Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə59/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   55   56   57   58   59   60   61   62   ...   72


 

Ayişə. Paytaxtdan sonra Bakı sizə darıxdırıcı görünmür ki? 

 

Seymur. Deyirlər, adam o yerdə darıxar ki, orada maraqsız insanlar yaşasın. Bakıya isə bu 



sözlərin aidiyyatı yoxdur. Buna görə də mənə elə gəlir ki, burada yaşamaq və hətta hə-yatdan 

zövq almaq da mümkündür.  

 

Ayişə. Belə sözləri eşitmək çox xoşdur. Deməli, ya mənim qarşıma çıxan adamların hamısı bir 



nəfər kimi darıxdırıcı adamlardır, ya da mən özüm maraqlı insan deyiləm. Nədənsə, məndə daim 

belə bir hiss var ki, biz nəhəng bir imperiyanın ən ucqar yerində, gözdən-könüldən uzaq bir 

əyalətdə yaşayırıq. Maraqlı hadisələr barədə xəbərlər bizə çox gec gəlib çatır. Hər halda, bu 

fikirdəyəm ki, Sankt-Peterburqda yaşamaq Bakıda yaşamaqdan qat-qat maraqlıdır. 

 

Seymur. Sankt-Peterburq paytaxtdır, nəhəng şəhərdir. Ancaq Bakını da dəyişmək olar. Bizim 



özümüzdən çox şey asılıdır. Məsələn, Bakıda adamlar atlı konkalara mindikləri halda, Sankt-

Peterburqda artıq iki ildir ki, iki və üç vaqonlu elektrik tramvayları işləyir, bu ildən Neva 

prospekti elektrik lampaları ilə işıqlandırılır. Başqa şeylər də var və bütün bunlar Bakıda da ola 

bilər.  


 

Ayişə. Yəqin ki, ola bilər. Ancaq bütün bunları kim edəcək? 

 

Peter. Biz cəmi ikicə gündür buradayıq, Seymur isə artıq Sankt-Peterburqdan ən yaxşı paytaxt 



varyetesini müqavilə ilə buraya dəvət etməyə hazırlaşır. Bu, hələ ilk addımdır. Özünüz 

görəcəksiniz, o necə ideyalar atacaq ortaya.  

 

Ayişə. Ömrümdə heç vaxt varyetedə olmamışam. Yəni bizim də şəhərdə belə şey mümkündür?  



 

Seymur. Varyete bir yana qalsın. Varyete, əlbəttə ki, gələcək, ancaq mahnı və rəqslərdən daha 

mühüm şeylər var. Demək istəyirəm ki, Bakı, bir növ, üfunətli bataqlığa bənzəyir. 

Azadlıqsevərliyin sərin mehi buralara gəlib çatmır. Azadlıq, bərabərlik, qardaşlıq – bu cür 

yüksək dəyərlərə burada hələ önəm verən yoxdur. Bu vəziyyəti ancaq biz düzəltməliyik. 

 

Peter. Şair demiş, «Nə qədər ki, azadlıq eşqi ilə yanırıq, nə qədər ki, ürəyimiz şərəf hissilə 



çırpınır...». 

 

Ayişə. Təəssüf ki, Bakıda belə məsələlərdən danışmaq dəb deyil. Mənim tanıdığım adamların 



hamısının fikri-zikri ancaq neft və puldur.  

 


 

426


Seymur. Biz, yəni mən və dostum Peter Omre adamlara başa salmağa çalışacağıq ki, bu yüksək 

ideallarsız həyat – insana layiq olmayan miskin, acınacaqlı güzəran keçirməkdən başqa bir şey 

deyil.  

 

Ayişə. Siz çox cəsarətli adamsınız. 



 

  

 



Qasımbəyov bir kənarda durub sakitcə onları müşahidə edir. Cənab Şvedenkley gəlir. Yaxınlaşıb 

qubernatoru salamlayır, Nina Vladimirovnanın əlini öpür.  

 

  

 



Nina Vladimirovna. Bu da bizim əzizimiz cənab Şve-denkley. Sizi görməyimə şadam. Əminəm 

ki, cənab Şvedenkley sizin hamınızı misirşünaslar cəmiyyətinin növbəti iclasına dəvət edəcək. 

 

Şvedenkley. Tamamilə düz buyurursunuz. Cənablar, bazar günü günorta hamınızı gözləyəcəyəm.  



 

Peter və Seymur. Təşəkkür edirik, mütləq gələrik. 

 

Peter (Seymura). Təbrik edirəm. Zənnimcə, qızda güclü təəssürat oyatdın. Azadlıq mehi barədə 



ehyamların isə şəxsən mənə qoca yabıya nağara səsinin təsir göstərdiyi kimi təsir etdi. 

 

Şahlar bəy (Nina Vladimirovnaya). Mən sizə olduqca minnətdaram. 



 

Nina Vladimirovna. Təki ulduzları barışsın! Elə bil bir-birləri üçün yaranıblar. 

 

Şahlar bəy. Allah bilən məsləhətdir! 



 

Peter. Gözəl qızdır. 

 

Şahlar bəy. Özü də çox alicənab ailədəndir. Atası ona səkkiz yüz min qızıl pul, bir də gəmi 



tərsanəsini cehiz verir. Buna nə deyirsən? 

 

Seymur. Qız mənim xoşuma gəldi. Adam arasına çıxarmaq olar. 



 

Şahlar bəy. Onunla evlənsən, məni çox sevindirmiş olarsan.  

 

Seymur. Niyə də yox? Onsuz da gec-tez evlənməliyəm. Bu qız isə həmin məqsəd üçün əməlli-



başlı yarayır. Bircə  problem qalır ki, mən də onun xoşuna gəlim... 

 

Şahlar bəy. Hər şey səndən asılıdır. Çalış ki, xoşuna gələsən. 



 

Seymur (Peterə). Çox yorulmamısansa, gəl birlikdə te-leqrafa gedək, Peterburqa Mariona 

teleqram vuraq. Onsuz qala bilmirəm, yaman darıxmışam. 

 

Peter. Bu rotmistrin yaman pis, iblisanə baxışları var. Atanın səni evləndirməklə bağlı 



planlarından xəbər tutsa, mənə elə gəlir ki, bu adam çox təhlükəli ola bilər. 

 

Seymur. Deyəsən, sən hələ hər şeyi yerli-yerində anlamamısan. Bakıda geniş nüfuz dairən və 



sanballı əlaqə-lərinin olması hər şey deməkdir. Qabağında kimsə dura bilməz. Hər adamın 

 

427


üstündə onun dəyərlərini göstərən yarlığı var. Burada biz hər şeyin sahibiyik, hər şey bizim 

üçündür. Bakıda heç nə və heç kim bizim üçün təhlükəli ola bilməz. Getdik teleqrafa! 

 

  

 



Şahlar bəyin kabineti. Nökər içəri girir. 

 

  



 

Qulam. Bəy! Cənab Şampanski gəlib. Buraxım? 

 

Şahlar bəy. Şampanski yox, Çempanski. «Şampanski» dedikləri şərabdır, yəni şampan çaxırı. 



Çempanski isə qrafdır. Başa düşdün? 

 

Qulam. Düzünü siz bilərsiz. Buraxım? 



 

Şahlar bəy. Qulam, sən Peterburqa gedəndə nəzakət qaydalarını əməlli-başlı öyrənmişdin. O 

vaxtlar mən hətta düşünmüşdüm ki, zaman keçdikcə, sən qonaq-qaranın qarşılanması işində 

bizim xidmətçilərə nümunə ola bilərsən. İndi bu nə sözdür işlədirsən – «buraxım?» Ov tulasını 

bura-xarlar, atları, döyüş xoruzlarını buraxarlar. Qonaqları isə içəri dəvət edərlər. Anladın? İndi 

get dəvət elə! 

 

Qulam. Bəy! Mən bilirəm ki, məsələ nə Şampans-kidədir, nə xoruzlarda. Siz mənə ona görə 



qəzəblənirsiz ki, Seymurun inqilabçılara qoşulduğunu Peterburqdan Sizə xəbər verməmişəm.  

 

Şahlar bəy (hirslənmədən). Rədd ol bayıra! 



 

  

 



Çempanski kabinetə daxil olur. Şahlar bəy ayağa qalxıb onu qarşılayır. 

 

  



 

Şahlar bəy.  Bu kresloda əyləşin, o, daha rahatdır. Lüt-fən deyin, nə içəcəksiz – çay, qəhvə?... 

Qulam, qəhvə gətir! 

 

Çempanski. Vaxtınızı aldığıma görə üzr istəyirəm... 



 

Şahlar bəy.  Vaxtım bütünlünklə Sizin ixtiyarınızdadır. Mən heç yerə tələsmirəm... Deməli, 

dünən biz onda qalmışdıq ki, Bakıda boş torpaq sahəsi almaq istəyirsiz... 

 

Çempanski. Neftli torpaq. 



 

Şahlar bəy. Bunu hamı istəyir, ancaq belə bir arzunun yerinə yetəcəyinə təminat vermək qeyri-

mümkündür. Çünki zahirən torpaq sahəsi nə qədər xoşagələn olsa da, onu ayırd etmək çətindir, 

altında nə var: neft, yoxsa heç nəyə yaramayan acı, şor su? Bax, belə olanda bütün çəkilən xərc 

zay olur. Özü də ən pisi bu deyil. 

 

Çempanski. Bəs Sizcə, bundan da pis nə ola bilər ki? 



 

Şahlar bəy. Qaz. Qazdan betər heç nə yoxdur. Çox böyük zəhmətlə qazılmış quyudan fısıltı ilə 

çölə çıxır və kiçicik bir qığılcımdan alovlanır. Bunun da nəticəsində bahalı mexanizmlər yanıb 


 

428


sıradan çıxır, fəhlələr həlak olur. Torpaq sahibi isə çəkdiyi bütün xərclərdən əlavə, üstəlik də, 

çörək qazananını itirmiş ailələrə müavinət ödəməli olur. 

 

Çempanski. Siz məni qorxudursunuz! 



 

Şahlar bəy. Hər şey bəxtin gətirməyindən asılıdır. Bu, bir növ ruletka oyununu xatırladır. Siz ya 

qırmızı, ya da ki, qara bölgünü seçirsiz, vəssalam. Sonrası daha sizdən asılı deyil. Bakıda çox 

adamlar var ki, bircə həftədə varlanıblar. Ancaq son qəpiyinəcən itirib, müflis olanların sayı 

bunlardan yüz dəfə artıqdır. Sizin öncəgörmə qabiliyyətiniz varmı?  

 

Çempanski. Bəs Sizin? Birinci dəfə torpaq alanda orada neft olduğunu qabaqcadan hiss 



edirdizmi? 

 

Şahlar bəy. Heç ağlıma də gəlmirdi. On beş il bundan əvvəl atam qəfildən vəfat etdi. Mən 



poruçik rütbəsində hərbi xidmətdən istefaya çıxdım və Buzovnadakı (bu, Bakı yaxınlığında bir 

kənddir) mülkümüzdə yaşamağa başladım. İndi Siz qətiyyən təsəvürünüzə gətirə bilməzsiniz ki, 

o zamanlar mən necə ehtiyac içində dolanırıdım. Heç kəsi qonaq çağırmırdım ki, ailəmizin 

dilənçi kökündə yaşadığını bilməsinlər. Bax, bu gördüyünüz nökər Qulam təkbaşına həm aşpaz 

idi, həm bağban, həm də faytonçu. Üstü yamaqlı köhnə faytona iki arıq qoca yabı qoşub 

sürdürürdüm. Tanrının xoş günlərindən birində gördük ki, evimizin on addımlığındakı quyuda 

suyun səthində yağlıtəhər ləkələr gözə dəyir və oradan neft iyi gəlir. Mən rəhmətlik anamın qır-

qızılını satdım, bu pulla fəhlə arteli və bir mühəndis tutdum. Kəşfiyyat işlərindən sonra evimizi 

sökməli olduq: sən demə, düz binanın altından neft fontan vuracaqmış! Hər şey də elə bundan 

başlandı. Gördüyünüz kimi, bu halda yalnız bəxtin gətirməsindən danışmaq olar. 

 

Çempanski. Bununla belə, mən risk etmək istərdim. 



 

Şahlar bəy. Lap əla! Risk nəcib işdir. Sizə nədə kömə-yim dəyə bilər? 

 

Çempanski. Mən cənab Martınovdan xaşih etmişdim ki, barəmdə bəzi incə mətləbləri Sizə 



çatdırsın. Konkret olaraq, söhbət ondan gedir ki, mən, müvəqqəti olaraq pul vəsaiti sarıdan bir 

qədər korluq çəkirəm. Hətta bunu lap qısamüddətli çətinlik də adlandırardım. Cənab Martınov 

isə qraf Leşşinskinin vasitəçiliyi ilə mənə vəd vermişdi ki, torpaq sahəsi almağım üçün kifayət 

qədər ssuda ayırmağı sizdən xahiş edəcək.  

 

Şahlar bəy. Mənimlə söhbətində zati-aliləri ssuda-borc barədə heç nə deməyib, əlbəttə, onu başa 



düşmək olar. Bizim tərəflərdə, cənab Çempanski, adət belədir ki, riskli işləri hər kəs yalnız və 

yalnız öz hesabına görür.  

 

Çempanski. Bu o deməkdir ki, siz mənə borc vermək-dən imtina edirsiniz? 



 

Şahlar bəy. Elədir ki var. Lakin mən öz vədimdən qaçmıram və sizə yardım göstərməyə hazıram.  

 

Çempanski. Anlamıram, sizin bu yardımınız nədən ibarət  ola bilər? 



 

Şahlar bəy. Bakı böyk şəhərdir, dünyanın neft paytaxtıdır. Buna görə də biz, yəni şəhərin nüfuzlu 

zəngin adamları Bakının iri Avropa paytaxtlarına oxşaması üçün pul və səylərimizi əsirgəmirik. 

Və mənə elə gəlir ki, artıq bəzi şeylərə nail olmuşuq. Şəhərdə iki teatr, sirk, bir neçə hamam 

tikdirmişik, cıdır meydanı, kazino var. Ancaq Qafqazın iri şəhərlərindən heç birində – nə 

Dərbənddə, nə Tiflisdə, nə də Bakıda zoopark yoxdur. Biz öz tərəfimizdən bunun üçün pul 

ayırmağa hazırıq. Bir şərtlə ki, Siz də öz tərəfinizdən bacarıq və əlaqələrinizi işə salmağa razı 

olasınız. Qərar Sizindir, cənab Çempanski.  



 

429


 

Çempanski (yerindən qalxır). Mən səhv eşitmədim ki? Siz mənə heyvanxana təşkil etməyi təklif 

edirsiniz?! 

 

Şahlar bəy. Təkcə təklif etmirəm, həm də məsləhət görürəm ki, bu təklifi qəbul edəsiniz.  



 

Çempanski. Cənab Mehmandarov, siz zadəgansınız? 

 

Şahlar bəy. Bəli, Rusiya İmperiyasının zadəganların-danam. Necə məgər, niyə soruşursunuz ki?  



 

Çempanski. Siz məni təhqir etdiniz. Bu təhqiri qanla yumaq olar.  

 

Şahlar bəy. Cənab Çempanski, siz məni öldürmək istə-yirsiz?  



 

Çempanski. Hər halda, cəhd göstərəcəyəm. Siz zadə-gansınız və bu bizə vuruşmaq imkanı verir. 

Silah seçimini Sizin ixtiyarınıza buraxıram. 

 

Şahlar bəy. Vuruşmağa vaxt taparıq, ancaq gəlin əvvəlcə məni axıradək dinləyin. Biz fond 



yaratmışıq və iri neft sahibkarlarının – Yüzbaşov, Qukasov, Tağıyev, Mantaşov, Nobel 

qardaşları, Dadaşov və bunların içərisində Allahın itaətkar bəndəsi mən də hər il fonda vəsait 

ödəyirik. Mənim sizə etdiyim bu təklif neft sahibkarı karyerasına aparan ilk addımdır. Fondun 

qərarı ilə sizin üçün yaxşı məvacib ayrılacaq, zooparkın tikintisi və ekzotik heyvanların 

alınmasından ötrü hesab açılacaq. Fondun verəcəyi məvacib Sizə imkan yaradacaq ki, şərəf və 

ləyaqətinizi alçaltmadan cəmi iki il – iki il yarımdan sonra torpaq sahəsi alasınız. Və ola bilər ki, 

həmin sahədən neft çıxsın. Cənab Çempanski, bir halda ki, duelə çıxacağımız labüddür, izn verin 

Sizə bildirim ki, məqsədinizə nail ol-maqdan ötrü yanlış yol seçmisiniz. Bu gün səhər sırf  

təsadüf nəticəsində mənə bəlli oldu ki, bizim fondun bir neçə üzvünə də Sizi təqdim ediblər və 

onların hamısı Sizə borc verməkdən növbə ilə boyun qaçırıblar.  

 

Çempanski (əyləşir). Qəribədir. Axə mən bu danışıqları şəxsən onların özləri ilə təkbətək, məxfi 



şəraitdə aparmışam.  

 

Şahlar bəy. Bilirəm, bilirəm. Hamısı də rədd cavabı verib. Buna görə də onları qınamaq olmaz. 



Sizə kiçicik bir sirr açım, cənab Çempanski. Bakı neft paytaxtına çevriləndən bəri dünyanın hər 

yerindən buraya yeganə bir məqsədlə – varlanmaq üçün axışıb gəlirlər. Lakin bu günədək 

əcnə-bilərdən heç kəsin bu arzusu həyata keçməyib. Təkcə Nobel qardaşlarının bəxti gətirib. Özü 

də bilirsiz niyə? Çünki onlar xülyalarla yaşamırlar, onlar işgüzar adamlardır. Əvvəlcə düz yarım 

il buradakı vəziyyəti öyrəndilər, sonra isə böyük məbləğdə böyük sərmayə qoydular. İndi də 

yaxşı gəlir götürürlər. O biriləri isə əliboş qayıtmalı oldular. Çünki bu yerdə köhnə məlum bir 

qanun öz sözünü dedi. 

 

Çempanski. O hansı qanundur elə? 



 

Şahlar bəy. Əminəm ki, o qanun sizə də tanışdır. Heç nədən yalnız heç nə əldə etmək olar. Başqa 

sözlə, pul qoy – pul götür. Ancaq... mən sizə kömək etmək istəyirəm. Və bunu necə etməyin 

yolunu bilirəm. 

 

Çempanski. Bütün bu izahatlarınızdan sonra sizin arzunuz qəribə səslənir.  



 

Şahlar bəy. Mən bunu özümçün sərfəli olduğuna görə edirəm.  

 

Çempanski. Sizin üçün sərfəli olan nədir? Onu mən görə bilmirəm... 



 

430


 

Şahlar bəy (gülümsəyir). Axı dünən başqa bir məsələ ilə bağlı mən sizə söyləmişdim ki, dərin 

mənalar dərhal aşkar olmur. Hə, cənab Çempanski. Mən bu gün səhər təsadüfən onu da 

öyrəndim ki, siz «Bakport» mehmanxanasında yerləşmisiniz. Neft fondunun sanballı təmsilçisi 

üçün belə şeylər yaramaz. «Bakport»da, pardon, fahişələr, cındır müxbirlər və fırıldaqçı 

qumarbazlar – bir sözlə, fərsiz adamlar qalırlar. Daha bahalı bir mehmanxanaya, tutaq ki, 

«Köhnə Avropa»ya köçsəniz, məni məmnun etmiş olarsız. Mehmanxanada qalma xərciniz 

təxirəsalınmadan ödəniləcək. Hər şey sizin qərarınızdan asılıdır.  

 

  

 



Qulam Şahlar bəyin sözünü yarıda kəsir.  

 

  



 

Qulam. Bəy, Seymurla cənab Omre sizi görmək istəyirlər... 

 

Şahlar bəy. Çox yaxşı. Qoy gəlsinlər. 



 

  

 



Çempanski Seymurla Peteri qarşılamaq üçün qalxır. Şahlar bəy cəld kabinetin dərinliyindəki 

masaya yaxınlaşır. Heç kəsin gözləmədiyi halda musiqi səslənir. Orkestrin ilk çalğı sədalarının 

ardınca gözəgörünməz müğənni gözəl səslə bir italyan mahnısı oxumağa başlayır. Otaqdakılar 

çaşqınlıq içindədirlər. 

 

  

 



Seymur. Bu nədir belə? (qapını açıb qonşu otağa boylanır). Bəs hanı musiqiçilər? 

 

Peter. Elə bil, lap bu otaqda oxuyur. Orkestr də... bu lap möcüzədir! 



 

Çempanski (çaşqın halda). Matka boska! Göylər aralanıb, mələk özü oxuyur.  

 

Şahlar bəy (bu hadisənin yaratıdığı effektdən məmnun qalmış halda). Hiss edirəm ki, xoşunuza 



gəldi (zərfin üstündəki yazını oxuyur). Enrike Karuzo. Belkanto. 

 

Seymur, Peter və Çempanski (hamısı birlikdə). Nədir axı bu?! 



 

Şahlar bəy. Bu, puldur. Pul. Bəli, pul, yenə də pul, cənablar! Qarşınızdakı qramofondur. Elmin 

son nailiyyəti. Mən onu Berlindən yazdırıb gətirtmişəm, «Pate» Amerika şirkətinin orada filialı 

yaradılıb. Bakıda bu, hələlik yeganə qramofondur. Mən bunu sizin qarşınızda ona görə nümayiş 

etdirdim ki, bir mətləbi xatırladım: pul müxtəlif yollarla qazanılır, lakin hansı yolla 

qazanılmasından asılı olmayaraq, son nəticədə bütün pullar eynidir. Mahiyyətcə, pul insana 

azadlıq, sərbəstlik, sağlamlıq, gözəl yaşayış, hər cür zövq və hörmət bəxş edir. Razısınızmı 

mənimlə, cənab Çempanski? Pul qazanın, cənablar! 

 

Çempanski. Onu qazanmağın üsulunu da bilsəydik, lap yaxşı olardı.  



 

Şahlar bəy. Cavanların gəlişindən əvvəl biz Sizinlə məhz elə o barədə danışırdıq. 

 

Seymur. Pul heç də hər şey demək deyil. 



 

431


 

Çempanski (həyəcandan dili topuq vurur). Necə yəni hər şey deyil? Necə yəni hər şey deyil? 

İlahi, bu uşağın günahından keç. Nə dediyini heç özü də başa düşmədi.  

 

Seymur (təəccüblə). Məni deyirsiz? 



 

Çempanski (özünü itirir). Xeyr. Biz Sizin atanızla zoopark barədə danışırdıq. Buna görə də mən 

indi burada eşitdi-yim uşaq şerini yadıma salmaq istəyirdim. Necə deyir orda? «Getdim gördüm 

bir dərədə kar, kor tülkü...» 

 

Seymur. Yəqin siz, heyvanları çox sevirsiz? 



 

Çempanski. Elədir, elədir ki, var. Poni, sarı bülbül, pudel – bir sözlə, bütün heyvanları sevirəm.  

 

Şahlar bəy. Cənab Çempanski, icazənizlə, mən Bayıla gedib zoopark üçün yer bələdləmək 



istəyirəm. Ürəyinizdən keçirsə, mənə qoşula bilərsiniz. 

 

Çempanski. Böyük məmnuniyyətlə. 



 

Seymur. Bakıda zoopark açıblar? Mən bilmirdim.  

 

Şahlar bəy. Yaxın vaxtlarda açacaqlar. Belə bir məsul işin öhdəsindən isə yalnız bizim əzizimiz 



cənab Çempanski gələ bilər.  

 

Çempanski. Mən istəyirəm həm uşaqlar, həm də bö-yüklər ekzotik heyvanları seyr edib 



yorulandan sonra, təlim keçmiş xidmətçilərin nəzarəti altında fillərin, dəvələrin belinə minib 

gəzsinlər. Heç Varşavada da belə şey yoxdur. Bunu mən ancaq uşaq vaxtı Vyana zooparkında 

görmüşəm. 

 

Seymur. Siz də filə minmisiniz? 



 

Çempanski. Bəli, bu, mənə də nəsib olub. Filin belində yəhər əvəzinə skamyaları olan balaca bir 

arabacıq yerləşdirmişdilər. Üstəlik də, bu arabacıqda əyləşən uşaqların hamısını Amerikadan 

gətirilmiş ləzzətli eskimo dondurmasına qonaq edirdilər. 

 

Peter. Xoşbəxt adamsınız. Mən heç yuxumda da filə minməmişəm.  



 

Çempanski. Ən təəccüblüsü də odur ki, cənablar, sən demə, fillər də dondurma yeyir. Mən bunu 

öz gözlərimlə görmüşəm.  

 

Qulam. Fayton gəldi. 



 

Şahlar bəy. Ay yaramaz! Söhbəti ən maraqlı yerində kəsdin. 

 

  

 



Çempanski ilə Şahlar bəy gedirlər.  

Seymur (kiçik zəngi cingildədir. Qulam gəlir). Bu gün Yüzbaşovun evinə bir dəstə ağ zanbaq 

apararsan. Başqasına tapşırma. Özün apar. 

 

Qulam. Baş tutan iş deyil. 



 

 

432


Seymur. Nə çərənləyirsən? Necə yəni baş tutan iş deyil? 

 

Qulam. İndi zanbaq mövsümü deyil. Haradan tapım zanbağı? 



 

Seymur. Onda qəşəng ağ qızılgüllər al, apar; axşam isə tünd qırmızılarını apararsan. Özü də hər 

gün. Yadından çıxmasın: səhər bir dəstə ağ qızıl gül, axşam bir dəstə qırımızı qızıl gül. Heç bir 

izahat vermə. Dinməz-söyləməz çiçəkləri ver, qayıt gəl. İndi isə monoqramlı zərflərdən birini 

gətir. Bilirsən hansılardan? Peterburqdan gətirdiklərimdən.  

 

Qulam (Gedə-gedə). Çəhrayı zərflərdən deyirsiniz? Mamzel Mariona çiçək aparanda içərisinə 



qoyduqlarınızdan?  

 

Peter. Adaxlıbazlıq məsələlərin nə yerdədir? 



 

Seymur. İşlər yağ kimi gedir. Arada gizlicə görüşürük. Bilirsən, qəribədir, o mənə nağıllardan 

gəlmiş şahzadə kimi baxır, məndən böyük hünərlər gözləyir. Mən də çalışıram ki, onu məyus 

etməyim. Arada isə onun necə gözəl olduğundan danışıram. Həddən artıq sadəlövhdür. İndicə 

yadıma könə bir lətifə düşdü: Adəm Allahdan soruşur ki, «İlahi, nəyə görə Həvvanı belə gözəl 

yaradıbsan?» Allah cavab verir: «Ona görə ki, sən onu sevəsən». «Ya Allah, bəs niyə belə 

ağılsız?» «Ona görə ki, o səni sevsin!» 

 

Peter. Ayişə Yüzbaşova mənə qətiyyən səfeh qız təsiri bağışlamadı. 



 

Seymur. Sən də elə hər şeyi hərfi mənasında başa düşürsən. Lətifə onun barəsində deyil ki, 

Həvva barəsindədir. 

 

  



 

  

 



Qulam əlində zərf daxil olur. 

 

  



 

Seymur (Masa arxasında əyləşib özü-özünə diqtə edərək yazır). «Fikirlərim yalnız Sizinlədir». 

(Məktubu zərfə qoyub, Qulama verir). 

 

Qulam. Vizitkasız da olar. Yüzbaşovun həyəti nökərlərlə doludur. Biri o birinə aman vermədən 



qaçıb qıza xəbər çatdıracaqlar ki, Seymur Mehmandarov Qulamla çiçək göndərib. Arxayın olun. 

Günü bu gün bütün Bakı xəbər tutacaq ki, siz ona gül göndərmisiniz. 

 

Seymur. Yaxşı, yaxşı. Qoy hamı bilsin ki, mən Ayişə Yüzbaşovayla evlənirəm. Get. (Qulam 



gedir). Bu gün mənim yanıma fəhlə komitəsindən adamlar gəlmişdi. Xeyli söhbətləşdik. Avam, 

savadsız adamlardır, ancaq çox ağıllı mülahizə yürüdürlər. Komitənin ehtiyacları üçün dörd yüz 

rubl verdim. 

 

Peter. Bəlkə bir az tələsmisən, amma prinsipcə ilk tanışlıq üçün düzgün hərəkət etmisən. Bəs 



pulu haradan tapdın? 

 

Seymur. İtirmişdim ki, tapam? Bankdan götürdüm. Atamın göstərişi ilə dünəndən etibarən 



mənim imzam icra üçün əsas sayılır. İki min rubl da Peterburqa – varyetenin hesabına köçürdüm. 

 

433


Bu yaxınlarda gəlməlidirlər. Enrike Karuzo necə oxuyurdu? O, Mari, o, Mari! Sən mənim səbr-

qərarımı əlimdən almısan. Gedək qulaq asaq. 

 

  

 



«Qədim Misir» cəmiyyətinin iclası. Zaldakı simaların hamısı tanışdır. 

 

  



 

Şvedenkley (Divarda sfinksin proyeksiyası görünür). Cənablar, sizin bu gördüyünüz həqiqətən 

dünya miqyaslı müəmmalardan sayılan sfinksdir. Bu nəhəng daş heykəl bir neçə minillik ərzində 

səhrada qum laylarının atında qalmışdır. Onun yalnız başı görünürmüş. Bu heykəli qumdan 

təmizləmək üçün on min qul düz yeddi il çalışıb tər tökməli olmuşdur. 

 

Çempanski. Pardon, Siz bunu haradan bilirsiniz? 



 

Şvedenkley. İcazənizlə, bu barədə bir az sonra. Üç min il yarım bundan qabaq fironun kiçik oğlu 

Tutmos sonralar çin çıxacaq bir yuxu görür. Yuxuda sfinks ona gələcəkdə firon olacağını xəbər 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin