Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə57/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   53   54   55   56   57   58   59   60   ...   72

 

Simurq Cəlil müəllimə dedi ki, peyini ət kombinatından almışdır, maşını beş manata lap yalvarıb 



verirlər. 

 

Heyrətdən özünü itirmiş Cəlil müəllim gözünü yumub-açmağa macal tapmamış, cəmisi bir neçə 



günün ərzində həyətin ikinci yarısı müxtəlif ağaclarla doldu, özü də elə belə sısqa tinglər yox, iri, 

gövdəli, başları səliqə ilə vurulmuş ağaclar. Ağacları Simurqun yaşıllıq təsərrüfatı trestində 

işləyən aqronom tanışı dövlət qiymətinə seçib almışdı. 

 

Simurqun əkdiyi ağaclar meyvə ağacları idi, əksəriyyəti də Cəlil müəllimin sahəsindəki kimi, 



qara və ağ tut, gilas, ərik, nar ağacları idi, üstəlik indi həyətdə təzə bir kənd təsərrüfatı bitkisi də 

peyda olmuşdu – qoz ağacı. Ağacların, demək olar ki, hamısı tutdu və elə həmin bahar yamyaşıl 

zoğ atdı. 

 

Simurqun bağına tamaşa eləməyə hətta qonşu küçələrdəki tanışlar da gəlirdilər. Onlar bağa 



heyran qalır, Simurqdan soruşurdular ki, bu möcüzəni necə yaratmışdır, az vaxt içində, əngəlsiz-

əziyyətsiz həyəti bu cür necə yaşıllaşdırmışdır. Qonşular ət kombinatının, yaşıllıq təsərrüfatı 

trestinin telefon nömrələrini yazıb götürürdülər. Bir şey Cəlil müəllimi xüsusilə heyrətə salırdı: 

onlar Simurqdan məsləhət istəyirdilər, soruşurdular ki, onların həyətlərinin mikroiqlimi 

şəraitində hansı ağacları əksələr daha yaxşı olar. 

 

Bağın içindən keçəndə mərifətlə qonşular mütləq Cəlil müəllimi də təbrik eləyirdilər, ancaq 



bağbanlıqdan qətiyyən söz salmırdılar, məsləhət almırdılar. 

 

Bir sözlə, Simurq qonşuların gözündə çətin aqronomluq və əkinçilik işində çox nüfuzlu 



mütəxəssis olmuşdu. 

 

İndi dostları, elə çox vaxt qonşuları da Simurqun yanına təzə darvazadan gəlirdilər. 



 

Həmin gün Cəlil müəllim evə həmişəki vaxt qayıtmışdı. Arvadı eyvanda süfrə açırdı, uşaqlar da 

evdə idi. 

 

Cəlil müəllim ev paltarını geydi, əl-üzünü yudu və xörək hazır olana kimi həyətə düşdü. Sonra 



Simurqa məktub gətirdiyini xatırladı və qərara gəldi ki, həm aparıb otağında məktubu versin, 

həm də yadına salsın ki, nahar vaxtıdır. Ordudan qayıdandan sonra Simurqa müxtəlif şəhərlərdən 

çoxlu məktub gəlirdi. Ömründə rəsmi məktublardan və təbrik məktublarından savayı heç bir şey 

almayan Cəlil müəllim, bu məktubları ucadan oxuyanda, Simurqa çox maraqla qulaq asırdı. 

Əsgərlik yoldaşları əsasən öz güngüzəranlarından, işlərindən yazırdılar. Cəlil müəllim məktubu 

götürüb Simurqun otağına tərəf getdi. Onun otağına çathaçatda, hələ dəhlizdə, gülüş səsi eşitdi, 

qan beyninə vurdu, gülüşmə Simurqun otağından gəlirdi. Cəlil müəllim Simurqun otağına qapını 

döyməmiş girdi, çünki otağın qapısı aralı idi, içəridən gülə-gülə nə isə danışan qardaşının səsi 



 

411


gəlirdi. Cəlil müəllim otağa girdi və kandarda dayandı, ona görə kandarda dayandı ki, bilmirdi 

necə eləsin, salam verib otağa keçsin, ya dinməzcə dönsün və çıxıb getsin. 

 

Dilbər çarpayının üstündə oturub üzüm yeyir, eyni zamanda gülümsünə-gülümsünə lap 



böyründə, alçaq kətilin üstündə oturmuş Simurqa baxırdı. 

 

Cəlil müəllimi görəndə təbəssüm Dilbərin üzündən qeyb oldu, gözlərinə qorxu çökdü, Simurq 



isə ayağa qalxıb qardaşının qabağına yeridi, salam verib yer göstərdi. Cəlil müəllim Simurqun 

salamını aldı, məktubu verdi, xörəyinin soyuduğunu dedi və çıxıb getdi. 

 

 

İncik getdi, hirslənmiş getdi, gicgahları sancdı, başı uğuldadı. 



 

Nahar vaxtı Cəlil müəllim Simurqu dindirmədi, qardaşı söz soruşanda bir kəlmə ilə cavab verdi. 

 

Amma Simurq özünü elə aparırdı ki, guya heç bir şey olmamışdı, zarafat eləyirdi, hiss olunurdu 



ki, özündə heç bir günah bilmir. 

 

Nahar beləcə qurtardı. 



 

Səhər işə gedəndə Cəlil müəllim arvadına tapşırdı ki, Simurqun yanına getsin və onun adından 

desin ki, Dilbərin ayağı bir də bu evə dəyməməlidir, bir də çatdırsın ki, o, Cəlil müəllim, onun 

özündən savayı, böyük qardaşının da ailəsi yaşayan evə Dilbər tövrdə qızı gətirməyi rəva görən, 

mümkün hesab eləyən Simurqun hərəkətindən çox narazıdır. Cəlil müəllim Leyla xanıma 

tapşırdı ki, Dilbərin və onun anasının bu qapıdan necə qovulduqlarını da Simurqa danışsın. 

 

Axşam Leyla xanım Cəlil müəllimə məlumat verdi ki, Simurq əvvəlcə heç bir söz demədi, yalnız 



köksünü ötürdü, ancaq sonra əl çəkməyib təkidlə soruşdum ki, bəs Cəlil müəllimə nə xəbər 

aparım, nə deyim? Simurq cavab verdi ki, Cəlil müəllim icazə verməyənə kimi Dilbər yanıma 

gəlməyəcək. Bir də Simurq dedi ki, özü qardaşı ilə söhbət eləyəcəkdir, arxayındır ki, onun 

razılığını alacaqdır, ona görə ki, Dilbər yaxşı qızdır, ağıllı qızdır, bir də o başa düşə bilmir ki, bu 

qızın pisliyinə Cəlil müəllim nə deyə bilər. Axı heç 75 kim ata-anasına cavabdeh deyil, ələlxüsus 

Dilbər yaşda, demək olar ki, həddi-büluğa çatmamış. 

 

Cəlil müəllim çox dilxor oldu və Dilbərin durub-oturmalı, tanışlıq eləməli adam olmadığına 



Simurqu hansı dəlil-sübutlarla inandıra biləcəyini götür-qoy eləməyə başladı. Dəlil-sübut çox idi, 

amma Cəlil müəllim bunların bir neçəsini, ən sanballılarını seçdi. 

 

Simurq qardaşının yanına bu barədə söhbətə gəlmədi. Ancaq Dilbər də daha onların evində 



görünmədi. 

 

Gecə-gündüz bu məsələ barədə fikirləşən Cəlil müəllim rahat nəfəs aldı, özlüyündə belə qərara 



gəldi ki, Simurq yəqin işin nə yerdə olduğunu öyrənib, ona görə də xətərli, adamı hörmətdən sala 

biləcək tanışlığa son qoyub, Dilbərlə əlaqəni kəsib. Bir dəfə işdən qayıdanda onları tində görənə 

kimi Cəlil müəllim belə fikirləşirdi. 

 

Onlar tində dayanmışdılar, özü də danışmırdılar, dinməzcə dayanıb, bir-birlərinin üzünə 



baxırdılar. Hiss olunurdu ki, bu cür dayanıb, bir-birlərinə baxmaq onlara çox xoş gəlir. 

 

Cəlil müəllim o biri səkiyə keçdi, bu vaxt küçədə olanların çoxu fikir verdilər ki, Cəlil müəllim 



Simurqla Dilbər tərəfə hətta heç gözünün ucu ilə də baxmadı. 

 


 

412


Bir neçə gün keçəndən sonra isə Simurq Cəlil müəllimə dedi ki, onunla çox ciddi bir iş barəsində 

söhbət eləmək istəyir. Cəlil müəllim, onlara heç kim mane olmasın deyə qardaşı ilə öz otağına 

çəkildi və oturub qulaq asmağa başladı. Simurq ona dedi ki, Dilbəri ürəkdən sevir, öldü var, 

döndü yoxdur, qız da onu sevir, bu səbəbdən də lap yaxın günlərdə onunla evlənmək istəyir. 

 

Simurq Cəlil müəllimdən xahiş elədi ki, ailədə böyük qardaş kimi, bu işə cani-dildən girişsin, 



əlindən gələni əsirgəməsin və qızın atasının, Manafın yanına getsin, elçilik eləsin. Dilbəri 

Simurqa alsın. Cəlil müəllim qardaşına qulaq asır və onun zarafat eləmədiyini başa düşürdü, eyni 

zamanda da eşitdiklərinə inanmaq istəmirdi. 

 

Cəlil müəllim stolun arxasından qalxdı, özünü qəlbə toxunan acı söz deməkdən saxlamağa 



çalışaraq otaqda var-gəl elədi. Ancaq eşitdikləri ürəyini ağrıtmışdı, dəhşətə gəlmişdi, hiss elədi 

ki, qardaşını bu rüsvayçı, demək olar ki, fəlakətli, facianə addımdan çəkindirə bilməyəcək. Hətta 

boğazı da tutuldu, sonra isə çətinliklə pıçıldaya-pıçıldaya dedi: 

 

– Axı sən mənim qardaşımsan, Dilbər kimi qızla evlənmək barədə necə fikirləşə bilərsən? Sən 



bizim qanımızı kimin qanına qatmaq istəyirsən? Axı sənin uşaqların olacaq. Mənim yanıma 

söhbətə gəlməmişdən əvvəl bu barədə heç fikirləşmisən? Fikirləşmisən, ya yox? 

 

Simurq dedi: 



 

– Yalvarıram sənə, Cəlil, yalvarıram sənə, əsəbiləşmə. Başa düş, mən onu sevirəm. İnan mənə, 

Dilbər pis qız deyil. 

 

– Məni hər şeyi açıb deməyə məcbur eləmə, elə söz var ki, mən onu sənə deməməliyəm. O cür 



qızla evlənmək olmaz, sən hələ uşaqsan, həyatı başa düşmürsən. Əgər kişiliyin çatırsa, unut onu. 

 

Namusun haqda fikirləş. 



 

Simurq dedi: 

 

– Mən onu sevirəm. 



 

– Sən onun anasının, elə böyük bacısının da, barmaqla göstərilən əxlaqsız olduqlarını bilirsən, ya 

bilmirsən? Bəlkə fikirləşirsən ki, bu onlardan yaxşı çıxacaq? Xeyr, mümkün olan iş deyil. Elə 

sirsifətindən məlumdur, baxan kimi aydın olur hansı yuvanın quşudur! 

 

Bu sözləri eşidəndə Simurq ağappaq oldu, dişini-dişinə sıxdı. 



 

– Elə danışma, Cəlil, – dedi. – Yalvarıram sənə, o cür danışma. 

 

Axı mən onu sevirəm, mən onunla evlənirəm... 



 

Cəlil müəllim dedi: 

 

– Onda qardaşın olduğunu yaddan çıxart. Həmişəlik yadından çıxart. Sənin hər təqsirindən 



keçmişəm, amma bunu keçə bilmərəm! 

 

Toy eləmədilər. Əgər ailənin başçısı, böyük qardaş, gəlinin üzünə baxmaq, onun ata-anası ilə üz-



üzə gəlmək istəmirsə, nə toy ola bilərdi! 

 


 

413


Yaxın dostları, qohumları Cəlil müəllimi dilə tutmaq, yola gətirmək istədilər, amma o, sözündən 

dönmədi ki, dönmədi. Yalnız arvadından Simurqa sifariş göndərdi ki, atalarından qalan 

avadanlıqdan nə istəyir götürsün və otaqlardan birini də öz otağına qatsın. 

 

Simurq nə avadanlıq, nə də otaq istədi, dedi ki, hələlik ona heç bir şey lazım deyil, lazım olanda 



isə özü fikirləşib bir çarə tapar. Qardaşı ilə aralarının dəyməsinə dözə bilmirdi, iki dəfə Cəlil 

müəllimin yanına gəlmişdi – birinci dəfə arvadı Dilbərlə, ikinci dəfə isə təkcə. İkisində də Cəlil 

müəllim onu dindirmədi və üzünü elə buradaca əyləşmiş arvadına, Leyla xanıma tutub, qardaşına 

dedi ki, 77 bir də həyətin bu hissəsinə addamasın, ümumiyyətlə, bir vaxtlar Cəlil adında qardaşı 

olduğunu yadından tamam çıxartsın. 

 

Simurq kandarda dayandı, qardaşının xasiyyətinə bələd idi, qərarının qəti olduğunu başa düşdü 



və çıxıb getdi. Sifəti çox kədərli idi. 

 

Ancaq Cəlil müəllim onun sifətini görmədi, ona görə ki, qardaşı tərəfə baxmırdı, elə bil o heç 



otaqda yox idi, özü də qardaşı ilə, yuxarıda deyilən kimi, Leyla xanımın vasitəsilə danışırdı, 

bütün bu əhvalatlar Leyla xanıma çox ağır təsir eləmişdi, bir neçə dəfə ağlamışdı, həm qardaşlar 

danışan vaxt, həm də sonra, tək qalanda. 

 

Zahirən sakit görünən Cəlil müəllimə göz qoyub, yeganə qardaşı ilə küsüşmələrinin onu qəlbinin 



dərinliklərinə kimi sarsıtmadığını fikirləşən adam çox böyük səhv etmiş olardı. Deməli, bu 

sadəlövh adam, dərdini büruzə verməyən, özünə hörmət eləyən kişi kimi içəridə çəkən 

insanlardan tamam bixəbərdi. Xətirlərini həmişə əziz tutduğu qohumları və dostları Cəlil 

müəllimin yanına gəlir, ona təskinlik verir və özünə, adına-sanına yaraşmayan ömür yoldaşı 

seçmiş, özgə bağından çirkin gül dərmiş Simurqun əməlini pisləyirdilər; hətta onda da Cəlil 

müəllim qardaşına münasibətini dilinə gətirmirdi, onlara axıra kimi qulaq asır, sonra söhbəti 

dəyişdirirdi – siyasətdən, yaxud mövcud ölkə və küçə yeniliklərindən söz salırdı. 

 

Bəzən Cəlil müəllim, yuxudan ayılmış kimi, öz-özündən soruşurdu ki, qardaşı Simurqsuz, onu 



öz süfrəsinin başında görmədən, səsini, gülüşünü eşitmədən o, necə yaşayır. Ancaq dərhal da bu 

fikirləri özündən uzağa qovurdu, çünki qardaşı qəlbini yaman sındırmışdı. 

 

Cəlil müəllim, özü də hiss eləmədən, yavaş-yavaşı qaraqabaq olurdu, adamlardan qaçırdı. Ancaq 



sifətinin qırış-qırış olduğunu, gözlərinin odunun söndüyünü hiss edirdi. 

 

Amma həyətin o biri hissəsində həyat öz qaydasında gedirdi. 



 

Qardaşının evinə tez-tez qonaqlar gəlirdi, onda Cəlil müəllim kababın tüstüsünü görür, iyini 

duyurdu. İlk vaxtlar qardaşı, adət üzrə, bir bitərəf adamnan – Dilbərin əmisi oğluynan Cəlil 

müəllimə bir neçə şiş kabab göndərirdi, ancaq Cəlil müəllim hər dəfə şişləri geri qaytarırdı. 

 

Şam yeməyindən sonra Simurqgildə müsamirə başlanırdı. 



 

Simurq özü hələ uşaqlıq vaxtlarından gözəl tar çalırdı, dəfi Dilbərin böyük bacısının oğlu 

vururdu, evləndikləri gündən bu oğlan gecə də, gündüz də Simurqun evindən çıxmırdı. 

 

Dilbər pianoda özü çalır və oxuyurdu. Tünd-qırmızı rəngdə alman pianosunu Simurq bu 



yaxınlarda almışdı, onda, şənbə günü pianonu mağazadan evə gətirəndə qonşuların arasına 

yaman pıçhapıç düşmüşdü. Dilbərin məlahətli səsi vardı, yaxşı oxuyurdu, qonaqlar “ay 

maşallah” qışqırır, lazım olan yerlərdə hamısı bir ağızdan “muleyli”, ya da “bəri bax” deyir, 

onun səsinə səs verirdilər. Ancaq bu müsamirələr tək bircə dəfə də gecə yarısından o tərəfə 

ötmürdü, görünür, Simurq çalışırdı ki, qardaşının rahatlığı pozulmasın. Belə günlərdə Cəlil 


 

414


müəllimin evində hamı astadan, pıçıltı ilə danışırdı, Cəlil müəllim özü isə çəkilib qaşqabaqlı 

halda küçəyə açılan pəncərənin qabağında otururdu, onun ata yurdunda Dilbərin qohumları və 

ləçər rəfiqələri kimi nalayiq adamların toplaşması Cəlil müəllimə çox toxunurdu, ağır gəlirdi. 

Yayda, az qala hər gün, qonaqları olmayanda da, görünür, öz kefləri üçün müsamirə 

düzəldirdilər. 

 

Yavaş-yavaş Cəlil müəllim buna da alışdı, indi o, musiqiyə də qazanların uğultusundan artıq fikir 



vermirdi. 

 

Bir şey də Cəlil müəllimi son dərəcə təəccübləndirir və qanını qaraldırdı: əvvəllər Simurqu 



qınayan adamların hamısı yavaşyavaş elə bil ki, olub-keçənləri tamam unutmuşdular, indi 

Simurqla ailəliklə dostluq eləyirdilər, tez-tez onlara qonaq gəlirdilər. Bax, bu, Cəlil müəllimi 

tamam çaşbaş salmışdı. 

 

Cəlil müəllim əmindi ki, prokuror Həsənovu, arvadı da yanında, qardaşının həyətində görəndə 



onu qətiyyən qara basmamışdı. 

 

Cəlil müəllim bilirdi ki, o, evdə olmayanda, arvadı da, uşaqları da qardaşıgilə gedirlər və çox 



güman təkcə Simurqla yox, Dilbərlə də görüşüb danışırlar. Bu da onu çox dilxor eləyir və ürəyini 

ağrıdırdı. 

 

Hərdən həyətin o biri yarısından səs-küy gəlirdi, hələ Cəlil müəllimin babasının vaxtından, 1891-



ci ildən indiyə qədər bu evdə belə şey olmamışdı. Simurq arvadı ilə dalaşırdı. 

 

Bir dəfə yayda, gecədən xeyli keçmiş, Cəlil müəllim yenə də onların səs-küyünə yuxudan ayıldı, 



tüpürüb talvardan düşdü. Arvadını ayıltmamaq üçün, asta-asta onun yanında, öz çarpayısında 

uzandı, tez yuxuya getməyə, hər şeyi unutmağa çalışdı. 

 

Dilbəri o, uzaqdan, tində gördü. Qız, paltarının nazik parçasını yarıb keçən gözqamaşdırıcı isti 



günəş işığında lüt, həmişəki kimi cazibəli, mehriban-mehriban, gülümsünə-gülümsünə onun 

qabağına 79 gəlirdi. O da həmişə olduğu kimi, Dilbəri gördüyünə sevindi. Qız ona yaxınlaşdı və 

əllərini Cəlil müəllimin sinəsinin üstünə qoydu, qızın ovuclarının istisi onun ürəyinə axdı. “Səni 

lap çoxdan gözləyirəm, – qız üzünü onun üzünə söykədi. – Bu gün məni hara aparacaqsan?” 

Dilbərin gözlərindən sevinc yağırdı, üzünün dərisi, dodaqları və dişlərin sərin idi. Onlar qəribə, 

əcaib ağaclar əkilmiş hansı bir parkınsa xiyabanlarında gəzirdilər, Cəlil müəllim bir vaxt bu 

parkda olduğunu yəqin bilirdi, ancaq bunun hansı park olduğunu heç cür xatırlaya bilmirdi. Cəlil 

müəllim özündə hədsiz güc, qüvvə hiss eləyirdi, çiçəklərin xoş ətri başını gicəlləndirir, 

dumanlandırırdı. 

 

O, birdən xatırladı ki, bu, oleandr çiçəklərinin ətridir. Cəlil müəllim Dilbərlə lap kolların dibinə 



qoyulmuş skamyada oturmuşdu. 

 

Qız başını onun sinəsinə qoyub, anlaşılmaz həyəcanlı sözlər deyirdi, o da hələ indiyə kimi 



duymadığı sevinc, səadət duyurdu. 

 

Qız onun qolları arasına rahatca yerləşirdi, ona görə də qucaqlayanda qızın həyəcanı ona da 



keçirdi. Cəlil müəllim onun hərarətli, titrək pıçıltılarını dinlədikcə məst olurdu. Dilbərin 

sözlərində ona hədsiz məhəbbət vardı. Qız Cəlil müəllimə deyirdi ki, onu ilk baxışdan, onda, 

tində rast gəldiyi gündən sevmişdir. Deyirdi ki, ölənə kimi ondan ayrılmayacaqdır, ona yeganə, 

ən istəkli sevgilim deyirdi... 

 


 

415


Cəlil müəllim onun gözlərindən, dodaqlarından öpürdü, yer üzündə bu dəqiqə ondan bəxtiyar 

insan yox idi. O, ilk dəfə birbirlərinə rast gəldikləri gündən bəri hər anı xatırlayırdı və hər an ona 

bütün ötən ömründən əziz idi. Uzaqdan dumanlı və həzin musiqi səsi gəlirdi, Cəlil müəllim nə 

qədər çalışırdısa bu musiqini harada eşitdiyini yadına sala bilmirdi. Bu musiqidən onun qəlbinə 

ötəri kölgə kimi kədər yayılırdı... Sonra Cəlil müəllim gördü ki, xiyabanla düz onların üstünə bir 

adam gəlir. Yaxınlaşanda qonşusu Kərimi tanıdı, ona salam verdi, ancaq Kərim düz ötüb keçdi, 

nə Dilbəri gördü, nə də Cəlil müəllimi. Özü də yanlarından ötüb keçənlərin heç biri, nə 

Məmməd, nə prokuror Həsənov, nə Manafla arvadı, nə də başqaları, onların oturduqları 

skamyanı görmürdülər. 

 

Heç kim, Məryəm xanımdan savayı; Məryəm xanım yaxınlaşıb, yanlarında bir az ayaq saxladı, 



ikisinin də üzünə baxdı və birdən çox məsud-məsud gülümsündü, bu cür məsud-məsud o, 

axırıncı dəfə yalnız mərhum əri Bayram bəyin sağlığında gülümsəmişdi. 

 

Sonra Məryəm xanım yoluna davam etdi, sifətindən də mehribanlıq, sakitlik yağırdı. Cəlil 



müəllim hiss elədi ki, anası onları bir yerdə görməyinə şad oldu. Sonra Cəlil müəllim Dilbərlə 

oturduqları bu parkın hansı park olduğunu fikirləşməyə başladı və birdən yadına düşdü... O vaxt 

onun on yaşı vardı, bura məktəbdən sonra yoldaşları ilə gəlmişdi. Onlar kolluqda gizlənmişdilər, 

həmin bu skamyanın üstündə oturub bir qızla öpüşən əsgərə tamaşa eləyirdilər. 

 

Cəlil müəllim bu zaman əsgərin üzünün necə güldüyünü, onun necə məsud olduğunu və uşaqlar 



kolluqda bağırışıb, haylamağa başlayanda qorxub ikisinin də – əsgərin də, qızın da yerlərindən 

necə sıçradıqlarını və qaçdıqlarını xatırladı. 

 

O, Dilbəri qucaqladı və qız həsrət-həsrət ona qısıldı. Qızın paltarının düymələrini açdı, onun 



dərisi nazik, ağappaq, çəhrayı giləli bərk döşlərini gördü. Dilbər boğuq səslə dedi: “Tez ol məni 

öp! 


 

Mən bilirəm, bu dəqiqə hər şey qeyb olacaq. Niyə məni öpmürsən?” O, qızın hərarətli, 

gözqamaşdırıcı işıq saçan gözlərini gördü, onun qızmar nəfəsini qəlbinə çəkdi və qızın uzaq əks-

səda kimi gələn sözlərini eşitdi: “Bir də mənə Rəxşəndə demə, eşidirsənmi, demə! Mənim adım 

Dilbərdir!” Cəlil müəllim təəccübləndi, ancaq qəlbinin dərinliklərində təşviş duyub: “Mən sənə 

Rəxşəndə deməmişəm, bilirəm, sən Dilbərsən” dedi və yuxudan ayıldı. 

 

O ayılmışdı, amma əlləri hələ də əsəbi halda qızın çiyinlərini sıxışdırırdı, dodaqlarında qızın 



dodaqlarının dadı qalmışdı. O, alatoranlıqda otaqda uzanıb, təşviş içində bu yuxunu, neçə 

aylardan bəri hər gecə gördüyü yuxunu xatırlayırdı. Bir neçə saniyədən sonra, səhərə kimi hər 

şeyi unutmaq üçün o yenidən yuxuya getdi. 

 

Səhərlər bəzən onu nə isə anlaşılmaz, dumanlı, qırıq-qırıq xatirələr narahat edirdi, şüurunda 



arabir baş qaldırır, iki sevgilinin telefon danışığını, naqil qırıqlarını calaşdırmaqla, hətta bu 

danışıq naqildən cəmisi bircə an əvvəl keçmiş olsa da, bərpa etmək səmərəsiz, qeyrimümkün 

olduğu kimi, bu xatirələri də, Cəlil müəllim nə qədər səy göstərsə də, heç cür bir yerə toplaya, 

cəmləşdirə bilmirdi... 

 

Nəhayət, Cəlil müəllim fürsət tapıb Uzunqulaq Kamalla və bütün tanışları ilə xudahafizləşdi, 



çayçı Əzizə çox yaxşı çay verdiyinə görə razılıq eləyib, küçəyə çıxdı. 

 

Evdə o, poliklinikanın sahə həkimini gördü, həkimi Leyla xanım çağırmışdı: son vaxtlar onun 



böyrü ağrıyırdı. Cəlil müəllim gələn- 81 də, müayinə qurtarmışdı. Bəstəboy, saçı-saqqalı ağarmış 

həkim alətlərini balaca çamadana yığdı, stola yaxınlaşıb, analiz və yoxlama üçün bir neçə kağız 



 

416


yazdı. Hara və nə vaxt müalicəyə getmək lazım olduğunu ətraflı izah elədi, sonra xudahafizləşdi 

və elə çıxıb getmək istəyirdi ki, Cəlil müəllim onu saxladı, səhər yeməyinə dəvət elədi. 

 

Uzunqulaq Kamalla söhbətdən sonra Cəlil müəllimin əsəb sisteminin ziyalı adamla ünsiyyətə 



ehtiyacı vardı. 

 

Həkim saatına baxdı, fikirləşdi və dedi ki, o, səhər yeməyini yeyib, amma çox məmnuniyyətlə 



bir stəkan çay içərdi. Leyla xanım tez süfrə açdı, pendir, yağ, bal gətirdi. 

 

Süfrə başında Cəlil müəllim tibb elmindən söhbət saldı, şəhər şəraitində yaşayan müasir adamın 



sağlamlığını qorumaq işində ən vacib və zəruri məsələlərə dair mülahizəsini söylədi. Həkim ona 

diqqətlə qulaq asırdı, əlini çömçə kimi eləyib qulağına tutmuşdu: 

 

 

ağır eşidirdi. 



 

– Bax, məsəl üçün, doktor, mən bunları başa salıram ki, – Cəlil müəllim başı ilə ailəsinə işarə 

elədi, – səhərlər adam qaydasında, bir az yüngül yeməlidir; çörək, pendir, yağ ən faydalı qidadır, 

amma bunlar mənim sözümlə çətinliklə razılaşırlar. Mən deyirəm ki, əgər çox yaşamaq, sağlam 

olmaq istəyirsənsə, səhərlər ancaq bu cür ye... 

 

Həkim onun fikri ilə razılaşmadı, dedi ki, səhərlər işdən qabaq, möhkəm yeməyin, necə deyərlər, 



lazımi kalori yığmağın ziyanı yoxdur. 

 

Cəlil müəllim qonaqla mübahisəyə girmədi. Alicənablıqla, təkid eləmədən dedi: 



 

– Ola bilər. Ancaq bizim ailədə, hələ babamın vaxtından, yaxşı yadımdadır, səhərlər ancaq bu 

cür yeyərdilər. Canları da çox saf idi, elə bir ciddi azar-bezar da bilməzdilər. Özü də ömürləri 

uzun olardı. 

 

Həkim mehriban-mehriban xudahafizləşdi, çamadanını götürdü və qapıya tərəf getdi. Onu 



qapıya kimi ötürmək üçün hamı ayağa qalxdı. Dəhlizdə həkim bir də qayğıkeşliklə Leyla 

xanımdan xahiş elədi ki, analizləri gecikdirməsin, sonra çaya görə minnətdarlıq elədi, şlyapasını 

başından götürdü və Leyla xanımın əlini öpdü. 

 

Cəlil müəllim onun bu hərəkətinə çox dilxor oldu və dərhal dönüb otağa girdi. Həkim geri 



dönəndə, ev sahibini görmədi. O, yəqin 82 ki, buna təəccüb elədi, ancaq heç bir söz demədi. 

Yalnız xəfifcə gülümsündü. Cəlil müəllim isə o gedəndən sonra fikirləşdi ki, görkəmindən abırlı-

başlı adama oxşayan bu yaşlı, nurani kişi hələ indiyə kimi özünü necə aparmağı bilmir. 

 

Cəlil müəllim həyətə endi. Günəş xeyli qalxmışdı, isti adamın başını əməlli-başlı yandırırdı. 



Cəlil müəllim bir müddət möhkəm işə başlamış, açılmış çiçəklərin şirəsini çəkib, pətəklərə 

daşıyan arılara tamaşa elədi, ancaq o, arılara fikri dağınıq halda tamaşa eləyirdi, həmişəki ləzzəti 

almırdı. O, səhər suyundan sonra hələ tamam qurumamış ləkləri belləyir, işləməklə sakitləşmək 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin