Sitologiya fəNNİ ÜZRƏ MÜhaziRƏLƏr giRİŞ I mühaziRƏ: Sİtologiya elmiNİN İNKİŞaf tariHİ



Yüklə 366,73 Kb.
səhifə21/55
tarix02.01.2022
ölçüsü366,73 Kb.
#36158
1   ...   17   18   19   20   21   22   23   24   ...   55
Sitologiya muhazire

KARBOHİDRATLAR

Karbohidratlar karbon, hidrogen və oksigen saxlayan maddələr olub, bitki və heyvan hüjeyrələri üçün enerci mənbəyidirlər. Bir çox bitkilərdə onlar hüjeyrə qılafının əsas komponenti olub, bütün hüjeyrə üçün qoruyuju funksiya ifa edirlər. Bitkilər günəş enercisindən, havanın karbon qazından istifadə edərək xlorofilin iştirakı ilə çox müxtəlif karbohidratlar sintez edirlər. Heyvan hüjeyrələrində karbohidratların müxtəlifliyi bitkilərə nisbətən az olur. Heyvanlarda rast gələn əsas karbohidratlar qlükoza, qalaktoza, qlikogen, amin şəkərləri və onların polimerləridir.

Bioloci əhəmiyyətə malik olan karbohidrat 3 qrupa bölünür: monosaxaridlər, disaxaridlər və polisaxaridlər. Mono və disaxaridlər adətən şəkərlər adlanır və suda asan həll olurlar, kristal əmələ gətirə bilirlər və dializ ediji membrandan asanlıqla keçə bilirlər. Polisaxaridlər kristal əmələ gətirmir və dializ ediji membrandan keçmirlər. Monosaxaridlər – sadə şəkərlər olub, emprik dusturu Jn(H2O)n-dir. Onların tərkibindəki karbon atomlarının miqdarından asılı olaraq, triozalar, pentozalar, heksozalar və heptozalar ayırd edilir. Pentoza riboza və dezoksiriboza nuklein turşuları molekulları tərkibinə daxil olur. Pentoza ribolaza fotosintezdə böyük rol oynayır. Heksoza-qlükoza hüjeyrə üçün enerci rolunu oynayır. Digər heksozaların da özünə məxsus rolu vardır. Məsələn, qalaktoza disaxarid laktozanın tərkibinə daxil olur, fruktoza saxarozanın əsas tərkib hissəsini təşkil edir və s. Disaxaridlər – iki monosaxaridin bir molekul su itirməklə kondensasiyasından əmələ gəlir. Emprik düsturu J12H22O11-dir. Bunlardan bitkilərdə ən çox yayılanları saxaroza və maltoza, heyvanlarda laktozadır. Saxaroza (qamış şəkəri və ya çuğundur şəkəri) bir molekula qlükoza və bir molekula fruktozadan təşkil olunmuşdur. Laktoza (süd şəkəri) qlükoza və qalaktozadan ibarətdir. Maltoza isə iki molekul qlükozadan əmələ gəlir. Polisaxaridlər – çox böyük miqdar monosaxaridlərin (heksozaların) kondensasiyası nətijəsində müvafiq miqdar su itirməklə əmələ gəlir. Onların emprik düsturu (J6H10O5)n-dir. Hidroliz zamanı onlardan sadə şəkərlər əmələ gəlir. Ən çox bioloci əhəmiyyət kəsb edən polisaxarid nişasta, qlikogen və sellülozadır. Nişasta və qlikogen bitki və heyvan hüjeyrələrində ehtiyat qida maddəsi rolunu oynayırlar. Sellüloza isə hüjeyrə qılafının tərkibinə daxil olur. Nişasta molekulası 2 uzun polimerdən: amilaza-xətti polimer, amilopektin-şaxəli polimerdən təşkil olunmuşdur. Hər iki polimer D qlükozadan əmələ gələn uzun zənjirdir. Qlikogen heyvan hüjeyrəsində rast gəlir, monomeri qlükoza olub, orqanizmdə enerci mənbəyidir. Demək olar ki, bütün hüjeyrə və toxumalarda olur. Lakin ən çox qara jiyər hüjeyrəsində və əzələ liflərində olur.


Yüklə 366,73 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin