Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə58/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   54   55   56   57   58   59   60   61   ...   72

və hirsini soyutmaq istəyirdi. Ayaqqabılarını çıxartmışdı, ayaqyalın işləyirdi. 

 

Səhərdən bəri canına yığılmış enerjinin pəncəsinin dərisindən torpağa necə axdığını təsəvvür 



eləməyə çalışırdı, ancaq bu gün nədənsə, bunu hiss eləyə bilmirdi. 

 

Qardaşının həyətindən səs gəlirdi. Manafla arvadı Simurqgilə gəlmişdilər. Cəlil müəllim Manafa 



da, onun qızına və arvadına da, Simurqa da, hamıdan çox isə özünə də nifrət elədiyini duyurdu. 

 


 

417


Cəlil müəllim onların nədən danışdıqlarını bilmirdi, ancaq onu bu adamların səsləri, ata 

yurdunun həyətində vurnuxan bu adamların görkəmləri dəli eləyirdi. 

 

Bütün varlığı nifrət və hiddətindən titrəyirdi. Cəlil müəllim hirsli-hirsli torpağı belləyir, tər axıb 



gözlərini tuturdu, ona elə gəlirdi ki, hiddətdən və günəşdən beyni əriyib axır. Bu hissdən yaxasını 

necə qurtaracağını bilmirdi, yenə gecə qardaşının həyətindən gələn səs-küy yadına düşdü və 

boğazının qovuşduğunu hiss elədi. 

 

Əgər bu vaxt birisi onu danışığa tutsaydı, bircə kəlmə də cavab ala bilməzdi, ona görə ki, Cəlil 



müəllimin kilidlənmiş çənəsini aralamağa iqtidarı yox idi. O, beli kənara tulladı, bağda elə-belə 

vargəl eləməyə başladı, bir yerdə dayana, dura bilmirdi. O, heç bir şey görmür və qazanların 

səsindən başqa heç bir səs eşitmirdi, birdən ona elə gəldi ki, bu uğultu onun başındadır, başını 

tamam doldurub, zərblə kəllə sümüyünü hər tərəfə itələyərək, demək olar ki, aşkarca bayıra axır. 

 

O, qışqırmaq istəyirdi, fəryad qəlbinin dərinliklərindən qopur, ancaq qovuşmuş boğazında ilişib 



qalırdı. Cəlil müəllim pətəklərdən birinə ilişib dayandı və elə bu an ona elə gəldi ki, bir dalğa 

zərblə sifətinə çırpıldı. 

 

Bunun ardınca alov onun üzünün, boynunun, çiyinlərinin və sinəsinin dərisini qarsıdı, dilində və 



damağında mis təmi qaldı. 

 

O, bədəninə sıvaşmış vızıldaşan, canlı arıları ikiəlli sivirib yerə tökürdü; bütün pətəyi onun 



canına aram-aram yayılan sərt nifrət və hiddət dalğaları, etibarlı, kortəbii özünümüdafiə duyğusu 

daraşdırmışdı. 

 

Bu vaxt o, ömründə birinci dəfə qışqırdı. Bu çox dəhşətli qışqırtı idi, həyətdən çox-çox uzaqlarda 



eşidildi. 

 

O öz həyətinin ortasında dayanıb qışqırır, qardaşı haqqında hər nə fikirləşirdisə deyirdi. Qardaşı 



haqqında, qardaşının ailəsi haqqında. 

 

O, Simurq əsgərlikdən qayıtdığı gündən bəri bu uzun, bitməztükənməz və əzablı günlərdə 



ürəyinə nə yığılmışdısa hamısını qışqıra-qışqıra dedi. 

 

Cəlil müəllim qışqırır, öz arvadı, uşaqları, qardaşının həyətindəki adamlar dinməz-söyləməz, 



təəccüblə ona baxırdılar. Onların gözlərində, qəlblərində kədər və qorxu vardı... 

 

Cəlil müəllim qışqıra-qışqıra hər şeyi, hər şeyi dedi, ürəyini tamam boşaltdı. Sonra o özünü pis 



hiss elədi. Evə keçdi, əl-üzünü soyuq su ilə yudu, çarpayının üstündə uzandı. Barmaqlarının 

ucunu üzünə vurdu, sifəti yavaş-yavaş şişirdi, sonra o hiss elədi ki, havası çatışmır. Cəlil 

müəllim yaxınlaşıb, pəncərəni açdı. Çarpayıya tərəf qayıdanda ötəri güzgüyə baxdı, üzünün irili-

xırdalı qırmızı ləkələrlə örtülü olduğunu gördü. Yenidən uzandı, arvadından xahiş elədi ki, alnına 

qoymaq üçün yaş dəsmal gətirsin, sonra səsi titrəyə-titrəyə, ancaq qətiyyətlə buyurdu ki, onu 

narahat eləməsin, həkim-zad da çağırmasın. Sonra gözlərində hər şey bir-birinə qarışdı və o, 

gözlərini qıydı. Bir azacıq keçmiş o, Simurqu onun üstünə əyilmiş gördü. Cəlil müəllim güc-bəla 

ilə çarpayıdan qalxdı. Simurqa qapını göstərdi. 

 

– Rədd ol, – xırıldaya-xırıldaya dedi. – Bu dəqiqə rədd ol! Mən sənə bu tərəfə keçməyi qadağan 



eləmişəm! 

 

– Bəsdir! Eşidirsənmi, bəsdir! – Simurq ümidsiz-ümidsiz qışqırdı: 



 

 

418


– axı sən ölürsən! 

 

Cəlil müəllim zəndlə qardaşının üzünə baxdı və onun ağladığını gördü. Sonra fikrə getdi və özü 



də gözləmədən onun əvəzinə bir başqası danışırmış kimi dedi: 

 

– Bəli. Ölürəm. – O, yenə nə isə demək istəyirdi, ancaq birdən Simurqun gicgahlarına dən 



düşdüyünü gördü, bu onu çox təəccübləndirdi və qanını qaraltdı. 

 

Cəlil müəllim öz-özünə fikirləşdi ki, Simurqun saçı görəsən nədən ağara bilər? Başı fikir-xəyala 



qarışdığından qardaşının həkim dalınca qaçdığını görmədi. Cəlil müəllim, onların evindən ikicə 

saat əvvəl çıxmış həmin həkimin əlləri əsə-əsə, arı zəhəri olmadığına görə ona kofein vurduğunu, 

Simurqun ağlaya-ağlaya onun zərdabı ağzına heç olmasa bircə qurtum qəhvə tökməyə çalışdığını 

hiss eləmirdi. O, bunların heç birini hiss eləmirdi, ona görə ki, qardaşına onu çox istədiyini 

deyirdi, xahiş eləyirdi ki, yaxın gəlsin, onu qucaqlamaq istəyir. 

 

Var gücü ilə onun ürək nahiyəsini ovxalayan həkim pıçıldadı: 



 

– Deyəsən, o nə isə demək istəyir. 

 

Cəlil müəllimin dodaqları bir neçə dəfə çox çətinliklə tərpəndi, qohum-əqrəbasının arasında bu 



cür uzanmaq ona çox xoş gəlirdi, özünü arxayın, sakit hiss eləyirdi. Cəlil müəllim hələ də 

danışırdı. 

 

Deyirdi ki, boş-boş şeylərin üstündə nə vaxtdan bəri bir-birlərini görmədiklərinə təəssüf eləyir, 



ancaq eyibi yoxdur, bunların hamısı düzələn işdir, təki hamılıqla sağ-salamat olsunlar, bir də 

qohuməqrəba, yaxın adamlar kimi bir-birlərini istəsinlər. O, təəccüblə Simurqdan soruşurdu: 

nəyə görə onlar bu qədər vaxtı bir-birlərinə belə insafsızcasına əziyyət verirdilər? 

 

Cəlil müəllim beynində fövqəladə aydınlıq hiss eləyirdi və bütün duyğuları son dərəcə 



həssaslaşmışdı, ancaq qardaşının ona nə cavab verdiyini eşidə bilmədi, ona görə ki, qazanların 

anbaan güclənən göy gurultusu kimi uğultusu bütün qalan səslərin hamısını batırırdı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

419


PYESLƏR 

 

MÜDRİK SFİNKS GÜLÜMSƏYİR 



Personajların real şəxslərlə hər hansı 

 

oxşarlığı tamamilə təsadüfidir. 



 

  

 



  

 

İştirak edirlər: 



 

  

 



Şahlar Mehmandarov – varlı neft sahibkarı, dul 

 

Seymur Mehmandarov – onun oğlu 



 

Ayişə Yüzbaşova – Seymurun arvadı 

 

İohan Şvedenkley – tarixçi, qədim Misir üzrə mütəxəssis 



 

Peter Omre – Seymurun universitet yoldaşı 

 

Pavel Aleksandroviç Martınov – qubernator 



 

Nina Vladimirovna – qubernatorun arvadı 

 

Aloizi Çempanski – yoxsullaşmış polyak qrafı  



 

Eldar Qasımbəyov – jandarm rotmistri 

 

Raf Lənkəranski – jurnalist 



 

Marion Dübarri – «Belaya noç» varyetesinin ulduzu 

 

Aslan Avtarxanov – müstəntiq 



 

Vasili Fioletov – inqilabçı 

 

Qulam – nökər 



 

Prokuror 

 

Hakim 


 

Müstəntiq 

 

Qulluqçu  



 

Dalandar 



 

420


 

Mühafizəçilər 

 

  

 



Bakı. Əsilzadələr cəmiyyətinin salonunda təntənəli qəbul. Ön planda neft sənayeçilərinin şüarı 

gözə dəyir: «Biz bütün dünyanı nura qərq edəcək, Avropanı başdan-başa sürtkü yağları ilə 

yağlayacağıq!». Əsl bayramdır. Ziyafət libasları, fraklar, qızıl işləməli mundirlər, gül-çiçəklər… 

Brilyantlar bərq vurur, ordenlər şəfəq saçır. Orkestr çalır, şampan şüşələrinin tıxacları partıltı ilə 

atılır, diribaş lakeylər o yan-bu yana qaçırlar. 

 

  



 

Yavər (ucadan). Zati-aliləri general-qubernator knyaz Pavel Aleksandroviç Martınov xanımı ilə. 

 

  

 



Səs-küy səngiyir. Martınovla xanımı diqqət mərkəzin-dədirlər. Qubernatoru dövrəyə almış 

adamlar arasından Şahlar Mehmandarov irəli çıxır.  

 

  

 



Şahlar Mehmandarov. Zati-aliləri, icazənizlə, oğlum Seymuru Sizə təqdim etmək istəyirəm. 

Peterburqda universiteti bitirib. Bakıya dünən qayıdıb. Bu isə onun tələbə yoldaşı Peter Omredir. 

O da neftçi-geoloqdur. 

 

Martınov. Oxşayır… Eynən özünüzə oxşayır! Səhv etmirəmsə, bəy, bu sizin yeganə oğlunuzdur. 



(Seymura) Atanızla birlikdə sizi öz evimdə görməyə şad olaram. (Peterə müraciətlə) Siz necə, 

bizim tərəflərə uzun müddətəmi gəlmisiniz? 

 

Peter. Deyəsən, uzun müddətə. Cənab Mehmandarov mənə peşəm üzrə iş təklif edib.  



 

Şahlar Mehmandarov. Cənab Omre hazırda Balaxanıda neft verən iki mədənimizin idarə 

edilməsi, bir də Sabunçudakı neftli sahələrin kəşfiyyatı ilə məşğul olacaq. 

 

Nina Vladimirovna. Sizin hər ikiniz mütləq bizim «Qədim Misir cəmiyyəti»nə üzv olmalısınız. 



Bu, son dərəcə maraqlıdır. Cənab Şvedenkley elə heyrətamiz şeylər danışır ki…Bunlar insanı 

bəzən dəhşətə gətirsə də, hər halda çox maraqlıdır. 

 

Martınov (mızıldanır). Hə, hə. Elədir… Adamın yuxusunu qaçırır. 



 

Nina Vladimirovna. Aydın məsələdir: elm insan beyninə oyadıcı təsir göstərir. Cənab İohan 

Şvedenkley alman alimidir. Bütün həyatnı qədim Misirə həsr edib, düz üç il orada yaşayıb. İndi 

də həmişəlik oraya qayıtmaq istəyir. 

 

Martınov. Əzizim, sən hər şeyi qarışdırdın. O, qədim Misirdə yaşamayıb, indikində yaşayıb… 



 

Nina Vladimirovna. Hər halda dünyanın o başıdır.  

 

  

 



 

421


Üç nəfər – əynində epoletli, qızıl saplarla işlənmiş mundiri olan jandarm rotmistri Eldar 

Qasımbəyov, şəhər qəzeti «Kaspi»nin redaktoru Raf Lənkəranski və polyak qrafı Aloizi 

Çempanski görüşmək üçün qubernatora və onun xanımına yaxınlaşırlar.  

 

  



 

Martınov. Sizi görməyimə çox şadam! Siz tanışsınız. Cənab rotmistr Qasımbəyov, bunlar isə 

cənab Mehmandarov və cənab Omredir.  

 

Qasımbəyov. Cənab Seymur Mehmandarovla biz lap çoxdanın tanışıyıq. Ümidvaram ki, cənab 



Omre ilə də yaxından tanış ola biləcəyəm. 

 

Peter (Seymura). Bu yaraşıqlı rotmistr çox təhlükəli adam təsiri bağışlayır. 



 

Seymur. Elədir ki, var. Qatı mizantropdur. Özü də ya-man paxıldır. Lap uşaqlıqdan tanıyıram 

onu. Ancaq bizə dişi batmaz, o özü də bunu yaxşı bilir. 

 

Martınov. Cənablar, bu, qraf Aloizi Şampyanskidir. Xahiş edirəm, hörmətini saxlayasınız. 



 

Çempanski (nəzakətlə onun sözünə düzəliş verir). Üzr istəyirəm, Çempanski. Qraf Çempanski. 

 

Martınov. Əfv ediniz, dünəndən bəri beynimə düşüb, elə hey Şampanski, Şampanski deyirəm. 



Yəqin bu da ondan irəli gəlir ki, Bakıda «şampan» şərabının adının çox tez-tez işlənməsinə adət 

etmişik. Cənab Mehmandarov, qrafa söz vermişdim ki, onu sizə təqdim edəcəym. Qrafın bir sıra 

yeni fikirləri var və o sizin bunlarla maraqlanacağınıza ümid edir. 

 

Seymur (Peterə). Əcəb təzə xəbərlər varmış! Mən isə hamıdan axırda eşidirəm bu xəbərləri. Axı 



biz qərara almışdıq ki, bir aydan sonra Peterburqa qayıdaq, indi isə eşidirəm ki, sən Bakıda qalıb 

işləməyə, vəzifə tutmağa razılıq vermisən. Bunu necə başa düşək, cənab Peter Omre? 

 

Peter. Nahardan sonra, sən hələ yatırdın, atan məni yanına dəvət etdi, əyləşdik faytona; Balaxanı, 



Sabunçu və Bibi-Heybətdəki bütün mədənləri gəzdik. Kişi mənə üç min məvacib, üstəlik, 

müvəqqəti yaşamağım üçün dəniz kənarındakı ikimərtəbəli mülkünü təklif etdi. Bədxərclik 

eləməsən, bu qədər pula bir il rahat dolanmaq olar. 

 

Seymur. Doğru deyirlər ki, adamlar qızıldan-puldan ötrü canlarından da keçərlər. Özü də necə 



adamlar! Bəs bizim planlarımız? O saat da razılaşdın, hə? 

 

Peter. Bəli, əlbəttə, biləndə ki, həmin üç mini mənə bir ildə yox, hər ay verəcəklər, razılaşdım. 



Evə qayıdan kimi də paltarımızı dəyişib bura gəldik. Səni də indi burada görürəm. Artıq sən hər 

şeyi bilirsən. Ancaq məni qınamağa tələsmə. Belə təkliflər insana ömrü boyu bircə dəfə qismət 

olur. 

 

Seymur (təəccüblə). Mənim atam, öz işi üçün faydalı olmasa, bircə qəpik də xərləməz. Sənin 



kimi cavan, təcrübəsiz mühəndisə bu qədər donluq təyin etməsi həqiqətən təəccüblü bir şeydir. 

Səhv etmirəmsə, hətta bizim işlər müdiri bundan az məvacib alır. 

 

Peter. Kaş ki atan fikrini dəyişməsin. 



 

Seymur. Bax, buna şübhə etməyə bilərsən. Ancaq sənin Bakıda qalmaq qərarın bizim bütün 

planlarımızı alt-üst etdi. Axı sən nə ağılla bu işə qol qoydun?.. Bəs yoldaşlar bizim barəmizdə nə 


 

422


düşünərlər? Biz onlara qayıdacağımızı vəd etmişdik. Hələ xanım Marionu demirəm. O nə 

fikirləşər? Elə biləcək ki, aldatmışam onu.  

 

Peter. Yaxşı, bir halda ki, təkid edirsən, mən bu vəzifədən imtina edərəm. Məni Bakıya sən 



qonaq çağırmısan, işi də mənə sənin atan təklif edib! Əgər sən Peterburqa qayıtmağı qərara 

alsan, mən burada qalan deyiləm. Son qərar sənindir. Ancaq mənə elə gəlir ki, Piterə görə belə 

bir cənnət məkanı tərk edib getmək bağışlanmaz səfehlik olar. Piterdə artıq bütün yerlər tutulub, 

özü də həmişəlik, bizə heç nə qalmayıb, indi bizim oralarda fərli bir məşğuliyyət tapmağımız 

müşkül məsələdir. Burada isə işləyən, zirək adam üçün geniş meydan var. 

 

Seymur. Bəs yoldaşlar, bəs təşiklat? Bəs bizim ümumi işimiz necə olsun? 



 

Peter. Bakıda yaşamaqla biz ümumi işimizə daha çox xeyir verə bilərik. Əminəm ki, Piterdəki 

dostlarımız bunu bə-yənərlər.  

 

Şahlar bəy. Yaxşı, mötərəm cənab Çempanski, Sizin işinizdə mənim iştirakım nədən ibarət ola 



bilər? 

 

Çempanski. Məgər qubernator mənim planlarım bapədə Sizə heç nə deməyib?  



 

 Şahlar bəy. Nə dedisə, Sizin yanınızda dedi. Tapşırdı ki, imkan daxilində işinizə kömək 

göstərək. Mən də böyük məmnuniyyətlə bunu etmək istərdim. Fəqət işinizin mahiyyəti barədə 

bir kəlmə də söyləmədi. 

 

Çempanski. Cənab Martınovla qabaqcadan məktub mübadiləsi etdikdən sonra mən neft sənayesi 



ilə məşğul olmaqçün Bakıya gəlmişəm. Cənab Martınovla epistolyar əlaqənin yaranması şərəfinə 

isə mən əlahəzrət qraf Leşşinskinin vasitəçiliyi sayəsində nail olmuşam. Siz cənab Leşşinski ilə 

tanışsınızmı?.. Təəssüf, mən isə əmin idim ki, bu ad Sizə yaxşı tanışdır. 

 

Şahlar bəy.  Leşşinski Bakıda məşhur familiyadır. Keçən ilədək Bakı birjasının başçısı idi. Sonra 



məlum oldu ki, dələduzun və fırıldaqçının biri imiş. Bu sayaq əməllərinə görə üç il katorqa 

cəzasına məhkum edildi, getdi. 

 

Çempanski. Soyadlarının eyniliyi heç nə demir. Qraf Leşşinski dövlət adamıdır. Belə bir 



şəxsiyyətin nüfuzuna heç bir fırıldaqçı kölgə sala bilməz! 

 

Şahlar bəy. Xülasə, mənə dair qulluğunuz? 



 

Çempanski. Mən Bakıda elə bir torpaq sahəsi almaq istəyirəm ki, oradan neft çıxara bilim. Və 

bütün Avropa bunda dərin bir rəmzi məna görəcək. 

 

Şahlar bəy. Hm… Dərin mənalar heç də dərhal gözə çarpmır… Lütfən izah edin görüm, bu məna 



nədən ibarətdir? 

 

Çempanski. Şübhəsiz, Sizə bəllidir ki, ağ neft lampasını ixtira etmiş şəxs milliyyətcə polyakdır. 



Bu gün Avropada bütün evlər və küçələr Bakı ağ nefti ilə işləyən polyak fənərləri ilə 

işıqlandırılır. İlk dəfə olaraq polyak əsilzadəsinin özünün neft çıxarmasında dərin məna var və 

bunu hamı görməlidir. 

 

Şahlar bəy. Sizin fikirləriniz məni heyran edir. Çünki neçə müddətdir biz hamımız xoşagəlməz 



iyi olan bu qapqara mayeni torpağın dərin qatlarından heç bir məna-filan axtarmadan yalnız pul 

xatirinə çıxarırıq. 



 

423


 

Çempanski. Mən neftli torpaq almaq istəyirəm. 

 

Şahlar bəy.  Bundan asan nə var ki. Şəhər bələdiyyə-sinin binasında, ikinci mərtəbədə yerləşən 



torpaqayırma idarəsinə müraciət edin. Satılası torpaq sahələrinin planını dərhal sizə verərlər. Nə 

qədər istəyirsiniz alın, sağlığınıza qismət! 

 

Çempanski. Bilirsinizmi, bəzi incə məqamlar vardır və mən də Sizinlə məhz bunlar barədə 



təkbətək danışmaq istərdim. 

 

Şahlar bəy. Yaxşı. Lütfən, sabah günorta bizə buyurun. 



 

Martınov. Dünən ilk dəfə olaraq neftçilərin qurultayında səsləndirilən bu deviz necədir, 

xoşunuza gəlirmi? (pafosla) «Biz bütün dünyanı nura qərq edəcəyik və Avropanı başdan-başa 

sürtkü yağları ilə yağlayacağıq!» Qüvvətli deyimdir. Hə?! 

 

Seymur. Gözəl sözlərdir. Ancaq üzr istəyirəm, zati-aliləri, bu deviz bir qədər köhnəlib.  



 

Nina Vladimirovna. Necə yəni köhnəlib, bir halda ki, onu hələ dünən axşam elan ediblər, bir 

gündə necə köhnələ bilər? 

 

Martınov. Görünür, cənab Mehmandarovun bəzi mülahizələri var ki, onları hələ bizə açıqlamağa 



macal tapma-yıbdır.  

 

Seymur. Bizim universitetin professoru admiral Besso-nov ötən həftə Böyük Britaniyadan 



qayıdıb. O, məzunlar qarşısındakı çıxışında bildirdi ki, İngiltərənin gənc hərbi naziri ser Uinston 

Çörçill krallığın hərbi donanmasının bütün gəmilərində daş kömürdən istifadəni qadağan edib və 

yanacaq kimi mazut işlətmək barədə əmr verib. Bu məqsədlə İngiltərədə, həmçinin onun bütün 

müstəmləkələrində gəmilərin yanacaq yerlərini mazutla işləməyə uyğunlaşdırmağa başlayıblar. 

Admiral belə hesab edir ki, İngiltərənin ardınca, həmişə olduğu kimi, digər dəniz dövlətləri də bu 

addımı atacaq. 

 

Peter. Admiral Bessonov əmindir ki, ən yaxın zamanda Rusiya donanması da maye yanacaqdan 



istifadəyə keçəcək. Ola bilsin ki, bunun dalınca elə dəmir yolu da. Belə olan halda isə Rusiyada 

və Avropada Bakı neftinə tələbat birə min artacaq. Bu neftdən, əsasən, işıqlandırma məqsədi ilə, 

mexanizmləri yağlamaq və elektrik enerjisi hasil etmək üçün istifadə edirlər. Lap cüzi bir 

hissəsini isə aeroplanlar və avtomobillər işlədir. Gələcəkdə gəmi və lokomotiv mühərriklərinin 

tələb edəcəyi neft dəyrası ilə müqayisədə bu, bir damladır. 

 

Nina Vladimirovna. Bu Bakıda xəbərlər bizə elə gec gəlib çatır ki! Qəzetlərin isə işi-peşəsi elə 



hey əxlaqi dəyərlərin korlanmasından və cıdır yarışlarından yazmaqdır… siz başqa adamlara da 

bu barədə bir söz deməmisiniz ki?!... 

 

Peter. Xeyr.  



 

Nina Vladimirovna. Bu, çox yaxşı oldu. Çünki belə xəbərlər birjada qiymətlərin qalxıb-enməsinə 

dərhal təsir göstərir. Sizin kimi cavanlar bundan istifadə etməlidirlər. 

 

Peter. Axı necə?  



 

Şahlar bəy. Elə cavanlar da, biz də günü sabah, birja işə başlayan kimi mütləq Nobel qardaşları 

şirkətinin səhmlərindən bir qədər alarıq. Olduqca etibarlı səhmlərdir.  


 

424


 

Martınov (hamıya eşitdirərək ucadan). Mən birja oyunlarına qatılmıram! 

 

Nina Vladimirovna. Heç lazım da deyil. Sizin dövlət işləriniz onsuz da başınızdan aşır. Bununla 



mən özüm məşğul olaram.  

 

Martınov. Cənablar, siz çox sevindirici xəbərlər gətir-misiniz. Ən başlıcası isə odur ki, bunlar 



Bakının gələcək tərəqqisinə kömək edəcək. Neft «bum»unun yüksəlişi davam edəcək və şükr 

allaha ki, bunu dayandırmaq mümkün olma-yacaq! 

 

Nina Vladimirovna (yavəri yanına çağırır). Hamını süfrəyə dəvət edin! 



 

  

 



Pəncərə arxasında top atəşləri eşidilir. Fişənglər rəngbərəng ulduzcuqlar kimi səmaya səpələnir.  

 

  



 

Çempanski. Gözəl atəşfəşanlıqdır! 

 

Nina Vladimirovna. Atəşfəşanlıq? Bu ki, yalnız uzaq-dan gözəl görünür, əslində isə baş 



ağrısından başqa bir şey deyil. Milad bayramında təzə dəniz hamamına od düşdü ondan, üstəlik, 

qorodovoyun da saçları ütüldü. Özü də ki, atəş onun başını elə qarsalamışdı ki, yazığın başında 

saç əvəzinə hələ də dələ xəzi kimi əcaib tüklər bitir. Camaatı qorxuzmasın deyə, əmr etmişik ki, 

adam arasında papağını çıxarmasın. 

 

Seymur (Peterə). Bir halda ki, biz burada ləngiyəsi olduq, onda elə günü bu gün Mariona 



teleqram göndərəcəyəm. Qoy o da gəlsin bura.  

 

Peter. Qəribə adamsan, o, necə gələ bilər? Varyete ilə kontraktı var. 



 

Seymur. Lap elə bütün varyete ilə birlikdə gəlsin. Özüm hər şeyi yoluna qoyaram. Bulvardakı 

yay konsert zalında oxuyub-rəqs edərlər. Hamının ürəyindən olar, inan mənə. Cəmi bircə gündür 

buradayıq, ancaq mən dözə bilmirəm, onsuz yaman darıxıram. Bəs sonra necə tab gətirəcəm?.. 

 

Peter. Alışacaqsan. Zaman ən yaxşı təbibdir. 



 

Seymur. İnsan yalnız yaxşı şeylərə alışmalıdır. Belə olsa, heç təbibə-filana da ehtiyac qalmaz.  

 

Şahlar bəy (Nina Vladimirovnaya). Yüzbaşovla qızı indicə təşrif buyurdular. Baxın, Sizə sarı 



gəlirlər. Rica edirəm, oğlum Seymuru onun qızına təqdim edin. 

 

Nina Vladimirovna. Əla zövqünüz var. Gözəl qızdır. Tərbiyəli, təhsilli, zəngin də ailədəndir. 



Ancaq vasvası və ərköyün böyüyüb. Heç kəsi bəyənmir. Bütün elçiləri qapıdan qaytarır. İki ay 

bundan əvvəl əməlli-başlı qalmaqal qopmuşdu. Rotmistr Qasımbəyov ona elçi göndərmişdi. 

Atası razılıq versə də, qız iki ayağını bir başmağa dirəyib «yox» dedi. Jandarm xidmətində 

olması xoşuna gəlmir. Şəxsi işidir, ancaq mən də buna sevindim. Sözün doğrusu, mənim də 

ondan heç xoşum gəlmir. Olduqca pis baxışları var. Elə bil hipnozçudur. Yəqin siz fikir 

verməmisiniz.  

 

Şahlar bəy. Jandarm elə olar da. Bildiyimə görə, vəzfəsinin öhdəsindən yaxşı gəlir. 



 

 

425


Nina Vladimirovna (həvəssiz halda razılaşır). Söz yox, çalışqandır. 

Şahlar bəy. Gəlirlər. Seymur, yaxın gəl. 

 

Nina Vladimirovna (cavanları bir-biri ilə tanış edir). Seymur Mehmandarov, Peter Omre. Sankt-



Peterburqda universiteti bitirdikdən sonra buraya gəliblər. Ayişə Yüzbaşova. Nəcib xanımlar 

litseyini əla qiymətlə bitirib. Ümidvaram ki, dostlaşacaqsınız. 

 

  

 



Cavanlar bir-birlərinə təzim edirlər. 

 

  


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin