəyov. Bəli, mademuazel. Sizin ətrafdakılara meydan oxuyan davranışınız əxlaq və abır-
həya qaydalarının kobudcasına pozulması kimi dəyərləndirilib. Təəssüf hissi ilə bildirirəm ki,
mənə sizi şəhərdən çıxarmaq barədə əmr verilib. (Məktubu ona uzadır).
Marion (oxuyur). «Bakı şəhəri hüdudlarından çıxa-rılsın... Meşşan qadın Mariya Qorşkovaya
şəhər polisinin hesabına Xarkovadək dəmir yol qatarına bilet verilsin...» Təhqirə bax! Yalnız
küçə qadınları ilə belə rəftar edərlər.
Qasımbəyov. Bax, elə buna görə də mən özüm gəlmişəm. Bu işi yerli polis məmuru kimi kobud
erkəklərdən birinə tapşırmamışam. Şəxsən özüm sizi vağzaladək müşayiət etmək istərdim.
Fayton bizi qapıda gözləyir.
Marion. Seymur buna necə baxar, onu fikirləşmisiz?
Qasımbəyov (Qəmgin halda gülümsəyərək). Dünən axşamdan xeyli keçmiş – Seymur yola
düşməzdən qabaq mən onunla görüşdüm... Sizə deməliyəm: mən yeganə adamam ki, onun
məndən gizli sirri yoxdur...
Marion (Onu tələsdirir). Hə, bəs o nə dedi?
Qasımbəyov (Ani fasilədən sonra cibindən bir zərf çıxarıb, Mariona verir). Burada Tiflisdən və
Kiyevdən keçib Xarkova gedən qatarın birinci dərəcəli vaqonuna bilet var. Seymur xahiş
etdi,sizə çatdırım ki, qayıdandan sonra o, mütləq sizi axtarıb tapacaq, harada olsanız da.
Zənnimcə, baş verənlər onu çox məyus etmişdi.
Marion. Mənim əsl adımı kimdən öyrənmisiniz?
Qasımbəyov. Mən hətta onu da bilirəm ki, sizin ananız Xarkovda məşhur tikmə ustası, yaxşı
dərzidir. Bu, çox ağır zəhmətdir (Narahat halda saatına baxır). Biz vağzala gecikə bilərik,
tələsmək vaxtıdır.
453
Marion. Axı mən gərək teatra baş çəkəm, direktoru xəbərdar edəm, axşam çıxışım var.
Məvacibimi də almalıyam.
Qasımbəyov. Heç bir şeyə görə narahat olmayın. (Cibindən zərf çıxarır). Seymur hər şeyin
qayğısına qalıb. Burada iki min rubl var. Seymur xahiş etdi ki, hər şeydən əvvəl Siz ananıza
xudmani bir şirniyyat dükanı alasınız. Bu ona xoş olar... Qalan işlər mənim boynuma. Buyurun,
qələm-kağız. Direktora qısaca məktub yazın... Yazın ki, təcili olaraq, iki aylığa getmək
məcburiyyətindəsiniz. Belə bir məktub mütləq lazımdır. Yoxsa, başlayacaqlar Sizi axtarmağa,
polisə müraciət edəcəklər. Bu da ki, lazımsız söz-söhbətə, dedi-qoduya səbəb olacaq. Qalan
izahatı Seymur qayıdandan sonra verəcəksiz. Truppa ilə görüşünüz, vəziyyətdən asılı olaraq, ya
Bakıda, ya da Sankt-Peterburqda olacaq. Rica edirəm, made-muazel, tələsin! Biz ləngiyə bilərik.
Seymurun evi. Ayişə ilə qulluqçusu.
Ayişə. Seymur yoxdur, elə bil ev də əvvəlki ev deyil.
Qulluqçu. Hər şey həmişəki kimidir. Səhər tezdən bütün otaqları yığışdırıb səliqəyə salmışıq.
Təkcə birinci mərtəbədə səhər Qulam pəncərənin şüşəsini sındırıb, siz hələ bunu görməmisiniz?
Ayişə (gülür). Sən haqlısan. Ev elə həminkidir, bircə Seymur yoxdur.
Qulam gəlir.
Qulam. Eldar Qasımbəyov gəlib. Dedim ki, Seymur bəy səfərdədir, ancaq o, çıxıb getmir. Deyir,
get xanıma söylə ki, rotmistr Qasımbəyov çox vacib bir iş üçün onu qəbul etməyi xahiş edir.
Ayişə. Bu, mümkün deyil. Qoy ay yarımdan sonra – Seymur qayıdanda gəlsin.
Qulam çıxır.
Qulluqçu. Bəlkə o, Seymur bəy barədə sizə nəsə mühüm bir söz demək istəyirdi?
Ayişə. Şübhə etmirəm... Ancaq Eldar Qasımbəyovsuz da mənə hər şey bəllidir.
Qulam əlində zərf qayıdır.
454
Qulam. O sizə məktub verdi.
Qulam zərfi masanın üstünə qoyub gedir.
Ayişə. Apar məktubu, Seymurun kabinetində masanın üstünə qoy. Mən oxumaq istəmirəm.
Qulluqçu. Ay xanım, Seymur bəy bir də nə vaxt qayıdacaq? Bəlkə indi məktubda vacib bir şey
yazılıb?
Ayişə. Onda sən oxu. Əgər iyrənc şayiələrdən başqa bir şey olsa, danışarsan mənə.
Qulluqçu. Rəhmətlik anam mənə min dəfə deyirdi ki, məktəbə get. Özü çox ağıllı qadın olsa da,
savadsız idi. Mən gicbəsəri elə hey dilə tuturdu ki, oxu-oxu! Çifayda. Odur ki, özünüz oxuyun,
sonra verərsiniz aparıb qoyaram Seymur bəyin kabinetinə.
Ayişə masaya yaxınlaşıb, məktubu zərfdən çıxarır, oxuduqdan sonra dinməz-söyləməz gedib
kresloda əyləşir.
Qulluqçu. Sizə nə oldu? Rənginiz ağardı?
Ayişə (məktubu ucadan oxuyur). «Sizin əriniz elmi ekspedisiyaya «Belaya noç» varyetesinin
müğənnisi Marion Dübarri ilə gedib. Bunu bilməlisiniz. Mən sizin üçün bütün dünyanı ram
etməyə hazır idim, siz isə şəhvətpərəst, varlı avaranı məndən üstün tutdunuz. Ölənədək sizin:
Eldar Qsımbə-yov»... Bu qətiyyən ola bilməz!
Qulluqçu. Bir tərəfə baxanda, o, əlbəttə ki, yalan danışır. Ancaq o biri tərəfdən çox qəribədir.
Əgər, Seymur bəy səfərə yola düşəndən sonra da həmin bu Marion burada oxuyub-oynamaqda
davam edirsə, cənab Qasımbəyov həyasız-casına belə ağ yalan danışa bilərmi? Elə günü sabah
teatra adam göndərin, hər şeyi öyrənin.
Ayişə. Bu ola bilməz! Bu, ağ yalandır.
Yarıqaranlıq zalda varyetenin çıxışı davam edir. Seymurun arvadı Ayişə gəlir. O, zala keçmədən
qapının ağzında da-yanır. Musiqi ara verəndə konferansye səhnəyə çıxır.
Konferansye. Xanımlar və cənablar! Bir neçə həftə ərzində biz gözəl mademuazel Marion
Dübarrini seyr etmək zövqündən məhrum olacağıq. Dünən gecə o, Aralıq dənizi sahilindəki
mülkünə istirahətə yola düşüb. Lakin şənliyimiz davam edir. İndi sizin qarşınızda bütün
truppanın müşayiəti ilə, ilahi gözəlliyə malik xanım Atenais de Montespan çıxış edəcək... İndi
isə, kann-kan...
455
Yarıqaranlıqda Ayişənin yanında Qasımbəyov peyda olur.
Qasımbəyov. Konferansyenin nə dediyini eşitdinizmi? Bu avara – Seymurun dostudur. Bir yerdə
əyyaşlıq edirlər, bir-birinə bayağı lətifələr danışırlar. Bir-iki həftə əvvəl restorana getmişdim,
təsadüfən Seymurun ona dediyi sözləri eşitdim. Deyirdi ki, mən gəmi tərsanəsi ilə evlənmişəm.
Onun da ən qiymətli hissələri metaldır, ağacdır, bir az da duzlu su. Əlbəttə, bu bir zarafatdır,
lakin mənə çox pis təsir etdi. Gəlin gedək, sizin belə gec burada qalmağınız məsləhət deyil. Sizi
görə bilərlər.
Ayişə cavab vermir. Qasımbəyov ehmalca əlini onun çiyninə qoyur.
Qasımbəyov. Bütün vücudunuz əsir! Özünüzü ələ alın. Görərsiniz, zaman hər şeyi yoluna
qoyacaq. Üzr istəyirəm, nə dediniz?
Ayişə. Mən ölmək istəyirəm!
Qasımbəyov. Sizi burada kiminsə görməsi yaxşı deyil-dir. Gedək.
Nəvazişlə onun çiyinlərindən tutaraq qapıdan çıxarır.
Böyük bir gəminin üst göyərtəsi. Zəngin libaslı sərnişinlər. Çempanski durbinlə ətrafı seyr edir.
Masalardan birinin arxasında çətirin altında Şvedenkley və Seymur əyləşmişlər.
Çempanski (çığırır). Timsah! Timsah!
Şvedenkley. Delfindir. İcazənizlə deməliyəm ki, bu, delfindir. Sizin, cənab Çempanski, bir
zooparkın yaradıcısı kimi bunu bilməyiniz, hər halda, faydalı olar ki, Aralıq dənizində timsahlar
yaşamır.
Çempanski (deyinir). Nəzərinizə çatdırım ki, möhtərəm cənab, mən zoopark direktoruyam,
akvarium yox. Sonrası da, bütün üzən heyvanların fərqini bilmək nəcabətli bir zadəgan üçün heç
də məcburi deyil.
Şvedenkley. Üzr istəyirəm, əfv edin. Çox ola bilsin ki, mənim bu tərəflərə gəlmədiyim müddətdə
bu yerlərdə timsahlar peyda olub.
Masanın yanına qayıdır.
456
Şvedenkley. Dünən axşam Pireydə mənə yunan qəzetləri gətirmişdilər. Ötən on gün ərzində
Avropada mühüm hadisələr baş verib. Avstriya-Macarıstan Serbiyanı və Bosniyanı zorla özünə
ilhaq edib. Buna cavab olaraq, bütün slavyan xalqlarının müdafiəçisi və himayədarı kimi, Rusiya
ümumi səfərbərlik elan edib. Fransa da onu dəstəkləyib.
Seymur. Bu o deməkdir ki, ehtiyada olan zabit kimi, mən geri qayıtmalıyam.
Şvedenkley. Tələsməyin. Almaniya kansleri səfərbərliyi hədə kimi dəyərləndirib və bununla
bağlı Rusiya imperatoruna etirazını bildirib. Səfərbərlik müvəqqəti dayandırılıb.
Seymur. Bu mənim heç xoşuma gəlmədi. Kanslerin tələbi ilə səfərbərliyin dayandırılması
imperiyanın ləyaqə-tinin alçalması təsiri bağışlayır.
Şvedenkley. Ola bilər. Lakin hər şeydən öncə, bu, real qüvvələrin imkanlarını etiraf etməkdir.
Rus ordusu koman-danlığın nadanlığı və xəzinə oğurluğu nəticəsində döyüş qabiliyyətini
itirmişdir. Hökumət əleyhinə işləyən cürbəcür təbliğatçılar və təşviqatçılar ölkəni daxildən didib
parçalayır. Şərəfsiz məmurlar, iradəsiz, satqın ziyalılar. Bu faktlar sizin itaətkar bəndənizin
şəxsi müşahidələri ilə üst-üstə düşür. Bir sözlə, Rusiya zəifdir və Almaniya kimi qüdrətli rəqiblə
müharibəyə hazır deyil.
Seymur. Bu, qətiyyən belə deyil! Məncə, siz səhv edirsiz, cənab Şvedenkley.
Şvedenkley. Bağışlayın! Bizim müsahibəmiz bir qədər ritorik xarakter aldığından, gəlin, onu
saxlayaq. Lakin inanın mənə, müharibə labüddür.
Seymur. Bax, onda aydın olacaq ki, kim qalib gəlir.
Çempanski. Gəlib çatdıq. Ancaq qəribədir, buradan ehramlar heç durbinlə də görsənmir. Başqa
binalar ovuc içindəki kimi görünür, ehramlar isə gözə dəymir. Siz isə, cənab Şvedenkley,
deyirdiz ki, Misirdə ən uca tikililər ehramlardır.
Şvedenkley (gəminin kənarına yaxınlaşır). Görünür, mən yanılmışam... Sarı bayraqlar. Bu,
epidemiya deməkdir.
Gəmi kapitanı. Cənablar! Sizə bəd bir xəbəri çatdırmalıyam. Misirdə vəba epidemiyası tüğyan
edir, karantin elan olunub. Sahilə çıxmaq qadağandır. Gəmiyə adi marşrutla qayıtmaq əmri
verilib. Bütün sərnişinlərdən üzr istəyirəm.
Çempanski. Çox qəribədir, elə deyilmi? Biz birinci dərəcənin sərnişinləriyik, ancaq az qala
gəminin anbarında gedən digər sərnişinlər kimi, bizə də sahilə enməyə icazə vermirlər.
Şvedenkley. Bu – siniflərin ümumi bərabərliyinə bariz nümunədir.
Seymur. Vəba önündə bərabərlik.
Şvedenkley. Bir neçə saatdan sonra biz Pireyə qayıdacağıq və orada ayrılacağıq. Nə qədər
kədərli olsa da, yəqin ki, həmişəlik ayrılacağıq.
Seymur. Mən sizi Bakıya qayıtmaq üçün dilə tutmaq istəmirəm. Çünki orada sizi casus
maniyasına düçar olmuş rotmistr Qasımbəyov səbirsizliklə gözləyir.
457
Şvedenkley (gülümsünür). Görünür, Pireydə biz uzun müddətə, bəlkə də həmişəlik vidalaşmalı
olacağıq. Buna görə də ədalət naminə deməliyəm ki, bu rotmistr öz xidməti vəzifələrini bacarıqla
yerinə yetirir və köhnə hərbçi kimi, bu məndə ona qarşı, azacıq da olsa, ehtiram oyadır. Sizin
səyiniz olmasaydı, indi mən burada yox, zindan kamerasında, dəmir barmaqlıqlar arxasında
çürüyərdim. Bu yaxşılığınızın əvəzini, təəssüf ki, heç vaxt qaytara bilməyəcəyəm. Olduqca ciddi
və təhlükəli rəqibin pəncəsindən qurtulmağım əsl dost əli ilə baş tutmuş bir möcüzədir.
Seymur. Rica edirəm, bircə dəqiqə... Qasımbəyov sizin əllərinizə qandal vurdu, sizi alman
casusu adlandırdı. Siz isə nəinki özünüzü təhqir olunmuş saymırsınız, hətta üstəlik də belə hesab
edirsiniz ki, o öz vəzifələrinin öhdəsindən yaxşı gəlir?
Şvedenkley (gülümsünür). Açıq danışmaq mənim nə məziyyətlərim, nə də qüsurlarım sırasına
daxil deyil. Ancaq indi mən açıq danışmağı özümə rəva görə bilərəm. Hər şeydən öncə, gəlin
terminləri dəqiqləşdirək. Mənim fikrimcə, casus hər hansı bir vicdanlı, bəli, məhz vicdanlı
vətəndaşdır ki, qonaq olduğu ölkənin xüsusiyyətləri ilə tanış olduqdan sonra əldə etdiyi yeni
bilgilərdən və müşahidələrdən gələcəkdə öz dövlətinin xeyri üçün istifadə edir. Bu, dünya
elminin və sənayenin inkişafına kömək edir, siyasətə fayda gətirir.
Seymur. Lakin indiyədək heç kəs, məsələn, Marko Polonu casus adlandırmayıb, hərçənd o, sizin
dediyiniz yaxşı müşahidə qabiliyyətinə malik vicdanlı vətəndaş roluna ideal surətdə uyğun gəlir.
Şvedenkley. Əsas məsələ terminlərdədir. Mahiyyət etibarilə, o, şübhəsiz ki, casus olmuşdur,
lakin həvəskar casus olmuşdur. Peşəkar casuslar isə o kəslərdir ki, öz istəyi ilə sə-yahət etmir,
hansı ölkəyə getməyi ona əmr edirlərsə, oraya da yollanır. Bu, yalnız çoxlarının içərisindən
seçilmiş şəxslərin şərəfli borcudur. Məhz buna görə də mən cənab Qasım-bəyovun mənim
barəmdə irəli sürdüyü iddiaları təhqiramiz saymıram.
Seymur. Bu o deməkdir ki, ... Deməli, Qasımbəyov haqlı imiş?
Çempanski. Nə? Qasımbəyov dediniz? Son dərəcə yaxşı müşahidə qabiliyyətinə malik adamdır.
Eşitdiniz də, o gün həmin o yaltaq Raf Lənkəranskini necə gözəl ifşa elədi. Həqiqətən də o
farmazonun biridir... Cənablar, nədənsə qanınız qaraldı. Allah qoysa, Misirə hələ səfər
edəcəyik... Hər pis işin bir yaxşı tərəfi də var. Tezliklə bizimçün bir fil, bir cüt də şir
gətirəcəklər. Belə olan surətdə mənim Bakıda olmağım yerinə düşər. Bu məsələ ortaya
çıxmasaydı, mən məmnu-niyyətlə Frankfurta yollanardım.
Seymur (biganə halda). Orada dostlarınız var?
Çempanski. Bəli, var. Orada mən qraf Leşşinski ilə görüşərdim. Sizə onun barəsində
danışmışam gərək ki...
Seymur. Soyadını eşitmişəm...
Çempanski. Dostumdur. Çox nüfuzlu adamdır. Mən sizin şəhərə də elə onun Bakı general-
qubernatoruna zəmanət məktubu ilə gəlmişəm. Onlar çoxdan bəri dost, həm də şərikdirlər.
Frankfurtda, Roznanda, Lyejdə toxuculuq manufakturaları var.
Seymur. Heç ağlıma da gəlməzdi ki, cənab Martınovun toxuculuqdan başı çıxır.
Çempanski. Nəyinə gərəkdir? Toxuculuqdan qraf Leş-şinskinin işlər müdirinin başı çıxır, bəsdir.
Onların işi maya qoyub gəlir götürməkdir.
458
Şvedenkley. Ağıllı adamdır. Rusiyada çox tezliklə vəziyyət pisləşəcək, mənə inana bilərsiniz.
Xeyirxah məslə-hətimə qulaq asın. Atanızı razı salın ki, bütün kapitalını xaricə, məsələn,
İsveçrəyə köçürsün, elə özünüz də köçüb gedin.
Seymur. Cənab Şvedenkley, doğrudanmı siz düşü-nürsünüz ki, mənim ölkəmdə, sizin iddia
etdiyiniz kimi, çətin bir dövr başlansa, zadəgan və zabit olan mən Vətənimi atıb gedə bilərəm?
Görünür, barəmdə belə düşünməyə mən nəsə bir əsas vermişəm.
Çempanski. Afərin, əsl zadəgana layiq mərdanə söz-lərdir! Bunun şərəfinə mütləq badə
qaldırmaq lazımdır. Qarson, şampan gətirin! İki şüşə! Mənim hesabıma.
Gecədir. Faytonun yaxınlaşması eşidilir. Seymur fayton-çunun müşayiəti ilə öz evinin qapısına
yaxınlaşır. Qaz lampası tutqun işıq saçır. Seymur faytonçunun pulunu verir. Qapının
döyülməsinə evdə heç kəs cavab vermir.
Seymur (ucadan). Qulam! Zibeydə! Tənbəl uşağı tənbəllər! Ölü kimi yatırlar. (Ciblərini
qurdalayıb açarı tapır və qapını açır. İkinci mərtəbəyə qalxır. Bu zaman yataq otağının qapısı
arxasından pıçıltı eşidir. Qapını açır, Qasımbəyovla arvadını görür. Qasımbəyov, əynində xalat,
Dostları ilə paylaş: |