Sitologiya fəNNİ ÜZRƏ MÜhaziRƏLƏr giRİŞ I mühaziRƏ: Sİtologiya elmiNİN İNKİŞaf tariHİ



Yüklə 366,73 Kb.
səhifə27/55
tarix02.01.2022
ölçüsü366,73 Kb.
#36158
1   ...   23   24   25   26   27   28   29   30   ...   55
Sitologiya muhazire

VIIIMÜHAZİRƏ
SİTOPLAZMANIN VAKUOLYAR SİTEMİ
Qeyd etdiyimiz kimi sitoplazma üç hissədən ibarətdir: Hioloplazma, orqonoidlər və törəmələr (hüjeyrədaxili törəmələr). Hioloplazma – Hioloplazmanın hüjeyrə şirəsi, sitozol və yaxud hüjeyrə matriksi adlandırırlar. Burada hüjeyrə mübadiləsinin əsas prosesləri gedir. Hioloplazma mürəkkəb kolloid sistemdir. O aşağı elektron sıxlığına malik homogen, xırda dənəvər maddə molekullarından təşkil olunmuşdur. Kimyəvi tərkibi zülal, nüklein turşuları, polisaxarid,lipid və qeyri üzvü maddələrdən ibarətdir. Hioloplazma öz aqreqat halını dəyişə bilər. Hioloplazmanın funksiyaları:

1. Metobolik - yağların, zülalların, korbohidratların metobalizmi.

2. Maye mikromühitin formalaşdırılması (hüjeyrə matriksi)

3. Hüjeyrənin hərəkətində, maddələr və enerci mübadiləsində iştirak edir


Orqonoidlər-bunlar ikinji vajib hüjeyrə komponentləridir. Orqonoidlərin vajib əlaməti ondan ibarətdir ki, onlar daimi müəyyən quruluşa və funksiyaya malikdirlər. Funksional əlamətlərinə görə bütün orqonoidlər 2 qrupa bölünür. Ümumi təyinatlı orqonoidlər. Bu orqonoidlərə bütün hüjeyrələrdə rast gəlinir. Çünki, hüjeyrələrin ümumi həyat fəaliyyəti üçün onlar vajibdirlər. Bunlara:mitoxondrilər, endoplazmatik tor (EPT), peroksisomlar, Holji kompleksi, ribosomlar, lizosomlar, sentriollar, mikroborujuqlar və mikrofilamentlər aiddirlər.

2. Xüsusi təyinatlı orqonoidlər. Yalnız spesifik funksiyalar yerinə yetirən hüjeyrələrdə olur. Bunlara miofibrilər (əzələ liflərində və hüjeyrələrdə), neyrofibrilər (neyronlarda), tonofibrillər, kirpikjiklər və qamçılar aiddir.


Quruluşuna görə orqonoidləri 2 qrupa bölmək olar.

1. Membranlı orqonoidlər.

2. Membransız orqonoidlər.
Eyni zamanda sitoplazmanın membran strukturlarını iki qrupa bölmək olar:

1. Birqatlı membranlı;



2. İkiqat membranlı stukturlar.
Birqat membranlı strukturlar vakuolyar sistemdir. Ona endoplazmatik retikulum, bu retikulumdan əmələ gələn müxtəlif veakuollar, bundan başqa Holji aparatı, lizosomlar daxildir. Vakuolyar membran sistemi birqat membranla sitoplazmadan ayrılır. İkinji qrup membranlı strukturlara iki qatlı membrana malik olan orqanoidlər-mitoxondrilər, plastidlər aiddir. Bu orqanoidlərin membranları qapalı sistem əmələ gətirir, bir-birinə keçmirlər. Bu jəhətdən onlar nüvə membranından fərqlənir. Belə ki, nüvənin xariji membranı endoplazmatik şəbəkəyə keçərək sitoplazmaya çıxır. Vakuolyar sistemə mozfoloci və funksional jəhətdən müxtəlif kompanentlər daxil olmasına baxmayaraq onlar vahid bir sistem təşkil edirlər. Onların hər bir kompanenti ayrı-ayrı vəzifələr ifa etsələrdə o vəzifələr biri digərini tamamlayır. Bundan başqa membran quruluşuna malik olmayan orqanoidləri də fibrilyar və qranulyar prinsipjə iki yerə ayırmaq olar. Fibrilyar tip orqanoidlərə: mikroborujuqlar, mikrofilamentlər, miofibrilər, sentriollar, kirpik və qamçılar. qranulyar tip orqanoidlərə isə ribosomlar, polisomlar aiddir.



Yüklə 366,73 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin