Sitologiya fəNNİ ÜZRƏ MÜhaziRƏLƏr giRİŞ I mühaziRƏ: Sİtologiya elmiNİN İNKİŞaf tariHİ



Yüklə 366,73 Kb.
səhifə36/55
tarix02.01.2022
ölçüsü366,73 Kb.
#36158
1   ...   32   33   34   35   36   37   38   39   ...   55
Sitologiya muhazire

Xromoplastlar- qırmızı sarı və narınjı rəngli , iki membranlı quruluşa malik mikroskopik orqanellərdir. Bu tip orqanellərin rəngi onlarda narınjı rəngli kariotin və sarı rəngli ksantofil piqmentlərinin olmasından asılıdır. Xromoplastlar formalaşarkən, xloroplast tilokoidləri dağılır və matriksdə karotinoidlə zəngin qlobulların toplanması müşahidə edilir. Xromoplastların quruluşları əsasən sapşəkilli və mənşəyindən asılı olaraq isə müxtəlif kristallik quruluşda ola bilər. Bu orqanellər bitkinin çiçəyində , yetişmiş meyvələrində, yeraltı hissələrində və s. əmələ gələ bilər. Çiçəklərin ləçəklərində bu piqmentin olması onların tozlayıçı həşaratların jəlb edilməsində əhəmiyyətini artırır. Qeyd etdiyimiz kimi plastidlər proplastidlərdən əmələ gələ bilər. Xarijdən ikiqat membranla əhatə olunan proplastidlər plastidlərə çevriləndə onların ultrastrukturlarında, forma və ölçülərində dəyişkənliklər baş verir. Bölünmə yolu ilə əmələgələn plastidlərdə DNT molekulunun olması prosesin tənzimlənməsində əsas rol oynayır. Leykoplastlar-mikroskopik, kürə şəkilli, rəngsiz plastidlərdir. Onlar bitkinin rəngsiz hissələrində toplanır. Belə ki, kökdə, kök yumrularında, gövdənin şəkildəyişmiş formalarında kökümsov gövdə yumrusu və soğanaqlarda,ağajların gövdəsində leykoplastlara rast gəlmək olar. Kartof yumrularındakı aminoplastlar leykoplastlara tipik misaldır. Aminoplastlarda mono və disaxaridlərdən nişastanın ikinji sintezi gedir. Bitkilərin rüşeym hüjeyrələrindəki proplastidlərin forması, ölçüsü, rənginin dəyişməsindən digər plastidlər formalaşır. Əksər bitkilərdə plastidlər ana xətti ilə nəslə ötürülür.



Yüklə 366,73 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin