Parisə yola düşür. Bakıdakı bütün əmlakını, neft mədənlərini, mülklərini, gəmilərini satıb, gedir.
Seymur. Heç nə başa düşmürəm. Bildiyimə görə, onun işləri əla gedirdi axı...
Şahlar bəy (gülür). Ermənilərdən qorxur. Deyir, elə ki, ermənilər bir yerə çox cəmləşdilər, gec-
tez ağıllarını itirirlər və belə olanda da qan su yerinə axır. Qukasovun dediyinə görə, lap bu
yaxınlarda belə bir şey gözlənilir. Odur ki, abırlı erməninin belə yerdən uzaq durması
məsləhətdir. Bakıya isə son illərdə həqiqətən çoxlu erməni gəlib. Onlar hər il Qukasovdan pul
istəyirdilər, o da heç vaxt imtina etmirdi. Beləcə, sakit-salamat yaşayırdı. İndi isə deyir ki, nə
qədər gec deyil, baş götürüb qaçmaq lazımdır.
Seymur. Qəribədir. Qukasov mənə ağıllı adam təsiri bağışlayırdı.
Şahlar bəy. O, doğrudan da, çox ağıllıdır. Həm də Qukasov sadəcə ağıllı yox, olduqca varlı və
nüfuzlu adamdır. Belə adamlar heç nədən qorxmurlar, ancaq əgər onlar qabaqcadan nəyisə hiss
edir və bundan çəkinirlərsə, nadir hallarda səhv edirlər. Vaxt gələcək, özün buna əmin olacaqsan.
Seymurun evi. Seymur divardan tüfəngi götürür. Ayişə otağa daxil olur.
Ayişə. Xeyir ola, tüfəng nəyinə lazımdır?
Seymur. Möcüzə! Bu həftə ərzində birinci dəfədir ki, sən nə iləsə maraqlanırsan. Göründüyü
kimi, ova hazırlaşıram.
Ayişə. Nə ovuna?
Seymur. Qaban ovuna gedirik.
Ayişə. Bu, qorxulu deyilmi?
Seymur. Uşaq-zadıq bəyəm! Martınov təcrübəli ovçu-dur, Məmmədxanovun də gülləsi nadir
hallarda boşa çıxır. Orada bizi peşəkar ovçular və bələdçilər gözləyir. Nigaran qalma, sabah sağ-
salamat qayıdıb, səni bağrıma basacağam.
Ayişə. Darıxacaqsan məndən ötrü?
Seymur. Darıxacaqsan nədir? Hər dəqiqəm sənin fikrinlə geçəcək. (Yaxınlaşıb onu qucaqlamaq
istəyir, ancaq Ayişə geri çəkilib, onu diqqətlə süzür.)
Seymur. Hə... Yenə özünə qapıldı. Bəsdir, de görüm nə olub sənə, gecə-gündüz nəyin fikrini
çəkirsən?
442
Ayişə. Çox şeyin. Bax, məsələn, indi sənə baxa-baxa düşünürəm ki, səndən ideal yalançı şahid
çıxar. Məsum baxışlar, səmimi səs və... yalan sözlər, saxta ifadələr. Hər dəfə Marionun yanına
gecələməyə gedərkən sən mənə ov barədə bu əfsanələri danışırsan. Seymur, mən hər şeyi
bilirəm.
Seymur. Bu cəfəngiyyatı sənə kim deyib?
Ayişə. Məndən başqa hamı bunu dilir. Hamıya da məlumdur ki, sən öz arvadını – Ələkbər bəy
Yüzbaşovun qızını ağıldankəm və səfeh hesab edirsən. Mən sənin hər kəlmənə inanırdım, çünki
səni sevirdim. Və bir də ona görə ki, səni, yəni ərimi həyatda özümə ən yaxın insan sanırdım.
Düşünürdüm ki, dünyada təkcə ona etibar edə bilərəm. Sən isə gözlərimin içinə baxa-baxa məni
aldadırmışsan. İndi mən sənə nifrət edirəm. Sən buna layiqsən.
Seymur. Bir dayan. Fikirləş görə, bir nə danışırsan! Axı mən səni sevirəm! Sən də həmişə
deyirdin ki, məni sevirsən. Özüm də həmişə hiss etmişəm ki, sevirsən məni. İndi birdən-birə...
Mən sənə hər şeyi izah edərəm. Ancaq bundan sonra bir də mənə «sənə nifrət edirəm» demə.
Ayişə. Bəli, nifrət edirəm, zəhləm gedir səndən! (Seymur susur). Deyəsən, sən mənə nəyisə izah
etmək istəyirdin?
Seymur. Mən səni sevirəm, səninlə, heç vaxt olmadığım qədər xoşbəxtəm. Başa düş, bu,
həqiqətdir. Və əsas məsələ də budur.
Ayişə. Eh, kim bilir həyatda əsas məsələ nədir... Mən fəxr edirdim ki, Seymur Mehmandarovun
arvadıyam, o məni sevir. Özüm-özümə dünyanın ən ağıllı və gözəl qadını kimi görünürdüm. İndi
isə bütün bunlar o biri həyatımda qalıb. İndi mən evdən çıxmağa utanıram, xəcalət çəkirəm.
Atamla da görüşmək istəmirəm. Bilirəm ki, hər şeydən xəbərdardır. Dünyada bircə sən vardın
mənimçün. Daha heç kimim yoxdur. Mənim qürurumu sındırdın sən. Bunu heç vaxt sənə
bağışlamayacağam.
Seymur. Sən başa düşməyə çalış ki, heç də hər şey göründüyü qədər sadə deyil. Bu məsələ mən
səninlə tanış olmamışdan üç il əvvəl başlanıb. O vaxt Sankt-Peterburqda yaşayanda mən
Marionla görüşməyə başlamışam. Bakıya da varyeteni dəvət edəndə hələ səninlə tanış deyildim.
İndi isə bütün dünyada mənimçün yalnız sən varsan. Mən səni canımdan artıq sevirəm. Rica
edirəm, Ayişə, bunu başa düş.
Ayişə. Mən hər şeyi başa düşdüm. Belə çıxır ki, elə mənə olan bu sevgin xatirinə də indicə onun
yanına getməyə hazırlaşırdın.
Seymur. Axı mən onu yiyəsiz pişik kimi çölə ata bilmərəm. Artıq bizim münasibətlərimiz
əvvəlki kimi deyil. O bilir ki, mən evlənmişəm, hiss edir ki, səni sevirəm. Hesab et ki, mən
Marionla birdəfəlik qurtardım.
Ayişə. Məsələ təkcə Marionda deyil. Mənim üçün ən dəhşətlisi odur ki, sən məni aldatmısan.
Gözlərimin içinə baxa-baxa yalan söyləmisən. Sənə əvvəlki kimi münasibət bəsləyə bilmərəm.
İndi sən mənimçün tamamilə başqa bir adamsan.
Seymur. Zaman bunu sənə unutduracaq. Əlimdən gələni edəcəyəm ki, günahımdan keçəsən.
Ayişə. Ola bilər. Ancaq nə qədər ki, bunu unutmamışam, səni görmək istəmirəm. Səninlə
danışmaq belə mənə iyrənc görünür.
443
Seymur çıxır. Qulluqçu gəlir.
Ayişə. Mən isə qəlbimin dərinliklərində ümid edirdim ki, Qasımbəyov Seymura şər atır.
Qulluqçu. Kim nə deyirsə-desin, Seymur bəy yaxşı adamdır. Siz ona görə belə qəzəblisiniz ki,
onu sevirsiniz.
Ayişə. Kaş heç sevməyəydim.
«Qədim Misir» cəmiyyətinin toplantısı.
Şvedenkley. Bir qədər qüssəli olsa da, bilirəm ki, bu günkü toplantı Misirə iki aylıq səyahət
ərəfəsində sonuncudur. Lakin bu gün Nobel qardaşları şirkətinin səxavəti sayəsində mən bizim
toplantının üzvlərinə son dərəcə xoş bir sürpriz çatdırmaq imkanına malikəm. İndi biz hamımız
birlikdə Allah Ranın məbədində yeni kahin seçilməsi mərasimini canlandırmağa çalışacağıq.
Qayaüstü yazılardan məlum olduğuna görə, həmin gün məbəddə ortaya müxtəlif metal külçələri
düzürlərmiş. Hamısının üstü papirusla örtülürdü. Şagirdlər papirusun üstündən əllərini sürtərək,
külçələrdən birini götürməli idilər. Beləliklə, hansı şagird səhv etmədən əlini qızıl külçəsinin
üstünə qoyardısa, o, Ra mədəninin kahini seçilərdi. İnandırıram sizi ki, qədim misirlilərin
bildikləri və etdikləri çox şeyin bizim zəmanəmizdə dərin mənası var. Qədim Misir kahinlərinin
inancına görə, allahlar belə insanlara sağlığında qeyri-adi qabiliyyətlər bəxş edərmişlər. Həmin
qabiliyyətlərdən düzgün istifadə olunması həm onların özlərinə, həm də təsir göstərə bildikləri
insanlara böyük fayda gətirərmiş. İndi papirus olmadığından, biz külçələrin hər birini ayrılıqda
kağıza bükmüşük. Burada ölçüsünə görə eyni olan otuz külçə var: qızıl, gümüş, melxior, bürünc,
dəmir və qalay – hərəsindən beş ədəd. Beləliklə, başlayırıq, cənablar! Hansı külçəyə əliniz
toxunsa, o, sizinkidir.
Cəmiyyət üzvləri masaya yaxınlaşır, hərəsi kağıza bükülmüş kiçik kubşəkilli külçələrdən birini
götürür.
Çempanski (diqqətlə baxır). Qızıla oxşamır. Heç gümüşə də.
Şvedenkley. Siz dəmir kub götürmüsünüz. Qızıl isə cənab Mehmandarova qismət oldu. Təkcə
ona.
Çempanski. İndi nə demək istəyirsiniz, cənab Meh-mandarov Ra məbədinin kahini olacaq?
Lənkəranski. Mən, «Kaspi» qəzetinin redaktoru kimi, əmin olmaq istərdim ki, masa üzərindəki
qızıl kubların sayı bir dənə yox, Sizin bayaq dediyiniz kimi, beş dənədir. Oxucuların marağı
naminə, həqiqətin açılmasını tələb edirəm.
444
Şvedenkley. Elə də olmalıdır. Lakin icazənizlə, siz bükülüləri açmamışdan əvvəl, mən də bir kub
seçmək istərdim (götürüb açır). Bürüncdür! İndi isə, lütfən buyurun! Yeri gəlmişkən, sizə hansı
metal düşüb?
Lənkəranski. Qalay (kublara bir-bir baxır). Hamısı qiymətli metallardır: dördü qızıl, dördü
gümüş, və beşi melxior. Bu, böyük sərvətdir, cənablar. Xalqın səfalət içində yaşadığı bir
zamanda biz onun hesabına çox mənasız əyləncələrə dalmışıq. Mən təklif edirəm ki, buradakı
bütün qızılı, gümüşü və melxioru yoxsulların istifadəsinə verək.
Şvedenkley. Cənab Lənkəranski, siz heç narahat olmayın. Nobel qardaşları şirkətinin
məktubunda göstərilir ki, masanın üstündə qalan kublar Suraxanıdakı yetimxanaya verilməlidir.
Bundan başqa, cənab Lənkəranski, bir cəhəti xüsusi diqqətinizə çatdırıram ki, biz xalqın
hesabına heç nə etmirik. Bu külçələri elə həmin şirkət hazırlayıb.
Çempanski (Şvedenkleyə). Siz nə dediniz, Lənkə-ranski?!
Çempanski (Lənkəranskiyə). Həqiqətən siz Lənkərans-kisiniz?
Lənkəranski (nəzakətlə təzim edir). Qulluğunuzda hazıram: Raf Lənkəranski.
Çempanski. Yox, bu ola bilməz. Xoşbəxtliyə bax! Ancaq mən əmin olmaq istyirəm ki,
həqiqətənmi siz «Kaspi» qəzetinin baş redaktoru məşhur Raf Lənkəranskisiniz?
Lənkəranski. Elədir ki, var.
Çempanski. Deməli, o mənfur sarı qəzetciyəzin redak-toru Sizsiz! (Lənkəranskiyə qüvvətli bir
sillə çəkir). Psya krev! Dünəndən bəri hirsimdən özümə yer tapmıram, az qalır ürəyim partlasın.
(İkinci silləni ilişdirir, Lənkəranski kənara sıçrayır).
Nina Vladimirovna (sevinclə). Nə qədər xoş bir sürpriz! Axır ki, bu alçağın dərsini verdilər.
Çempanski. İcazənizlə, izah edim, cənablar. İnanın ki, mən qalmaqal sevən adamlardan deyiləm.
Ancaq başqa yolum yox idi. Vicdanlı bir şəxs kimi, mən bu murdar böhtançıya hamının arasında
sillə vurmalı idim. Yəqin sizə bəllidir ki, mən zoopark yaratmaqla məşğulam. Bakı kimi böyük,
gözəl bir şəhər üçün zoopark zəruridir. Siz isə görün, cənab Lənkəranski öz qəzetində nə yazır
(cibindən qəzeti çıxarır, açıb oxuyur). «Zəhmətkeşlərin ağlasığmaz məhrumiyyətləri və səfaləti
fonunda təzəlikcə yekə bir «ləkə» peyda olub: neft işbazları Bakıda zoopark yaratmaq fikrinə
düşüblər. Necə deyərlər, düzəlmişdi hər yarağımız, qalmışdı... zooparkımız. Etibarlı
qaynaqlardan bizə bəlli olduğuna görə, bu şübhəli işi əvvəllər zoolo-giya ilə heç bir əlaqəsi
olmayan növbəti gəlmə fırıldaqçı – əcnəbi Şampanskiyə həvalə ediblər». Güman edirəm, cənab
Lənkəranskini başa sala bildim ki, mənim soyadım Şampanski yox, Çempanskidir. Növbə
sizindir, cənab Lənkəranski. Dueldə silah seçimini sizin ixtiyarınıza buraxıram.
Qasımbəyov. Cənab Çempanski, sizi məyus etməli olacağam. Duel iki səbəbdən baş tuta bilməz.
Birinci səbəb odur ki, imperator həzrətlərinin fərmanı ilə xeyli vaxtdır ki, duel ölkədə yasaq
edilib...
Çempanski. Qəribədir. Polşada isə əsilzadələrin öz şərəfini silahla qorumaq hüququnu
saxlayıblar... İkinci səbəb hansıdır?
445
Qasımbəyov. Cənab Lənkəranski kiminləsə vuruşmağı heç ağlına belə gətirməz, çünki təbiətən
həddən artıq qor-xaqdır. Onun silahı qələmidir. Qələmi ilə də hər şeyə qara yaxır.
Lənkəranski (xeyli uzaqdan, təhlükəsiz məsafədən qışqıra-qışqıra Çempanskiyə deyir). Siz
məhkəmə qarşısında cavab verəcəksiniz!
Qasımbəyov. O, yalan demir. Məhkəmə olacaq. Siz də məhkəmənin qərarı ilə ona 200 rubl
cərimə ödəyəcəksiniz. Hər ikiniz yəqin ki, razı qalacaqsınız.
Nina Vladimirovna. Bu ləzzətə görə pul verməyinə dəyər!
Şvedenkley. Cənablar, cənablar! Biz toplantının möv-zusundan xeyli uzaqlaşdıq. Diqqət! Bizim
bugünkü toplantımızın sonunda «Belaya noç» varyetesinin rəqs truppası sizin üçün mərasim
rəqsi ifa edəcək. Sizə bir sirr açım: axırıncı bir ay ərzində mən bu xoreoqrafik etüdün quruluşu
ilə truppaya xeyli məsləhətlər vermişəm. Sizi əmin edirəm ki, cənablar, üç min il əvvəl, firon
Exnatonun dəfni günündə Qədim Misir rəqqasələri eynən bu cür rəqs paltarlarında, üzlərində
maska, dəfn rəqsi ifa etmişlər. Exnaton Qədim Misir allahlarına sitayişi qadağan edib və
təkallahlılığın əsasını qoyub. Onun dövründə Qədim Misirin əsas və yeganə allahı – günəş allahı
Amon olmuşdur. Gözəl arvadı Nefertitini o, sağlığında allah səviyyəsinə yüksəldibmiş və
Nefertiti məbəddə əri ilə yanaşı, Amonun önündə dayanarmış.
Rəqs.
Nina Vladimirovna. Necə də tükürpədici rəqsdir! Ada-mı lap vahimə basır.
Seymur (Peterə). Neçə gündür sənə demək istəyirəm. Cənab Şvedenkley mənə səfərdə iştirak
etməyi təklif etdi, mən də razılıq verdim.
Peter. Görüləsi işlərin tökülüb qalıb, indii hər şeyi atıb Misirə səfərə gedəcəksən?
Seymur. Olub-keçənləri götür-qoy etmək istəyirəm.
Peter. Sfinkslə təkbətək, eləmi?
Seymur. Lağ eləmə. Arvadımla aramız möhkəm dəyib. Məsələ ciddidir. Bir müddət tək qalmaq
istəyirəm.
Peter. Getməyindən atanın xəbəri var?
Seymur. Var. Bir söz demədi, ancaq hiss edirəm ki, narazıdır.
Peter. Sən də yaman qəm dəryasına qərq olmusan.
Seymur. Mən Ayişəni çox sevirəm.
Peter. Ən başlıcası da elə budur, qalan şeylər boş şeydir. Məhəbbətini qoru, həyatdan zövq al.
446
Seymurun evi. Qulam gəlir. Qapıda dayanır.
Seymur. Nə istəyirsən?
Qulam. Fikirləşirəm ki, bəd xəbərləri sizə nahardan əvvəl çatdırım, yoxsa gözləyim ki, yeyib
qurtarasız.
Seymur. De görək nə olub. Tez ol!
Qulam. İndicə... Biri var e... Ölü fironlardan danışan... Onu indicə tutdular. İki nəfər polis
qollarını qandallayıb, üstüörtülü faytonda apardı.
Seymur. Sən hardan bildin?
Qulam. Onca dəqiqə əvvəl öz gözlərimlə gördüm. «Bristol» mehmanxanasına getmişdim,
mamzel Mariona gülləri verdim, qayıdanda dəhlizdə iki nəfər polis gördüm. 10 nömrəli otaqdan
rotmistr Qasımbəyovla həmin o mumiyalardan danışan kişi çıxdılar.
Seymur. Şvedenkleyi deyirsən?
Qulam. Bəli. Onun əllərini qandallayıb, arxa qapıya tərəf apardılar. Mən isə cəld baş qapıya
qaçdım. Elə həmin dəqiqə üstüörtülü fayton yaxınlaşdı, polislər onu mindirib apardılar. Cənab
rotmistr isə əl ağacını oynada-oynada «Böyük dəniz» küçəsi ilə jandarm departamentinə sarı
yönəldi.
Seymur tələsik otaqdan çıxır.
Qasımbəyovun kabineti. O, yazı masası arxasında əyləşib. Xəbər verirlər ki, Seymur
Mehmandarov gəlib.
Qasımbəyov (İçəri girən Seymura). İşə bir bax. Mən elə indicə sizinlə keçən dəfəki söhbətimizi
xatırlayırdım.
Seymur. Bunu eşitmək xoşdur məniçün, ancaq gəlişimin məqsədi başqadır. Soruşmaq istəyirəm
ki, cənab Şvedenkleyi həbs etmək barədə əmri hansı əsasla vermisiz?
Qasımbəyov. Əyləşin... (kefi pozulmuş halda). Bakı qəri-bə şəhərdir! Birini dama basan kimi
hamı xəbər tutur. Ləzzəti də qaçır! Çay istəyirsiz?
Seymur. Xeyr, təşəkkür edirəm. Bilmək istəyirəm: cənab Şvedenkleyi niyə həbs etmisiz?
Qasımbyov. Möhtərəm cənab Mehmandarov, siz məni çətin vəziyyətdə qoyursunuz. İşin və
cənab Şvedenkleyin özünün maraqları naminə mən bu qəbildən olan suallara cavab verməli
deyiləm... Lakin sizinlə köhnə tanışlığımızı və misirşünaslar cəmiyyətində birgə üzvlüyümüzü
nəzərə alaraq, istisna kimi deyərəm. Cənab Şvedenkleyin həbs olunmasını mən əmr etmişəm,
çünki belə düşünməyə əlimdə əsas var ki, o, alman casusudur. Yəni ki, təhlükəli canidir,
azadlıqda qala bilməz.
447
Seymur. Bu ziyansız insanın, alimin casus oluğunu düşünməyə sizin nə kimi əsasınız var?
Qasımbəyov. Bax bunu mən sizə deyə bilmərəm. Qətiyyən deyə bilmərəm.
Seymur. Bir aydan çoxdur ki, sizə bəllidir ki, cəmiyyətin bir neçə üzvü cənab Şvedenkleylə
birlikdə Misirə yola düşməyə hazırlaşır. Və məhz bu gün bilə-bilə ki, artıq gəmiyə biletlər alınıb
və Qahirədə mehmanxanada yerlər sifariş verilib, siz onu həbs edirsiniz. Belə bir təsadüf sizə
qəribə gö-rünmürmü?
Qasımbəyov. Hər gün o qədər təsadüflər olur ki, hamısını nəzərdə saxlamaq mümkün deyil. Hər
nə isə, mən onu həbs etmişəm.
Seymur. Özü də mən əminəm ki, səfərin baş tutma-yacağından və bütün səfər iştirakçılarının
ovqatının pozulacağından həzz alırsız.
Qasımbəyov. Lütfən deyin, siz Allaha inanırsınız?
Seymur. Qəribə sualdır. Əlbəttə, inanıram.
Qasımbəyov. Lap yaxşı. Elə isə deyim ki, biləsiz, mən özüm Allaha ürəkdən inanan bir adamam
və Tanrı şahiddir ki, şəxsən sizin sabah sağ-salamat Bakıdan getməyinizi çox arzulayıram. Yəni
demək istəyirəm ki, siz də, yol yoldaşlarınız da sağ-salamat Misirə gedəcəksiniz. Lakin vəzifə
borcu mənim üçün hər şeydən üstündür. Buna görə də mən cənab Şvedenkleyi həbs etdim (ayağa
qalxır). Sizi görməyimə şad oldum.
Qubernatorun evində qonaq otağı. Martınov, əynində xalat, kresloda əyləşib çubuq çəkir. Nina
Vladimirovna çay içir. Qulluqçu qız gəlir.
Qulluqçu (Nina Vladimirovnaya). Cənab Mehman-darovun oğlu təcili iş üçün onu qəbul
etməyinizi xahiş edir.
Martınov (arvadına). Bizə gələcəyi barədə o səni xəbərdar etmişdimi?
Nina Vladimirovna. Səhər biz cəmiyyətin iclasında görüşdük, ancaq bu barədə bir söz demədi.
Martınov. Heç vaxt bizim evimizdə olmayıb, indi birdən-birə dəvətsiz-filansız təşrif gətirib. Elə
bil mənim evim restoran-zaddır onunçün. Axı, onun səninlə nə təcili işi ola bilər?
Nina Vladimirovna. Ümid edirəm ki, indicə öyrənərik.
Martınov. Özün bilərsən (qonşu otağın qapısına sarı yönəlir).
Nina Vladimirovna (qulluqçuya). Dəvət elə.
Seymur. Rica edirəm, qəfil gəlişimə görə məni əfv edin. Fövqəladə bir hadisə məni buna məcbur
etdi.
448
Nina Vladimirovna. Buyurun-buyurun. Əyləşin. Danı-şın görüm, nə olub axı?
Seymur. Yarım saat əvvəl Qasımbəyov cənab Şve-denkleyi həbs edib və qandallayaraq
həbsxanaya göndərib.
Nina Vladimirovna (gözlənilməz xəbərdən sarsılır). O nə cəsarətlə belə edib? Siz çox düzgün
edibsiz ki, bu azğınlıq barədə dərhal mənə xəbər verdiz. Əlimdən gələni edəcəyəm.
Seymur. Bu, özbaşınalıqdır.
Nina Vladimirovna. Sağ olun. Siz hələlik gedin, onu tezliklə həbsdən çıxarmaq lazımdır.
(Seymur gedəndən sonra ucadan çağırır). Paşa!
Martınov qapıda görünür.
Nina Vladimirovna. Eşitdin?
Martınov. Mən sizin söhbətinizə qulaq asmırdım.
Nina Vladimirovna. Qasımbəyov Şvedenkleyi həbs etdirib.
Martınov (masaya yaxınlaşır, çubuğunun külünü bo-şaldır). Ürəyini sıxma! Şükr allaha, düzələsi
işdir (kiçik zəngi çalır. Yavər qapıda görünür). Bu saat rotmistr Qasımbəyovu tapıb, yanıma
gətirin.
Yavər. Baş üstə, zati-aliləri!
Martınov arvadına yaxınlaşır, nəvazişlə əllərini öz əlinə alır.
Martınov. Sakit ol, əzizim, hər şey öz əlimizdədir. Gedim otağıma, paltarımı dəyişim.
Martınov qızıl işləməli general-qubernator geyimində. Yavər daxil olur.
Yavər. Rotmistr Qasımbəyov sizin əmrinizlə gəlmişdir.
Martınov. Qoy gəlsin.
Qasımbəyov içəri girib, əsgəri təzim edir.
449
Martınov. Keçin, rotmistr, əyləşin. Söyləyin görüm şəhərdə nələr baş verir?
Qasımbəyov. Allaha şükr, hələlik heç bir hadisə baş verməyib. Bibi-Heybətdəki yanğın barədə
Sizə dünən məruzə etmişəm. Gecə ikən söndürdülər.
Martınov. Yanğın – lap yaxşı. Ancaq siz mənə deyin görüm, nə səbəbə cənab Şvedenkleyi həbs
etmisiz və guya qatil yaxud oğru imiş kimi, əl-qolunu qandallayıb həbsxanaya göndərmisiz.
Qasımbəyov. Mən Sizə bu barədə günün sonunda məlumat verməyə hazırlaşırdım. Şvedenkleyi
dünən Sankt-Peterburqdan əlahəzrət imperatorun baş jandarm idarəsindən aldığım sərəncama
əsasən həbs etmişəm. Sərəncamda əmr olunur ki, Bakıda İohan Şvedenkley adı ilə tanıdığımız
cənab, qollarına qandal vurulmaqla, iki nəfər mühafizəçinin müşayiəti ilə paytaxta
göndərilməlidir.
Martınov. «Bakıda Şvedenkley adı ilə tanıdığımız» nə deməkdir?
Qasımbəyov. Rəsmi məktubdan aydın olur ki, Peter-burqda o, Qotlib adı ilə yaşayıb. Baron
Henrix Qotlib. Spritik seanslar keçirmələrlə məşgul olub. Həmin seanslara paytaxtın say-seçmə
adamları gələrmişlər.
Martınov. Məgər belə şeyə görə adamı qandallayıb, zindana salarlar?
Qasımbəyov. Heç də yox, zati-aliləri! Dəqiq müəyyən edilmişdir ki, cənab Şvedenkley yaxud da
baron fon Qotlib Almaniya kəşfiyyatının casusudur.
Martınov. Ölkələrimiz arasındakı münasibətlərin kəs-kinləşməsi ilə bağlı germanofobiya-
almanlara nifrət, bunun nəticəsində isə həm də casus maniyası günü-gündən artır. Peterburqdakı
məmurların çoxusu bu azara tutulub. Yeri gəlmişkən, əgər onlar həmin şəxsin casus olduğuna
əmin-dirlərsə, maraqlıdır, bəs nə üçün bir il əvvəl onu Peterburqda özləri həbs etməyiblər? Nəyi
gözləyirmişlər?
Qasımbəyov. Məndə olan məlumata görə, onu ələ keçirməkdən ötrü fövqəladə tədbirlər görülüb,
paytaxtdan bütün çıxış yolları nəzarət altına alınıbmış.
Dostları ilə paylaş: |