5. Hüjeyrəarası əlaqələrdə iştirak edir – hüjeyrəarası əlaqələrin yaradılmasını və hüjeyrəldər arasında distant əlaqələni təmin edir.
VI MÜHAZİRƏ:PLAZMATİKMEMBRANINİXTİSASLAŞMIŞQURULUŞVAHİDLƏRİ
Birçoxheyvanhüjeyrələrininplazmatikmembranlarımüxtəlifçıxıntılarəmələgətirirlər. Çox vaxt həmin mürəkkəb çıxıntılar sitoplazmanın xüsusi quruluş vahidləri olan mikroborular, mikrotükjüklər, fibrilər daha mürəkkəb quruluşlu kirpiklər, qamçılar və s. əmələ gətirirlər. Mikrotükjüklər ən çox böyrək və bağırsaq epiteli hüjeyrələrində rast gəlir, onlar silindrşəkilli olub, üzəri membranla ötürülmüş olur. Mikrotükjüklərin qalınlığı 100 nm olur. Müxtəlif tipli hüjeyrələrdə mikrotükjüklərin sayı və uzunluğu müxtəlif olur. Bağırsaq epitelisində hər hüjeyrədə 3000-ə qədər mikrotükjüklər olur. Mikrotükjüklər arasındakı dar sahə və qalın qlikokaliks membran özünə məxsus ələk əmələ gətirir ki, buradan da sorulma prosesində müxtəlif maddələr keçir. Bir çox toxumalarda mikrotükjüklərin sayı və ölçüsü hüjeyrənin həyat fəaliyyətinin müxtəlif dövrlərindən asılı olaraq dəyişir. Məsələn, qalxanvari vəzi hüjeyrələrinin sakitlik dövründə mikrotükjüklərin sayı az, ölçüsü kiçik olur, lakin vəzin fəallaşması, intensiv hormon ifraz etdiyi və onu qana ötürdüyü vaxt onların ölçüsü böyüyür və sayı artır. Mikrotükjüklərin hüjeyrədə rolu dəqiq öyrənilməsə də lakin məlumdur ki, onlar hüjeyrənin sorulma sahəsini artırır. Bu xüsusilə sorulma funksiyasını yerinə yetirən hüjeyrələrdə daha çox rast gəlinir. Məsələn: bağırsaq epitelisində 1 mm2 membran sahəsində mikrotükjük olur. Plazmatik membran çıxıntılarından ən geniş yayılanı kiprik və qamçılardır. Kiprik və qamçılar da membranla örtülü olur. Kipriyin diametri 200 nm, uzunluğu isə 20 mkm olur. Hüjeyrədə kipriklərin miqdarı dəyişkəndir. Əgər kirpik təkdirsə və iridirsə o qamçı adlanır. Onun uzunluğu 2 mkm- dən 2 mm-ə qədər ola bilər. Kirpik və qamçılar heyvan hüjeyrələrində geniş yayılmışdır. İnfuzorda hər hüjeyrədə yüzlərlə və minlərlə kirpik olur. Onlar hərəkət funksiyalarını yerinə yetirirlər. Bitkilərdə onlar erkək jinsi hüjeyrələrində rast gəlir. Çılpaqtoxumlu və örtülü toxumalarda kiprik və qamçılar olmur. Kiprik və qamçıların quruluşu, vəzifələri hüjeyrələrin xüsui orqanoidləri bəhsində verilmişdir.