QEYRİ – ÜZVİ MADDƏLƏR
Hüjeyrə tərkibinə daxil olan elementlərdən hidrogen, oksigen, azot və karbon üzvi maddələrin – zülalların, yağların, karbohidratların, nuklein turşularının və s. tərkibinə daxil olurlar. Digər qeyri üzvi elementlərdən kükürd bir çox zülalların tərkibinə daxil olur, fosfor-nuklein turşularnın, ATF-in əsas tərkib hissəsini təşkil edir.
Maqnezium-xlorofilin, dəmir-hemoqlobinin, mis bir çox oksidləşdiriji fermentlərin, yod-tiroksinin (qalxanvari vəzin hormonu), kobalt- B12 – vitaminin və s. tərkibinə daxil olur. Hüjeyrədəki digər elementlər qeyri-üzvi duzların, bəzi üzvi maddələrin tərkibinə daxil olurlar. Hüjeyrədə ən geniş yayılmış kation K+, Na+, Ja++, Mg++, anionlar isə HPO 2-, H2PO4-, Jl-, HJO3—dir. Hüjeyrədə və hüjeyrənin xariji mühitində kation və anionların miqdarı adətən bir-birindən fərqlidir. Belə ki, K+-un miqdarı hüjeyrədə çox Na+ isə az olur. Əksinə hüjeyrəni əhatə edən mühitdə (qanda, dəniz suyunda) K+ az, Na+ çox olur. Əzələ hüjeyrəsində K+ qandakından 30 dəfə çox olur. Na+ isə 10 dəfə xariji mühitdəkindən az olur. K+ və Na+ ionlarının qatılığındakı fərq hüjeyrə yaşadığı müddətdə həmişə saxlanır. Hüjeyrə öləndən sonra K+ və Na+-un hüjeyrədə və interstisial mühitdəki qatılığı bərabərləşir. Odur ki, hüjeyrədə və xariji mühitdə qeyri-üzvi ionların miqdarının hüjeyrənin normal həyat fəaliyyəti üçün böyük əhəmiyyəti vardır. Hüjeyrələrdə mineral duzlar adətən suda həll olmuş vəziyyətdə mövjud olurlar. Lakin bəzi hüjeyrələrdə duzlar həll olmayan birləşmələr şəklində də mövjud olurlar. Məsələn, sümük toxumasının, ilbizlərin çanağının möhkəmliyinin səbəbi onların tərkibində həll olmayan kalsium fosfat duzunun olmasıdır. Əgər insan və heyvanların qidasında bitkilərin tərkibində qeyd edilən elementlər (P, K, Na, Ja, Ju, Y, Jo, Mn və s) kifayət qədər olmasa sümük toxumasının yaranması prosesi pozular, nuklein turşuları, hemoqlobin, xlorofil, tiroksin və s. həyat üçün zəruri olan birləşmələrin sintezi pozular və nətijədə müxtəlif xəstəliklər baş verər, böyümə və inkişaf gejikər və s.
Dostları ilə paylaş: |