Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə63/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   59   60   61   62   63   64   65   66   ...   72

taxtın üstündə əyləşib. Seymur qapıda donub qalır).  

 

Seymur. Gözlərimə inana bilmirəm! 



 

Qasımbəyov (yerindən sıçrayır). Gəl bura, danışaq. 

 

Seymur. Hə, əsl vaxtdır. (Qasımbəyovun divanın üstünə necə gəldi atılmış pal-paltarına baxır, 



onun silah asılan aşırma qayışını götürür. Tapançanı qoburundan çıxarıb çaxmağı çəkir).  

 

Qasımbəyov. Ehtiyatlı ol! Doludur. Siz nə edirsiniz? Tapançanı qoyun yerinə. Siz axı əsl 



zadəgansınız, silahsız adamı öldürə bilməzsiz... Mən sizinlə atışmağa hazıram. Nə vaxt desəz. 

Azı Siz namuslu adamsız. 

 

Seymur (istehza ilə qımışıb tapançanı Qasımbəyova tuşlayır). Mən namuslu adam sayılırdım, 



cənab rotmistr – sizi öz yataq otağımda görənədək! Axı özünüz demişdiniz ki, padşahın fərmanı 

ilə duel yasaq edilib! (Atəş açır). 

 

  

 



Qanına bulaşmış Qasımbəyov pəncərəyə tərəf qaçır. Əlləri əsə-əsə çətinliklə pəncərə taxtalarını 

itələyib açır. 

 

  

 



Qasımbəyov. Kömək edin! Öldürürlər! 

 

Seymur. Təəssüf ki, hətta sənin kimisini də cəmi bircə dəfə öldürmək mümkündür. (Ona bir neçə 



dəfə atəş açır). 

 


 

459


  

 

Qasımbəyovun cəsədi pəncərədən aşıb yerə çırpılır. Seymur dönüb arvadına baxır. 



 

  

 



Ayişə. Məni də öldür. Yalvarıram, öldür. 

 

Seymur (Paltarını onun üstünə atır). Get öz otağına. İndi buraya adamlar tökülüşüb gələcək. Sən 



heç nə eşitməmisən, heç nə görməmisən! Sonuncu dəfə bizim üçün edə biləcəyin yalnız bu ola 

bilər.  


 

Ayişə. Mən sənin günahın ucbatından çirkaba batdım. Səni görüm lənətə gələsən! (Gedir). 

 

Səs (pəncərə arxasından). Adam öldürüblər! 



 

Seymur (pəncərəyə yaxınlaşır). Kimsən? 

 

Haykaz. Sizsizmi, ağa! Allaha şükr, özünüz evdəsiniz. Mənəm, dalandar Haykaz. Səs-küyə 



çıxdım, bir də gördüm ki, pəncərədən kimsə gumbultu ilə gəldi yerə. Az qala başıma düşəcəkdi. 

İndi buradadır. Ölüb, özü də xalatda.  

 

Seymur (pəncərədən Qasımbyovun par-paltarını tul-layır). Geyindir onu. Qulamı da çağır, sənə 



kömək eləsin.  

 

  



 

Seymur fikirli halda otaqda gəzişir. Qulam gəlir. 

 

  

 



Qulam. Şükr Allaha, sağ-salamatsınız, ağa! Həmişə evdə-eşikdə! 

 

Seymur. Sən niyə evdə yox idin? 



 

Qulam. Xanım dünən axşamdan nökər-qulluqçuların hamısını buraxıb dedi ki, sabahacan ona 

heç birimiz lazım de-yilik... Qasımbəyovun meyidi orda - aşağıdadır.    

 

Seymur. Geyindirdiniz onu? 



 

Qulam. Bəli, ağa, mundirini də, çəkmələrini də, necə lazımdır. İndi əməlli-başlı görünür, tfu-tfu, 

göz dəyməsin.  

 

Seymur. Onda, tez elə, get polisə xəbər ver ki, Qasım-bəyovu öldürüblər. 



 

Qulam. Soruşacaqlar, kim öldürüb?... 

 

Seymur. Deyərsən, Seymur bəy. 



 

Qulam. Sizin barənizdə belə şey deməyə dilim gəlməz (hönkürtü ilə ağlayır). Qaçım Şahlar 

bəyin yanına, yaxşısını o bilər, nə etmək lazımdır.  

 


 

460


Seymur. Sən heç yerə getməyəcəksən. Otur burda. (Pəncərəyə yaxınlaşır). Haykaz! Neynirsən 

orda? 


 

Haykaz. A bəy, raxmatliyin çəkməsinin biri palçığa batıb, onu təmizləyirəm.  

 

Seymur. Tez qaç polisə de ki, rotmistr Qasımbəyovun meyiti həyətimizdədir.  



 

Qulam. Ağa, nəyə görə polisə deməliyik ki, onu siz öldürmüsüz? 

 

Seymur. Bəs nə deyək? Bu rotmistr intihar edənə oxşamır axı... 



 

Qulam. Siz bizim camaata bələdsiz, hər şeydən sonra söz eləyirlər. Sorğu-sual başlanacaq, nə 

vaxt öldürüb, niyə öldürüb? Siz axı Şahlar bəyin oğlusunuz. İcazə verin, deyim ki, cənab 

Qasımbəyovu mən öldürmüşəm. 

 

Seymur. Qulam, səni zindana salarlar, Sibirə göndə-rərlər. 



 

Qulam. Göndərsinlər də, ağa. Mən subay adamam, ailə-uşaq dərdi də çəkmirəm. Mağıl gedib 

Sibiri də görərəm. 

 

Seymur. Sibirə mənim yanıma gələrsən. Ancaq bu səmimi sözlərinə görə sağ ol. 



 

  

 



İki polis gəlir. Qapının kandarında dayanırlar.  

 

  



 

Seymur. Sizi ona görə çağırtmışam ki, jandarm rotmistri cənab Qasımbəyovun qətlə yetirildiyini 

xəbər verim. Onu mən öldürmüşəm. Meyidi də həyətdədir.  

 

Polsilər. Gördük, cənab Seymur bəy. Ona görə də Sizi həbs etməliyik. 



 

Qulam. Belə işlərdə tələsmək nəyə lazım?! Ziyanınıza olar. Mənim məsləhətim budur ki, hələlik 

Siz rotmsitrin meyidini aparın, sabah tezdən bir də gələrsiniz.  

 

Polis (təkrar edir). Bu, qətldir, cənab Seymur bəy, Siz bizimlə getməlisiz. 



 

  

 



Hamısı gedirlər. 

 

  



 

General-qubernator xanımı ilə. 

 

  

 



Yavər. Cənab hakimlə cənab prokuror gəlmişlər. 

 

Nina Vladimirovna. Mən qalıram. 



 

 

461


Martınov. Buyursunlar.  

 

  



 

Hakimlə prokuror daxil olurlar. 

 

  

 



Martınov. Cənablar, mənə məlumat verdilər ki, rotmitsr Qasımbəyovun qətli işinə bu günlərdə 

məhkəmədə baxılacaq. Buna görə də sizi məsləhətləşməkçün dəvət etmişəm. Bu, qeyri-adi işdir, 

ona görə də xüsusi diqqət tələb edir. Cənablar,  Şahlar bəy Mehmandarov şəhərimizin ən 

hörmətli ağsaq-qallarından biridir. O öz yeganə oğluna və varisinə qərəzli münasibət 

bəslənilməyəcəyinə arxayın olmalıdır. Sizin  fikri-nizi bilmək istərdim, cənab prokuror. 

 

  



 

Prokuror ayağa qalxmaq istəyir, ancaq Martınov qoymur. 

 

  

 



Prokuror. Zati-aliləri, uzunillik təcrübəmdə ilk dəfədir ki, müttəhimin özünü bu dərəcədə qəribə 

apardığını görürəm. İstintaq nəticəsində dəqiq müəyyən edilmişdir ki, gözlənil-mədən, yəni 

səfərdə olduğuna görə, cənab Mehmandarov gecə saat ikidə Bakıya qayıdıb, üçün yarısında öz 

evinə çatıb və arvadını rotmistr Qasımbəyovla bir yerdə tutub. Ehtimal edilir ki, rotmitsrlə cənab 

Mehmandarovun arvadı həmin gecə zinakarlıq etmişlər. Cənab Mehmandarov da rotmitsrə 

məxsus tapançadan bir neçə dəfə atəş açmaqla onu qətlə yetirmiş,   sonra meyidi geyindirməyi 

əmr etmişdir. Paltarlarda bircə dənə belə güllə yeri aşkar edilməmişdir. İşin bütün hallarını 

nəzərə aldıqda, qanuna müvafiq olaraq, aldadılmış ərin öz evində bu cür davranışı yolverilən və 

cəzalandırılmayan bir hərəkət sayılır. Və cənab Mehmandarov bəlkə də indi azadlıqda olardı, 

bəzi aşkar faktları inkar etməsəydi... Cənab Mehmandarov bütün dəlil-sübutlara baxmayaraq, 

iddia edir ki, qətl baş verən gün onun arvadı başqa yerdə, daha konkret desək, öz atası cənab 

Yüzbaşovun evində  olub. Cənab Mehmandarovun dediyinə görə, rotmistri guya ona görə qətlə 

yetirmişdir ki, bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq, Qasımbəyov qumar oyunu 

zamanı dələduzluq edirmiş, kart basırmış. Əgər hadisə cənab Mehmandarovun təsvir etdiyi kimi 

olsaydı, o, xüsusilə ağır cinayət törətmiş sayılardı və ona azı iyirmi beş il katorqa cəzası 

kəsilərdi. Hələ Mehmandarov Allaha dua etməli olardı ki, ölkədə ölüm cəzası ləğv edilib.  

 

Martınov. Siz ki, cənab Mehmandarova inanmırsız.  



 

Prokuror. Özünüz bir fikir verin, zati-aliləri! Səfərdən qayıtdıqdan sonra Seymur bəy öz evində 

cəmi bir neçə dəqiqə olub. Belə çıxır ki, bu müddət ərzində o, kart oynamağa da macal tapıb, 

hələ üstəlik, rotmistri  onun öz tapançasından qətlə də yetirib. Özü də elə məharətlə atəş açıb ki, 

güllələr pen-cəyi və köynəyi deşmədən birbaşa rotmistrin bədəninə sancılıb. Bu cəfəngiyyat 

ədalət məhkəməsini məsxərəyə qoymaq kimi də qiymətləndirilə bilər.  

 

Nina Vladimirovna. Bəs onun arvadı ilə danışma-mısınız? 



 

Müstəntiq. O, görüşməkdən imtina etdi. İş material-larında ərinin tam etirafı var ikən, həmin 

qadını mənimlə gö-rüşməyə məcbur etmək üçünsə istintaqın heç bir qanuni əsası yoxdur. 

 

Nina Vladimirovna. Cənablar, sizin hamınıza aydındır ki, cənab Mehmandarov arvadının 



rüsvayçılığını ört-basdır etməkdən ötrü qəsdən özünü pis vəziyyətdə qoyur. Bu namuslu cavan 

 

462


hələ də öz ailəsinin şərəfini qorumaq istəyir və onun deyib-deməməsindən asılı olmayaraq, ona 

kömək etmək bizim borcumuzdur. 

 

Prokuror. Zati-aliləri, əgər o, həmin vaxt arvadını da öldürsəydi, iş indi bağlanmışdı. 



 

Nina Vladimirovna. Əlbəttə... Əslinə baxsan, gərək o ləçəri elə yerindəcə güllələyəydi. Məqam 

da əlverişli idi, heç kəs Seymur bəyi qınamazdı – namus üstə öldürüb, vəssalam. Ancaq nə 

etməli, olan olub, keçən keçib. 

 

Martınov. Bir sözlə, cənablar, kömək etmək lazımdır. Göndərin onu Bayıl həbsxanasına, orada 



bir neçə rahat otaq var. Gəzintiyə də meyvə bağına çıxararlar. Cəzaçəkmə müddəti uzaqbaşı üç-

dörd il olsun, bundan artıq yox. Elə ilk çar amnistiyası olanda biz onun həbsdən azad edilməsi 

qayğısına qalarıq. 

 

Hakim. Zati aliləri, onda bir məsləhət verin, andlı iclasçıların gözü qarşısında mən bunu necə edə 



bilərəm? 

 

Martınov. Andlı iclasçıları etibarlı adamlar cərgəsindən seçin. Hərəsi ilə ayrı-ayrılıqda ata-bala 



kimi söhbət edin... Nə bilim... Elə sizi ona görə çağırmışam ki, siz hüquqşünassız. İşi nə sayaq 

düzüb-qoşmağı özünüz yaxşı bilərsiz. Axı, Allah şahiddir, elə sizə də məlumdur ki, 

Mehmandarov günahsızdır. İşi sizin necə qələmə verəcəyinizdən çox şey asılıdır. 

 

  



 

Geniş həbsxana kamerası. Çarpayı, yanında stullar olan masa, iki kreslo. Həbsxana komendantı 

ilə Seymur. 

 

  



 

Komendant. Gündüzlər qaranlıq düşənəcən siz bağda gəzə bilərsiz. Verdiyiniz siyahıya əsasən, 

yanınıza gələnləri maneəsiz içəri buraxacaqlar. Siyahını mənə verin. (Seymurdan alıb oxuyur). 

Şahlar bəy – aydındır, bu sizin möhtərəm atanızdır. Peter Omre – əlbəttə ki, tanıyıram. Qulam 

Nəbiyev. Bağışlayın, bəs bu kimdir? 

 

Seymur. Qulam?.. Köhnə dostumdur.  



 

Komendant. Elə-belə də yazarıq. Bütün günü, bəy, dostlarınızın biri gedir, o biri gəlir, Sizinlə 

görüşmək istəyirlər. Buraxaqmı? 

 

Seymur. Bura həbsxanadır, yoxsa pansionat? Mən heç kəsi görmək istəmirəm. 



 

Komendant. Lap yaxşı, mümkündür.  

 

Seymur. Buralarda kitab tapmaq olar? 



 

Komendant. Sizin üçün bizdə hər şey tapılar. Xanım Çarskayanın əsərləri də varımızıdır. Mən 

özüm bu yaxınlarda onun təzə romanını oxudum: «Gizli məhəbbət faciəsi». O qədər təsirli idi ki, 

gözlərim yaşardı. Özü də iş vaxtı. Gətirsinlər? 

 

Seymur. Sağ olun, gərək deyil. Deyərəm, evdən bir şey göndərərlər.  



 

 

463


Komendant. Kitabxananı bizim idarəyə sizin atanız bağışlayıb. Hələ üstəlik böyük bir hamam da 

tikdirib. Əvvəllər dustaqları əli qandallı sıraya düzüb, həftədə bir dəfə şəhərin bu başından o 

başına hamama aparardıq. İndi isə elə burada – həbsxananın həyətində iki yüz nəfərlik hamam 

var. Sabun, kisə, ləyən, başqa ləvazimat işlənib sıradan çıxdıqca, sizin möhtərəm atanızın 

səxavətindən, onları bizə tez-tez göndərirlər. Lazaretimizçün dava-dərmanın da xərcini bəy 

həzrətləri çəkir. Çox yaxşı insandır. Sizə bir şey lazım olsa, növbə çəkən mühafizəçini dərhal 

dalımca göndərin. Kameranı bəyəndinizmi? Adətən, burada altı dustaq yerləşdirirk. 

 

  



 

Komendant gedir. Dəmir qapı örtülür. Seymur başını əlləri içinə alaraq kresloda əyləşib. 

Mühafizəçi Şahlar bəyi kameraya gətirir, onunçün kreslo çəkib əyləşdirir. Sonra gedir. 

 

  



 

Şahlar bəy. Görəcək günlərimiz varmış! 

 

Seymur. Bağışla, ata. Qarşında çox günahkaram.  



 

Şahlar bəy. Sən hər şeyi düz eləmisən. Ailənin namu-sunu qorumusan. Əslində hər şeyin 

təqsirkarı mənəm. Bunu heç vaxt özümə bağışlamayacağam. Çünki bu izdivac mənim səhvim 

idi. O qızı sənə mən caladım. Əfi ilanı sənin evinə mən səfeh gətirib saldım. Sən özünü heç nədə 

günahlandırma. Bu, bir bədbəxtlikdir. Hamının başına gələ bilər. Neyləyək, bəxtin gətirmədi. 

 

  



 

Seymur nə isə demək istəyir, lakin əlini ümidsiz halda yelləməklə kifayətlənir. 

 

  

 



Mühafizəçi (qapıda görünür). Gənab Peter Omre gəlib. Deyim gözləsin? 

 

Şahlar bəy. Lap yaxşı, qoy gəlsin. Mən gedim evə, bir az dincəlim (Seymuru qucaqlayır). 



Özündən muğayat ol! (Gedir). 

 

  



 

Peter gəlir. 

 

  

 



Peter. Bu nədir, deyəsən, ruh düşkünlüyünə qapılmısan? 

 

Seymur. İstəyirsən ruh düşgülüyü de, istəyirsən qəm dəryası... Tam səmimiyyətlə deyirəm, 



ömrümdə təsəvvür edə bilməzdim ki, insan bu dərəcədə ümidsizliyə dücar olarmış. Bircə şeyi 

başa düşə bilmirəm, necə oldu ki, özüm öz əlimlə evimi yıxdım. Heç bilirsən necə xoşbəxt idim! 

Ancaq qədrini bilmədim. Məni elə bir məhəbbətlə sevən qadını uçuruma sürüklədim. Öz əlimlə 

hər şeyi dağıtdım. 

 

Peter. Keçənə güzəşt deyərlər. Zaman hər yaranı sağal-dır. Hələ sənin həyatın irəlidədir.  



 

  


 

464


 

Seymurun kamerası. Şahlar bəylə Peter gəlir. 

 

  

 



Şahlar bəy. Çox pis xəbərlə gəlmişəm. Sənin vəkilin məhkəməyə apellyasiya şikayəti verib. 

Hakim elə həminkidir – sənə beş il kəsən. O dəfə sənə xüsusi rəğbətlə yanaşırdı. Buna görə də 

mən ümid edirdim ki, burada keçirdiyin üç ili yetərli cəza hesab edib, səni azadlığa buraxarlar. 

Amma... sən saydığını say, gör fələk nə sayır. Qəzetlər haradansa iyləyib xəbər tutublar, 

möhkəm hay-küy qaldırıblar. O Raf Lənkə-ranski lap dəridən-qabıqdan çıxır. Heç qubernatorun 

müdaxiləsi də kömək etmədi. İndi dövran dəyişib, hamı mətbuatdan çəkinir. Ancaq buna 

baxmayaraq, hələ ümid var: hakim apellyasiya şikayətini rədd etməyib. Söz verir ki, təxminən 

yarım ildən sonra sənin işinə təzədən qayıdacaq. Neyləyək, gözləməkdən başqa çarəmiz yoxdur.  

 

Seymur. Hər şeyi ürəyinə salma. Məndən ötrü də narahat olma. Burada keçirdiyim bu üç ildə 



mən çox dəyişmişəm. Əvvəllər mənə elə gəlirdi ki, günlər çox ləng keçir. Oturub hər gün yenilik 

gözləyirdim. Amma indi hər şeyə çox biganəyəm. Buradan çıxmağa qətiyyən tələsmirəm. Çox 

qəribə bir hissdir. 

 

Şahlar bəy. Aydın məsələdir, hələ yaraların tam qaysaqlanmayıb. Allahın  köməyi ilə keçib 



gedər. Gəldim sənə deyim ki, iki-üç həftəliyə İstanbula gedirəm. Bakıda vəziyyət çox pisləşib, 

qarışıqlıqdır. Bütün Avropa döyüş – çaxnaşma içindədir. İstanbul yeganə sakit guşədir. Buna 

görə də mən öz kapitalımın bir hissəsini İstanbul bankına köçürürəm. Sonra özüm də ora 

gedəcəyəm. Bakıda olmadığım müddətdə bütün işləri Peter idarə edəcək. Özündən muğayat ol. 

Tez qayıdacağam. 

 

Seymur. Zindanda mənə nə olasıdır? Tez qayıt gəl. Fikrim hər dəqiqə sənin yanındadır. (Atasını 



qucaqlayıb vidalaşır). Gözləyirəm səni! (Şahlar bəy getdikdən sonra). Atam yaman qocalıb. Özü 

də yəqin ki, mənim ucbatımdan.  

 

Peter. Cünahkar zəmanədir, dostum. Elə bilirsən, biz qocalmırıq? 



 

Seymur. Yaxşısı budur, danış görək, təzə nə var, nə yox? 

 

Peter. Hər gün tətildir, hər gün mitinq. Adları heç kimə tanış olmayan bir neçə partiya fəal iş 



aparır. Həmin partiyaların başında duranların hamısı iddia edir ki, binəsib xalqa yalnız o və onun 

ardıcılları xoşbəxt həyat bəxş etmək iqtidarındadırlar. 

 

Seymur. Demokratik dövlətə gedən yol belə olmalıdır. Başqa üsul yoxdur (Cibindən bir məktub 



çıxarır). Qasım-bəyovun məktubudur. Bunu sənə göstərməmişəm? Oxu.  

 

Peter (oxuyur). İndi mənə çox şey aydın olur. Hər halda, mərhum cənab Qasımbəyov tükənməz 



fantaziyası olan bir əclaf imiş. Bu məktubu haradan tapmısan? 

 

Seymur. Qulam onu Ayişənin qulluqçusundan yalvarıb alıb. 



 

Peter. Yəqin atan sənə Yüzbaşovun getməyini deyib? 

 

Seymur. Bu üç ildə atamla mən onun adını bircə dəfə də çəkməmişik.  



 

Peter. Bakıda bütün əmlakını satıb, qızını da götürüb həmişəlik köçüb Venesiyaya. Cənubi 

Amerikaya. Deyirlər, orada da neft tapılıb. 


 

465


 

Seymur. Mən isə ona Venesiyanı göstərməyi vəd et-mişdim.  

 

  

 



Seymurun kamerası. Gecədir. Seymur yatır. Güllə səslərinə gözünü açır. Sonra təzədən yuxuya 

gedir. 


 

Seymurun kamerası. İki nəfər həbsxana mühafizəçisi gəlir. Kameraya dəmir çarpayı, yataq 

şeyləri daşımağa başlayırlar.  

 

  



 

Seymur. Cənab komendant deyib ki, məndən savayı bu kameraya başqa dustaq gətirməyəcəklər. 

 

Mühafizəçi. Bizə əmr ediblər, biz də gətiririk. Əl-ayağa dolaşma.  



 

Seymur. Xahiş edirəm komendantı çağırın. 

 

Mühafizəçi. Haradan çağıraq? O dünyadan? Komendant-zad yoxdur, gəbərdi. Sənin kef 



eləməyin qurtardı.  

 

  



 

Həbsxana. Müstəntiq Avtarxanovun kabineti. Qarşı-sındakı masanın üstündə bir qalaq qəzet var. 

Mühafizəçilər döyülüb-əzilmiş, yazıq-yazıq inildəyn Lənkəranskini gətirirlər (onu stulda 

otuzdurmağa çalışırlar). 

 

  

 



Lənkəranski. Otura bilmirəm. Büzdümüm sınıb. 

 

Avtarxanov. Yenə inad edirsən?   



 

Lənkəranski. Cənab müstəntiq, məni fasiləsiz döyüblər. Həm yumruqla, həm təpiklə, həm də 

dəyənəklə.  

 

Avtarxanov. Əvvəla, mənə «vətəndaş» deyə müraciət edin, «vətəndaş müstəntiq». Sonrası. Necə 



yəni fasiləsiz? (mühafizəçilərə sarı dönüb soruşur). Yəni nahara da get-məmisiz? 

 

Mühafizəçi. Elə şey olar, yoldaş Avtarxanov?! Əlbəttə, getmişik. Üstəlik, hərəmiz də on dəqiqə-



on dəqiqə papiros çəkməyə çıxmışıq. 

 

Müstəntiq. Bax, görürsünüzmü, vətəndaş Lənkəranski, siz şişirdirsiz. Sizin sakit şəraitdə oturub 



sərbəst düşünməyə əməlli-başlı imkanınız olub. Nahaq yerə inadkarlıq edirsiniz. Mən sizin 

qəzetin bütün saylarını diqqətlə gözdən keçirdim. Qəribə mənzərə alınır. Siz az qala açıq-açığına 

mütləqiyyət quruluşu əleyhinə çıxış etmiş, kapitalistləri söymüş, məmurları tənqid etmiş, 

zəhmətkeş xalqı fəhlə sinfinin qanını soranlara qarşı çıxmağa çağırmısınız. Bax, elə buradan da 

belə bir sual doğur: bütün bunları nəyə görə edirdiz?  

 

Lənkəranski. Məgər aydın deyil? Mən bütün varlığımla bu həyasız, lovğa plutokratların 



əleyhinəyəm. Faktik olaraq, mən də, qəzetim də sizin tərəfinizdə olmuşuq. 

 

466


 

Avtarxanov. Və əlbəttə ki, siz fəhlə-kəndli hakimiy-yətinin bərqərar olmasını istəmisiz? 

 

Lənkəranski. Bəli-bəli, elədir ki var. 



 

Avtarxanov. Bax, bu yerdə məndə ikinci bir sual doğur. Çox mürəkkəb sualdır: nə səbəbə 

vətəndaş Lənkəranskidə fəhlə sinfini istismar edənlərin hakimiyyətinə son qoymaq kimi bu cür 

qəribə bir arzu yaranmışdı? Bunu sizdən kim xahiş edirdi? Siz bolşevik yaxud menşevik 

partiyalarının üzvü idiz? Xeyr. Şəxsi mülkünür varmı? Var. Qəzetin sahibi kim idi? Lənkəranski 

özü. Aldığınız aylıq məvacib bir fəhlənin il ərzində aldığı maaşdan çox idi. Alırdınız? 

 

Lənkəranski (inildəyir). Alırdım.  



 

Avtarxanov. Belə... Davam etdirək. Gəlirləriniz böyük olsa da, əməkdaşlarınıza qəpik-quruş 

ödəmisiz, eləmi? Mən hər şeyi yoxlatdırmışam. Məqalə və oçerk müəlliflərinə qonorar 

verməmisiz. Əvəzinə məccanı tərifləmisiz. Düzmü deyirəm? Belə çıxır ki, vətəndaş Lənkəranski 

elə özü zəhmətkeş xalqı vicdansızcasına istismar edənlərdən biri olmuşdur. Birdən-birə də 

özününkülərə qarşı çıxır! Onun belə qəribə davranışını nə ilə izah etmək olar? Bax, onunla izah 

etmək olar ki, vətəndaş Lənkəranski ingilis işğalçılarının Bakını ələ keçirməsi üçün zəmin 

hazırlayan təşkilatın üzvü olmuşdur. Bu bizə bəllidir. Vətəndaş Lənkəranski, əlbəttə, bunu 

bizdən yaxşı bilir, bizdən də əvvəl bilir. Ancaq etiraf etmək istəmir. Bəli, bəli. Boynuna almaq 

istəmir. 

 

Lənkəranski. Mən dünəndən sizə izah etməkdən yorulmuşam ki, bu, tamamilə cəfəng bir 



ehtimaldır. Ömrüm boyu mənim bircə nəfər ingilislə tanışlığım olmayıb. 

 

Avtarxanov. Siz əhali arasında narazılıq toxumu səpirdiz. Bu faktı inkar edə bilməzsiz. Bəs onda 



niyə belə edirdiz?.. Susursuz? Bu saat mən sizə deyim. Bununla siz ingilislərin Bakını tutması 

üçün zəmin yaradırdız. Deməli, boynunuza almırsız? 

 

Lənkəranski. Boynuma almalı bir şey yoxdur, axı. Nə edim ki, mənə inanasız?! 



 

Avtarxanov. Bəs ingilislərin hərbi dəniz korpusu Bakını zəbt edəndə Siz nə işlə məşğul idiniz? 

 

Lənkəranski. Heç bir işlə məşğul deyildim. Çəkilib evimdə oturmuşdum. Hətta bir dəfə də 



küçəyə çıxmamışdım. Gözləyirdim ki, onlar nə vaxt Bakıdan gedəcəklər. Bir adam da mənimlə 

maraqlanıb eləməyib. 

 

Avtarxanov. Hər şey aydındır, Siz çox təcrübəli,       uzaqgörən konspiratorsuz. Amma nahaq 



inadınızdan dön-mürsüz... deməli, açıq ürəklə hər şeyi boynunuza almaq istəmirsiz? Özünüz 

bilərsiz. Bizdən deməkdir, yalvarıb eləyən deyilik. (Mühafizəçilərə) İstintaq altında olan bu 

vətəndaşla işi davam etdirin. 

 

  



 

Yerindən çətinliklə qalxan Lənkəranskini aparırlar. Dəhlizdən onun çığırtısı eşidilir: «Taxta ilə 

vurmayın, üstündə mismar var!» 

 

Seymurun kamerası. Mühafizəçilər Lənkəranskini döşə-məyə atıb gedirlər. Seymur onu qaldırıb 



çarpayıya uzadır. 

 

  



 

467


 

Lənkəranski. Çox sağ olun. İndi mən neyləyim, bir azdan qayıdıb gələcəklər, bütün bədənim 

sızıldayır.  

 

Seymur. Müstəntiqin yanına aparmışdılar? 



 

Lənkəranski. Bəli. Onun da beynində əcaib bir ideya kök salıb. Elə dediyini deyir. Tələb edir ki, 

İngiltərənin xeyrinə işləyən təşkilatın üzvü olduğumu boynuma alım.  


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin