Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə54/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   50   51   52   53   54   55   56   57   ...   72


yanında bir adam əyləşdi, işıq zəif olsa da, Cəlil müəllim Bakıdakı qonşusunu, prokuror Həsəno- 

45 vu tanıdı. Onlar səmimi görüşdülər. Doğrudan da yad şəhərdə adam həmyerlisinə, üstəlik də 

ziyalı, hörmətli adama rast gələndə çox şad olur. Prokurorun kefi çox yaxşı idi, ondan şərab və 

kabab iyi gəlirdi. Həsənov dedi ki, kinoteatrda olan arvadının və oğlunun qabağına gəlib. 

 

– Arvad üçüncü dəfədir ki, bu filmə baxır – “Yaqut bilərzik” filminə. Hər dəfə də baxanda 



ağlayır. Mən də vaxtımı boş keçirməmişəm, bir yoldaşımla bura, kababxanaya getmişdim. İndi 

də uşaqları evə ötürmək istəyirəm. Görəsən kino tez qurtaracaq? Kimdən öyrənmək olar? 

 

– Cəlil müəllim dedi ki, yəqin tez qurtarar, sonra da Həsənovdan soruşdu ki, çoxdanmı 



Kislovodskdadır? Buralar necədir, xoşuna gəlirmi? 

 

Prokuror dedi: 



 

– Cənnətdir, əsl cənnət. Bir həftədən sonra Bakıya, cəhənnəm kimi istiyə qayıtmalı olacağım 

yadıma düşəndə məni tər basır. Axı mən hər il bura gəlirəm, istirahət üçün ən münasib yerdir, 

həm havası gözəldir, həm vaxt keçirməyə yer var, mən hələ ərzağını demirəm, hamısı təzə... 

 

Cəlil müəllimə elə gəldi ki, Həsənovun nə dediyini yaxşı başa düşmədi. 



 

– Bura sizin xoşunuza gəlir? 

 

– Bəs necə! – prokurorun gözü kəlləsinə çıxdı. – Yoxsa məzuniyyətimi götürüb bura 



gələrdimmi? Mən bütün ili işim də elə işdir ki, başım, beynim tamam şişir, bütün ili gözləyirəm 

ki, məzuniyyət vaxtım tez gəlsin, qaçım Kislovodska. Necə bəyəm, bura sizin xoşunuza gəlmir? 

– prokuror soruşdu, Cəlil müəllimin sualı onu əndişəyə salmışdı. 

 

– Niyə ki, – Cəlil müəllim ikibaşlı cavab verdi, o, ürəyini tamam açmamağı qət elədi. – 



Kislovodskın öz üstünlükləri var, Bakının da öz üstünlükləri. 

 

– Bağışlayın məni, əşi, nə üstünlükbazlıqdır, – prokuror hövsələsiz- hövsələsiz onun sözünü 



yarımçıq kəsdi. – Bakı, bu barədə heç danışıq ola bilməz, gözəl şəhərdir. Orada yaşamaq da, 

işləmək də yaxşıdır, ancaq ildə bir dəfə kənara çıxmaq mütləq lazımdır, getmək üçün də 

Kislovodsk ən münasib yerdir. Hə, odur, deyəsən, bizimkilər gəlirlər, – prokuror kinoteatrdan 


 

391


çıxan adamların arasın- 46 da arvadını və oğlunu gördü. – Salamat qalın! Kislovodsk barədə isə 

bir ayrı vaxt söhbət eləyərik, ümidvaram ki, fikrinizi dəyişdirə biləcəyəm. 

 

– Onlar xudahafizləşdilər, prokuror arvadının qoluna girib, yan xiyabanlardan birində gözdən 



itdi, Cəlil müəllim onun arxasınca baxıb, acı-acı gülümsündü. 

 

Bu axşam Cəlil müəllim parkda həmişəkindən çox ləngidi. O, prokurorla aralarında olan söhbəti 



ən xırda təfərrüatına qədər yadına salır, amma heç cür özünü ələ ala bilmirdi. “Gör necə 

riyakarlıq eləyir, – Cəlil müəllim dilxor-dilxor fikirləşdi, – nədən ötrü, kimin qabağında 

riyakarlıq eləyir? Kislovodsk onun xoşuna gəlir! Sözə bir bax, kurortsuz keçinə bilmir. Bakını 

bəyənmir. Eh!” Cəlil müəllim dilxor-dilxor tüpürdü və evə yollandı. Yolda qəti qənaətə gəldi ki, 

prokuror riyakarlıq eləyir, çünki hamı onu ağıllı adam kimi tanıyırdı, ağlı başında, işini bilən... 

 

Cəlil müəllim söhbətdə yalançılıq, riyakarlıq dərəcəsinə alçalmadığına, fikrini heç bir şeylə 



büruzə vermədiyinə görə bir də sevindi, ürəyində özü-özünü təriflədi. Üstəlik də o, belə qərara 

gəldi ki, Kislovodskda olacağı günlərdə və gələcəkdə də Bakıda, prokurordan gen gəzməlidir, 

çünki ikiüzlü adamdı, tanış-bilişin gözündə qalxmaq üçün abırlı adamlara yaraşmayan 

əməllərdən istifadə eləyir. 

 

Cəlil müəllimin öz evinə qayıdanda keçirdiyi həyəcanı və ürək çırpıntılarını heç bir sözlə təsvir 



etmək mümkün deyil. Qocalandan sonra adət-ənənələrə ciddi riayət eləyən Məryəm xanım, onlar 

kənardan içəri keçən kimi: “Həmişə evimizdə-eşiyimizdə, ailəmizlə bir yerdə”, – deyəndə Cəlil 

müəllim ata-babalarımızın bu qədim kəlamının müdrikliyini, ondakı sevinci ömründə birinci 

dəfə hiss elədi. 

 

O, bağda hər ağacı yoxladı, heç nə onun nəzərindən yayınmadı. 



 

Cəlil müəllim evinin kənarından içəri keçəndə, ona hansı hisslərin hakim kəsildiyini deyə 

bilməzdi. Bəlkə də bu hisslər, uzun qışdan sonra uzaq qürbət ölkədən doğma yuvasına qayıtmış 

köçəri quşun keçirdiyi hisslərə bənzəyirdi, orada günəş istisi də bol idi, aydınlıq gecələr də 

şaxtasız keçirdi, dən məsələsi də pis deyildi – hər daşın altında soxulcan, qurd, hər yarpağın 

dalında böcək vardı, amma heç bir şey ürəyinə yatmırdı, doğma deyildi, nə yuva tikmək 

istəyirdi, nə də ailə qurmaq. Ona görə də qan qaynayanda, doğma torpaq köçə haylayanda 

qürbəti qətiyyən heyifsilənmədən tərk eləyirdi. Yalnız vətəndə onun qırışığı açılır və həmişə 

məlahətli olmasa da, həmişə hədsiz bəxtiyarlıqdan şövqlə, ürəkdən oxuyurdu. 

 

Cəlil müəllim götür-qoy eləməyi xoşlamırdı, lakin əgər bu an yanında bir söz qanan adam 



olsaydı, çox ola bilsin, ona deyərdi ki, yenidən evinə qayıtdığı üçün o xoşbəxtdir; o, başa düşmüş 

və bu gün qəti hiss eləmişdi ki, bu evdən, bu küçədən başqa heç bir yerdə xoşbəxt ola bilməz və 

başqa sayaq yaşaya bilməz. Ancaq söz qanan, belə bir ilhamlı, ülvi dəqiqədə açıq söhbətə layiq, 

özünə tay o adamı haradan tapasan?! 

 

O, tək-tənha həyatda addımlayırdı, elə-belə, heç bir məqsədsizfilansız, yuxuda durub gəzən adam 



kimi gəzir və heç cür başa düşə bilmirdi ki, bütün bu gördüklərindən və hətta əlini 

vurduqlarından əlavə daha hansı şey onun bütün varlığına sakitlik və inam aşılayırdı. 

 

Uzun müddət başa düşə bilmədi, yalnız onu evə, qonaqların yanına səsləyəndə birdən başının 



üstündəki hamam qazanlarının uğultusunu, ahəngdar, sakit uğultunu eşitdi. Cəlil müəllim öz-

özünə güldü və gülümsünə-gülümsünə evə gələn qonaqlarla görüşməyə getdi. 

 

Qonaqlar səfərdən qayıtması münasibətilə ona “xoş gəlmisən” deməyə gəlmişdilər. Söhbət 



gecədən xeyli keçənə qədər uzandı. 

 

392


 

Kislovodsk haqqında Cəlil müəllim ehtiyatla danışırdı, nə tərifləyir, nə də pisləyirdi, öz fikrini 

söyləməkdən çəkinirdi, bu qərəzsiz söhbətdə o, bol-bol faktlardan istifadə eləyirdi. Bircə yerdə 

özünü saxlaya bilmədən, qərəzli səslə dedi ki, “Narzan” orada yerində, adamın ürəyini 

bulandıran isti bir sudur, o, Kislovodskda qəsdən bir neçə dəfə, günün müxtəlif vaxtlarında, 

pavilyonlarda bu suyun dadına baxmağa getmişdi, bir qurtum içən kimi adamın ağzında pis tam 

verir, əhvalı pozulur. 

 

Kislovodskdan sonra, söhbət Cəlil müəllim burada olmayan müddətdə olub-keçmiş 



əhvalatlardan düşdü. Çox əhvalatlar olmuşdu, odur ki, söhbət uzun çəkdi, ancaq Cəlil müəllim 

danışanlara həvəslə qulaq asırdı, darıxmırdı. Əsas yeniliyi də danışdılar – üzbəüz evdə yaşayan 

qonşuları Rəşid Nəcəfzadə mənzilini dəyişib, Sumqayıta köçmüşdü, orada bir müəssisəyə işə 

girmişdi. Dedilər ki, Cəlil müəllimin burada olmamasına Rəşid yaman heyifsilənirdi, 

məsləhətləşmək istəyirdi, ancaq sonra özü qərara gəldi, ona görə ki, oturub onu gözləyə 

bilməzdilər, özü də orada Bakıdakından qatqat yaxşı qulluq təklif eləyiblər, texnik ola-ola 

görünür, stajını nə- 48 zərə alıblar, mühəndis vəzifəsinə götürüblər, yaxşı maaşı var. Dəyişməyə 

də yaxşı mənzil düşüb, təzə evdə. Ancaq bu xeyir xəbərlərə qulaq asandan sonra qonşular susub 

pərt halda bir-birlərinin üzünə baxanda Cəlil müəllim hiss elədi ki, nə isə bəzi şeyləri ondan 

gizlədirlər, ya özlərinə ağır gəlir, ya da onun qanını qaraltmaq istəmirlər. Cəlil müəllim xahiş 

elədi ki, sözlərinə davam eləsinlər, qonşular da ona dedilər ki, Rəşidin mənzilinə köçən taksi 

şoferi Manaf, qonşulardan heç kimin xoşuna gəlmir, açığı, o bura köçən gündən, məhəllədə gün-

güzəran yoxdur. Bu adamın nə abırı var, nə də həyası. Az qala hər gün içib keflənir, sonra da ya 

tində dayanıb gəlib-gedənə sataşır, adamın zəhləsini tökən şeylər danışır, ya da evə gedir, arvadı 

ilə dava-dalaş salır, özü də elə iyrənc, abırsız söyüşlər söyür ki, onu heç yaramaz xuliqan da 

bilməz. Özü də axşamlar, hətta gecələr, yayda, qapı-pəncərənin açıq vaxtı, həm arvadlar eşidir, 

həm də uşaqlar. Hələ bu harasıdır, ən dəhşətlisi budur ki, arvadı ləçər də söyüş söyməkdə, 

həyasızlıqda ərindən geri qalmır – zəhlətökən cır səsi dörd məhəllə o tərəfə gedir. Görünür, o da 

əri tərbiyə alan tövlədə tərbiyə alıb. Nə öz böyük qızlarından abır-həya eləyirlər, nə də qonum-

qonşudan. 

 

Bir gün dava-dalaşın şirin vaxtı çəkməçi Davud onun qapısını döydü, bayıra çağırıb xahiş elədi 



ki, bu biabırçılığa son qoysun. Amma o, ağacı götürüb Davudun üstünə hücum çəkdi. Davud 

dartıb ağacı onun əlindən aldı, elə dəyənəyi başında sındırmaq istəyirdi ki, özlərini yetirən 

qonşular tutdular, axı bu cür də yaxşı düşməzdi, Davud hələ cavan idi, amma o biri əclaf uşaq 

deyildi, ailəsi, uşaqları vardı, deyirlər ki, böyük uşaqları Sumqayıtda işləyir. Hamı Cəlil 

müəllimin gəlməsini gözləyirdi, o, nə desə elə də olacaqdı. 

 

Cəlil müəllim bu cür ciddi işə ciddi də yanaşdı, söz verdi ki, fikirləşib bir çıxış yolu tapar, sonra 



o, qonşuları ilə xudahafizləşdi. 

 

Təzə qonşular Cəlil müəllimin də xoşuna gəlmədi. Birinci dəfə küçə söyüşlərini eşidəndən sonra 



Cəlil müəllim qəti qərara gəldi: ya təzə qonşu ən geci günü sabahdan bu görünməmiş 

rüsvayçılığa, xuliqanlığa son qoymalıdır, ya da bu küçədən köçməlidir, üçüncü yol ola bilməz! 

Bəli, təzə qonşuları onun heç xoşuna gəlmədi. Axı necə xoşa gələ bilərdilər ki, həm arvadı, həm 

də qızı bütün günü avaraavara küçədə, evin qabağında veyllənirdilər, skamyanın üstündə oturub, 

günəbaxan tumu çırtlayırdılar, ya da ucadan söhbət eləyirdilər. 

 

Bir soruşan lazımdı, bunlar necə arvaddırlar ki, abır-həya eləmir, yuyulmuş alt paltarlarını, həm 



qadın, həm də kişi paltarlarını, elə yerə sərirdilər ki, gəlib-keçənlərin hamısı görürdü? Bunlar 

haradan gəlib çıxdılar bu küçəyə? 

 


 

393


Ertəsi gün Cəlil müəllim, yanında da məhlənin iki mötəbər adamı, təzə qonşularıgilə getdi. Xahiş 

elədi ki, qadınlar, həm arvadı, həm də qızı otaqdan çıxsınlar, sonra Manafla möhkəmcə danışdı. 

 

Xoşbəxtlikdən Manaf Cəlil müəllimin necə adam olduğunu dərhal başa düşdü, o saat özünü 



yığışdırdı, sonra da hətta üzr istəməyə başladı. Cəlil müəllimin yanınca gedən adamlar sonralar 

deyirdilər ki, onlar hələ indiyə qədər heç vaxt Cəlil müəllimin bir kimsə ilə o cür sərt danışdığını 

görməmişdilər. 

 

Manaf dəyişdi. Doğrudur, içməyi, dava-dalaşı tərgitmədi, ancaq içəndə elə içirdi ki, ağlı tamam 



başından çıxmırdı, küçədə səndələyə-səndələyə getmirdi, qabağına çıxana, hamıya, hətta 

tanımadığı, küçədən keçən kənar adamlara da salam verirdi. Arvadı ilə dalaşanda isə mütləq 

pəncərələri möhkəm-möhkəm çəkir, cəftələri, pəncərə qapılarını bağlayırdı. İndi küçədə yalnız 

qarmaqarışıq səs-küy eşidilirdi. Bu cür bürküdə, istidə savaşırdı. 

 

Çox vaxt isə ertəsi gün hörmətli qonşulardan üzr istəyirdi. Cəlil müəllimə rast gələndə isə mütləq 



üzrxahlıq eləyirdi. Bir müddətdən sonra qonşular daha qadınlara da fikir vermədilər, alışdılar, 

belə qərara gəldilər ki, əgər evdə özlərinə iş tapmırlarsa, qoy veyllənsinlər. 

 

Kimin nə işinə qalıb, özgə arvadının, qızının qayğısını çəksin, məgər öz dərd-sərləri azdır! 



 

Yavaş-yavaş dindirib-danışdırmağa da başlamışdılar. Yaxınlıq, dostluq eləməyə qalanda, 

qonşulardan heç biri onlarla yaxınlıq, dostluq eləmirdi, amma anası, yaxud qızı bir diləyə 

gələndə, qapıdan da qovmurdular. 

 

Cəlil müəllimə də salam verməyə başladılar. Əvvəl-əvvəl Cəlil müəllim salamlarını soyuq alırdı, 



başını tərpədirdi, amma sonralar, davranışlarında yaxşılığa doğru bəzi dəyişikliklər hiss eləyib 

çox ehtiyatla, təmkinlə, qaydasında, ucadan, özü də birinci özü salam verməyə başladı. 

 

Dilbər, Manafın qızı, Cəlil müəllim işə gedib-gələndə onu görən kimi gülümsünürdü. Cəlil 



müəllim hər dəfə onun əynindəki paltarı görəndə təəccüb qalırdı: ərə getməli qız idi, amma 

əynində- 50 ki paltar (müqəvvaya da bundan yaxşı paltar geyindirərlər) yamaqyamaq, gündən 

yanıb solmuş, özü də o qədər gödək idi ki, əyiləndə, yaxud ətəyini yığıb darvazanın qabağındakı 

alçaq skamyanın üstündə oturanda, əsəb sistemi qaydasında olan kişi o tərəfə baxmasa yaxşı idi. 

Cəlil müəllimi görəndə o, həmişə gülümsünürdü. Təbəssümü xoş, dodaqları təravətli, dişləri 

ağappaq, xırda-xırda, mirvari kimi bir biçimdə, özü də gülümsünəndə düz adamın gözünün içinə 

baxırdı, baxışında da nə isə bir çağırış, həyasızlıq vardı; ancaq heç təəccüblənməyinə dəyməzdi, 

elə valideynlərin belə də qızı olardı. 

 

Dilbər bu paltarda üzü küləyə gedəndə – Cəlil müəllim onu möhkəm xəzri əsəndə də görmüşdü – 



paltarı əndamına elə yapışırdı ki, bütün cizgiləri, cavan qız bədənində gizlədilməli hər nə vardısa 

hamısı qabarıq, aşkar bilinirdi. Bir dəfə də qəflətən o, külək saçlarını dağıtmış halda, başını dala 

atıb, əlini gözünün üstünə tutub kölgədən günə çıxanda Cəlil müəllimə bir anlığa elə gəldi ki, 

qız, paltarının nazik parçasını yarıb keçən göz qamaşdırıcı günəş işığında lüt, həmişəki kimi 

gülümsünə-gülümsünə onun qabağına gəlir. 

 

Cəlil müəllim utanıb üzünü kənara çevirdi, qıza salam verməyi də unutdu. Qərara gəldi atasına 



desin ki, qızına göz qoysun, əyinbaşına yaxşı fikir versin, amma sonra fikrini dəyişdi: onun atası 

Manaf çox pis adamdı, elə anası da onun kimi. Yaxşı deyiblər ki, ot kökü üstə bitər. 

 

Manaf bir neçə dəfə küçədə ona rast gələndə, söhbətə girişməyə çalışmışdı, qiyamət nərd 



oynadığına işarə vurmuş, onlara qonaq gəlmək istəmişdi, ancaq Cəlil müəllim dərhal bu 

təşəbbüslərin qabağını almışdı. 



 

394


 

Bir dəfə də, Cəlil müəllim işdən qayıdıb xörək hazır olana kimi həyətdə gəzəndə, Dilbəri tut 

ağacında gördü. Qız isə onu daha qabaq görmüşdü, tez ağacdan yerə düşdü, paltarı aşağıdan ta 

göbəyinə qədər cırıldı. O, Cəlil müəllimin qabağında dayanıb, qırmızı tut şirəsinə batmış 

dodaqları ilə onun üzünə gülümsünə-gülümsünə cırıq paltarını dartışdırır, əndamını örtməyə 

çalışırdı. Cəlil müəllim onun əndişəli, utancaq təbəssümündə həm yalvarış, həm də mütilik 

gördü. 

 

Bunların hamısını Cəlil müəllim bir anlığa dönüb evə gedənə kimi görmüşdü, bir göz qırpımında 



qız əlləri əsə-əsə paltarını dizlərinin və qarnının üstünə çəkməyə macal tapana kimi görmüşdü. 

 

Cəlil müəllim onun zərif çəhrayı rəngli bədənini, demək olar ki, 51 tamam görmüşdü. Cəlil 



müəllimin onun bədənini gördüyünü qız özü də başa düşmüşdü, onun əynində bu cırıq-cırıq 

paltardan başqa heç bir şey yox idi. 

 

Nahar vaxtı Cəlil müəllim ağzını açıb bircə kəlmə də kəsmədi. 



 

O, arvadına təzə qonşuları bir də bu evə buraxmamağı necə deyəcəyini götür-qoy eləyirdi. Cəlil 

müəllim yol verə bilməzdi ki, Manaf kimi adamın arvadı və qızı onun evinə ayaq açsın, ona görə 

ki, bu evdə qız uşağı vardı. Ancaq həmin gün Cəlil müəllim arvadına heç bir şey demədi. 

 

Cəlil müəllim üç gün qətiyyətsizliyinə təəccüblənə-təəccüblənə, özünə acığı tuta-tuta dolandı, 



məsələ tamam aydın idi, özü də Cəlil müəllim düz iş görürdü, o ki qaldı təzə qonşuların 

inciməsinə, qoy incisinlər, təqsir özlərindədir. O, arvadına hər şeyi elə bu cür dedi. Cəlil müəllim 

bilirdi ki, arvadı onun sözündən çıxa bilməz – təzə qonşular bir də onun qapısını açmayacaqlar. 

 

Ancaq onlar hər halda, bir dəfə Cəlil müəllimin qapısını açdılar. 



 

Məryəm xanım vəfat eləyən gün. 

 

Məryəm xanım axşam tərəfi, Cəlil müəllim işdən gələndən sonra keçindi. O, iki ay xəstə 



yatmışdı. Kurortdan qayıdandan bir müddət sonra sinəsində ağrılar başlamışdı, ancaq hələ ayaq 

üstə hərlənir, gəlininə əl tutur, nəvələrinə göz qoyurdu, dilə tutub uzandırmaq, dinclik vermək 

istəyəndə, hirslənirdi. Axırıncı iki həftə çox halsız oldu, yatağından qalxmağa taqəti olmadı, 

qolunu qaldırmağa da heyi yox idi. Bu günlər ərzində yaman arıqlamışdı, ərimişdi. 

 

Sinəsindəki dözülməz ağrıdan qıvrılırdı, zarıyırdı. Cəlil müəllim anasının üstünə ən yaxşı 



həkimləri çağırdı, ən məşhur professoru dəvət elədi, ancaq hamısı dedi: elə bir dava-dərman 

yoxdur ki, onun köməyi ilə Məryəm xanımı bu dünyada saxlamaq mümkün olsun. 

 

Cəlil müəllim təəccüb qalır, ümidini itirirdi. Heç cür başa düşə bilmirdi ki, bu necə olan işdir: 



onun anası qəzaya düşüb, ağır yaralanmamışdı, yanmamışdı, başına dam uçmamışdı, yaşının da 

elə çağı idi ki, hələ neçə illər yaşaya bilərdi, oğlu onu gözünün üstündə saxlayardı, nə cür 

dərman desələr tapardı; özü də o, müharibə vaxtı yox, sülh dövründə xəstələnmişdi, amma heç 

kim dadına çata bilmirdi. 

 

Gözünün qabağında insan tələf olur, sənin də əlindən heç bir şey gəlmir. Elə bil dəhşətli yuxu 



görürsən. 

 

Həkimlər müxtəlif keyidici dərmanlar yazır və çıxıb gedirdilər. 



 

 

395


Məryəm xanımın dünyadan xəbəri yox idi, ancaq axırıncı gün ayıldı, hətta ağrılar da kəsdi. Oğlu 

və evin külfəti ilə vidalaşdı, huşu başında keçindi. Anasına qulaq asan Cəlil müəllim dərddən 

başını itirmişdi. Mehriban-mehriban gülümsünən Məryəm xanım deyirdi ki, bu dünyadan 

arxayın, razı gedir, deyirdi ki, xoşbəxtdir, oğlu Cəlil müəllimlə fəxr eləyir və qorxusuz-ürküsüz 

getdiyi o dünyada da oğlunun canına dua eləyəcəkdir. 

 

Məryəm xanım mərhum ərini xatırladı, bir yerdə az yaşamışdılar, amma çox mehriban ər-arvad 



olmuşdular, sonra o, yenə də həmin dəhşətli müharibə günlərində vaxtsız vəfat etmiş oğlunu, 

Tahiri xatırladı. Cəlil müəllimə vəsiyyət elədi ki, bundan sonra da bircə qardaşı Simurqu sevsin, 

onun qayğısına qalsın, hər işdə əlindən tutsun, bir də ki, həmişə bir yerdə olsunlar, heç vaxt 

ayrılmasınlar, bir ailə kimi; müdrik, dünyagörmüş ata-babalarımız nahaq deməyiblər ki, içəridən 

sökülən evdən ev olmaz. 

 

Cəlil müəllim anasını, özünün vəsiyyət elədiyi kimi, ağır qara sal mərmərin altında yatan 



valideynlərinin yanında dəfn elədi. O dəhşətli yerdə, indicə bu dəqiqə anasının endirildiyi yerdə 

ucalmış təpəciyin üstünə son dəfə bir ovuc torpaq atdı və özünə söz verdi ki, bir ildən sonra, 

torpaq çökən kimi, anasının qəbrini götürdəcək və yanında da ağac əkəcək ki, Məryəm xanım 

onların sərin kölgəsində əbədi rahat yatsın. 

 

Cəlil müəllim dayanıb küt-küt qəbirə baxırdı, arvadı və uşaqları ona qısılıb ağlaşırdılar, bu vaxt 



qohumları, qonşuları və iş yoldaşları sayı-hesabı olmayan əklilləri qəbrin üstünə düzdülər, qəbir 

tər çiçək təpəsinin altında itdi. Əklillərin üstündəki ipək matəm lentlərini isə açıb, səliqə ilə kələf 

kimi sarıdılar ki, sonra mərhumun ailəsi bunlara baxıb, Məryəm xanımın xatirəsini əziz 

tutanların kimlər olduğunu bilsin. 

 

Bu niyyətlə şəhər qəzetlərində də elanlar, bu vaxtsız itki münasibətilə başsağlıqları verilmişdi. 



 

Cəlil müəllim yas günlərində hiss elədi ki, o, tək deyil, hər axşam adamlar onun dərdinə şərik 

olmağa gəlirdilər, onu ağır fikirlər içində tək qoymurdular. 

 

Cəlil müəllim anasını dəfn eləyəndən sonra ehsan verdi. 



 

Otaqlarda və həyətdə düzülmüş stolların arxasına yüzdən artıq adam toplaşmışdı. Ehsan 

süfrəsinə iri dövrələrdə əla düyüdən bişirilmiş, zəfəranlı, yağlı plov, üç cür xuruş şabalıd 

qovurma, abqoralı toyuq çığırtması, kişmişli, xurmalı, zəncəfilli, müxtəlif ədviyyat vurulmuş 

qiymə qoyulmuşdu. 

 

Süfrədə dolma da vardı, dolmanın yarpağını sağlığında Məryəm xanım özü bir-bir seçib yığmış 



və duza qoymuşdu, dolmanın yanına qatıq da qoyulmuşdu, həm sarımsaqlı, həm də sarımsaqsız. 

Stolun üstündə hər cür təzə göy-göyərti də vardı: xırda, körpə qırmızı turp, tərxun, cod özəyi 

çıxarılmış vəzəri, göy soğan, reyhan, kefin istəyən hər cür seçmə göyərti. Dolçalarda və 

qrafinlərdə sərin, adamın susuzluğunu söndürən gül şərbəti qoyulmuşdu. 

 

Süfrə yığışılandan sonra isə tünd, əməlli-başlı dəmlənmiş çay, dilim-dilim doğranmış limon və 



dayaz nimçələrdə üstünə darçın səpilmiş kəhrəba kimi halva gətirdilər. 

 

Cəlil müəllim üçüncü, yeddinci və ən nəhayət, axırıncı dəfə qırxıncı gün də ehsan verdi. Cəlil 



müəllim bunların hamısını danışıqsız, açıq ürəklə, necə lazımdı eləyirdi ki, unudulmaz anasının, 

Məryəm xanımın xatirəsini layiqincə yad eləsin, halal xoşu olsun. 

 

Saysız-hesabsız nəsillərin, əcdadların qoyduğu və qoruyub saxladığı adətlərin dərin mənasını 



Cəlil müəllim gündəlik zəhmət və qayğıda dərk etmişdi. Bu adətləri bütün qayda-qanunları ilə 

 

396


yerinə yetirəndə, insan arabir qanı qanından olan varlığı həmişəlik itirdiyini – bəşər övladının 

mövcud olduğu müddət ərzində ən dəhşətli və ağır dərdi unudur. 

 

Qonşu arvadların hamısı Cəlil müəllimin arvadına kömək eləməyə gəlirdilər. Manafın da arvadı, 



qızı gəlirdi. Cəlil müəllim Dilbəri bir neçə dəfə görmüşdü, gah mətbəxdə, gah da həyətdə üzüzə 

gəlirdilər; onun baxışlarında kədər, həm də elə bir təəccüb vardı, ancaq Cəlil müəllim bu təzədən 

başlamış gediş-gəliş barədə, aydın məsələdir ki, arvadına heç bir söz demədi, çünki yas evinin 

qapısı gəlmək istəyən hər kəsin üzünə açıq olmalıdır. Birinci həftəni hər gün, sonra da anasının 

qırxı çıxana kimi hər cümə axşamı onlara gələn Manafla da Cəlil müəllim üzdən xoş danışırdı. 

 

Yığdığının hamısını Cəlil müəllim bu qırx günün ərzində qəpiyinəcən xərclədi. Qətiyyən 



heyifsilənmədən xərclədi, o qəti əmindi ki, bu cür müqəddəs vacib işdə qənaət eləmək onun kimi 

adama yaraşmaz. Cəlil müəllim belə güman eləyirdi ki, bu adətin nə səviyyədə və səliqə ilə 

yerinə yetirilməsi, abırlı, camaatın hörmət 54 və təqdirinə layiq adamları başqalarından – əsil-

nəcabətsiz, əksəriyyəti də pozulmuş adamlardan çox fərqləndirir. 

 

Qardaşının adına qoyduğu pula Cəlil müəllim əl vurmamışdı, fikirləşirdi ki, ayağı möhkəm yer 



tutana kimi Simurqa mütləq pul lazım olacaqdır. Özünün isə pula qətiyyən ehtiyacı yox idi, 

gələcəkdə elə o qədər, hələ bəlkə ondan da artıq yığacaqdı, Allaha şükür, canı sağ-salamat, 

qulluq işləri də qaydasında. 

 

Cəlil müəllim anasının ölümünü Simurqa xəbər vermədi, əsgərlik vaxtının qurtarmasına hələ üç 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin