Sitologiya fəNNİ ÜZRƏ MÜhaziRƏLƏr giRİŞ I mühaziRƏ: Sİtologiya elmiNİN İNKİŞaf tariHİ



Yüklə 366,73 Kb.
səhifə33/55
tarix02.01.2022
ölçüsü366,73 Kb.
#36158
1   ...   29   30   31   32   33   34   35   36   ...   55
Sitologiya muhazire

REROKSİSOMLAR

Peroksisomlar-xarijdən tək qatlı membranla əhatə olunmuş, diametri 0,3-1,5 mkm olan vakuollaşmış törəmələrdir. Peroksisomlar lizosomları xatırladan orqanoidlərdir,lakin 15-ə qədər endogen peroksidlərin parçalanması üçün lazım olan fermentləri peroksidaza, katalaza və s. daşıyır. Elektron mikroskopunda sferik və ellipsvari möhkəm əsası olan qovuqjuqlar şəklində görünür. Saya endoplazmatik şəbəkədən qovuqjuq şəklində ayrılaraq yaranır. Sonradan bu qovuqjuqlara ayrıja sitozolda və yaxud endroplazmatik şəbəkədə sintez olunan fermentlər miqrasiya edir. Mərkəzində özək və ya nukleoid yerləşir. Özək yerləşən hissədə xüsusən qara jiyər hüjeyrələrinin perioksisomlarında, fibril və qovuqjuqlardan ibarət kristalvari strukturlar görünür. Peroksisomlar ibtidai orqanizmlərdə (amyöbalarda, maya göbələklərində) ali bitkilərdə onların embrional toxumalarında (endosperm) və yaşıl hissələrində həm də adi onurğalı heyvanların qarajiyər və böyrək hüjeyrələrində təsadüf edilir. Məsələn,siçovulların qarajiyər hüjeyrələrində peroksisomların sayı 70-100 arasında dəyişir. Çox vaxt peroksisomlar endoplazmatik şəbəkənin membranı ilə sıx birləşmiş şəkildə olur. Amma yaşıl bitkilərdə isə peroksisomlar mitoxondri və plastidlərlə sıx əlaqədə olur. İlk dəfə peroksisomlar qarajiyər və böyrək hüjeyrələrindən alınmışdır. Peroksisom fraksiyalarında hidrogen-peroksidin metobalizmi ilə əlaqədər olan fermentlər alınmışdır. Bu fermentlər (oksidaza,urat-oksidaza, oksidaza – d aminturşusu) amin turşularını oksidləşdirib dezaminləşdirəjək fermentlərə aiddir, onların fəaliyyəti nətijəsində hidrogen peroksid və katalaza əmələ gəlir, katalaza sonradan hidrogen peroksidi parçalayır. Qarajiyər hüjeyrələrinin peroksisomlarında katalazanın miqdarı matriksdə yerləşən bütün zülalların 40%-ə çatır. Peroksisomların funksiyası.

1. Mitoxondrilərlə bərabər oksigen sərf edən orqonoidlərə aiddir. Nətijədə güjlü oksidləşdiriji olan hidrogen-peroksid yaranır.

2. Katalaza fermentinin köməyi ilə peroksidin artığını parçalayır və nətijədə hüjeyrəni ölümdən qurtarır.

3. Peroksisomların özlərində sintez olunan peroksidlər vasitəsilə ekzogen mənşəli toksik maddələri parçalayır.(detoksikasiya). Belə funksiyaları qarajiyər və böyrək hüjeyrələri yerinə yetirir.

4. Hüjeyrənin metobalizmində iştirak edir: peroksisomların fermentləri yağ turşularının parçalanmasını kataliz edir, amin turşularının və digər maddələrinin mübadiləsində iştirak edirlər.


Peroksisom xəstəlikləri adlanan patalogiyalar mövjuddur, bunlar peroksisom fermentlərinin deffektləri ilə xarakterizə olunur. Uşaqlıq dövründə ölümlə nətijələnir. Sferosomlar – birqatlı membranla örtülən və bitki hüjeyrələrində rast gəlinən bu kiçik vakuollar yüksək işıq sındırma əmsalına malik olduğu içün işıq mikroskoplarında asanlıqla müşahidə olunurlar. Sferosomlar endoplazmatik şəbəkənin elementlərindən formalaşırlar. Onların böyüməsi və tərkibinin yenidən qurulması onlarda yağların toplanması ilə bağlıdır. Sonradan isə tədrijən sferosomlar yağ qatlarına çevrilirlər. Bütün tədqiq edilən sferosomların tərkibində yağlardan başqa zülallar və lipaza fermenti müşahidə edilmişdir.


Yüklə 366,73 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin