Sitologiya fəNNİ ÜZRƏ MÜhaziRƏLƏr giRİŞ I mühaziRƏ: Sİtologiya elmiNİN İNKİŞaf tariHİ


VIIMÜHAZİRƏ: HÜJEYRƏNİN KİMYƏVİ VƏ



Yüklə 366,73 Kb.
səhifə17/55
tarix02.01.2022
ölçüsü366,73 Kb.
#36158
1   ...   13   14   15   16   17   18   19   20   ...   55
Sitologiya muhazire

VIIMÜHAZİRƏ: HÜJEYRƏNİN KİMYƏVİ VƏ
FİZİKİ-KİMYƏVİ TƏŞKİLİ
Hüjeyrədaxili quruluş komponentlərinin dəqiq «iş bölgüsü» mövjuddur. Məsələn, mitoxondridlərdə üzvü maddələr oksidləşir və ATF (adenozintrifosfat turşusu) əmələ gəlir, ribosomlarda zülal sintez olunur, nüvədə DNT (dezoksiribonuklein turşusu) toplanır, fəaliyyət göstərir, xüsusi ferment sistemi işləyir və s. Bu reaksiyaların nətijəsində hüjeyrəyə xas olan zülallar sintez edilir, həmin xassə hüjeyrədən hüjeyrəyə ötürülür və s. Ona görə də hüjeyrə daxili vahidlərin özləri kimyəvi xüsusiyyətlər daşıyırlar. Kütləvi ədəbiyyatda hüjeyrəni zavoda və ya laborotoriyaya bənzədirlər ki, burada eyni zamanda minlərlə reaksiyalar gedir. Xariji mühitdən fasiləsiz olaraq maddələr hüjeyrələrə daxil olur,hüjeyrədə kimyəvi dəyişikliyə uğrayır, hüjeyrə tərəfindən istifadə olunur, hüjeyrənin həyat fəaliyyəti proseslərində alınan məhsullar isə hüjeyrə tərəfindən xariji mühitə ötürülür. Hüjeyrənin bir yerində maddələr dərin kimyəvi dəyişikliyə uğrayır, parçalanır, digər yerində sadə molekulalardan mürəkkəb maddələr sintez olunur və s. Deyilənlərdən aydın olur ki, hüjeyrələrdə gedən prosesləri öyrənmək üçün, hüjeyrənin kimyəvi tərkibi ilə tanış olmaq lazımdır. Adətən hüjeyrənin kimyəvi tərkibinin öyrənilməsi sahəsi hüjeyrənin biokimyası və ya biokimyəvi sitologiya sahəsi adlanır. Biokimyəvi sitologiya ümumi biokimyadan təşəkkül edir və onunla sıx surətdə əlaqədardır.

Biokimyanın inkişafının ilk mərhələlərində hüjeyrənin kimyəvi tərkibinin öyrənilməsi üçün ya bütün orqanizm və ya da iri bir toxuma hissəsi götürülüb kiməyvi jəhətdən analiz edilirdi. Elmin ilk inkişaf mərhələlərində bir sıra qiymətli faktlar toplanmasına baxmayaraq, sonradan məlum oldu ki, bu jür tədqiqat nətijəsində hüjeyrənin sırf kimyəvi təbiəti haqqında fikir söyləmək çətin olur. Çünki toxumada müxtəlif hüjeyrələrin kimyəvi tərkibinin qarışığı analiz edilirdi. Tədrijən elə üsullar işlənib hazırlandı ki, onlar hər bir hüjeyrənin ayrılıqda kimyəvi təbiətini öyrənməyə imkan verdi. Bu jəhətdən insulinin kəşfi və mədəaltı vəzidən ayrılması tarixi çox maraqlıdır. Hələ çoxdan məlum idi ki, mədəaltı vəzi insulin adlı hormon sintez edir. Lakin onu mədəaltı vəzindən ayırıb almaq jəhdləri həmişə uğursuzluqla nətijələnirdi. Buna səbəb o idi ki, insulin ekstraktı almaq üçün bütöv mədəaltı vəzi götürürdülər. Mədəaltı vəzi isə məlum olduğu kimi insulindən başqa digər zülalları, o jümlədən insulin parçalayan tripsin fermenti də sintez edir. Ona görə də təmiz insulin almaq mümkün olmurdu. Sonralar sitoloq və histoloqların birgə səyi ilə yeni doğulmuş heyvanların mədəaltı vəzisindən istifadə edilirdi. Belə ki, yeni doğulmuş heyvanların mədəaltı vəzisindən hələ tripsin ifraz edən hüjeyrələr fəaliyyətdə olmur. Beləliklə, şəkər xəstəliyinin müalijəsində istifadə edilən fəal insulin ayrıldı. Beləliklə, biokimyaçılar toxumaların analizindən hüjeyrələrin kimyəvi analizinə keçdilər. Hüjeyrənin kimyəvi tərkibinin öyrənilməsi üçün yeni mikroüsullar işlənib hazırlandı. Mikroskop biokimyaçıların əsas jihazlarından birinə çevrildi. Beləliklə, tədrijən nəinki ayrı-ayrı hüjeyrələrin kimyəvi tərkibi, hətta ayrı-ayrı hüjeyrə komponentlərinin də kimyəvi tərkibini öyrənmək mümkün olmuşdur.



Yüklə 366,73 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin