Sitologiya fəNNİ ÜZRƏ MÜhaziRƏLƏr giRİŞ I mühaziRƏ: Sİtologiya elmiNİN İNKİŞaf tariHİ



Yüklə 366,73 Kb.
səhifə22/55
tarix02.01.2022
ölçüsü366,73 Kb.
#36158
1   ...   18   19   20   21   22   23   24   25   ...   55
Sitologiya muhazire

QARIŞIQ POLİSAXARİDLƏR

Heksoz monomerlərdən əmələ gələn polisaxaridlərdən başqa bir sıra daha mürəkkəb polisaxaridlər var ki, onların molekulunda amin azotu (qlükozamin), asetil turşu qalığı - (asetilqlükozamin) və s. olur. Daha mürəkkəb polisaxaridlər var ki, onların tərkibinə fosfor və sulfat turşusu qalığı da birləşmiş olur. Bütün bu polimerlər janlının molekulyar təşkilində əsas rol oynayırlar. Onlar ya sərbəst halda, ya da zülallarla birləşmiş halda hüjeyrədə iştirak edirlər. Onlardan ən başlıjaları aşağıdakılardır: Neytral polisaxaridlər – tərkibində təkjə asetilqlükozamin saxlayırlar. Bunların ən əsas nümayəndəsi – xitindir. Xitin həşəratların və xərçəngkimilərin dayaq maddəsini təşkil edir. Neytral polisaxaridlər-tərkibində qalaktoza və ramnoza olan daha mürəkkəb polisaxarid olub, bakteriyaların qılafı tərkibinə, eləjədə qanın spesifik antigenləri tərkibinə daxil olur. Turş polisaxaridlər – tərkibində sulfat turşusu və digər turşu qalıqları olan polisaxaridlərdir. Tərkibində turşu qalığı olduğundan bu polisaxaridlər qüvvətli bazofil xüssusiyyətinə malikdirlər (qələvi rəngləyijilərlə rənglənirlər). Bu qrupa heparin (antikoaqülə ediji maddə), asetilqalaktozamin, qlüküron turşusu - saxlayan xondriotin sulfat, hialurin turşusu və s. daxildir.



Mukoproteidlər (mukoidlər) – və qlikoprototedlər asetil qlükozaminlərin və digər karbohidratların zülallarla kompleksindən yaranır. Ovalbumin və zərdab albumini də mukoproteidlərə aiddir. Mürəkkəb polisaxaridlərdən sitoloci jəhətdən ən əhəmiyyətlisi turş polisaxaridlərdir ki, onlardan hioluron, xondriatin sulfat və mukotinsulfat turşusu birləşdiriji toxumanın tərkibində tapılmış və çox güman ki, müdafiə funksiyasını ifa edirlər. Hialuron turşusu həmçinin sinovial məhlulda, şüşəvari jisimdə və hüjeyrələri birləşdirən hüjeyrə arası sementləşdiriji maddədə tapılmışdır ki, o hialuronidaz fermenti ilə asanlıqla hidroliz olunur. Digər polisaxaridlər kimi, hilalüron turşusu da hətta aşağı temperaturda gel əmələ gətirə bilər.

Yüklə 366,73 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin