Zənjirbənd tipli təmas. Hüjeyrə membranın daxilə çökməsi ilə yaranan çıxıntının digər yanaşı duran hüjeyrənin girintisinə daxil olmaqla yaranır. Hüjeyrə membranının bu jür çökməsi invaqinasiya adlanır. Zənjirbənd tipli təmasda membranlar arası münasibət sadə təmas formasında olduğu kimidir. Lakin bu zaman membranların təması daha sıx olur. Bu jür təmas xüsusilə böyrək epitelisi hüjeyrələrində rast gəlinir. Sıx qapanma tipli təmas toxuma kulturasında fibroblast hüjeyrələrində, rüşeym epitelisi ilə mezenxim arasında, vəzi hüjeyrələrində, bağırsaq hüjeyrələrində rast gəlinir. Bu təmasla əlaqədə olan hüjeyrələrdə iki plazmatik membranın xariji qatları maksimum yaxınlaşmış olur. Çox vaxt iki osmiofil xariji membran 2-3 mm qalınlığında ümumi bir membran əmələ gətirir. Bəzən membranlar bütün səthləri ilə deyil müəyyən sahələrdə belə birləşərək hüjeyrənin apikal hissəsində (yuxarı bağırsağın içərisinə baxan sahədə) qurşaq əmələ gətirirlər. Odur ki, hər bir hüjeyrə bu qurşaqla əşatə olunmuş olur, morfoloqlar ona qapanmış təmas adı vermişlər. Təmasın qurşaqla örtülən sahəsi hüjeyrələr arasındaki məsafəyə makromolekullar və ionların keçməsinin qarşısını alır. Bununla bağırsağın daxilini xariji mühitdən qoruyur.