Sitologiya fəNNİ ÜZRƏ MÜhaziRƏLƏr giRİŞ I mühaziRƏ: Sİtologiya elmiNİN İNKİŞaf tariHİ



Yüklə 366,73 Kb.
səhifə32/55
tarix02.01.2022
ölçüsü366,73 Kb.
#36158
1   ...   28   29   30   31   32   33   34   35   ...   55
Sitologiya muhazire

3. Autofaqosom.

4. Qalıq jismi.
Göstərilən bu formalar lizosomun fəaliyyəti ilə əlaqədar olaraq yaranır. Hüjeyrədə bərk jisimjiklərin, qida maddələrinin, ölmüş toxuma hissələrinin udulub, sonra hüjeyrə daxilində həzm olunması prosesi faqositoz adlanır. Faqostitoz zamanı sitoplazmatik membran udularaq maddə ilə birlikdə hüjeyrənin daxilinə doğru çökür və faqositoza uğrayan hissəjik ətrafında qovuqjuq əmələ gəlir. Ona faqosom deyilir. Bu zaman ilkin lizosomlar faqosoma yaxınlaşaraq möhtəviyyatın faqosoma tökür və həzm vakuolu yaranır. Hüjeyrə daxili həzm vakuolu sonradan yaranan nisbətən iri lizosomdur. Lizosomun fermentlərin təsirindən həzm vakuolundakı qida maddələri parçalanaraq hüjeyrə tərəfindən mənimsənilir. Lakin faqosomdakı bəzi maddələr tam həll olmur. Bu zaman lizosomlar telelizosom və ya qalıq jisminə çevrilir. Lipid təbiətli maddələrin qalığı hüjeyrədə qatlı jisimjik kimi onun ömrünün axırına qədər saxlanılır. Piqment maddələri də hüjeyrədə axıra kimi saxlanılır. Məsələn insanda qojalma ilə əlaqədar olaraq beyin, əzələ, qara jiyər hüjeyrələrində piqmentlər toplanır və hüjeyrənin ömrünün sonuna kimi saxlanır. Bunlar qojalma piqmenti olan lipofussinlərdir. Lizosomlar eukariot hüjeyrələrin hamısında, prokariotlardan isə bir hüjeyrəli ibtidai bitkilərdə, göbələklərdə, ibtidai heyvanlarda rast gəlinir. Lakin lizosomlar müxtəlif hüjeyrələrdə müxtəlif miqdarda olurlar. Heyvanlarda ən çox lizosomlar reabsorbsiya gedən hüjeyrələrdə ,zülal və başqa kompanentləri udan,həll edən hüjeyrələrdə rast gəlir. Məsələn, makrofaqlarda, leykositlərdə, böyrək və qara jiyər hüjeyrələrində lizosomlar daha çox olur. Udma və həll etmə funksiyasından başqa, lizosomlar hüjeyrə daxili məhlulların dəyişməsində də böyük rol oynayırlar. Məsələn, qalxanvari vəzinin endoplazmatik şəbəkəsi üzərində tiroid hormonunun sələfi- tiroqlobulin sintez olunur. Tiroqlobulin Holji kompleksinin kanalları ilə qalxanvari vəzin follikula boşluğuna daşınır. Hormonal stimulyasiya zamanı yodlaşmış tiroqlobulin yenidən pinositoz vasitəsilə qalxanvari vəzi hüjeyrələrinə daxil olur. Tiroqlobulin daşıyan pinositoz vakuolları ilkin lizosomla qarışır,lizosomun fermentləri tiroqlobulini nisbətən parçalayaraq (hidroliz) onu tiroksinə-tiroid hormonuna çevirir. Sonradan isə tiroksin qana daxil olaraq öz vəzifəsini yerinə yetirir. Bundan başqa lizosomlar autofaqasitoz prosesində də iştirak edirlər. Hüjeyrənin həyat fəaliyyəti dövründə zədələnmiş qojalmış hüjeyrə kompanentləri (mitoxondrilər, Holji kompleksi və s.) lizosomların iştirakı ilə həll olunur. Bu zaman ilkin lizosomlar həmin kompanentin ətrafında düzülür,kanalları birləşərək kompanenti öz daxilinə alırlar. Əmələ gəlmiş vakuol autofaqosit vakuolu adlanır. Lizosomların fermentlərinin təsirindən həmin kompanentlər parçalanır, parçalanma məhsulları hüjeyrə tərəfindən mənimsənilir, mənimsənilməyən hissələr qalıq jismi kimi hüjeyrədə toplanır. Odur ki, lizosomlar hüjeyrə daxili təmizləyiji rolunu oynayır. Maraqlıdır ki, normal şəraitdə metabalik streslər zamanı autofaqosomların hüjeyrədə miqdarı artır. Hüjeyrələr zədələndikdə də lizosomların miqdarı artır.

Son illər tədqiqatçılar öyrənmişdirlər ki, müxtəlif patoloci proseslər zamanı lizosomların miqdarı dəyişir. Lizosomların hüjeyrədə çoxalıb azalması genetik amillərlə vəya müxtəlif iltihab prosesləri ilə əlaqədar ola bilər. Hər bir hüjeyrənin funksiyasından asılı olaraq onun lizosomunun tərkibində xüsusi fermentlər olur. Məsələn spermi hüjeyrələrinin lizosomlarında digər fermentlərlə yanaşı qialuronidaza proteaza fermentləri də olur ki, o da mayalanma prosesində müəyyən rol oynayır. Odur ki, mayalanma prosesində də lizosomların müəyyən iştirakı vardır. Belə ki, tərkibində hidrolitik fermentlərdən nialuronidaza və proteaza olan lizosom, spermi hüjeyrəsinin membranı ilə birləşib yumurta hüjeyrəsi üzərinə tökülür və onun membranını əridərək spermi hüjeyrəsi ilə birləşməsinə səbəb olur. Bəzi hallarda hüjeyrədən çıxaraq öz möhtəviyyatını hüjeyrədən kənara tökürlər. Məsələn, neyrospor göbələklərdə lizosomların hidrolazaları hüjeyrədən kənara tökülərək hüjeyrə xariji proteoliz hadisəsini yaradır. Lizosomlar aşağıda qeyd edilən funksiyaları yerinə yetirirlər.

1. Hüjeyrə daxili həzmi reallaşdırırlar.

2. Faqositozda iştirak edirlər.

3. Mitoz prosesində nüvə membranının həll edilməsində fəal rol oynayırlar.

4. Hüjeyrədaxili regenrasiya prosesin həyata keçirirlər.

5. Autolizdə iştirak edirlər. (hüjeyrənin ölümündən sonra özünüdağıtma prosesi)


Yüklə 366,73 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin