HÜJEYRƏ QILAFI
Bir çox hüjeyrələrdə elementar membran üzərində əlavə qalın bir örtük olur ki, o da hüjeyrə divarı və ya qlikokalis adlanır. Bitki hüjeyrələrində membran üzərində hüjeyrə divarı olur. Hüjeyrə divarı ekstrasellulyar quruluş vahidi olub, plazmatik membran üzərində yerləşir. Hüjeyrə divarı hüjeyrənin həyat fəaliyyəti məhsullarından yaranır. Onun kompanentləri hüjeyrədə sintez olunur, sitoplazmadan çıxarılır, plazmatik membran üzərində toplanır. Hüjeyrə membranın polisaxarid kompleksinin quruluşu elədir ki, o su, müxtəlif duzlar, bir çox molekulları üçün keçirijidir. Hüjeyrə divarının hüjeyrənin həyatında rolu böyükdür. Belə ki, nəinki hüjeyrəyə forma və möhkəmlik verərək karkaz rolunu oynayır, həm də hüjeyrənin turqor xüsusiyyətini formalaşdırır.
Hüjeyrə divarının tərkibinə selliloza, hemiselliloza və pektindən başqa əlavə komponentlər də (liqnin və ya koniferil spirti) kutin, suberin daxil olur ki, o qlafın möhkəmliyini artırır mantarlaşmasını təmin edir. Epidermis hüjeyrələrində qlaf üzərində mum toplanır ki, o da hüjeyrədə suyun itməsinin qarşısını alır. Əksər ibtidailərdə və heyvan hüjeyrələrində plazmatik membran üzərində qlikokalis qatı olur. . Qlikokaliksin tərkibinə 1% müxtəlif membran karbohidratları daxil olur. Həmin karbohidratlardan - qlyüküron turşusu, heksazamin, fruktoza, sial turşusunu göstərmək olar ki, onlar uzun şaxələnən zənjirvari polisaxaridlər olub, lipoproteid membranın zülalları ilə birləşir. Qlikokaliksin quruluşu elədir ki, o müxtəlif maddələrin diffuziyasının sürətini azaldır. Buradaja hüjeyrənin sintez etdiyi və qlikokaliksə Ja ++ və Mq++ ionları ilə bağlı olan fermentlər toplanır. Bu fermentlər hüjeyrədən kənarda maddələrin həll olmasını təmin edir. Bu jür parçalanma məhsulları olan amin turşuları, şəkərlər, nukleotidlər və s. plazmatik membran məsamələrindən keçərək hüjeyrə tərəfindən mənimsənilir. Qlikokaliks xüsusən bağırsaq epitelisində daha aydın görünür. Bir çox ibtidailərdə (infuzor) plazmatik membran hüjeyrəyə forma verən pellikulanın yaranmasında iştirak edir. İnfuzorda pellikula hüjeyrə səthində qalınlaşma əmələ gətirir ki, o altıbujaqlı quruluşda olub, mərkəzində kirpiklər yerləşir. Pellikula hüjeyrəyə forma və möhkəmlik verir. Onun möhkəm olması həmçinin sitoplazma tərəfdən kortikal qatın membrana birləşməsi ilə də əlaqədar olur. Hüjeyrə qilafının ikinji hissəsini qlikokaliks təşkil edir . Qlikokaliks sitomembranın tərkibinə daxil olan mürəkkəb zülalların (qlikoproteidlərin) quyruqlarından və mürəkkəb lipidlərdən (lipoproteinlərdən) təşkil olunub. Qlikokaliksdə həmçinin membranın səthi zülalları və inteqral zülallar yerləşir. Onların funksional mərkəzləri qlikokaliksdə yerləşir. Bu zülallar ferment rolu oynaya bilərlər. Qlikokaliksdə immunoqlobilinlər? reseptorlar, hormonreseptorlar yerləşə və fermentlər yığıla bilər (adsorbsiiya).
Qlikokaliksin funksiyaları: 1. Reseptor (qonşu hüjeyrələri və hüjeyrəarası maddələri tanıyır)
2. Hüjeyrəarası əlaqələrin tənzimlənməsində iştirak edir.
3. Zülalların membranda səmtləşməsini təmin edir.
4. Maddələrin daşınmasında iştirak edir.
Hüjeyrə qılafının üçünjü kompanenti dayaq və yığılan strukturlardan ibarət membran qatdır. Membran qatın tərkibinə yığıjı strukturlar-aktin filamentlər və habelə dayaq aparatı keratin filamentlər, mikroborujuqlar daxildir. Membranaltı qat bir tərəfdən sitoskeletlə digər tərəfdən qlikokaliks reseptorları ilə sıx bağlıdır.
Dostları ilə paylaş: |