IX MÜHAZİRƏ: MİTOXONDRİLƏR VƏ PLASTİDLƏR
Hər bir hüjeyrənin daimi orqanoidlərindən biri də mitoxondrilərdir. Onlar 1890-ji ildə alman alimi R.Altman tərəfindən kəşf edildi. Maraqlıdır ki, Altman mitoxondriləri hüjeyrəyə parazitlik etmək məqsədi ilə daxil olan və sonradan sinbiotik olan bakteriya hesab edirdi.(mitoxondrilərin yaranmasının simbiotik nəzəriyyəsi ilə hal-hazırda da bir çox tədqiqatçılar razılaşırlar.) Mitoxondrilərin forma və öljüləri çox müxtəlif olur. Onlar işıq mikroskopunda yumru, oval,çubuq şəkilli,sap şəkilli və ya şaxələnmiş formada görünürlər . Mitoxondrilər nəinki müxtəlif hüjeyrələr də müxtəlif olur, hətta hüjeyrənin funksional fəallığından asılı olaraq onun formaları dəyişə bilər. Eləjə də hüjeyrəyə müxtəlif amillərlə təsir etdikdə məs: mühitin PH-ı, osmotik təzyiqi, temperaturu dəyişdikdə mitoxondrinin bir forması digər formasına keçə bilir. Bəzən eyni hüjeyrədə mitoxondrinin tutduğu mövqedən asılı olaraq onun forması müxtəlif olur: Məsələn, bağırsağın epiteli hüjeyrələrində mitoxondri nüvənin üstündə və nüvə ətrafında olanda jubuq şəklində,hüjeyrənin bazal hissəsində olanda isə dənə şəklində olur: Məsələn,yumru mitoxondrilərin diametri 0,2-1 mk, jubuq şəklində mitoxondrilərdə 7 mk-a qədər, sap şəkilli mitoxondrilərdə isə 15-20 mk olurlar. Mitoxondrilərin miqdarı da hüjeyrədə müxtəlif olur. Bəzi həşəratların yetgin spermi hüjeyrələrində 5-7, siçanın qarajiyər hüjeyrələrində 2500-ə qədər olur. Ən çox mitoxondri (300,000) oosit hüjeyrələrində nəhəng amyobda (500.000)-ə qədər olur. Mitoxondrinin miqdarı hüjeyrənin funksional fəallığından asılı olaraq dəyişir. Məlum olmuşdur ki, uçan quşların döş qəfəslərindəki hüjeyrələrində mitoxondrilərin miqdarı, uçmayan quşların həmin hüjeyrələrindəki mitoxondrilərin miqdarından qat-qat artıqdır. Ontogenezin müxtəlif mərhələlərindən asılı olaraq mitoxondrilərin miqdarının da dəyişməsi də məlumdur. Məsələn:mitoxondrilər javan rüşeyim hüjeyrələrində qojalara nisbətən çox olur. Mitoxondrilərin mövqeyi müxtəlif hüjeyrələrdə dəyişkən olur. Əksər hüjeyrələrdə onlar sitoplazmada bərabər paylanırlar. Məs: sinir, epiteli hüjeyrələrində ibtidailərin hüjeyrələrində və s. Stekretorre hüjeyrələrində isə mitoxondrilər bilavasitə sekret ifraz olan sahədə toplanırlar. Balıqların qəlsəmə epiteli hüjeyrələrində qan damarlarının divarları ətrafında ,xarijə doğru yönəlmiş hüjeyrələrdə mitoxondri daha çox toplanır. Daha doğrusu onlar oksigenin hüjeyrələrdə daha çox daxil olduğu yerlərdə toplanırlar. Ürək əzələsi hüjeyrələrində, jinsi hüjeyrələrdə mitoxondrilər nüvəni əhatə edirlər.
Janlı hüjeyrələrdə mitoxondrilər,hərəkət edirlər yerlərini dəyişirlər, bəzən bir-biri ilə birləşərək hüjeyrənin bir nahiyyəsindən digərinə keçirlər. Bağırsaqdakı entoamyobda mitoxondri olmur. Çünki, onlar anaerob şəraitdə yaşayırlar. Kimyəvi jəhətdən mitoxondrilər çox mürəkkəbdirlər. Onun tərkibində zülallar (60-70), yağlar (25-30), nuklein turşuları, fosfolipidlər, RNT, vitaminlərdən A, B-12, B-6, K, E vəs. vardır. Mtoxondrinin təkkibində enerci mübadiləsində iştrak edən fermentlərdən suksinatdehidroginaza, sitoxromoksidaza, fumoratdehidrokinaza, malatdehidrokinaza vəs.vardır. Eləjə də Krebs tsiklinə daxil olan fermentlərin hamısı mitoxondrilərdə tapılmışdır. Elektron mikroskopu ilə mitoxondrilərin ultrastrukturları öyrənilmişdir. Elektron mikroskopunda olan ikiqat membranla örtülü olması görünür. 1. Xariji membran və 2. Daxili membran. Xariji membran onu matriksdən ayırır. Onun qalınlığı 7 nm. olub,sitoplazmanın hər bir membran strukturu ilə əlaqədə olmur.Mtoxondrilərin daxili maddəsi homogen olub,matriks adlanır. Daxili membranla xariji membran arasında 10-20nm sahə var. Daxili membran mitoxondri matriksi içərisinə doğru qatlanmış olur və çoxlu qırışlar təşkil edir. Daxili və xariji membran üzərində fermentlər sistemi müəyyən ardıjıllıqla və qanunauyğun surətdə düzülmüşlər. Matriks içərisində ribosomlar, DNT və RNT olan genetik sistem aşkar edilməsi onların mitoxondrilərin öz zülalının sintezində iştirak etməsini göstərir. Lakin hüjeyrədə zülal sistemi əsasən ribosomlarda gedir. Həmçinin mitoxondri matriksində bəzən yağ turşularının (məs: fosfotidilxolin) və digər maddələrin sintez olunması da müəyyən edilmişdir. Mitoxondrinin əsas vəzifəsi ATF-in sintezidir. Üzvi maddələrin parçalanmasında yaranan enerci hesabına ADF fosforlaşır və ATF əmələ gəlir. Müxtəlif karbohidratları, paçalayan fermentlər, yağ turşuları,amin turşuları bu prosesdə iştirak edərək enerci ayrılmasına səbəb olur ki, həmin enerci hüjeyrə tərəfindən istifadə edilməyərək mitoxondrində ATF-nin yaranmasına sərf olunur. Enercinin ayrılması mitoxondrilərdə xariji və daxili membran üzərində elementar hissəjiklərdə gedir. Bu hissəjiklər bir neçə funksiyanı idarə edirlər: 1. Oksidləşmə reaksiyalarını aparırlar. 2. Elektronları ATF sintezində iştirak edən birləşmələr zənjiri üzrə oksigenə daşıyırlar. 3.ATF-dən enerci alan sintez reaksiyalarını katalizə edirlər. Elementar hissəjiklər onların iştirak etdiyi proseslərdəki ardıjıllığa müvafiq olaraq mitoxondri membranlarında çox qanunauyğun surətdə yerləşirlər. Beləliklə hüjeyrənin əsas enercisi mitoxondrilərdə sintez olunaraq sonradan hüjeyrənin müxtəlif həyat fəaliyyəti proseslərində istifadə edilir. Deyilənləri ümumiləşdirərək mitoxondrilərin aşağıdakı funksiyalarını qeyd etmək olar.
1. Hüjeyrəni ATF şəklində enerci ilə təmin edir.
2. Steroid hormonlarının sintezində iştirak edirlər (bu hormonların sintezinin bəzi mərhələləri mitoxondrilərdə gedir).
3. Kalsiumun saxlanılmasında mühüm rol oynayırlar.
4. Nuklein turşularının sintezində iştirak edirlər.
Bəzi hallarda mitoxondri DNT-sində baş verən mutasiyalar nətijəsində Mitoxondrial xəstəlik adlanan patoloci hallar yaranır ki, bunlar geniş və ağır simptomatika ilə müşayət olunur.
Dostları ilə paylaş: |