MİKROFİLAMENTLƏR
Mikrofilamentlər sitoskeletin ikinji komponentidir. İki növ mikrofilament var: 1) aktin: 2) aralıq. Mikrofilamentlərlə yanaşı sitoskeletdə müxtəlif filamentləri bir-biri və hüjeyrənin başqa strukturları ilə birləşdirən köməkçi zülallar var. Aktin filamentləri aktin zülallarının polimerləşməsi nətijəsində yaranır. Aktin hüjeyrədə iki formada olur: Həll olmuş formada (Ç- aktin və ya qlobilyar aktin) Polimer formada, yəni filament halında (F- aktin)
Hüjeyrədə iki növ aktin arasında dinamik tarazlıq var. Mikroborujuqlarda olduğu kimi aktin filamentlərində də müsbət və mənfi qütblər var, hüjeyrədə həmişə mənfi qütbdə parçalanma, müsbət qütbdə isə əmələgəlmə prosesləri gedir. Bu proseslərin sitoplazmanın aqreqat halının dəyişməsində, hüjeyrənin hərəkətində, orqanoidlərin sitoplazmada yerdəyişməsində, yalanjı ayaqların, mikroxovların yaranması və yox olmasına, endositoz və ekzostozda mühüm rolu var. Mikroborujuqlar mikroxovların karkasını yaradır, həm də hüjeyrədaxili törəmələrin yaranmasında iştirak edir. Aralıq filamentlər - bunların qalınlığı aktin filamentlərindən çox, mikroborujuqların diametrindən isə az olur. Hüjeyrənin ən sabit filomentləridir, dayaq funksiyasın yerinə yetirirlər. Məsələn bu strukturlar sinir hüjeyrələrinin çıxıntılarının uzunluğu boyu, desmosom nahiyəsində, hamar miositlərin sitoplazmasında yerləşir. Müxtəlif tipli hüjeyrələrdə aralıq filomentlər tərkibinə görə fərqlənirlər. Neyronlarda 3 müxtəlif polipeptiddən ibarət neyrofilamentlər əmələ gətirir. Neyroqliya hüjeyrələrində aralıq filomentlərin tərkibinə turş qlial zülal daxildir. Epitel hüjeyrələrində keratin filamentləri (tonofilamentlər) var. Əzələ hüjeyrələrində isə (damarların miositləri istisna olmaqla) aralıq filomentlər desmin zülalından ibarətdir.
Dostları ilə paylaş: |