Sitologiya fəNNİ ÜZRƏ MÜhaziRƏLƏr giRİŞ I mühaziRƏ: Sİtologiya elmiNİN İNKİŞaf tariHİ



Yüklə 366,73 Kb.
səhifə35/55
tarix02.01.2022
ölçüsü366,73 Kb.
#36158
1   ...   31   32   33   34   35   36   37   38   ...   55
Sitologiya muhazire

PLASTİDLƏR
Plastidlər–bitki hüjeyrələrinə xas olan ümumi orqanoidlərdir. Onları ilk dəfə 1676-ji ildə A. Levenhuk müşahidə etmişdir. Amma plastidlərin təsnifatı Şimper (1833) tərəfindən verilmişdir. Funksiyasından və rəngindən asılı olaraq bitki hüjeyrələrində üç əsas tip plastid mövjüddur. Xloroplastlar- yaşıl plastidlər Xromoplastlar- qırmızı, sarı, narınjı və s. Leykoplastidlər- rəngsiz platidlər Bitkinin rüşeym hüjeyrələrində proplastidlər olur. Bunlar toxumanın tipindən asılı olaraq rəngsiz leykoplastlara, karotinoidlərin olmasına görə, xromoplastlara, karotinoid və xlorofilin olmasına görə isə xloroplastlara çevrilə bilirlər. Bundan başqa plastidlərin hər üç tipinin şəraitindən və inkişaf səviyyəsindən asılı olaraq birinin o birinə çevrilmə xüsusiyyəti var. Belə ki, meyvələrin yetişmə dövründə xloroplastların xromoplastlara çevrilməsi, leykoplastların xloroplastlara çevrilməsi kartof yumrularının yaşıl rəng alması və s. onların genetik jəhətdən qohumluğunu isbat edir. Plastidlərin ən qədim forması xloroplastidlər hesab olunur. Xromo və leykoplastidlər isə xloroplastlardan törəmişlər. Xloroplastlar- əksər bitki hüjeyrələrində diametri 4-6 mkm, bəzən isə daha böyük ölçüdə olur . Mikroskopik oval formalı, yaşıl rəngli iki membranlı quruluşa malik olan xloroplastların sayı 15-50 yə çata bilər.

Elektron mikroskopu ilə aparılan tədqiqatlar göstərmişdir ki, iki membranlı xloroplastların membranı hamar, daxili membranı isə qırışıq quruluşa malikdir. Bu quruluşun yaranmasına səbəb qranlar və onların disk şəkilli yığınlarından olan tilakoidlərdir. Tilakoidlər isə bir-birinə lamellalar vasitəsilə birləşir. Xloroplastlardakı piqmentlər qranlarda toplanmışdır. Onlar isə xloroplastların stromasında yerləşir. İşıq kvantlarının udulmasından başlayaraq enercinin çevrilməsinə qədərki proseslər xloroplastlarda-tilakoid membranında (fotokimyəvi proseslər), biokimyəvi reaksiyalar isə matriksdə və ya xloroplastların stromasında həyata keçirilir. Xloroplastların matriksində lipid və xinon təbiətli qlobullara rast gəlinir. Bundan başqa matriksdə ilkin nişasta dənəjikləri də olur. Adətən xloroplastlar uzunsov formalı olub, eni 2-4 mkm, uzunu isə 5-10 mkm olur. Yaşıl yosunlarda nəhəng xloroplastlar olur (xromotoforlar, onların uzunluğu 50 mkm-ə çatır). Plastidlərin miqdarı müxtəlif bitkilərdə müxtəlif olur. Məsələn:yaşıl yosunlarda hər hüjeyrədə bir xloroplast olur. Ali bitkilərdə isə yuxarıda qeyd etdiyimiz kimi 15-50 xloroplast olur, elə hüjeyrə var ki,orada xloroplastlar daha çox olur. Məsələn: maxorkanın polisad toxuma hüjeyrələrində 1000-nə qədər xloroplast olur. Yetkin xloroplastlarda iki jür daxili membran olur. Bunlardan biri stromanın lamellərini əmələ gətirən yastı membran, ikinjisi isə tilokoidlərin membranıdır. Stromanın lamelləri yastı, torbajıqlar şəklində olub bir-birinə paralel yerləşmişlər. Membranlı tilokoidlər isə disk şəkilli qapalı torbajıqlar olub, bir-birinin üzərinə toplanması nətijəsində qranlar əmələ gətirirlər. Hər bir qranda bir neçədən 50-yə qədər və daha çox tilokoid ola bilir. Belə tilokoidlər toplusunun ölçüsü isə 0,5 mkm-ə çata bilər. Qranlarda tilokoidlər elə yerləşmişlər ki, onların membranlarının xariji qatları bir-birinə sıx birləşir. Tilokoidlərin membranlarının birləşdiyi yerdə 2 nm qalınlığında sıx qat yerləşir. Qranlar tərkibinə qapalı tilokoidlərdən başqa lamellalar sahəsi də daxil ola bilər ki, onlarında membranının tilokoid membranı ilə təmasında 2nm qalınlığında qat yaranır. Beləliklə, stromanın lamelləri xloroplpastın ayrı-ayrı qranlarını bir-birinə birləşdirir. Lakin tilokoid boşluqları qapalı olduğundan stroma lamellərinin membran arası sahəsinə daxil olmurlar. Xloroplastların stromasında DNT və ribosomlar tapılmışdır. Həmjinin stromada ehtiyyat polisaxaridlər-nişasta toplanır. Xloroplastların əsas xüsusiyyəti onların tərkibində yaşıl xlorofil piqmentinin olmasıdır ki, onun iştirakı ilə yaşıl bitkilər günəş enercisini udaraq onu kimyəvi rabitələr enercisinə çevirir. Odur ki, plastidlər də mitoxondrilər kimyəvi enercinin çevrilmə mərkəzidir. Plastidlərin digər tipi olan xromoplastidlər xloro və ya leykoplastlardan əmələ gəlirlər.




Yüklə 366,73 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin