MİKROBORUJUQLAR
Mikroborujuqlar diametri 24 nm, uzunluqları bir neçə mkm olan fibrilyar tipli orqanoidlərdəndir. Onlar 13 periferik saplaqdan və ya protofilamentlərdən qurulmuş düz, uzun, boş silindirlərdir. Hər bir sap iki subvahiddən və qlobulyar zülal tubilindən ibarətdir . Hər bir sapda bu subvahidlər ardıjıl yerləşir. Mikroborujuqda saplar spiral formasındadır. Borujuqlardan yanlara onlara bağlı olan zülal molekulları çıxır. Bu zülallar mikroborujuqları stabilləşdirir və həmjinin onları sitoskletin digər elementləri və orqanoidlərlə əlaqələndirir. Eyni zamanda mikroborujuqlarla ATF parçalayan və onun parçalanma enercisini mexaniki enerciyə çevirən kinezin fermenti ilə bağlıdır. Kinezin bir uju ilə müəyyən orqanoidə birləşir, digər iju ilə isə ATF enercisi hesabına mikroborujuğ boyu sürüşür və beləliklə də sitoplazmada orqanoidlər yerini dəyişir. Mikroborujuqlar dinamik stukturlardır. Onların iki (-) və (+) ujları vardır. Mənfi uju depolimerizasiya nahiyyəsidir, müsbət ujdasa yeni tubulin molekulları hesabına onların böyüməsi baş verir. Bəzi hallarda (bazal jisimjik) mənfi uj növbələnir və parçalanma dayanır. Nətijədə kirpikjiyin (+) ujda getdiyi birləşmələr hesabına öljüləri böyüyür.
Mikroborujuqların funksiyaları.
1. Sitoskelet rolu oynayır.
2. Bölünmə vətərlərinin yaranmasında və mitoz zamanı xromosomların ayrılmasında iştirak edir.
3. Maddələrin və orqanoidlərin nəqlində iştirak edir.
4. Sentriolların, kirpikjiklərin və qamçıların tərkibinə daxildir.
Dostları ilə paylaş: |