Sintaksis və durğU İŞARƏLƏRİ TƏLİMİ


Sintaksis tədrisində nitq inkişafı məsələləri



Yüklə 54,11 Kb.
səhifə5/7
tarix21.12.2022
ölçüsü54,11 Kb.
#76934
1   2   3   4   5   6   7
Sintaksisin tədrisi metodikası

Sintaksis tədrisində nitq inkişafı məsələləri

Bundan əvvəlki mühazirəmizdə sintaksisin tədrisi ilə əlaqədar üslubiyyat üzrə işlərin təşkilindən bəhs etmiş, söz birləşmələrinin, sintaktik əlaqələrin, intonasiyaya görə cümlə növlərinin və ayrı-ayrı cümlə üzvlərinin nitq inkişafındakı rolundan nisbətən geniş danışmışıq. Əslində, sintaksis nitq inkişafı məsələlərindən bəhs etmək üçün ən geniş və imkanlı meydandır.


Biz şagirdlərin nitq vərdişlərinin inkişafı üzrə işlərin məz­munundan danışarkən bu sahədə məktəblərimizdə beş isti­qa­mətdə iş aparıldığını qeyd etmişik. Sintaksis təlimi yuxarıda toxunduğumuz beş istiqamət (ədəbi tələffüz və oxu, cümlə qurmaq vərdişləri, üslubiyyat üzrə işlər, lüğət ehtiyatının zənginləşdirilməsi və rabitəli nitq inkişafı) üzrə iş aparmağa imkan verir. Müəllimin vəzifəsi bütün bu istiqamətlərdə iş apar­mağın yerini, işin təşkili yollarını bilməkdir.
Cümlənin məqsəd və intonasiyaya görə növlərinin, cüm­lə üzvlərinin, əlavə və xüsusiləşmələrin, həmcins üzvlə­rin, dur­ğu işarələri təlimi, habelə sadə və mürəkkəb cümlənin təlim məzmunu düzgün müəyyənləşdirilməklə ədəbi tələffüz və oxu vərdişlərinin inkişafı üzrə iş aparmağın geniş imkanları mövcuddur. Tədris prosesində çalışma mətnlərinin oxusu üzrə işə geniş yer verilməli, intonasiya və məqsədə görə cümlələrin düzgün oxunması təmin edilməlidir. Məqsəd tərif və qaydaları başa salmaq yox, həm də ədəbi tələffüz normalarına müvafiq oxunun təşkili olmalıdır. Silsiləli ismi və feli birləşmələri, cümlə üzvlərinin əlavəsini, ara sözlü cümlələri, mürəkkəb cümlənin müxtəlif növlərini, bir neçə budaq cümləli tabeli mürəkkəb cümlələri, absazları (durğu işarələrinin də iştirakı nəzərə alınmaqla) necə tələffüz etmək şagirdlərə aydın olmalı, onlara normativ tələffüz etalonu aşılanmalıdır.
Cümlə qurmaq vərdişləri üzrə aparılan işlər. Verilmiş sintaktik əlaqə sxemi üzrə cümlələr qurmaq, sözlərdən ismi və feli birləşmələr düzəldib cümlələrdə işlətmək, verilmiş sözləri müxtəlif cümlə üzvləri funksiyasında təcəssüm etdirmək, verilmiş səhv cümlələri redaktə etmək, mürəkkəb cümlələr tərtib etmək, sadə cümləni mürəkkəb, mürəkkəb cümləni sadə cümləyə çevirmək kimi işlər sintaksis tə­li­­mində cümlə qurmaq vərdişlərini inkişaf etdirməklə yanaşı, verilmiş nəzəri bilikərin möhkəmləndirilməsinə də xidmət etmiş olar.
Təmrin və çalışmalarla işdən əlavə, müxtəlif tipli yaradıcı yazılardan (adi və sərbəst imlalar, ifadə, inşa) istifadə etməyin, cümlə üzvlərinə su­­al və suallara düzgün cavab vermək bacarıqlarının formalaşdırılmasının da nitq inkişafında böyük əhəmiyyəti ola bilər.

Yüklə 54,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin