Sitologiya fəNNİ ÜZRƏ MÜhaziRƏLƏr giRİŞ I mühaziRƏ: Sİtologiya elmiNİN İNKİŞaf tariHİ



Yüklə 366,73 Kb.
səhifə42/55
tarix02.01.2022
ölçüsü366,73 Kb.
#36158
1   ...   38   39   40   41   42   43   44   45   ...   55
Sitologiya muhazire

1. Trofik törəmələr.

2. Sekretor törəmələr.

3. Spesifik törəmələr.
Trofik törəmələr o törəmələrdir ki, onlar maddələr mübadiləsindən sonra ehtiyat qida maddəsi kimi hüjeyrədə toplanır. Trofik törəmələrin hüjeyrələrdə nümayəndəsi yağ, karbohidrat və zülal törəmələridir .

Yağ törəmələri hüjeyrələrdə iri və kiçik damlalar halında toplanır və demək olar ki, bütün hüjeyrələrdə rast gəlinir. Lakin bəzi hüjeyrələrdə onların miqdarı az olur, hüjeyrə tərəfindən daima istifadə edilir. Bəzi hüjeyrələrdə isə məs: birləşdiriji toxumanın yağ hüjeyrələrində, amfibi və balıqların qara jiyərin epiteli hüjeyrələrində yağ törəmələri çox olur. İbtidai orqanizmlərin hüjeyrələrində də yağ törəmələri çox olur. Yağ törəmələrinin hüjeyrələrdə toplanmasınınheçbirorqanoidləəlaqəsiyoxdur. Onlarsitoplazmanınmatriksindətoplanırlar.
Bəzən yağ törəmələrinin hüjeyrədə çoxalması patoloci proseslərlə əlaqədar olur. Məs: qara jiyərin, ürəyin, böyrəyin piylənməsi zamanı onların hüjeyrələrində çox miqdarda yağ törəməsi töplanır. Yağ törəməsi bütün bitkilərin hüjeyrələrində də rast gəlinir. Ən çox yağ törəməsi bitkilərin toxumlarında və sporlarında olur. Bəzi bitkilərdə yağın miqdarı daha çox olur. Məs: zeytunda (meyvə yanlığı hüjeyrələrində, ğünəbaxanda (toxumda), araxisdə və s. bitki hüjeyrələrindəki yağ törəmələri əsasən olein, palmitin, stearin bəzən isə liolin təbiətli olurlar. Bunlardan palmitin və stearin doymuş yağlar olub parjalananda yüksək ərimə temperaturuna malik yağ əmələ gətirirlər. Qalanları isə aşağı ərimə temperaturuna malik yağlar əmələ gətirirlər. Bu yağ törəmələrindən başğa bəzi bitkilərdə yalnız həmin bitkinin özünə xas olan spesifik yağ törəmələri olur. Məs: efir yağları. Belə yağlar çətirçiçəklilər (Apiajea), dodaqçiçəklilər (Lamiajea), ətirşah (Geraniajeaj) və s. kimi sistematik qruplarda rast gəlinir. Bitkinin verdiyi iy həmin efir yağlarının miqdarından asılı olur. Efir yağları yığma qrup maddələr olub, tərkibinə azot, kükürd, alfatik terpenlərdən heraniol və s. daxil olur. Efir yağları bitki hüjeyrələrinin sitoplazmasında olduğu kimi hüjeyrə arası maddədə də rast gəlinir. Karbohidrat törəmələrinə hüjeyrədə yığınlar və dənələr şəklində rast gəlinir. Heyvan hüjeyrələrində karbohidrat törəmələrinin nümayəndəsi qlikogen, bitkilərdə isə nişastadır. Bu törəmələr də digər törəmələr kimi işıq mikroskopunda aydın görünür. Bütün heyvan hüjeyrələrində qlikogen törəməsinə rast gəlinməsinə baxmayaraq o, ən çox əzələ hüjeyrələrində, neyronlarda, qarajiyər hüjeyrələrində rast gəlinir. Qlikogen hüjeyrədə parçalanaraq enerci ayrılır və hüjeyrə həmin enercidən həyat fəaliyyəti prosesləri üçün istifadə edir. Elektron mikroskopu vasitəsilə qarajiyər hüjeyrələrinin nüvələrində də qlikogen törəməsi tapılmışdır. Bu jür qlikogen ölçüsünə görə sitoplazmadakı qlikogendən kiçik olur. Qara jiyər hüjeyrələrindəki qlikogen şəkər mübadiləsində artıq qalan qlükozadır ki, qan vasitəsilə qara jiyərə gətirilir və qlikogenə çevrilir, qanda şəkərin miqdarı azaldıqda isə qlikogen parçalanaraq qlükozaya çevrilərək qanda şəkərin miqdarının sabitliyini təmin edir. Karbohidrat törəmələrinin bitki hüjeyrələrindəki nümayəndəsi nişastadır. Nişasta bitki hüjeyrələrində müxtəlif forma və ölçüdə toplanır. Yumru, oval, mərjiməkvari, çübuqşəkilli və s. Nişasta törəmələrinin forması hər bir bitki növünün özünə məxsusdur. Nişastanın ilkin sintezi xlorlastlarda gedir. Sonradan isə nişasta dənələri müxtəlif toxumlara ötürülür. Məlum olmuşdur ki, nişasta dənələri xloroplastlarda əmələ gəldikləri hissə ilə birgə qoparaq birlikdə toxumalara ötürülür. Elektron mikroskopu ilə nişasta dənəsinin öyrənilməsi göstərmişdir ki, hər bir nişasta dənəsi ayrı-ayrı qatlardan ibarət olub, hər qatdan isə radial iynəvari kristallar keçir. İbtidai bitkilərdə karbohidrat törəməsi nişastaya oxşar paramiloidlər və qırmızı yosun nişastalarıdar. Zülal törəmələri – digər törəmələrə nisbətən hüjeyrədə az rast gəlinir. Lakin bütün hüjeyrələrdə olur. Heyvanlarda ən çox yumurta hüjeyrələrində rast gəlinir. Formaja şar, lövhə, jübüq və s. şəklində olurlar. Əksər onurğalıların qara jiyər hüjeyrələrində, ibtidailərdən balıqların dərisində parazitlik edən ixtioftirius infuzorlarında zülal törəmələri çox olur. Bitkilərdə zülal törəməsi aleyron dənələri şəklində rast gəlinir. Aleyron dənələri də əsasən rüşeym hüjeyrələrində və endospermdə olur. İstər heyvanlarda istərsə bitkilərdə zülal törəməsindən rüşeymin inkişafı prosesində əlavə qida maddəsi kimi istifadə edilir. Aleyron dənələri vakuolların suyu itirməsi nətijəsində bərkiməsi sayəsində əmələ gəlir. Zülal törəməsinin ölçüsü və quruluşu müxtəlif bitkilərdə fərqlidir. Ən iri zülal törəməsi yağlı bitkilərdən gənəgərçəkdə olur. Bəzi bitkilərdə nüvədə də zülal törəməsinə rast gəlinir. Bunlar intrenuklear zülal adlanır. Belə zülal törəməsinin miqdarı bəzən 100-dən çox olur. Hüjeyrənin bölünməsindən əvvəl zülal kristalları sitoplazmaya düşür, orada əriyib həll olur, qız nüvələr əmələ gələndən sonra yenidən nüvədə toplanır. Sekretor törəmələr – əsasən vəzi hüjeyrələrində qranulalar şəklində rast gəlinir. Sekretlər elə törəmələrdir ki, onlar hüjeyrələrdən hər hansı bir orqana və ya qana ifraz edilir və hüjeyrənin həyat fəaliyyəti prosesində şpesifik, xüsusi rol oynayır. Endokrin vəziləri hüjeyrələrində sekretor törəmələr hormonlar olub, onların hər birinin oqranizmin inkişafında xüsusi əhəmiyyəti var. Həzm sistemi hüjeyrələrində sekretor törəmələr həzm fermentləridir ki, onlar qıdanın həzmində xüsusi rol oynayır. Sekretor törəmələrə piy vəzilərinin ifraz etdiyi yağ törəməsini də aid edirlər. Belə ki, bu yağ törəməsi piy vəzisinin axajağına daxil olaraq dəri epidermisini və tükləri yağlayır. Odur ki, bu yağ törəməsi trofik yağ törəməsindən fərqlənir. Kimyəvi təbiətinə görə sekretor törəmələr zülal, polisaxarid, lipoproteid, qlikoproteid və s. ola bilərlər.

Bitkilər aləmindəki hormonlar fitohormonlar adlanır və bitki hüjeyrəsinin protoplastında sintez olunur. Onlar bitki hüjeyrəsinin qılafından keçmək xüsusiyyətinə malik olub, müxtəlifproseslərişiddətləndirəvərequləedəbilirlər. Məs: hüjeyrənin bölünməsini, onların böyüməsini, orqanların formalaşmasını və s. Belə hormonlardan auksin, heteroauksin, hibberellini göstərmək olar. Bunlar boy hormonları da adlanır. Boy hormonları bitkilərin boy nöqtəsi hüjeyrələrində sintez olunur, oksiken və qida maddələrinin bitkinin püşeym toxuması hüjeyrələrinə axmasını təmin edir. Sonra auksinlər bitkinin gövdəsi ilə aşağı hərəkət edərək differensiasiyaya uğramayan hüjeyrələrin uzanmasına, bununla buğum aralarının uzanmasına, səbəb olur. Hazırda auksinlərlə yanaşı fusarium köbələklərindən alınan hiberellinlə bitkinin böy nöqtəsinə təsir etməklə gövdələrin uzanmasına, toxumaların sakitlik halından çıxmasına və s. nail olurlar. Spesifik törəmələrə – piqmetlər, vitaminlər, fermentlər aiddir. Piqmentlər kimyəvi jəhətjə müxtəlif təbiətli olurlar. Anjaq onları ümumiləşdirən bir jəhət var ki, o da onların janlı orqanizmdə olan təbii rəngləridir. Heyvan orqanizmlərində əsasən aşağıdakı piqmentlər olur: melanin, malyariya piqmentli lipofussin, bilurubin, hemin, hemosiderin, hemotoidin və s. Melanin, qonur, qara rəngli piqment olub zulal təbiətlidir. Yağlı həll edijilərdə üzvi və qeyri-üzvi tirşularda həll olmur. Oksidləşdiriji maddələrin təsirindən (hidrogen peroksidi, xlor suyu) rəngsizləşir və gümüş duzlarını bərpa edir. Melanin piqmenti yumru, şar, topalar, çubuq şəkilində olur. Melanin dəridə, beyində, daxili orqanlarda, gözdə piqment epitelisində və s. rast gəlir. Malyariya piqmenti melanindən turşu və qələvilərdə həll olması ilə həmçinin gümüş düzlarını bərpa etməsi ilə fərqlənir.

Lipofussun piqmentinin tərkibində yağlı maddələr olur. Sarı, narınjı rəng verir, yağlı həll edijilərdə həll olur. Lipofussin damlalar, kiçik dənələr şəkilində hüjeyrədə mövjud olur. Əsasən sinir hüjeyrələrində xüsusilə sinir hüjeyrədərinin qojalması ilə əlaqədar olaraq toplanır. Odur ki, onu bəzən qojalıq piqmenti də adlandırırlar. Bu piqment balıqlarda, amifibilərdə və digər heyvanlarda da rast gəlir. Həmin piqment qana qırmızılıq verən, hemoqlobinin tərkibində olur. Hemosiderin və hemotoidin hemoqlobinin çevrilməsindən əmələ gəlir. Adətən qırmızı qan jisimjiklərinin parçalandığı orqanlarda olur. Dalağa, qara jiyərə, böyrəyə qəhvəyi rəng verir. Ümumiyyətlə hemotoidin və hemosiderin, sarı, qəhvəyi, boz rənglər verirlər. Piqmentlər adətən sitoplazmaya toplanır, bəzən çox nadir hallarda nüvədə də müşahidə edilir. Bitki hüjeyrələrində piqmentlər adətən plastidlərlə (xloro və xromoplastlar) əlaqədardır. Bitkinin yaşıl hissələrinin hüjeyrələrində xlorofillə yanaşı karotionoidlər də olur. (Həmin piqmentlər haqqında orqanoidlər bəhsində ətraflı məlumat verilib). Bundan başqa bitki hüjeyrələrinin hüjeyrə şirəsində antosian və ona yaxın piqmentlər olur. Antosianin hüjeyrəyə verdiyi rəng hüjeyrə şirəsinin PH-dan asılı olur. Antosian turş mühitdə qırmızı, qələvi mühitdə göy rəng verir. Çiçəklərin, meyvə köklərinin, meyvələrin və s. rənglənməsində piqmentlər xüsusi əhəmiyyətə malikdir. Vitaminlər – hüjeyrələrdə bizə məlum olan vitaminlərin əksəriyyəti vardır. Vitaminlər bioloci fəal maddələr olub, maddələr mübadiləsində bilavasitə iştirk etmirlər. Lakin onların çatmaması maddələr mübadiləsinin normal gedişini pozur. Bununla əlaqədar olaraq orqanizmdə müxtəlif xəstəliklər baş verir. Vitamin çatmaması ilə baş verən xəstəliklər, orqanizm həmin vitaminləri aldıqda aradan götürülür.

Hüjeyrələrdə A vitamini, B qrupu vitaminləri (B1, B5, B6, B4, B12) J, D, PP, E və s. vitaminlər vardır. Orqanizmlərdə A vitamini anjaq karotinin iştirakı ilə sintez olunur. Odur ki, karotinlərə A provitamini də deyilir. B qrupundan olan vitaminlər hüjeyrələrdə jatmadıqda hüjeyrənin karbohidrat mübadiləsi pozulur. Daha doğrusu karbohidratlar mübadilənin son məhsulu olan H2O və JO2-yə qədər parjalanmayaraq aralıq maddəsi süd turşusu (J3H6O3) əmələ gətirirlər ki, onlar da sinir ujlarına qıçıqlandırıjı təsir edərək əsəbilik yorğünlüq və s. əlamətlər yaradırlar. Orqanizmin B vitamininə olan tələbatı ödənildikdə həmin proseslər aradan çıxır. J vitamini və ya askarbin turşusu oksidləşdiriji, bərpaediji reaksiyaların normal gedişində böyük rol oynayır. D vitamini orqanizmdə duz mubadiləsini xüsusilə fosfor və kalsium mübadiləsini tənzim edir. K vitamini qanın normal laxtalanmasında iştirak edir. Beləliklə vitaminlərdən hər biri bu və ya digər prosesin normal gedişini təmin edir. Fermentlər – zulal təbiətli biokatalizatorlar olub, oksidləşdiriji, reduksəediji, hidralitik, katalitik və s. proseslərdə iştirak edirlər. Hazırda hüjeyrədə 1000-dən çox ferment olması məlumdur. Bütün fermentlər öz təsirinə görə hidrolitik və desmolitik olmaqla iki qrupa bölünür. Hidrolik fermentlər iri molekullu üzvü maddələrin parçalanmasında iştirak edirlər. Onlar üzvü maddələrdəki peptid, amin, mürəkkəb efir, qlykozid və s. rabitələri parjalayır və onların iştirakı ilə hüjeyrədaxili mübadilə gedir. Bu fermentlərin iştirakı ilə hüjeyrədə enerci yaranır. İstifadə olunmayan enerci ehtiyat halında hüjeyrələrdə saxlanır. Desmolitik fermentlər isə hidrolitik fermentlərdən fərqli olaraq öz fəaliyyətləri üçün enerci tələb edirlər. Bu fermentlər (oksidləşdiriji-bərpa ediji) tənəffüs, qıjqırma kimi prosesləri idarə edirlər. Bütün bunlardan başqa xüsusi törəmələrə fitohormonlar da aiddir. Onlardan auksin, heteroauksin, hiberellini göstərmək olar. Bunlar boy hormonları da adlanırlar. Boy hormonları bitkilərin boy nöqtəsi hüjeyrələrində sintez olunur, oksigenin və qida maddələrinin bitkinin rüseym toxuması hüjeyrələrinə axmasını təmin edir. Sonra auksinlər bitginin gövdəsi ilə aşağı hərəkət edərək, diferensiasiyaya uğramayan hüjeyrələrin uzanmasına bununla buğumaralarının uzanmasına səbəb olur.




Yüklə 366,73 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin