DNT-nin reduplikasiyası. Hüjeyrənin fərdi inkişafının müəyyən dövründə xüsusən hüjeyrənin mitoz bölünməsində interfazanın s dövründə DNT molekulu ikiləşir Bu zaman DNT molekulunun ikiqat zənjiri bir ujundan dezoksibonuklaeaza (dezoksipolimeraza) fermentinin iştirakı ilə açılmağa başlayır. DNT zənjiri açıldıqda boş qalan hər bir zənjirə komplemenarlıq prinsipinə tam uyğun olaraq xariji mühitdən müvafiq nukleotidlər birləşir və yeni zənjir yığılır. Belə ki, hər bir adenin qarşısında timin, quanin qarşısında sitozin yığılır. nətijədə bir DNT molekulu əvəzinə tamamilə əvvəlki nukleotid tərkibinə malik iki molekul yaranır. DNT-nin yeni əmələ gəlmiş hər bir molekulunda zənjirin biri əvvəlki molekulundan götürülür, digəri isə yenidən sintez olunur. DNT-nin sintezi fermentativ prosesdir. DNT anjaq nukleotidlərin yerləşməsi ardıjıllığını verir, reduplikasiya prosesini isə zülal-ferment yerinə yetirir. Fərz edilir ki, ferment elə bir DNT-nin uzun molekulu boyunja onun bir ujundan o birinə doğru sürünür və özündən arxada iki eyni DNT molekulu qoyur. Hüjeyrədə xromosomların ikiləşməsinin əsasında DNT-nin ikiləşməsi durur. İkiləşmiş xromosomlar qız hüjeyrələrə düşməklə DNT üzərindəki irsi informasiyaları da qız hüjeyrələrinə paylayırlar. Elə ona görə də DNT-yə hüjeyrənin irsiyyət molekulu, irsiyyət daşıyıjısı deyilir. DNT-hüjeyrədə olan bütün kimyəvi birləşmələrdən bir də onunla fərqlənir ki, DNT-nin hüjeyrədə miqdarı həmişə sabit qalır. Hüjeyrədə olan molekullar içərisində DNT yeganə molekuldur ki, bütün fərdi inkişaf dövründə dəyişilmir (normada). DNT replikasiyası DNT-nin Uotson Krik modelinə tam müvafiqdir və DNT-nin replikasiyasını bu modelinin əhəmiyyəti ondan ibarətdir ki, bu modelə görə DNT-nin fiziki-kimyəvi və bioloci xüsusiyyətlərini, xüsusən hüjeyrənin çoxalması mexanizmini izah etmək mümkün olmuşdur. Uotson-Krik modelinin əsas xüsusiyyətləri aşağıdakılardır: 1.Hər DNT molekulu iki uzun antiparalel polinukleotid zənjirindən ibarət olub, mərkəzi ox ətrafında burulmuş ikiqat spiral əmələ gətirir. 2.Hər bir nukleotid spiralın oxuna perpendikulyar səthdə - yerləşir. 3.Zənjirlərdən hər biri digəri ilə hidrogen rabitələri ilə birləşir. 4.Nukleotidlərin birləşməsi yüksək dərəjədə spesifikdir. Belə ki, nukleotidlərin karbohidrat kompanentlərinin arasındakı məsafə 11 A0 -dir. 5.Zənjirlərdən birinin nukleotidlərinin ardıjıllığı digər zənjirin nukleotidlərinin ardıjıllığını müəyyən edir. 1-ji zənjirdə T, Q, S, T, Q, T, Q, Q, T, A-dirsə 2-ji zənjirdə A, S, Q, A, S, A, S, S, A, T-olmalıdır.
Uotson-Krik modeli DNT-nin digər xüsusiyyətlərini də müəyyənləşdirməyə imkan verir. məsələn, DNT molekulunu qızdırmaq hidrogen rabitələrinin qırılmasına və zənjirlərin ayrılmasına səbəb olur, molekulu tədrijən soyutmaqla yenidən komplementar zənjirlər birləşərək ikiqat zənjiri əmələ gətirirlər. Əgər molekulu sürətlə soyutsaq komplementar zənjirləri ayrılıqda almaq mümkündür, hətta həmin zənjirlərin digər RNT zənjiri ilə hibridini də almaq mümkündür.
Dostları ilə paylaş: |