Sintaksis və durğU İŞARƏLƏRİ TƏLİMİ


Rabitəli nitq və üslubiyyatla bağlı vərdişlərin inkişafı üz­­­rə işlər



Yüklə 54,11 Kb.
səhifə6/7
tarix21.12.2022
ölçüsü54,11 Kb.
#76934
1   2   3   4   5   6   7
Sintaksisin tədrisi metodikası

Rabitəli nitq və üslubiyyatla bağlı vərdişlərin inkişafı üz­­­rə işlər. Sintaksisin tədrisində mətnin sintaksisi, mürəkkəb sin­tak­tik bütövlər üzrə işlərin düzgün təşkilinin rabitəli nitq vər­diş­lərinin elmi əsaslarının hazırlanmasında əhəmiyyəti böyük­dür. Biz nitq inkişafı üzrə iş­lər­­dən danışarkən sintaksis tədrisinin üslubi imkanlarından, şa­­gird­lə­rin nitqinin üslubca zənginləşdirilməsi yollarından geniş bəhs etmişik. Cümlənin intonasiyaya görə növlərinin iş­lən­diyi müx­təlif üslubi məqamları, ismi və feli birləş­mə­lə­rin ifadə etdikləri mənalar, ismi və feli bir­ləş­mə­lərin cümlədəki yeri, cümlə üzvlərinin sıra­lanması, sadə cümlələrin ifadə etdikləri mə­na­ların açıl­ması, bütöv və yarımçıq cümlələrdən düzgün istifadə vərdişləri, mürəkkəb və sadə cümlələrin si­no­ni­mik ifadə vasitələri üzrə işlərin rabitəli nitq və üslubiyyatla bağlı problemlərin həlli istiqamətlərində xüsusi əhəmiyyəti vardır.

Sintaksis üzrə zəruri bacarıqların aşılanmasında
proqramlaşdırılmış yoxlamaların rolu
Biz bütün bölmələrin tədrisində proqramlaşdırılmış yoxlamalardan istifadənin əhəmiyyətindən bəhs etmişik. Sintaksisdən də bir sıra mühüm bacarıqların praktik nəticəsini əldə etmək üçün proqramlaşdırıılmış yoxlama kartoçkaların­dan, yoxlayıcı testlərdən istifadə edilir. Şagirdlər sintaksis təliminin yekun mərhələsində aşağıdakıları bacarmalıdırlar:

  • söz birləşməsi və cümlələrdəki sözlər arasında sintaktik (qrammatik) əlaqələri düzgün müəyyənləşdirməyi və onları növlərə ayırmağı;

  • tabelilik əlaqələrinin növlərinə xas olan xüsusiyyətləri izah etməklə tabelilik əlaqələrini fərqləndirməyi;

  • mətndə cümləni ayırmağı və onun məna, qrammatik xüsusiyyətlərini izah etməyi;

  • cümləni məqsəd və intonasiyaya görə növlərinə ayırmağı, nəqli, sual, əmr cümlələrindən nitqdə istifadə etməyi və müfafiq durğu işarələrini məqamında işlətməyi;

  • cümlə üzvlərinə sual verə bilməyi və onları təyin etməyi;

  • cümlənin qrammatik əsasını göstərməklə sadə cümlələri sintaktik təhlil etməyi;

  • nitqdə xəbərlə mübtədanı uzlaşdırmağı;

  • cümlə üzvlərinin əlavəsini təyin etməyi və onların tələb etdiyi durğu işarəsini yerində işlətməyi;

  • cümlədəki sözlərin sıralanmasında məntiqi vurğunun mahiyyəti və ondan istifadə imkanlarını;

  • xüsusiləşmə, xitab, ara sözləri, həmcins üzvləri və onların içərisində ümumiləşdirici sözləri müəyyənləşdirməyi;

  • tabesiz və tabeli mürəkkəb cümlələri fərqləndirməyi, eyni zamanda onların komponent­ləri arasında məna əlaqələrini təyin etməyi;

  • tabeli mürəkkəb cümlələrdə budaq cümlələrin növlərini təyin etməyi; və s.

Hər bölmənin sonunda bu bacarıqların nə səviyyədə qa­za­nıldığını yoxlamaq üçün istifadə ediləcək proqramlaşdı­rıl­mış yoxlamalardan əvvəl çalışmalar sisteminə əsaslanan öyrədici işlərə diqqət ayırmalı, təmrinlərdən səmərəli istifadə edilməlidir. Nəhayət, bəhsin sonunda yekunlaşdırıcı sualların əks olunduğu yox­layıcı proq­­ramlardan istifadə olunmalıdır:

  • Sözlər arasındakı tabelilik əlaqəsinin növlərini təyin edin.

  • İsmi birləşmələrin növlərini göstərin.

  • Feli birləşmələrin növlərini göstərin.

  • Mübtədaların ifadə vasitələrini göstərin.

  • Xəbərin ifadə vasitələrini göstərin.

  • Tamamlığın məna növü və ifadə vasitələrini göstərin.

  • Zərfliyin məna növü və ifadə vasitələrini göstərin.

  • Təyinlərin ifadə vasitələrini göstərin.

  • Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözləri göstərin.

  • Tabesiz mürəkkəb cümlədə məna əlaqələrini təyin edin.

  • Budaq cümlələrin növünü göstərin.

  • Vasitəsiz nitqi vasitəli nitqə çevirin.


Yüklə 54,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin